Əlyazması hüququnda


Tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix05.11.2022
ölçüsü1,15 Mb.
#67565
1   2   3   4   5   6   7   8   9   ...   23
isgenderzade-tural

Tədqiqatın elmi yeniliyi və praktiki əhəmiyyəti. Tədqiqatın elmi 
yeniliyi aĢağıdakılardan ibarətdir: 
-Müstəqillik əldə etdikdən sonra respublikada sığorta iĢinin inkiĢafı 
mərhələli Ģəkildə təhlil edilir, 
- Dövlət Nəzarət Xidməti Sisteminin fəaliyyəti və beynəlxalq
əlaqələri təhlil olunur 
-Sığorta nəzarəti sistemi Ģəraitinin yaxĢılaĢdırılmasına dair təkliflər 
verilir,
- Ölkəmizin sığorta sisteminin dünya sığorta sisteminə harmonik 
inteqrasiyasına nail olunması,
- Sığorta nəzarəti sisteminin beynəxalq standartlara uyğunlaĢdırılması 
üçün təkliflər verilir. 



Tədqiqatın təcrübi əhəmiyyəti tədqiqatın nəticələrindən və 
təkliflərindən sığorta faəliyyətinin səmərəliliyin artırılmasında nəzarət 
sisteminin təkmilləĢdirilməsi zamanı istifadə etməkdən ibarətdir. 
 
İşin həcmi və strukturu Dissertasiya iĢi giriĢ , üç fəsil, nəticə adda 
istifadə edilmi ədəbiyyat siyahısından ibarət olmaqla 91 səhifədən ibarətdir. 
Dissertasiya iĢində 7 cəvdəl və qrafik verilmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



Fəsil I Sığorta fəaliyyətinin və Nəzarət sisteminin nəzəri 
metodoloji əsasları 
 
1.1 Sığorta fəaliyyətinin nəzəri əsasları,mahiyyəti və prinsipləri 
 
Müasir iqtisadi münasibətlər sisteminin mühüm həlqələrindən biri də sığorta 
iĢidir. O, iqtisadiyyatda özünəməxsus funksiyalar yerinə yetirilməsi ilə bağlı olan 
maliyyə münasibətlərinə aid olub, cəmiyyətin həyat qabiliyyətinin ən vacib
amillərindən biri hesab olunur. Buna görə də, sığortanın ölkə iqtisadiyyatındakı 
rolunun gündən-günə dinamik Ģəkildə artması bir iqtisadi kateqoriya kimi onun 
yenidən əsaslı Ģəkildə öyrənilməsi və qiymətləndirilməsi aktuallığını ön plana çəkir. 
BəĢəriyyətin keçdiyi tarixi inkiĢaf yoluna nəzər saldıqda məlum olur ki, məhz 
məhsuldar qüvvələrin sayındakı artım sığorta iĢinin bir iqtisadi kateqoriya kimi 
yaranması və inkiĢafı zərurətini yaratmıĢdır. Hər bir ictimai –iqtisadi quruluĢun
özəyini istehsal münasibətləri və məhsuldar qüvvələrin vəhdətini əks etdirən müəyyən 
istehsal forması təĢkil etdiyindən, məhsuldar qüvvələrin təsiri nəticəsində istehsal 
vastələri ilə biliyə, istehsal təcrübəsinə malik olan cəmiyyətdə əldə edilən əmlakın və 
əmlak maraqlarının müdafiəsi sahəsində yeni münasibətlər sistemi sığorta 
münasibətləri formalaĢmağa baĢlamıĢdır. Bizim Eranın I əsrində qədim Çin 
ticarətçiləri də risklərdən qorunma mexanizmini ixtira etmiĢdirlər. VII əsrdən Ġslam 
dini hüququnda qarĢılıqlı köməkləĢmənin fərqli formalarda strukturlarının kamil 
sığorta amillərini meydana gətirmiĢdir. XXII əsrdə Ġtalianın Ģimal regionlarında 
ticarətçilər tərəfindən sığorta əməliyyatlarının həyata keçirlməsi haqqında müəəyyən 
tarixi mənbələr vardır. XVI əsrin axırlarında Böyük Britaniya tərəfindən artıq
gəmiçilik sığortası təcrübəsi tətbiq olunurdu.London Ģəhərinin ətrafındakı 
qəhvəxanalara toplaĢan ticarətçilər və sığorta əməliyyatları Ģəxsi iĢlərimi qururdular.
Məhz həmin qəhvəxanalardan biri də hazırki dünya Ģöhrətli Lloyd 
Korperasiyasının banisi Eduard Lloyda məxsus idi.Həmin dövrdən XIX-cu əsrin 50-ci 



illərinədək Avropada yalnız yuxarıda qeyd etdiyimiz sığorta sinifləri mövcud idi. XIX-
cu əsrin 
ortalarından baĢlayaraq artıq sənaye inqilabının nəticələri özünü göstərməyə baĢladı. 
Aqrar təsərrüfatdan sənaye manufaktura bazisli cəmiyyətə keçid prosesi zamanı iri 
fabriklər qurulur, urbanizasiya prosesi güclənir, sənaye və ticarət dinamik templə
inkiĢaf edirdi. Bütün bu proseslər yeni növ risklərin yaranması ilə nəticələndi və 
bazarlarda sığortanın yeni-yeni formalarına tələbat meydana gəldi. 
Sığorta, sadə səkildə demis olsaq, dəymis zərərlərin kompensasiya edilmə 
əməliyyatlarıyla sıx əlaqədə olub sıgorta olunmusların əmlak maraqlarının müdafiə 
olunması vasitəsidir. Sıgorta əməliyyatının aparılması təcrübəsi belə münasibətlərin 
çox mükəmməl bir formasını yaratmısdır: ixtisaslasmıs təskilat (sıgortaçı) sıgorta 
olunanların pay haqqları hesabına sıgorta fondu qurur və onlara dəymis ziyanı sıgorta 
ödəmələri ilə təchiz edir. 
Sıgorta, maliyyə kateqoriayasıyla ilə birgə qarsılıqlı formada sıx baglı olan 
iqtisadi məhfumdur. Maliyyə münasibətlərindəki kimi, sıgorta da pul vəsaitlərinin 
dövriyəsinə həmçinin pul vəsaitinin paylanmasını prosesində istirak edən təyinata 
uygun fondların vəsaitlərinin formalasdırılması və istifadəsi üçün tələb olunan
məbləgə söykənir. Həmçinin sıgorta sektoru üçün maddi və ya digər zərərlərin 
ödənilməsi üçün müəyyən olunmus mənfəət və yıgılmıs pul vəsaitlərinin paylanması 
ilə baglı olan iqtisadi əlaqələr də səciyyəvidir. Məhz buna görə də sıgorta, pul Ģəklində 
olan dəyərin gözlənilən dövriyyəsiylə baglıdır. 
Sığortanı bir iqtisadi kateqoriya kimi səciyyələndirən aĢağıdakı xususiyyətləri 
də qeyd etmək gərəkdir; 
1. Sığorta prosesi zamanı, sığorta hadisəsinin həyata keçməsi nəticəsində maddi 
və ya digər itkilərin konpensasiya edilməsinə yönləndirilən pul vəsaitlərinin 
bölüĢdürülməsi üzrə münasibətlər meydana gəlir. Bu əlamətinə görə sığorta, ictimai 
istehsalın sığorta müdafiəsi kateqoriyasına bənzəyir. 
2. Bir və ya bir neçə təsərrüfatda baĢ verən itkilərin məbləğinin bərabər formada 
bölüĢdürülməsi ilə bağlı olan iĢtirakçılar arasındakı qapalı bölüĢdürücü münasibətlər 



forması da sığorta prosesi üçün xarakterikdir. Zərərin bu cür qapalı Ģəkildə 
paylaĢdırılması, zərərçəkən təsərrüfatlarının, bir qayda olaraq, sığorta iĢtirakçılarının 
sayından az olmasına söykənir. 
Zərərin qapalı səkildə bölüsdürülməsi üçün sıgorta istirakçılarının müəyyən
edilmis sıgorta haqqlarının hesabına təsəkkül tapan təyinatlı məqsədli maliyyə-sıgorta 
fondları qurulur. Fondun vəsaitləri yalnız onu təskil edən istirakçılar tərəfindən istifadə 
olundugu üçün, sıgorta haqqının miqdarı , onların hər biri üçün bölüsdürülən itki 
payını ifadə edir. Buna görə də, sıgorta əməliyyatı istirakçılarının əhatə dairəsi nə 
qədər genis olarsa, sıgorta haqqlarının məbləgi də bir o qədər az, sıgorta isə daha 
məqsədəuygun və faydalı olar. Sıgorta prosesində milyona qədər sıgortalı istirak 
etdikdə və yüz milyonlarla əmlak sıgorta edildikdə ,minimum sıgorta haqqlarının 
vasitəsilə maksimum zərəri ödəmək imkanı yaranır. 
Zərərin qapalı səkildə bölüsdürülməsi özəlliyi sıgortanı digər maliyyə 
kateqoriyalarından köklü formada ayırır. Məsələn, dövlət büdcəsinin gəlirləri 
təskilatların və vətəndasların ödəmələri hesabına formalasır, lakin səfərbər olunmus 
pul vəsaitlərinin istifadəsi, bu məbləgləri ödəyən tədiyəçilərin fəaliyyətindən kənarda 
qalır. 
3. Sığorta prosesində itkinin nəinki regional vahidlər üzrə, həmçinin müəyyən 
zaman kəsiyində paylaĢdirılması xusüsusi önəm daĢıyır. 
Sığorta olunmuĢ təsərrüfatlar arasında sığorta fondunun cari il ərzində ərazi 
cəhətdən effektiv Ģəkildə paylaĢdırılması üçün kifayət qədər geniĢ ərazi və sığorta 
olunan əmlaklarının nəzərə çarpan dərəcədə çox olması tələb olunur. Yalnız bu 
Ģərtlərə əməl etməklə,geniĢ ərazilərdə təbii fəlakətlərin baĢ verməsi nəticəsində 
dəymiĢ zərəri bölüĢdürmək mümkün olur. Fövqəladə hadisələrin baĢ verməsinin 
təsadüfi əlamətlərinə uyğun olaraq , zərərin zaman üzrə bölüĢdürülməsi bir təsərrüfat 
ilinin çərçivəsindən kənara çıxır. Fövqəladə hadisələr ardıcıl bir neçə il baĢ verməyə 
də bilər və onların baĢ verməsini qabaqcadan proqnozlaĢdırmaq mümkün deyil. Buna 
görə də ehtiyat fondlarının təĢkil olunması məqsədilə daxil olan sığorta ödəmələrinin 
müəyyən faizi uğun dövr ərzində ehtiyatda qorunması zərurəti yaranır. 


10 
4. Sığortanın səciyyəvi xarakteristikalrından biri də sığorta fonduna səfərbər 
olunmuĢ vəsaitin sığorta ödəmələri Ģəklində geri qaytarılması ilə baölıdır. Sığorta 
ödənmələri iki hissədən - sığortanı həyata keçirən sığorta təĢkilatının saxlanılması 
üçün nəzərdə tutulan əlavə xərclərdən ibarət olan sığorta tariflərinə və mümkünolan 
zərərin konpensasiya edilməsi üçün təyin olunan netto - ödəmələrə əsasən təyin 
edilir. Netto ödəmələrin miqdarı , müəyyən ərazi miqyasında həyata keçirilən hesabat 
dövrü (beĢ ildən on ilə qədər) üzrə olan mümkün itkilərə əsasən təyin edilir. Buna görə 
də müəyyən zaman dövrü ərzində zərərin ödəniĢ forması netto ödəniĢlərin məbləği 
kimi elə həmin əraziyə qaytarılır.Vəsaitlərin geri qaytarılması xüsusiyəti sığortanı 
müəyyən kredit kateqoriyasına bənzədir.Məhz buna görə də sığorta yalnız maliyyə 
deyil, yeri gəldikdə kredit kateqoriyası kimi də fəaliyyət göstərir. 
Hazırkı dövrdə sığorta bazar iqtisadiyyatının daimi Ģəkildə dinamik tempdə 
inkiĢaf edən sektorlarından biridir. Özünəməxsus Ģəkildə tələb-təklif qanunları olan 
bazarın mövcud olduğu yerdə mütləq Ģəkildə risklər də özünü göstərir. Əmlak 
maraqlarına zərər dəyməsi fərqli səbəblərdən baĢ verə bilər. Belə bir prosesin baĢ 
verməsinə həm əmlak sahibinin Ģəxsi məsuliyyətsizliyi, həm də müxtəlif proqnoz 
olunmayan hadisələr səbəb olur. Həmin bu gözlənilməyən fövqəladə hallar əmlak 
sahibinin maraqlarına ziyan vura biləcək risklər adlanır. 
Qeyd etmək lazımdır ki, heç də bütün risklər sığortalana bilmir. Sığortanın 
verdiyi üstünlüklərdən istifadə edə bilmək üçün qeydə alınan risklər müəyyən 
xüsusiyətlərlə səciyyələnməlidir: 
1) Ehtimal olunan riskin həyata keçməsi nəticəsində sığortalıya dəymiĢ zərərin 
miqdarı pul vasitəsiylə ölçülə bilən halda olmalıdır. Məsələn, evin yanğın nəticəsində 
istafadəyə yarasız hala düĢməsi, mənfəətdən məhrum olma, məhkəmənin çıxardığı 
qərar ilə təyin edilmiĢ təzminat ödənilməsi – bütün bu sadalananlar müəyən bir məbləğ 
miqdarı ifadə olunur. 
2)Sığorta ediləcək risklə əlaqəli həyata keçmiĢ nəzərəçarpacaq dərəcədə çox 
sayda hadisələr olmalıdır. Belə ki ,sığorta təĢkilatı ona gorə qarant verə bilər ki, o, mə-
ruz qalmaq ehtimalı yüksək olan risklər üzrə ümum daxil yaradır və daxilin çox az 


11 
üzvü hər hansı bir ildə ziyan görür.Hər hansı bir risk altında qalmaq ehdtimalı aĢağı
olduqda isə belə bir əməliyyat aparmaq heç də məqsədə uyğun olmazdı ,çünki bu 
stuasiyada kassada çox az bir məbləğ toplanır, bunun əvəzində isə ehtimal olunan 
hadisə həyata keçdiyi halda tələb olunan sığorta ödəniĢinin miqdarı yığılan sığorta 
haqqlarından böyük olur.
3) SığortalanmıĢ risklərin bir digər xarakterik forması odur ki,sonnəticədə heç 
bir qazanc və ya mənfəət əldə olunmur. Sadəcə olaraq itkilər konpensasiya olunur. 
4) Riskin bir digər xususiyyəti də budur ki baĢ verən hadisə tamamilə təsadüfi 
xarakter daĢımalıdır. 
5) Riskin sığortalanması Ģərtlərindən biri də onun cəmiyyətə və ictimaiyyətə 
zərər verə bilən bir fəaliyyətin ucbatından baĢ verməməsidir. Belə ki ,məhkəmənin 
qərarı ilə qanunuauyğun müəyyən edilmiĢ cərimələnmədən sığorta heç bir halda 
cəmiyyət üçün məqsədəuyğun və ədalətli addım kimi qiymətləndirilə bilməzdi 
.Cərimələmə bir cəzalandırma metodudur və qanuna zidd əməllər törətmiĢ Ģəxsin bu 
cəzadan sığorta vasitəsilə asanlıqla xilas etməsi onu bu cür addımları yenidən atmağa 
stimullaĢdıra bilər. 
6) Sığorta təĢkilatı tərəfindən tələb olunan sığorta haqqı məntiqli məbləğdə 
olmalıdır ki, bu da sığortalanması lazım olan risklərə müəyyən həddlər qoyur.Tez-tez 
reallaĢan risklərdən sığortalanmaq üçün daha yüksək sığorta haqqının tələb olunması 
kifayət qədər məntiqlidir. 
7)Ən nəhayət ,sığortalanan riskin baĢ verməsi səbəbilə itkilərlə üzləĢildiyi 
halda sığorta olunan Ģəxsin zərər görmə ehtimalı olmalıdır. 
Sığorta riskləri- maliyyə, iqtisadi, daĢınmaz və danıĢına bilən əmlak , təbii 
,siyasi risklər Ģəklində olur. Əmlak riski- əmlakın, zəlzələ, daĢqın, yanğından və digər 
fövqəladə hallardan təsadüfi Ģəkildə zərər görməsidir.Maliyyə riski- kredit 
müqaviləsindən olan risk, tədavül xərclərinin,artan infilyasiya səbəbilə istehsal 
xərclərinin gözlənilmədən yüksəlməsi və s. ilə əlaqədar riskdir.Ġqtisadi risk-qəbul 
olunmuĢ qərarların və ya həyata keçirilən fəaliyyətin təsadüflüyü nəticəsində baĢ 
verniĢ zərərin mümkünlüyüdür. Siyasi risk- dövlət orqanları və ya təĢkilati qruplar 


12 
vasitəsilə siyasi motivlər səbəbilə subyektləri təhlükə qarĢında qoyan qorxu riskidir. 
Siyasi risk özündə xüsusən hərbi əməliyyatları, xalq üsyanlarının, ticarət və valyuta 
mübadilələrinin qadağan edilməsini birləĢdirir. Təbii risklərə-,sel,daĢqın,güclü qar və 
s. hadisələr daxildir. 
Sadalanan risklər svilizasiyaya müəyyən zərərlər vura bilər. Zərərlər maddi 
olmaqla bərabər, bədbəxt hadisələrin təzahürü nəticəsində fiziki Ģəkildə də ola bilər. 
Məhz bu səbəbdən bəĢəriyyət daim öz mənafelərinin qorunmasının daha səmərəli 
üsulu kimi risklərin sığortalanmasına meyl göstərir. 
Bazar iqtisadiyyatına keçid dövründə dövlət Ģirkət və vətəndaĢlara dəyən
arzuolunmaz təbii, texnogen və digər hadisələr nəticəsində dəyən zərərləri tam Ģəkildə 
konpensasiya etmək iqtidarında deyildir. Bu baxımdan sığorta onların maddi 
maraqlarının müdafiəsinin qarantı kimi çıxıĢ edərək, cəmiyyətin sosial-iqtisadi
sabitliyini təmin etmiĢ olur. Sığorta fəaliyyəti ilə məĢğul olan təĢkilatların resursları
geniĢmiqyaslı yatırımların perspektivli istehsal və qeyri-istehsal sahələrinə 
yönəldilməsinin etibarlı qaynağı kimi rol oynayır. 
Sığorta istehsal münasibətlərinin ən mühim həlqərindən biridir. O əsasən ictimai 
istehsal fəaliyyəti zamanı meydana çıxan maddi zərərlərin konpensasiya edilməsi ilə 
bağlıdır. Normal təkrar istehsal fəaliyyətinin ən vacib elementlərindən biri istehsalın 
fasiləsizliyin təmin olunmasıdır. Əgər ictimai istehsal prosesi təbiət hadisələri və digər 
zərərli proseslərin nəticəsində dayanırsa,belə olan halda cəmiyyət üçün belə 
vəziyyətlərdən zərər görməmək məqsədilə qabaqcadan hazırlıqların görülməsi 
vacibdir. Çünki ictimai istehsal prosesi riskli xarakter daĢıyır. Bu özünü ilk növbədə 
özünü insan mənafeyi və təbiətin dağıdıcı təsirləri arasındakı ziddiyyətlərdə 
göstərməyə baĢlayır. Belə stiuasiyalar insan iradəsindən kənar olaraq baĢ verir və 
onların ağır nəticələrini müəyyən qədər aradan qaldırmaq məqsədilə sığorta 
müdafiəsindən istifadə olunur. Bu, ilk növbədə, özünü ictimai istehsal prosesinin
sığortalanması və ya qorunması formasında göstərir. 
Bir iqtisadi anlayıĢ olan sığorta maliyyə kateqoriyasının əvəzolunmaz tərkib 
hissəsidir. Bununla bərabər, maliyyə ümumilikdə yığımların və gəlirin bölgüsü və 


13 
yenidən bölgüsü ilə bağlıdırsa belə olan halda sığorta yalnız yenidən bölgü 
münasibətlərini özündə ehtiva edir. Ġqtisadi anlayıĢ kimi sığortanın özünə 
məxsusluğunu səciyyələndirən aĢağıdakı mahiyyət prinsiplərini misal göstərmək olar: 
1. Sığortalama prosesi zamanı pulun yenidənbölgüsü münasibətləri meydana 
gəlir ki, bu da qıraq, əvvəlcədən təyin oluna bilməyən və dağıdıcı hadisələrin 
mövcudluğu ilə Ģərtlənir. Məhz həmin bu hadisələrin baĢ verməsi nəticəsində milli 
iqtisadiyyata və vətəndaĢlara maddi və mənəvi fiziki olmaqla bir sıra zərərlər dəyir. 
2. Sığorta prosesi zamanı sığorta tərəfləri arasında dəymiĢ zərərin konpensasiya 
edilməsi prosesi həyata keçirilir. Sığorta tərəfləri deyildikdə, sığorta edənlərlə sığorta 
eolunanlar baĢa düĢülür. Bu tip yenidənbölgü münasibətləri, qanuna uyğun Ģəkildə tam 
olaraq təsərrüfatı və bütün ölkə hüdudlarını deyil, ictimai həyatın müəyyən hissələrini 
özündə ehtiva edən itkilərin spontan xarakter daĢıması ilə Ģərtlənir. Bu zaman sığorta 
tərəfləri nə qədər çox olarsa, onda zərərin ortadan götürlməsindən müvafiq olaraq hər 
bir sığorta eden tərəfə adambaĢı o qədər az miqdarda pul düĢər. Zərərin konpensasiya 
olunmasının ən əlveriĢli metodu sığortalamadır. Bu əlveriĢlilik, sığorta fəaliyyəti ilə 
məĢğul olan Ģəxlərin və sığorta olunan əmlakların sayı artdıqca mütanasib olaraq daha 
da artır. Sığorta həmçinin pul vəsaitlərinin sığorta fondu adlanan vahid bir fondda 
toplanmasını təmin edir. Belə hallarda hər bir sığortaçı maksimum zərəri minimum 
xərclərə aradan qaldırmaq imkanına malik olur. 
3. Sığorta itkilərin həm vaxtında həmdə ərazi vahidləri üzrə ppaylaĢdırılması nı 
təmin edir. Bu zaman bir il ərzində sığorta fondunun vəsaitlərinin səmərəli ərazi 
bölgüsü üçün geniĢ ərazilər və çoxlu sayda sığorta obyektinin mövcud olması 
gərəkdir. Ġtkilərin lazimi anda aradan qaldırılması fövqəladə halların təsadüfi xarakter 
daĢıması ilə əlaqədardır. Ona görə ki belə fövqəladə vəziyyətlər hər zaman baĢ vermir 
və onların baĢ verəcəyi vaxtı qabaqcadan proqnozlaĢdırmaq mümkün deyildir. 
4. Ġtkilərin örtülü formada konpensasiya olunması sığorta fondunda səfərbərliyə 
alınmıĢ vəsaitlərin bilavasitə geri qaytarılmasını Ģərtləndirir. Hər bir sığorta olunanın 
sığorta fonduna ayırdığı sığorta ödəmələrinin yalnız bir təyinat məqsədi var ki, o da 
müəyyən ərazidə və müəyyən zaman ərzində zərərin real məbləğinin ödənməsidir. 


14 
Buna görə də sığorta ödəmələrinin məbləği dəymiĢ ziyanın qarĢılanması formasında 
geriyə qaytarılır. 
Sığorta kateqoriyasının iqtisadi mahiyyətini onun iqtisadi məzmunundan 
ayırılması daha məqsədə uyğundur. Məlum olduğu kimi mahiyyət apriori anlayıĢdır, 
məzmun isə daimi olaraq yenilənilərək , ictimai-iqtisadi quruluĢların hər birində 
özünün 
əlamətlərinə 
malik 
olaraq, 
sığotanın 
icitmai-tarixi 
növlərini 
müəəyənləĢdirir.Sığortaya verilmiĢ tərif onun hazırki cəmiyyətdə mövcud olan 
məzmununu xarakterizə e-dir. Sığortanın iqtisadi mahiyyəti, onun ictimai 
məqsədlərində ifadə olunmuĢ funksiyalarında daha yaxĢı dərk olunur.Funksiyalar 
sığortanın maliyyə sisteminin bir hissəsi kimi xüsusiyyətlərini aydınlaĢdırmağa 
yardım edən təzahür xüsusiyyətləridir. Maliyyə anlayıĢı öz iqtisadi mahiyyətini hər 
Ģeydən öncə bölgü funksiyası vasitəsilə ifadə edir. Bu funksiya özünü sığortanın 
funksiyalarında göstərir. Sığortanın bazis etibarilə dörd vacib funksiyası vardır.
Bunlar aĢağıdakılardan ibarətdir: 
- risk funksiyası; 
- qabaqcadan xəbərdar edici funksiyası; 
- yığım funksiyası; 
-nəzarət funksiyası.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin