Əlyazması hüququnda


Minimum tələb olunan kapital məbləği



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix05.11.2022
ölçüsü1,15 Mb.
#67565
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
isgenderzade-tural

Minimum tələb olunan kapital məbləği 
Şəkil 1.3
2
 (11) 
Hal hazırda qüvvədə olan qanunvericilik norması sığorta Ģirkətinin əsası qoyulan 
zaman zamanı həm milli, həm də xarici kapitalın cəlb olunmasına Ģərait yaradır. 
“Sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən sığorta Ģirkətinin 
nizamnamə kapitalında əcnəbi kapitalın həcmi 49%-dən artıq olması qadağandır. 
Azərbaycanda sığorta fəaliyyətini aparmağa lisenziya almıĢ ən iri sığorta Ģirkəti 
“Azərisığorta” dır. “Azərisığorta” uzun illərdir fəalliyət və tam etibarlı dövlət sığorta 
Ģirkətidir və onun Respublikanın bütün regionlarında nümayəndəlikləri mövcuddur. 
Dövlət sığorta təĢkilatları hüquqi Ģəxs statusuna malikdir, öz fəaliyyətində 
nisbətən azaddır, təsərrüfat prinsipləri əsasında fəaliyyət göstərir. Onların gəlir və 
xərclər üzrə maliyyə planını sərbəst tərtib etməklə, Ģtat siyahısını və göstəricilərini 
təsdiq edirlər. Özəl və səhmdar sığorta Ģirkətləri bir qayda olaraq nizamnamə kapitalı 
və sığorta xidmətinin həcminə görə xeyli kiçikdir. Sığorta müqaviləsi yazılı Ģəkildə 
bağlanmalıdır. Əks təqdirdə sığorta müqaviləsi etibarsız sayılır (icbari dövlət sığortası 
müqaviləsi istisnadır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq 
2
Sigorta.maliyye.gov.az 


26 
olaraq, tərəflərin öz aralarında gəldiyi razılığa əsasən müqavilə baĢqa Ģərtlər daxilində 
də göstərilə bilər. Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq 
niyyəti barəsində sığortaçıya yazılı formada təklif verir, ya da bu məqsədini Ģifahi
Ģəkildə bildirir. Qanunla və ya müqavilə baĢqa hal nəzərdə tutulmuĢdursa, sığorta 
müqaviləsi müqavilənin bağlandığı gündən etibarən qüvvəyə minir.
Sığorta müqaviləsi bir sənədin hazırlanması və yaxud sığortaçının sığortalıya 
onun yazılı ərizəsi və ya Ģifahi müraciəti əsasında sığortaçı tərəfindən qol çəkilmiĢ 
sığorta polisi (Ģəhadətnamə) təqdim etmək yolu ilə bağlana bilər. Sonuncu mərhələdə
sığortalının sığortaçının təklif etdiyi Ģərtlər əsasında müqavilənin bağlanmasına 
sığortalının razılığı sığortaçıdan alınmıĢ polislə birlikdə təsdiq edilir.
Əmlak sığortası müqaviləsi imzalanan zaman sığortalı ilə sığortaçı arasında 
aĢağıdakı məsələlər üzrə razılıq əldə olunmalıdır: baĢ verəcək sığorta hadisəsinin 
xarakteri haqqında, sığorta məbləğinin miqdarı haqqında, müqavilənin fəaliyət 
müddəti haqqında sığorta obyekti olan müəyyən əmlak haqqında. 
Sığorta iĢində prioritet məsələlərdən biri «Sığorta daхıli»nin yaradılmasıdır. 
«Sığorta daхılı» - müəyyən risklərin birlikdə sığortalaması üçün sığorta Ģirkətlərinin 
birliyidir. «Sığorta daхili» əsasən təhlü-kəli, iri və təcrübədə yеni оlan risklərin
sığortaya qəbul еdilməsi zamanı yaradılır. Hazırda rеspublikada əmlakın 
sığortalanması üzrə sığorta daхılı fəaliyyət göstərir. Gələcəkdə sığortanın digər
növləri üzrə sığorta daхılının yaradılması üzrə iĢlər davam еdəcəkdir. 1999-cu ildə 
Azərbaycan Rеspublikasının yеni «Sığorta haqqında» Qanunu qəbul edilmiĢdir ki, bu
da sığorta iĢinin rеspublikada dünya normalarına uyğun Ģəkildə inkiĢaf еtdirilməsi,
sığorta münasibətlərinin tənzimlənməsi və təkmilləĢdirilməsinin hüquqi bazasını 
yaratmıĢdır. 
Ölkəmizdə sığorta iĢinin təĢ-kili dövrün iqtisadi və sosial tələblərinə uyğun 
olaraq həmiĢə yenidən qurulmuĢ və tək-milləĢdirilmiĢdir. Sığorta iĢinin indi 
fəaliyyətdə olan əsasları 1958-ci ildə qoyulmuĢdur. Son 30 il ərzində dövlət sığortası 
sistemində böyük iqtisadi və sosial əhəmiyyət kəsb etmiĢ, irəliyə doğru addımlar 
atılmıĢ və dəyiĢikliklər baĢ vermiĢdir. 


27 
Belə ki, sığorta iĢinin respublikamızın hüdudlarına aid edilməsi yeni 
özkönüllü sığorta növlərinin inkiĢafının yüksəldilməsi və onlar üzrə əmə-liyyatların 
həcminin artılmasına dəstək vermiĢdi. Lakin müttəfiq respublikaların dövlət sığortası 
iĢindəki tam sərbəstliyi çox çəkməmiĢ və 1968-ci ildən etibarən dövlət sığortası 
sistemi ittifaq-resublikanın əsas orqana çevrilmiĢdir. 
Yenidənqurma dövründə regionların və rayonların tam təsərrüfat hesabı və 
özünü maliyyələĢdirmə prinsiplərinə uyğun keçməsi bütün maliyyə-kredit sisteminin, 
o cümlədən dövlət sığortasının həmin prinsiplərə uyğun Ģəkildə qurulmasını tələb 
etmiĢdi. 
Müstəqil Azərbaycanın təsərrüfat mexanizminin mühüm kəsb edən tərkib 
həlqələrindən biri sığorta sistemidir. O, külli məbləğdə maliyyə resursları toplamağa 
imkan verir, təsadüfi hadisələr nəticəsində təsərrüfatlara və vətəndaĢlara dəymiĢ 
zərərin ödənilməsində mühüm rol oynayır. Lakin respublikamızda hər cür imkan və 
Ģərait olmasına baxmayaraq biz könüllü sığorta növlərinin inkiĢafına görə nəinki 
dünya, habelə keçmiĢ ittifaq respublikaları arasında da geri qalırıq. BaĢqa sözlə, 
respublikada mövcud tikintilərin və qaramalın 1/10-dən bir qədər çoxu, ev əmlakının 
1/8-i, nəqliyyat vasitələrinin isə 1/6-i sığorta olunmuĢdur ki, bu da göstəricilərdən də 
xeyli aĢağıdır.
Respublikada və onun hər bir bölgəsində sığorta iĢinin ugurlu inkiĢafı onun 
azad fəaliyyəti ilə bağlıdır. Dövlət sığortası münasibətləri inhisarın qarĢısının alınması 
və əks-inhisar tədbirlərinə müvafiq olaraq təkmilləĢdirilməlidir. Respublika sərhədləri 
daxilində sığorta olunacaq obyektləri və növləri azad Ģəkildə müəyyən etmək, elmi 
hesablamalara əsaslanmaqla qiymət dərəcələrini müəyyənləĢdirmək sahəsində ona tam 
sərbəstlik verilmiĢdir. 
Ölkəmizdə təkmil, azad sığorta sisteminin yaradılması tədbirləri , beynəlxalq 
sığorta münasibətləri sistemindən qətiyyən ayırmamalıdır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin