şagirdlərin psixoloji xüsusiyyətləri haqqında fikir yürütmək mümkün
olur.
7.Psixikanın və şüurun inkişafı
Psixikanın əmələ gəlməsi canlı materiyanın təşəkkülü ilə bağlıdır.
Yalnız canlı materiyaya
inikas formaları (əksetdirmə) xasdır. Onun ilk
əlaməti qıcıqlanmadan ibarətdir.
Qıcıqlanma-canlı orqanizmin, yəni
bitki və heyvanların biotik təsirlərə cavab vermə qabiliyyətinə
deyilir. Canlı orqanizmə biotik və abiotik təsirlər ola bilər. Birinci
halda canlı orqanizm qıcığa yaxınlaşır, ikinci halda isə ondan uzaqlaşır.
Bu, o deməkdir ki, hər bir canlı orqanizm bütün xarici qıcıqlara seçici
münasibət bəsləyir.
Psixikanın ən yüksək səviyyəsini
şüur təşkil edir. Şüur da psixika kimi
beynin funksiyasıdır.
Şüur obyektiv aləmin ideal inikasıdır. Yəni əmək
prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insanın
təsəvvüründə, ideal surətdə mövcud olur. Şüur fərdin həyat yolunun
təkraredilməz əlamətlərini, tərbiyəsinin xüsusiyyətlərini, ona olan
müxtəlif təsirləri ifadə edir.
Fərdi və
ictimai şüur vardır:
Fərdi şüur- cəmiyyətdə yaşayan hər bir şəxsin şüurudur. Fərdi şüurun
özünəməxsus xüsusiyyətləri vardır. Fərdi şüur insanın doğulması və
ölümü ilə birlikdə doğulur və ölüb gedir. Fərdi şüur ailənin, dostların,
tanışların və şəxsi həyat şəraitinin təsirinin nəticəsi kimi meydana
çıxır. Fərdi şüur insanın inkişaf səviyyəsi, şəxsi xarakteri və s. kimi
amillərin də təsiri altında olur.
Dostları ilə paylaş: