Строительные нормы и правила



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə22/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   18   19   20   21   22   23   24   25   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

Qəza ventilyasiyası 
7.59. Birdən-birə külli miqdarda zərərli və ya yanar qazların, buxarların və ya aerozolların daxil 
olma ehtimalı olan istehsalat otaqları üçün qəza ventilyasiyası, layihənin texnoloji hissəsindəki 
tələblərə uyğun, texnoloji və ventilyasiya avadanlığının qəzasının vaxta görə üst-üstə düşməməsi 
hesaba alınmaqla, nəzərdə tutulmalıdır. 
7.60. Qəza ventilyasiyası üçün hava sərfi layihənin texnoloji hissəsinin məlumatlarına görə 
qəbul edilməlidir. 
7.61. A və Б kateqoriyalı otaqlarda qəza ventilyasiyası mexaniki olaraq layihələndirilməlidir. 
Əgər yanar qazların, buxarların və aerozolların partlayış təhlükəli qarışıqlarının temperaturu
kateqoriyası və qrupu partlayış mühafizəli ventilyatorun texniki şərtlərindəki məlumatlara uyğun 
gəlmirsə istənilən mərtəbəli bina üçün qəza ventilyasiyasını ejektorlarla (bənd 7.72-yə uyğun) və ya 
qəza zamanı sıxlığı havanın sıxlığından az olan yanar qaz və buxarların daxil olduğu birmərtəbəli 
binalarda qaz və buxarların aerasiya fənərlərindən, şaxta və ya deflektorlardan xaric edilməsi üçün 
mexaniki vurucu ventilyasiya (bənd 7.73-ə uyğun) nəzərdə tutulmalıdır. 
7.62. В, Г və Д kateqoriyalı otaqların qəza ventilyasiyası mexaniki layihələndirilməlidir; ilin 
yay dövründə B parametrlərdə tələb olunan hava sərfinin təmin edilməsi şərti ilə qəza 
ventilyasiyasının təbii layihələndirilməsinə yol verilir. 
7.63. Qəza ventilyasiyası üçün aşağıdakılar istifadə edilməlidir: 
a) qəza ventilyasiyasına lazım olan hava sərfini təmin edə bilən əsas və ehtiyat ümumi mübadilə 
ventilyasiya sistemləri və yerli sorma sistemləri
b) “a” yarımbəndində göstərilən sistemlər və çatışmayan hava sərfinə görə qəza ventilyasiya 
sistemləri; 
c) əsas və ehtiyat sistemlərdən istifadə mümkün və ya məqsədəuyğun olmadıqda yalnız qəza 
ventilyasiya sistemləri. 
7.64. Otağa daxil olan qaz və buxarların qəza ventilyasiya sistemləri ilə xaric edilməsi üçün 
sorucu qurğular (şəbəkələr və ya qısaborular) bənd 7.57 və 7.58-in tələbləri nəzərə alınmaqla 
aşağıdakı zonalarda yerləşdirilməlidir: 
a) xüsusi çəkisi işçi zonada olan havanın xüsusi çəkisindən çox olan qaz və buxarlar daxil 
olduqda – işçi zonada; 
b) xüsusi çəkisi işçi zonada olan havanın xüsusi çəkisindən az olan qaz və buxarlar daxil 
olduqda – yuxarı zonada. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin