4.Psixologiya elminin inkişafının IV mərhələsi. XX əsrin 60-cı illərinə
təsadüf edir. XX əsrin II yarısında yeni psixologiya məktəbləri və
istiqamətləri-humanist psixologiya, genetik psixologiya, koqnitiv
psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı
illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf
mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan
ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin,
tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.
3.Psixologiyanın strukturu və vəzifələri Qədim zamanlardan psixikaya münasibət müxtəlif olmuşdur. İnsan
orqanizmində baş verən hadisələr, hallar müxtəlif cür başa
düşülmüşdür. Məsələn, yuxunu müvəqqəti ölüm, ölümü daimi yuxu,
ürəkkeçməni kiminsə qəlbinə qara qüvvənin daxil olması kimi başa
düşürdülər. Çünki baş verən bu hadisələrin elmi səbəbi sübut
olunmamışdır. Tədricən Platon, Aristotel və orta əsr alimlərinin elmi
nəzəriyyələri bütün hadisələrin elmi əsaslarını göstərdi.
Psixologiya elmi tam sərbəst bir elm kimi mövcud olandan bəri bu
elm haqqında bir – birinə zidd nəzəriyyələr, ideyalar olmuşdur.
Materialistlər sübut edirdilər ki, materiya mövcud olmamış hər hansı
bir ideya haqqında söhbət ola bilməz. Yüksək təşəkkül tapmış
materiya-beyin əvvəl yaranmış, ideya isə onun törəməsidir. İdealistlər isə psixi hadisələrin beyinlə əlqəsi olmayan hadisələr kimi xarakterizə
etmişlər. Onlar sübut edirdilər ki, əvvəl ruh – ideya yaranıb, sonra isə
canlı varlıq. Lakin bu idealist fikirlərin səhv olduğunu başa düşmək çox
asandır. Belə ki, beyində zədələnmə olan kimi psixi həyat da dərhal
pozulur.
Psixologiya elmi o səviyyədə inkişaf etmişdir ki, onun özünün də bir
sıra sahələri meydana gəlmişdir. Müasir psixologiyanın sahələrini aşağıdakı üç cəhətə görə təsnif etmək olar: