31
В, Г və Д kateqoriyalı
sahələrdə, ictimai və inzibati-məişət binalarının otaqlarında yerləşmiş
texnoloji avadanlıqdan partlayış təhlükəli qarışıqları xaric edən yerli sorma sistemlərinin,
həmçinin
bənd 7.27-də göstərilən ümumi mübadilə sorucu ventilyasiya sistemlərinin avadanlığı üçün olan
otaqların kateqoriyası ОНТП 24-ə uyğun olaraq hesablama ilə təyin edilməli və ya A və ya Б qəbul
edilməlidir.
Əsaslandırıldığı halda, ventilyatorlardan əvvəl yerləşdirilmiş yaş toztutuculu, partlayış təhlükəli
toz-hava qarışıqlarını xaric edən yerli sorma sistemlərinin avadanlığı üçün otaqlar Д kateqoriyalı
otaqlara aid edilməlidir.
Yaşayış, ictimai və inzibati-məişət otaqlarının sorucu ümumi mübadilə ventilyasiya
sistemlərinin avadanlığı üçün olan otaqlar Д kateqoriyasına aid edilməlidir.
Partlayış-yanğın və yanğın təhlükəliliyinə görə müxtəlif kateqoriyalara aid edilən bir neçə otağa
xidmət edən sorucu sistemlərin avadanlığı üçün olan otaqlar daha
təhlükəli kateqoriyaya aid
edilməlidir.
7.98. Vurucu sistemlərin avadanlığı üçün olan otaqlar aşağıdakı kateqoriyalara aid edilməlidir:
a) В kateqoriyasına, onlarda sistemlərdən birində tutumu 75 litr və daha yuxarı (kütləsi 60 kq və
daha yuxarı) olan yağla filtrlər yerləşdikdə;
b) В kateqoriyasına, sistem В kateqoriyalı otaqlardan götürülən havanın resirkulyasiyası ilə
işlədikdə (havanın yanar qazlar və toz ayrılmayan otaqlardan götürüldüyü və ya havanın tozdan
təmizlənməsi üçün köpüklü və ya yaş toztutucular istifadə edildiyi hallardan başqa);
c) otaqların öz kateqoriyasına, bu otaqlardan götürülən havanın istiliyi hava ilə hava istilik
utilizatorlarında istifadə olunduqda;
ç) Д kateqoriyasına - bütün digər hallarda.
Partlayış-yanğın və yanğın təhlükəliliyinə görə müxtəlif kateqoriyalara
aid edilən bir neçə
sahəyə xidmət edən vurucu sistemlərin avadanlığı üçün olan otaqlar, daha təhlükəli kateqoriyaya aid
edilməlidir.
7.99. A və Б kateqoriyalı otaqlara və bənd 7.27-də göstərilən sistemlərə xidmət edən sorucu
sistemlərin avadanlığı üçün olan otaqlarda, həmçinin partlayış təhlükəli qarışıqların
yerli sorma
sistemlərinin avadanlığı üçün olan otaqlarda istilik məntəqələri, su nasosxanaları, təmir işlərinin
aparılması, yağların regenerasiyası və digər məqsədlər üçün yerlər nəzərdə tutulmamalıdır.
7.100. Ventilyasiya avadanlığı
üçün otaqlar, onların xidmət etdikləri otaqların olduğu yanğın
bölməsinin hüdudlarında yerləşdirilməlidir. Ventilyasiya avadanlığı üçün otaqların, yanğın
bölməsinin yanğın əleyhinə divarının arxasında və ya I, II və IIIa odadavamlılıq dərəcəli binalarda
yanğın əleyhinə zona daxilində yerləşdirilməsinə yol verilir. Bu zaman otaq yanğın əleyhinə divara
bilavasitə bitişik olmalı, otaqda yanğın əleyhinə divarın müxtəlif tərəflərində
olan otaqlara xidmət
etmək üçün avadanlıq yerləşdirilməməlidir, yanğın əleyhinə divarla kəsişən havakəmərlərində isə
odsaxlayıcı klapanlar nəzərdə tutulmalıdır.
7.101. Partlayış təhlükəli qarışıqların quru təmizlənməsi üçün toztutucular olan otaqların
insanların kütləvi olduqları otaqların altında (qəza hallarından başqa) yerləşdirilməsinə yol verilmir.
7.102. Ventilyasiya avadanlığı üçün olan otaqların hündürlüyü avadanlığın hündürlüyündən ən
azı 0,8 m artıq nəzərdə tutulmalı, həmçinin otaqda yükqaldırıcı maşınların hərəkəti nəzərə alınmalı və
döşəmədən örtük konstruksiya çıxıntılarının altına qədər ən azı 1,8 m məsafə olmalıdır.
Otaqlarda və iş meydançalarında avadanlığın kənara çıxan hissələri arasındakı, həmçinin
avadanlıqla inşaat konstruksiyaları arasındakı
keçidin eni, quraşdırma və təmir işlərinin aparılması
nəzərə alınmaqla, 0,7 m-dən az olmayaraq nəzərdə tutulmalıdır.
7.103. Sorucu sistemlərin avadanlığı üçün otaqlarda məhsuldarlığı 1 saatda havadəyişmənin ən
azı
bir misli olan sorucu ventilyasiya nəzərdə tutulmalıdır.
7.104. Vurucu sistemlərin avadanlığı üçün olan otaqlarda (tüstü əleyhinə vurucu ventilyasiya
sistemlərindən başqa), bu otaqlarda yerləşmiş avadanlığı və ya ayrıca sistemləri istifadə etməklə, 1
saatda havadəyişmənin ən azı
iki misli olan vurucu ventilyasiya nəzərdə tutulmalıdır.
32
7.105. Tezalovlanan və yanar maye və qazlarla olan boru kəmərlərinin ventilyasiya avadanlığı
üçün olan otaqlardan çəkilməsi qadağandır.
Yağış kanalizasiya borularından və yuxarı mərtəbədə yerləşən ventilyasiya avadanlığı
otaqlarının suyunun yığılması üçün olan borulardan başqa digər kanalizasiya borularının
vurucu
sistemlərin ventilyasiya avadanlığı otaqlarından çəkilməsinə yol verilmir.
7.106. Kütləsi 50 kq-dan çox olan avadanlığın və ya onun hissəsinin (ventilyatorların, elektrik
mühərriklərinin) təmirinin təmin edilməsi üçün yükqaldırıcı maşınlar nəzərdə tutulmalıdır (texnoloji
məqsədlər üçün nəzərdə tutulmuş mexanizmlər istifadə oluna bilmədikdə).
Dostları ilə paylaş: