DƏLİ KÖNLÜM
Ey hey..y..y..
Dəli könlüm, nə sızlayırsan?
Dağda zirvə deyilsən, nə buzlayırsan?
Bulud leysan ağlamır,
Dərə kimi, çay kimi
nə çağlayırsan?
O, nə sirdi, demədin,
nə saxlayırsan?
Ey hey..y..y.. dəli könlüm,
Nə gəzirsən dağı-daşı,
Dünən odlu Qarabağda, Fələstində,
Bu gün İraqdasan.
133
Sən dənizsən, gülüm
Nə vaxt məni yada salarsan?
Nə vaxt məndə olarsan?
Mən də döyüş meydanıyam,
Mənə də yan!
Ürək dedi, – bir dayan!
Sən də olma çoxüzlü,
Sən öyrətdin,
çəkim mən də bu zülmü!
24.08.2002
EŞQİN CAZİBƏSİ
Mən səni
bir nöqtədə gözləyə bilərdim,
gəzməyə bilərdim.
Hara getsən,
bu nöqtəyə gələcəkdin,
gec ya tez.
Eşqin cazibəsi çəkdi məni dalınca.
Odur ki,
Ömrüm yollarda qaldı,
Ev görmədim doyunca.
Ömrümü bir ovuc darı kimi
Yollarına səpdim ömrüm boyunca!..
ÖMRÜM BOYU
Ömrüm boyu,
qoynumda ilan bəsləmişəm,
insanlığımdan!..
134
İsgəndər Etibar
İlan dönməyib ilanlığından,
Mən də insanlığımdan!
20.05.2002
BU BAHAR
Kefi pozulub quşların,
uşaqlar çatıb qaşların,
boylanır pəncərələrdən...
Baxma ki, bu bahar
havalar soyuq keçir.
Buludlar karvan-karvan
belədən-belə köçür.
Ağaclar yarpaqlayır,
otlar boy atır,
Yaşayır həyat eşqi...
Yağışlar bezdirsə də adamları,
Döyür eşqin qapısını addımları.
21.04.2002
GƏLMİŞƏM
Mən bilirəm, dünyanın
harasından harasına gəlmişəm.
Elə bilmə qarasına gəlmişəm.
Çəkmək üçün sığal, Yerin
yarasına, gəlmişəm.
Dərd əlində ağlayanda analar,
sinə tutum gözlərin
bıldır-bıldır qorasına, gəlmişəm.
12.04.2002
135
Sən dənizsən, gülüm
MƏN YAZIQ
Sıyrılıb qınından möcüzə kimi,
Niyə öldürürsən məni, ay gözəl?
Salıb yaman günə, uşaqlara da
Niyə güldürürsən məni, ay gözəl?
Sənin gözəlliyin cinayət edir,
Meydanda günahkar, ölən mən yazıq.
Ölüm nəyə lazım, gor əzabını
Hələ diri ikən görür, mən yazıq.
GÜNÜM MƏNƏ MƏZARDI
Günüm mənə məzardı,
Bura gəlsə Əzrayıl,
Əzrayıl da azardı.
Yalan tutub ölkəni,
Bu da bir cür azardı.
Düz yazanı sayan yox,
Kişilənib deyirlər:
– Sabir sağ olsaydı əgər,
Görün nələr yazardı!..
22.08.2002
GÜNƏŞ BALASI GÜNƏBAXAN
Günəş balası – günəbaxan,
günəşə baxa-baxa, günəşi içirdi.
Xəyalında, fikrində
136
İsgəndər Etibar
yerdən küsüb, günəşə köçürdü.
İçdi, içdi günəşi o qədər ki,
başını qaldıra bilmədi,
sərxoş adamlar kimi.
Toрpağa üz tutub üzr istədi,
– Günəş vəfasızdı, – deyib
günəşi pislədi.
Sonra da
quşlar bildi işlərini.
Danışa bilməsin deyə,
Əyilib dənlədilər dişlərini.
KÖLƏDİ DÜNYA
Kiminə elə,
kiminə belədi dünya!
Düşmüsən,
ölüncə varsan, belədi dünya!
Kim kimdi, kim nədi,
Hamıya bildiyini elədi dünya!
Günəşin qalaktika evində
Günəşə kölədi dünya!
Avqust, 2002
***
Anaları öyə-öyə,
– Sən tacımsan, – deyə-deyə,
Qaldırdıq yerdən göyə.
Bir sualım var, demək olarmı;
Əxlaqsız qadına da
Ana demək olarmı?
22.04.2002
137
Sən dənizsən, gülüm
YAŞAMAĞA DƏYƏRMİ
Deyilə bilmirəm, nağıl kimiyəm,
Yeyilə bilmirəm, noğul kimiyəm,
Ürəyi korşalan oğul kimiyəm,
Yaşamağa dəyərmi?!
Bəşəri biçənin dəryazı iti,
Biçilən bəşərin fəryadı iti,
Tərifə tutublar hər yadı, iti,
Yaşamağa dəyərmi?!
Göyə buxarlanıb ağlatdım göyü,
Quruda bilmədim iki göz gölü.
Yanan dahilərin külüyəm, külü,
Yaşamağa dəyərmi?!
Avqust, 2002
QOCALIRIQ
Qocalırıq,
Aça bilmirik fikrin düyünlərini,
Dəyişik salırıq
həftənin günlərini.
Bir uşağın adını tapınca,
Üç uşağı çağırırıq.
Gah – ay qıçım, ay ayağım,
Ay başım, – deyib çığırırıq.
Gah da,
eh, nə deyim,
Gah da
138
İsgəndər Etibar
uşaq kimi fağırlaşır,
hamıdan güc umuruq.
Əlimizdən iş gəlmir,
Gah küçəyə, gah qonşuya cumuruq.
Əllərimiz
atılmaq istəyir meydana
yumruq-yumruq,
Qollarımız –
Qırılmış budaq kimi yana düşəndə,
Qocalığı duyuruq,
Əlimizin arxasını yerə qoyuruq!..
02.06.2002
GECƏNİN QARANLIĞINDA
Gecənin qaranlığından sağdım,
işıqlı gündüzümü.
Mənimlə söhbətə qoşdum
ulduzların “Dolça”, “Buğa” bürcünü,
Yumub gözümü,
gecənin zirvəsindən
Nur dənizi gündüzə atdım özümü.
Cilovlayıb yolları,
mindim yəhərsiz at kimi...
İş yerim – dayanacağım.
Nə qazandım, o oldu, dolanacağım.
Artıq tikə yemədim, boğmalanam.
Başı boş,
Cibi dolulara əyilmədim, doğmam ola.
29.06.2002
139
Sən dənizsən, gülüm
GECƏ ÖMRÜ
Gecə dolmuşdu evimə,
Od ürəkli nəfəs verdim,
ərisin...
Fikrim yerimədi, gecə ərimədi,
İnsan kimi nəhəngə əyilmədi.
İt hürdü, canavar uladı,
Tülkü tülkülük etdi.
Gecə getdi yolunu,
xeyirdən şərəcən,
Axşamdan səhərəcən...
30.06.2002
MƏCNUNLUQ
Sən qarının,
Mənsə sözün Məcnunuyam.
Sən dünyanın –
Üzlər görmüş qarnının,
Mənsə sözün Məcnunuyam.
Leyli vüsal vermədi,
Verdi, ölməzlik verdi Məcnuna.
Nəyi vardı Məcnunun
bu ilahi eşqə görə,
bir quru candan özgə?
Eşqi ayaq tutub yeriyincə
Canı verdi eşqinə.
birdən-birə yox, cirə-cirə.
Bu dünyada,
ölüm olub hər cürə.
Olmayıb, olmayacaq bu cürə...
140
İsgəndər Etibar
ZƏNG EDİN
Qocalara, tənhalara zəng edin;
bir salama,
– «necəsən»ə – möhtacdılar,
Nə xəstədirlər, nə də acdılar.
