fərqləndirirlər; birinci mərhələdə canlı orqanizm müvafiq qıcıq
istiqamətinə yönəlir, ikinci mərhələdə həmin istiqamətdə yerini
dəyişir.
9.İnstinktlər və intellektual davranış
•İnstinktlər- genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət
etibarilə yeni davranış forması kimi meydana çıxır.
İnstinktlər-
oyanma deməkdir və elmi termin kimi “irsən möhkəmlənmiş”,
“anadangəlmə davranış” mənasını ifadə edir. İnstinktiv davranış
forması hər hansı bir qıcığın təsiri ilə əmələ gəlir və ardıcıl surətdə
davam edir. Standart şərait dəyişən kimi instinktiv hərəkətlər öz
məqsədəuyğunluğunu itirir. Beləliklə, instinktiv davranış formaları
yalnız dəyişməz şəraitdə məqsədəuyğun olur. İnstinktiv davranış
formalarına heyvanların hamısında geniş təsadüf olunur.
•
İntellektual davranış da genetik cəhətdən instinktiv və fərdi
qazanılmış davranış formaları ilə bilavasitə bağlıdır. Bu cəhəti nəzərə
almadan intellektual davranışı başa düşmək olmaz.
İntellektual
davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb
münasibətləri əks etdirmək təşkil edir. Heyvan iki cisim arasındakı
əlaqəni tapdığına görə həmin davranış formasını intellektual davranış
kimi xarakterizə edirlər. İ.P.Pavlovun meymun üzərində apardığı
təcrübələr bu sahədə klassik təcrübələr hesab olunur.
Qeyd etmək lazımdır ki, instinktiv davranış heyvanların əsas davranış
formasıdır. Heyvanlar fərdi qazanılmış davranış formalarından və
intellektual davranış formalarından zəruri hallarda istifadə edirlər.
Dostları ilə paylaş: