Строительные нормы и правила


 İsitmə  Ümumi müddəalar



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə9/64
tarix20.10.2022
ölçüsü1,4 Mb.
#65620
1   ...   5   6   7   8   9   10   11   12   ...   64
isitme-ventilyasiya-havanin-kondisiyalasdirilmasi-layihelendirme-normalari

6. İsitmə 
Ümumi müddəalar 
6.1. İsitmə, aşağıdakıları nəzərə almaqla, otaqlarda havanın hesabi temperaturunun təmin 
edilməsi məqsədilə, layihələndirilməlidir: 
a) qoruyucu konstruksiyalardan istilik itkiləri - əlavə 9-a uyğun olaraq; 
b) infiltrasiya olunan xarici havanın qızdırılmasına sərf edilən istilik - əlavə 10-a uyğun olaraq; 
c) materialların, avadanlıq və nəqliyyat vasitələrinin qızdırılmasına sərf edilən istilik; 
ç) elektrik cihazlarından, işiqlandırmadan, texnoloji avadanlıqdan, kommunikasiyalardan, 
materiallardan, insanlardan və digər istilik mənbələrindən müntəzəm daxil olan istilik; bu zaman 
yaşayış binalarının otaq və mətbəxlərinə daxil olan istilik seli döşəmənin hər 1 m
2
sahəsi üçün 10 Vt-
dan az olmayaraq qəbul edilməlidir. 
Otaqlarda temperatur fərqi 3С və daha az olduqda daxili qoruyucu konstruksiyalardan istilik 
itkilərinin nəzərə alınmamasına yol verilir. 
6.2. İnfiltrasiya olunan xarici havanın sərfi, küləyin hərəkət sürətini B parametrləri üzrə qəbul 
etməklə müəyyən edilməlidir. B parametrləri üzrə küləyin sürəti A parametrləri üzrə olan sürətdən az 
olduqda qızdırıcı cihazlar A parametrlərinə görə yoxlanılmalıdır. 
Küləyin sürəti əlavə 8-ə uyğun olaraq qəbul edilməlidir. 
6.3. İsitmə sistemləri (qızdırıcı cihazlar, istilikdaşıyıcı, istilikdaşıyıcının və ya istilik verən 
səthlərinin həddi temperaturu) binaların və otaqların təyinatından asılı olaraq əlavə 11-ə uyğun qəbul 
edilməlidir. Boruları istiliyədavamlı polimer materiallardan olan isitmə sistemlərində 
istilikdaşıyıcının parametrləri (temperatur, təzyiq), boruların hazırlanmasına dair normativ sənədlərdə 
göstərilən yol verilən həddi qiymətlərdən cox olmamalıdır, lakin 90С və 1,0 MPa-dan yuxarı 
olmamaqla. 
İsitmə sistemləri və daxili istilik təchizatı sistemləri üçün istilikdaşıyıcı kimi sudan istifadə 
edilməlidir, digər istilikdaşıyıcıların istifadə edilməsinə texniki-iqtisadi cəhətdən əsaslandırıldıqda yol 



verilir. 
6.4. Hava temperaturunun bənd 5.5-ə uyğun olaraq saxlanılması məqsədilə əsas isitmə 
sistemlərindən istifadə etməklə növbətçi isitmə sistemi nəzərdə tutulmalıdır. Xüsusı növbətçi isitmə 
sistemlərinin layihələndirilməsinə texniki-iqtisadi cəhətdən əsaslandırıldıqda yol verilir. 
İsidilməyən binaların ayrı-ayrı otaqlarında və zonalarında hava temperaturunun texnoloji 
tələblərə uyğun olaraq saxlanılması, həmçinin avadanlığın sazlanması və təmiri zamanı müvəqqəti iş 
yerlərində yerli isitmə nəzərdə tutulmalıdır. 
6.5. Elektrik enerjisini bilavasitə və ya istilik nasosları vasitəsi ilə istilik enerjisinə 
transformasiya etməklə isitmə üçün istifadəsinə texniki-iqtisadi əsaslandırıldıqda yol verilir. Elektrik 
enerjisinin istifadəsi müəyyənləşdirilmiş qaydada razılaşdırılmalıdır. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin