DƏDƏ QORQUD ARAŞDIRMALARI
göstərmək olar.
Biz yuxarıda da qeyd etdik ki, aymaq feli qədim fellərdən biri ol-
maqla mənşə etibarilə ay sinkretik kökündən törəmişdir. Bu mənada
aymaq feli ay sinkretik kökünün ifadə etdiyi 16 mənasından yalnız
birinə - “danışmaq”, “səs çıxartmaq” mənasına daxil olan fel kimi
özünü göstərir. Biz türk yazılı abidələrini nəzərdən keçirdiyimiz za-
man aymaq felinin qədimliyinin bir daha şahidi olarıq.
Qədim türk yazılı qaynaqlarından olan Orxon-Yenisey abidələ-
rində ay sinkretik kökünün “danışmaq”, “səs çıxartmaq” mənasının
izlərini aşağıdakı sözlərdə müşahidə edə bilərik: Ay - demək, söy-
ləmək, danışmaq: Bilgə Tonukuk baŋa aydı: - Мüdrik Tonyukuk, -
mənə dedi (19, s. 119, 124; 16, s. 42, 47); ayt // ayıt // ayıd - demək,
söyləmək, əmr etmək: Yelmə, karağu edgüti urğıl, basıtma, - timis.
Bög(ü) kağan baŋaru ança ayıdmıs. – Kəşfiyyatı, keşiyi yaxşıca təş-
kil et, qoşunu basılmağa qoyma - demiş, Bög(ü) xaqan mənə eləcə
demiş (19, s. 120, 124; 16, s. 43, 47); ayıt - günahlandırmaq, cəza-
landırmaq; ayğuçı - məsləhətçi: Kırkızda yantımız. Türgis kağanta
körüg kəltı, sabı antəg: öndən kağanğaru sü yorılım, -timis. Yorıma-
sar, bizni - kağani alp ermis, ayğuçısı bilgə ermis. – Qırgız (elindən)
qayıtdıq. Türkəş xaqanlığından müşahidəçi gəldi. (Onun) sözləri
belə idi: Şərqdən xanın üzərinə qoşun çəkək, - demiş, biz qoşun çək-
məsək, о bizə (qalib gələcək); onun xanı igid, məsləhətçisi ağıllıdır
(19, s. 119, 124; 16, s. 42, 47).
Ay sinkretik kökünün “danışmaq”, “səs çıxartmaq” mənasının
izlərinə “Drevnetyurskiy slovar”da da təsadüf etmək olar. Burada
aymaq sözü “danışmaq”, “söyləmək”, “adlandırmaq”, “əmr etmək”,
“idarə etmək” mənalarında işlənmişdir: Bularda talusın ajajin saŋa.
“Mən sənə bunların ən yaxşısını danışaram”; Tezikler ajur anı Af-
rasijab. “İranlılar onu Əfrasiyab adlandırırlar”; Ağırla bularıy negü
ajse qıl. “Onları oxu və nə əmr edirlərsə, yerinə yetir” (22, s. 25).
Ay sinkretik kökünün semantik tutumunu, onun “danışmaq”, “səs
175
Onomastika, Dialektologiya, Etimologiya
çıxartmaq” mənasının əhatə dairəsini yazılı qaynaqlar içərisində biz
daha çox “Divani-lüğəti-it türk”də izləyə bilərik. Nümunələrə diqqət
edək: ay - de, söylə (9, s. 225, 251; 11, s. 158), aydı – dedi, söylədi (9,
s. 225), aydım - dedim, söylədim (9, s. 111, 112, 157, 171, 178, 337,
371, 461, 473; 11, s. 74, 202, 207, 316, 319, 325), aydum - dedim,
söylədim (9, s. 157), aydınq - dedin, söylədin (9, s. 350), aymadınq
- demədin, söyləmədin (11, s. 231), ayur - deyər, söyləyər (9, s. 125,
472; 10, s. 134), ayur mən - deyərəm, söyləyərəm (11, s. 200), ayıp
- deyib, söyləyib (9, s. 379; 10, s. 67), aymış - demiş, söyləmiş (9, s.
153), ayğıl - de, söylə (9, s. 377; 11, s. 311), aydaçı - deyən, söyləyən
(9, s. 359), ayıl - deyin, söylən (9, s. 297), ayıldı - deyildi, söyləndi
(9, s. 297), ayılur - deyilir, söylənilir (9, s. 297), ayıt - de, söylə (9,
s. 257), ayıttı - dedi, söylədi, soruşdu (9, s. 257), ayıttım - dedim,
söylədim, soruşdum (oğuzca) (9, s. 257), ayıtur - dedirt, söylət (9, s.
257), ayturdı - dedirtdi, söylətdi, ayıtğan - deyən, söyləyən (oğuzca),
soruşan (11, s. 52), aytıl – soruş (9, s. 298), aytıldı – soruşuldu (9, s.
298), aytılur - soruşulur, deyilir, söylənilir (9, s. 298), aytığ - xitab,
hal-əhval soruşmaq (9, s. 174), aytış - xətir sorus, hal-əhval tut (9, s.
174), aytın - soruşmağı öz üzərinə al (9, s. 298), aytındı - soruşmağı
öz üzərinə aldı (9, s. 298), aytınur - soruşmağı öz üzərinə alar (9, s.
298), aya - ayama, taxma ad, ləqəb (9, s. 299), ayadı - ləqəb verdi (9,
s. 299), ayar - ləqəb verər (9, s. 299), ayağ - ayama, taxma ad, ləqəb
(9, s. 299; 11, s. 169), ayağa - ayama, taxma ad, ləqəb (11, s. 169)
ayık - vəd, vədə, söz vermə (9, s. 150; 10, s. 67), ayıkı - vəd, vədə,
söz vermə (9, s. 150); “Kəldi manqa tat. Aydım: əmdi yat, Кuşka
bolup ət, Səni tilər us, böri”. – Gəldi mənə tat, Dedim: indi yat. Quşa
olub ət, Səni dilər us, börü (9, s. 111); “Əmdi ok aydım”. - Elə indicə
dedim; “Ol andağ aydı”. - О belə dedi (9, s. 112); “Aşıç ayur: Tübüm
altun, Kamıç ayur: Mən kayda mən”. - Qazan deyər: Dibim altın,
Çömçə deyər: Mən hardayam? (9, s. 125); ayık - söz vermə, vəd:
“Anınq manqa ayıkı bar”. - Onun mənə vədi var (9, s. 150); “Ərdi
176
DƏDƏ QORQUD ARAŞDIRMALARI
uza ərənlər, Ərdəm bəgi bilik tağ. Aydı öküş ögütlər, Könqlüm bolur
anqar sağ”. – Keçmişdə ərənlər vardı, ərdəm bəyi, bilgi daği kimi.
Çoxlu öyüd verərdilər. Könlüm onlara açılır (9, s. 153); “Anqar ay-
dım”. - Ona dedim; “Aydum anqar, səwük, Bizni taba nə əlük, Keç-
tinq yazı kərik, Kırlar ədhiz, bədhük”. - Dedim ona, sevgilim, Bizim
tərəfə doğru, Böyük dağı keçdin, Necə gəlib çıxdın? (9, s. 157); aytış
- iki adamın bir-birilə hal-əhval tutması; aytığ - «aytış» mənasında
olan bir sözdür, kef-hal və buna bənzər şeylər soruşmaq üçün işlə-
dilir; aydı – dedi: “Ol manqa söz aydı”. - О mənə söz söylədi (9,
s. 225); “Təgür məninq sawımnı bilgəligə ay. Tınur kalı atatsa kıs-
rak səni tay”. – Mənim sözümü bilgələrə çatdır, de: Qısrağın dayı at
olsa, qısraq dincələr (9, s. 251); ayıttı – söylədi, soruşdu: “Ol manqa
söz ayıttı”. - О məndən söz soruşdu; “Mən anqar söz ayıttım”. - Mən
ona söz söylədim (9, s. 257); ayıldı - deyildi, söyləndi: “Anqar söz
ayıldı”. - Ona soz deyildi; ayturdı - dedirtdi, söylətdi: “Ol manqa söz
ayturdı”. - О mənə söz söylətdi (9, s. 297); aytıldı – soruşuldu: “Söz
aytıldı”. - Söz soruşuldu; aytındı - soruşmağı öz üzərinə götürdü:
“Söz aytındı”. - Söz soruşmağı öz üzərinə götürdü (9, s. 298); aya-
dı – ləqəb verdi: “Xan anqar ayağ ayadı”. - Xan ona ayama, ləqəb
verdi (9, s. 299); “Eşək ayur: Başım bolsa, sundında suw içgəymən”.
– Eşşək deyər ki, bircə başım salamat olsun, dənizdən su içərəm (9,
s. 472); “Urtu turup yağdı anqar kiş okı çığüwar, Aydım: asığ kılğu
əməs, sən takı yalvar”. – Qarşımda durub, yağdı ona sədəqdən oxlar,
Dedim: Xeyri yoxdur, istər yüz yalvar (9, s. 473); “Kim ayıp, iştür
kulak, Ay əwi artuç budak”. - Kim deyib, kim eşidib, Ay evinin ardıc
budağı olduğunu?; ay - əmri, buyruğu tanımamağı bildirən bir söz,
ay - xitab ədatı: “Каnçа bardınq, ay oğul, Ərdinq munda inç amul,
Attın əmdi sən tönqül, Kıldınq ərsə kılmağu”. - Hara getdin, ay oğul,
Burda rahat, dinc idin. Atdan indi gəl sən dön, Qıldığını onsuz da
qıldın (9, s. 142).
XVI əsrdə yazıya alınan, lakin dil va üslubi cəhətlərinə görə daha
177
Onomastika, Dialektologiya, Etimologiya
əvvəlki dövrlərlə, daha çox IX-XI əsrlərlə səsləşən, atalar sözləri və
yaxud məsəllərinin toplusu olan “Oğuznamə”də də ay sinkretik kö-
künün “danışmaq”, “səs çıxartmaq” mənasını öz semantikasında qo-
ruyub saxlayan ayıtmaq sözü işlənmişdir. Məsələn: Atalar ayıtmış:
“Həq Təala müsəlmanların qürbətdə xəstəlıqdan və yigitlikdə ölüm-
dən və pirlikdə yoxsulluqdan saqlasun” (6, s. 18; 1, s. 21).
İ.Nəsiminin yaradcılığında da ay sinkretik kökünün “danışmaq”,
“səs çıxartmaq” mənasını öz semantikasında qoruyub saxlayan aydır
sözünün işləndiyini bir daha görürük. Məsələn: Ey Kəbeyi-həqiqi
ləlün nə zəmzəm olmuş, Kim, susamış Nəsimi aydur ki, zəmzəm
oldur (15, s. 55).
XVI əsrdə yaşayıb-yaratmış Azərbaycanın görkəmli dövlət xa-
dimi və şairi Ş.İ.Xətainin də yaradıcılığında ay sinkretik kökünün
“danışmaq”, “səs çıxartmaq” mənasını öz semantikasında qoruyub
saxlayan aydır sözünün işləndiyini müşahidə edirik. Məsələn: Aydır
ki, bizimlə bağla hümmət, Yar etmiyə ta bu işdə höccət; Dedim ki,
“Vəcəd fəcud səvabən?” Aydır ki, “Ləəlləni turabən” (24, s. 268).
Aymaq feli müasir dilimizin bir çox dialekt və şivələrində də ak-
tiv şəkildə işləkliyə malikdir. Ədəbi dilin lüğət tərkibində isə bu fel
öz işləkliyini itirmiş və arxaik sözlər cərgəsinə keçmişdir.
Bu leksem dialekt və şivələrimizdə aymağ formasında “demək,
söyləmək” mənalarının ifadəçisi kimi (Füz.) (1, s. 26; 2, s. 23), ay-
dırmax formasında “söyləmək”, “anlatmaq”, “sezdirmək”, “başa
salmaq”, “qandırmaq” mənalarının ifadəçisi kimi (Kürd.) (2, s. 22),
ayutmağ şəklində “demək”, “söyləmək” mənalarının ifadəçisi kimi
(Qb., Dər.) də işlədilir: - O, ma: söz aydı (Qb., Dər.) (1, s. 26).
Həmçinin bu gün Azərbaycan dilinin dialekt və şivələrində bir
qrup sözlər işlənir ki, bu sözlər də mənşə etibarilə aymaq feli ilə
əlaqədardır. Belə ki, bəzi dialekt və şivələrimizdə bir adama el tərə-
findən verilən “ləqəb, ad” mənalarını ifadə edən ayalğa (Bər., İm.,
Şəm.) (2, s. 21), ayama, ayalama (Cul., Nax., Ord., Şah., Şər.) (2, s.
178
DƏDƏ QORQUD ARAŞDIRMALARI
22) sözlərinə də rast gəlirik ki, bu da ay sinkretik kökünün “taxma
ad, ləqəb” məna çalarlığını dilimizdə qoruyub saxlayan ən dəyərli
faktlardır.
Yuxarıda qeyd etdiyimiz kimi, ay sinkretik kökünün “ayama”,
“taxma ad”, “ləqəb”, “ləqəb vermək” kimi məna çalarlıqlarını “Di-
vani-lüğəti-it türk”də də aya (ləqəb vermək, ləqəb), ayağ (ləqəb),
ayağa (ləqəb) sözlərində görürük. Ay sinkretik kökü əsasında aya
(ləqəb vermək, ləqəb), ayağ (ləqəb), ayağa (ləqəb) sözləri yaranmış-
dır. Ortaq türk dilinə məxsus olan aya (ləqəb vermək, ləqəb) sözü
əsasında ayağ (ləqəb), ayağa (ləqəb) isimləri yaranmışdır. Ay sink-
retik kökündən yaranan ayalğa, ayama, ayalama (ləqəb) isimləri isə
dilimizin ortaq türk dilindən fərqlənən özünəməxsus sözyaratma
formalarıdır. Hər iki mənbəyə əsaslanaraq sözün formalaşma ardı-
cıllığını təxminən aşağıdakı kimi göstərə bilərik: ay – aya - ayağ –
ayağa – ayalğa – ayala -ayalama - ayama.
Aymaq feli türk dillərində ayt//eyt variantlarında da işlənir. Bu
felin semantikası ilə bağlı N.K.Dmitriyev haqlı olaraq qeyd edir ki,
ayt- feli yalnız adi danışığı bildirmir, həm də insan nitqinin yüksək
səslənməsini ifadə edir. Buradan aydın olur ki, ayt- feli “sözü uca-
dan demək”, “ucadan danışmaq”, hətta “mahnı oxumaq” mənaları-
nı bildirir (27, s. 571). Maraqlıdır ki, sonuncu mənası türk dilinin
dialektlərində mühafizə olunub (26, s. 421). Ayt- feli “Kitabi-Dədə
Qorqud”da da “mahnı oxumaq”, “demək” mənalarında işlənmişdir:
Qız aydır: Ayıtma ozan! (13, s. 59).
Bu gün dilimizin lüğət tərkibində bir qrup sözlər mövcuddur ki,
həmin sözlərin semantikasında da ay sinkretik kökünün “danışmaq”,
“səs çıxartmaq” mənası öz izlərini qoruyub saxlamışdır. Başqa sözlə,
bu sözlər öz semantikasında “çağırmaq”, “müraciət etmək”, “hayla-
maq”, “haraylamaq”, “səsləmək”, “qışqırmaq”, “kişnəmək”, “nəril-
dəmək”, “cavab vermək”, “səsə səs vermək” məna çalarlarını ifadə
edir. Həmin sözlər aşağıdakılardır: ay, ay haray, haray, hay, hay ver-
179
Onomastika, Dialektologiya, Etimologiya
mək, hay basmaq, hay qopmaq, hay düşmək, hay salmaq, hay vur-
maq, hayında, haya bənd olmaq, haya yetmək, hay-haray, hay-haray
salmaq, hay-huy, hay-küy, hay-küylə, hay-küyçü, hay-küylü, hay-
lı-küylü, hay-küysüz, hay-küy salmaq, hay-küy qaldırmaq, hayqırıq,
hayqırışma, hayqırışmaq, hayqırma, hayqırmaq, hayqırtı, hayxırıq,
hayxırma, hayxırmaq, hay-hay, haylama, haylamaq, haylaşma, hay-
laşmaq, haray çəkmək, haray qoparmaq, haray salmaq, haray etmək,
harayına gəlmək, harayına yetmək, harayına yetişmək, harayına çat-
maq, haray-həşir, haray-həşir salmaq, haraylamaq (4, s. 336-338).
Dilimizin lüğət tərkibində hayqırmaq, haray, hay (təql. çağırışa
cavab), haydı (nida. bir yerə getmək, yaxud bir işə başlamaq üçün
çağırış və ya əmr mənasında işlədilir) və s. bu kimi sözlər vardır
ki, həmin sözlərdə ay sinkretik kökünün “danışmaq, səs çıxartmaq”
mənasının izlərini çox asanlıqla bərpa etmək olar. Belə ki, bu gün
dilimizdə işlənən hayqırmaq feli bunu bir daha sübut edir. İlk əvvəl
sözə nəzər saldıqda onun iki tərkib hissədən – hay+qır ibarət olduğu-
nu söyləmək heç də çətin deyil. H səsinin sonrakı səs artımı (ürmək
– hürmək, örmək – hörmək fellərində olduğu kimi) olduğunu nəzərə
alsaq, hay sözündə ay sinkretik kökünün izlərini çox asanlıqla müəy-
yənləşdirmiş olarıq: (h)ay+qır. Sözün ikinci tərkib hissəsi olan qır
ünsürünə gəldikdə, onun hər hansı bir qrammatik ünsür, yaxud söz
kökü olduğunu müəyyənləşdirmək kimi çətin bir problemlə qarşıla-
şırıq.
Məsələyə bir qədər diqqətlə yanaşdıqda qır ünsürünün qramma-
tik ünsür deyil, söz kökü olduğunu görürük. Bunu vaxtilə dilimizdə
çox geniş işlənən və “tərcüməçi” mənasını ifadə edən, lakin sonralar
semantik dəyişməyə məruz qalaraq dilimizin lüğət tərkibində kobud
xarakterli sözlər sırasına keçən dılqır (dil qıran) sözü bir daha sübut
edir. Yaxud bu gün daha çox danışıq dilində işlənən qiybət qırmaq
ifadəsindəki qırmaq sözü “eləmək”, “danışmaq” mənalarını ifadə
edir. Müqayisə edin: qiybər qırmaq – qiybət eləmək – qiybət danış-
180
DƏDƏ QORQUD ARAŞDIRMALARI
maq. Bu zaman hayqır sözünün mənşəyini belə izah edə bilərik: (h)
ay+qır – (h)ay elə (çağır, səslə, qışqır).
Yaxud dilimizdə haray sözü mövcuddur ki, həmin sözün də eti-
mologiyasını bu cür izah etmək olar: H səsinin sonrakı səs artımı
olduğunu nəzərə alsaq, sözün tarixi formasını aray şəklində bərpa
etmiş oluruq. Lakin məsələyə bir qədər də diqqətlə yanaşdıqda, xü-
susi duyum və məntiq əsasında müəyyən etmək olur ki, həmin söz
tarixən ara (axtar) + ay (çağır, səslə, qışqır) formasında olmuşdur.
Doğrudan da, haray sözünün məzmunu da bunu təsdiq edir.
Belə ki, biz hər hansı bir şəxsi axtarmaq üçün harayladıqda, eyni
zamanda iki hərəkəti icra edirik; bizə lazım olan şəxsi arayırıq, ax-
tarırıq və elə bu məqsədlə də onu səsləyirik, çağırırıq, haraylayırıq.
Buradan belə bir nəticəyə gəlirik ki, haray sözü ara və ay sözlərinin
tarixən birikməsi nəticəsində yaranmışdır. Bu söz quruluş etibarilə
tarixən mürəkkəb olmuşdur, lakin müasir Azərbaycan dilində sadə
söz hesab edilir. Haray sözündə də ay sinkretik kökünün “danış-
maq”, “səs çıxartmaq” manasının izini bərpa etməaklə onun tarixi
formasını aşağıdakı kimi göstərə bilərik: (h)ar(a) + ay - axtar, çağır.
Eyni qayda ilə hay sözündə də ay sinkretik kökünün izini bərpa
etmək olar. Məsələn, (h)ay. Həmin söz hal-hazırda dilimizdə çağırışa
cavab məqamında işlənən təqlidi sözdür. Məsələn: Мənə niyə hay
(çağırışıma cavab) vermirsən? Yaxud qərb qrup dialekt və şivələrin-
də bu söz hə sözü əvəzində çağırışa cavab, qarşı tərəfin verdiyi su-
alı başa düşmədikdə suala sual vermək məqamlarında indi də işlən-
məkdədir. Məsələn, - Ay Kərim!; - Hay! Nə de:rsən aya?; - Şəhərə
gedəjəx’səŋmi?; - Hay? (уəni, nə?, песə?, nə deyirsən?); - De:rəm
şəhərə gedəjəx’səŋmi?; - Hay, gedəjəm.
Hay-huy səs təqlidi sözdür. Ay sinkretik kökünün “danışmaq”,
“səs çıxart-maq” mənası bu sözdə asemantikləşmişdir. (h)ay-(h)uy
– səs küy
Hay-hay sözü dilimizdə iki halda işlənir. Birinci halda, о, isim
181
Onomastika, Dialektologiya, Etimologiya
kimi işlənərək danışıq dilində “tab”, “taqət”, “qüvvət”, “iqtidar”,
“hey” mənalarını ifadə edir. Bu sözlə əlaqədar dilimizdə belə bir
məsəl də işlənir: Hay-hayı gedib, vay-vayı qalıb. Bu sözdə də ay
sinkretik kökünü aşağıdakı kimi bərpa etmək olar: (h)ay-(h)ay - tab,
taqət, qüvvət, iqtidar, hey. Bu sözün “tab”, “taqət”, “qüvvət”, “iqti-
dar”, “hey” mənaları ay sinkretik kökünün “danışmaq”, “səs çıxart-
maq” mənası ilə əlaqədardır. Тəbii ki, tabı, taqəti, qüvvəti, iqtidarı,
heyi olmayan adamın səsi də çıxmır. Buna görə də taqəti, qüvvəti
olanın nərəsi, səsi, avazı da yüksək olur. Təsadüfi deyildir ki, “Ko-
roğlu” dastanında xalq qəhrəmanı olan Koroğlunun nərəsi də onun
gücü, qüvvəti ilə bərabər tutulur. Bundan başqa, hay-hay sözü into-
nasiya ilə deyilərək “istehza”, “rişxəndlik” mənasını da bildirir.
Dilimizdə mövcud olan ay nidası da ay sinkretik kökünün “da-
nışmaq”, “səs çıxartmaq” mənasını öz semantikasında qoruyub
saxlamışdır. Aşağıdakı nümunələr də bunu bir daha sübut edir. Nü-
munələrə diqqət yetirək: Ay nida - Çağırış, müraciət, haylama, ha-
raylama nidası: Ay camaat! - Ay qalan uşaqlar, siz bizim dalımızda
olun, qorxmayın! (M.F.Axundzadə). [Kərbəlayi Fatma:] Ay hacı,
bu nə xəbərdir? Deyirlər, Кərbəlayi Fətulla dirilib gəlir? (C.Məm-
mədquluzadə). Növbət gəlinə gəldi: Аy uşaq, qaçın, gəlin gəlsin
(Çəmənzəminli). // Bəzən təsiri şiddətləndirmək üçün “haray”,
“dad” sözləri ilə birlikdə deyilir: [Nazir:] Ay haray, ay dad, a başına
dönüm, axır mənim təqsirim nədir! (M.F.Axundzadə); “A” yerində
nida olaraq işlənir: Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr et! Ay
qız! Ay qoçaq! (3, s. 70).
Bəzən danışıq dilində ayın-şayın sözünü işlədirik ki, fikrimizcə,
bu söz də ay sinkretik kökünün “danışmaq”, “səs çıxartmaq” mənası
ilə sıx bağlıdır. Bu söz nitq hissəsi kimi zərfdir və dilimizdə əsasən
“arxayın”, “nigarançılıqdan uzaq”, “rahat”, “asudə” mənalarını ifadə
edir və təxminən “dimməz-söyləməz” mənasına uyğun gəlir. Müqa-
yisə edin: [Hacı Baxşəli:] Cəlilin toyunun tədarükündə idim ki, bir-
182
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dən ayın-şayın gəzdiyi yerdə, bax, boynunun burasından … bir yara
çıxdı. C.Məmmədquluzadə (3, s. 180).
Orta əsr türk (osmanlı) dili mənbələrində “söyləmək”, “demək”,
“anlatmaq” mənalarını bildirən ayıtmak//eyitmek sözləri işlənmiş-
dir: Eyle kim gördüydü ayittı düşün, Eyittiler nitmek gerek bunun
işin (25, s. 323). Müasir türk dili lüğətlərində “demək” mənasında
köhnəlmiş söz kimi eyitmek feli qeyd edilmişdir: Kul Mustafa eydür
coştum, Aşkın deryasına düştüm (Kul Mustafa). Türk dilinin dia-
lektlərində ayitmak feli “söyləmək” mənasında işlənməkdədir (26, s.
421). Orta əsr türkmən dilli mənbələrdə ayıt feli “danış” mənasında
verilmişdir: Men anar söz ayıttım. “Mən ona söz dedim” (29, s. 58).
Müasir türkmən dilində ayıtmak feli “danışmaq”, “xəbər vermək”,
“nağıl etmək”, “mahnı oxumaq”, “ifa etmək”, “adlandırmaq” mə-
nalarında işlənir: Dostun aybını yüzüne ayt. – “Dostun eybini üzünə
de”; Muna nəme diyip aydılər? – “Buna nə deyib adlandırdılar” (34,
s. 35).
Aymaq feli “söyləmək”, “demək” mənaları ilə yalnız müasir türk-
mən dilində mühafizə olunmuşdur. Həmin mənalar türk və Azərbay-
can dillərinin dialekt və şivələrində qorunmaqdadır. Müasir qaqauz
dilində isə bu fel tamamilə köhnələrək, işləklikdən qalmışdır. Eyni
zamanda ay- felinin ilkin mənalarından biri (“əmr etmək”) oğuz
dillərində itmiş, “adlandırmaq” mənası isə müasir türkmən dilində
qalmışdır. Bu felin ilkin mənadan fərqli “mahnı oxumaq” mənası
müasir türkmən dilində və türk dilinin bəzi dialektlərində müşahidə
olunur (17, s. 228-229).
Türk dillərinin lüğət tərkibində də ay sinkretik kökünün “danış-
maq”, “səs çıxartmaq” mənasını öz semantikasında qoruyub saxla-
yan sözlər mövcuddur. Fikrimizi əsaslandırmaq üçün həmin sözlərin
nəzərdən keçirilməsi daha məqsədəuyğun olardı. Nümunələrə diqqət
yetirək: Ayıt (uyğ.) danışdırmaq: Ayıttı Elik aidı alınq nedek. – Əlik
onu danışdırdı və dedi: “Vəziyyətin necədir?” (KB, s. 46, 14); Ayıt-
183
Onomastika, Dialektologiya, Etimologiya
maklık erkek turur ai Elik – çırvabı tiji ol yidürse bilik. – Danışdıran
kişidir, ay Əlik, bilgi verən şeyin cavabı isə qadındır (30, s. 222);
ayu: (uyğ.) – söhbət, danışıq, söz: Kereklik anqar pu ağımlar ayu:. –
Ona bu böyüklərin (müdriklərin) kəlamları, hikmətli sözləri gərəkdir
(30, s. 223); ayın-oyun (osm..) – lazımsız, boş söhbət: ayın-oyun bil-
məz adam – düzgün, sözü üzə deyən adam (30, s. 220); ayalğı (tel.,
qırğ.) – söhbətin gedişi, ifadə etmə, nəğmə, hava, mövzu (tel.); in-
sanın adəti üzrə tez-tez işlətdiyi, vərdiş etdiyi ifadə (qırğ.): Katıvım-
nınq taspaka dep kör aitu:nunq me:nesi özününq sözününq ayalğısı.
– Əgər xatunum tamam “taspaka” deyib durursa, deməli bu onun
söhbətdə vərdişidir (30, s. 213); ayalğıla (tel.) – həmahəng, xorla
oxumaq (30, s. 213); ayalğu (cğt.) – nəğmə, səsin modulyasiyası,
takt, vəzn, bülbül nəğməsi, ümumiyyətlə, gözəl səs; musiqi işarəsi
(30, s. 213); ayat (qız.) – səs ucaltmaq, oxumaq (30, s. 214) və s.
Bu gün də “demək”, “danışmaq” mənalarını ifadə edən ay sözü
türk, türkmən, qırğız, qazax, noqay, qaraqalpaq, özbək, başqırd, uy-
ğur dillərində işlənməkdədir (31, s. 112).
Ədəbiyyat
Azərbaycan dilində
1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Azərb. SSR EA nəşriyyatı,
1964, 466 s.
2. Azərbaycan dilinin dialektoloji lüğəti. 2 cilddə, I cild, A- L. Ankara: TDK,
1999, 374 s.
3. Azərbaycan dilmin izahlı lüğəti. AMEA, I cild, Bakı: “Şərq-Qərb”, 2006,
744 s.
4. Azərbaycan dilmin izahlı lüğəti. AMEA, II cild, Bakı: “Şərq-Qərb”, 2006,
792 s.
5. Ələkbərova Elnarə. İr - kökü haqqında. Tədqiqlər. III cild. Bakı: 2006, 388
s. səh. 113-119
6. Əlizadə S. Oğuznamə. Bakı: “Yazıçı”, 1987, 222 s.
7. Əlizadə S. Oğuznamə. Bakı: “Şərq-Qərb”, 2006, 216 s.
8. XəliIov B.Ə. Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin
184
DƏDƏ QORQUD ARAŞDIRMALARI
köklərin fono-semantik inkişafı (müqayisəli-tarixi istiqamətdə). Bakı: 1995, 80 s.
9. Kaşğari Mahmud. Divanü lüğət-it-türk. I cild, Bakı: “Ozan”, 2006, 512 s.
10. Kaşğari Mahmud. Divanü lüğət-it-türk. II cild, Bakı: “Ozan”, 2006, 400 s.
11. Kaşğari Mahmud. Divanü lüğət-it-türk. III cild, Bakı: “Ozan”, 2006, 400
s.
12. Kaşğari Mahmud. Divanü lüğət-it-türk. IV cild, Bakı: “Ozan”, 2006, 752
s.
13. Kitabi-Dədə Qorqud. Bakı: 1988, 265 s.
14. Kitabi-Dədə Qorqud. Bakı: “Öndər Nəşriyyat”, 2004, 376 s.
15. Qəhrəmanov С. Nəsimi «Divanı»nın leksikası. Bakı: “Elm”, 1970, 568 s.
16. Quliyev Ə.A. Əski türk yazılı abidələri müntəxəbatı. Bakı: Bakı Univer-
siteti nəşriyyatı, 1994, 280 s.
17. Məmmədov Elçin. Nəsiminin leksikası oğuz dilləri kontekstində. Türk
dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I cild. Bakı: “Kitab aləmi”,
2004, 331 s., səh. 182-233
18. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı: “Yazıçı”,
1983, 389 s.
19. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı: “Yazıçı”,
1993, 400 s.
20. Seyidov M.S. Fellərdə asemantikləşmiş söz kökləri. Ay sinkretik kökü (I
məqalə). Filologiya məsələləri. Bakı: AMEA Əlyazmalar İnstitutu, 2009, № 5,
518 s., 230-242
21. Seyidov M.S. Ay sinkretik kökü (II məqalə). Filologiya məsələləri. Bakı:
AMEA Əlyazmalar İnstitutu, 2009, № 7, 405 s., səh. 90-101
22. Seyidov M.S. Ay sinkretik kökü (III məqalə). Filologiya məsələləri. Bakı:
AMEA Əlyazmalar İnstitutu, 2009, № 8, 582 s., səh. 272-288
23. Səfərli Əlyar. Dastani-Əhməd Hərami. Bakı: “Şərq-Qərb”, 2004, 120 s.
24. Şah İsmayıl Xətayi. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, 384 s.
Türk dilində
25. Tarama sözlügü. I c.; A – B; Ankara: 1963, 776 s.
26. Türkiyede halk ağzından derleme sözlüğü. I c., Ankara: 1963, 444 s.
Rus dilində
27. Дмитриев Н.К. Строй тюркских языков. Москва: 1962, 608 с.
28. Древнетюркский словарь. Ленинград: 1969, 676 с.
29. Мухамедова З.Б. Исследования по истории туркменского языка X1-
|