Filankəsə,
bəsmənkəsə zəng edin, təklənməsin,
hənirtidən, vızıltıdan səksənməsin.
Heç qohumun, dostun deyil,
tanışın da olmasa,
qaraqabaq – danışan da olmasa.
Bu tənhalar bir zaman
hər haraya yetərdi.
Qalmasınlar kimsəsiz,
Kimsəsizlər çörəyə yox, suya yox,
bir salama, necəsənə möhtacdılar.
Sizdən heç nə ummurlar,
ayaqları getməsə də,
ürək ilə
üstünüzə cumurlar.
Gərək deyil, biləsiniz
toxdular, acdılar,
bir salama,
– «necəsən»ə – möhtacdılar.
21.09.2002
DƏRDİMİN DƏRDİ DƏRD
Dərdimin dərdi dərddi, dərd ilə cövlan edərəm,
Düşə dərdim əlimə, mən onu ceyran edərəm.
141
Sən dənizsən, gülüm
Nə qədər dərdli gələ, lap gələ ardınca Əzim,
Açaram dərdlərimi, dərd ilə heyran edərəm.
Qələmin qüdrəti topdan da, tüfəngdən də böyük,
Qəm ilə cövlan edib, bir yeni dövran edərəm.
Şairəm, Tanrı sevir, kim məni yandırsa, yanar,
Kim sevərsə, mən onu könlümə mehman edərəm.
Çağır İsgəndəri, yansın bəşər övladı üçün,
Kəsmərəm quş başı da, düşməni candan edərəm.
26.01.2001
İLAHİ
İlahi,
Minib çapdım at anları,
Dəryazladım ot anları,
Alovladım od anları.
Çiçəklədim olanları,
Yamanladım yalanları.
Əriştəlik xamır yolu,
Doğradım addım-addım.
Yaxşıları, pisləri,
Pislərə yaxşı qatdım;
Dünya kökdən düşməsin.
YARIM HEYY..Y..
Əyri, düz,
Soyuluram gecə-gündüz.
Qanlıdır yaram heyy..y..
142
İsgəndər Etibar
Yarım, heyy..y..
Qoca dünya – qoca qarım, heyy..y..
Arzulara, ümidlərə qəfəsəm, qəfəs,
Göyə buludlanıram nəfəs-nəfəs.
Xərclənirəm adamlara, söz-söz, səs-səs.
Bilən bilir qədrimi,
Bilməyənlər çilikləyir qəlbimi,
Yarım, heyy..y..
Qoca dünya, qoca qarım, heyy..y..
Daş üstəyəm, daş altda
yatıb böcək,
Böyümüşəm bir böcək.
Nə yaşadıq, gördük ki,
Biz də dünyadan köçək
A yüz yaşlı qarım, heyy..y..
Yarım, heyy..y..
Açılıb dünyanın üfüq yaxası,
Çalınıb ömrümün xamır halvası.
Bişib yuxası,
Fərqi nədir min illik,
bircə günlük bu ömrün!
Haydı, haydı, hardasan
Şirə çəkən arım, heyy..y..
Yarım, heyy..y..
Dəliyəm, dəlilərlə,
Ölüyəm, ölülərlə.
Əliyəm, əlilərlə,
Vəliyəm, vəlilərlə,
143
Sən dənizsən, gülüm
Özüm kiməm?
Sevinc dolu dəliyəm,
Barıt dolu ürəyəm,
Əsib keçən küləyəm,
Bircə ovuc küləm, kül,
Küllənmə sən külümdə,
Olma, olma,
Sən də mənim günümdə.
Qaranlığa açaram, yol açaram,
Yarım, heyy..y..
Qoca dünya, qoca qarım, heyy..y..
Mən aşiqi deyiləm
qələm görən dul sözün.
Ayağı qabar-qabar,
Əlləri qançır olan
Yolçusuyam qız sözün,
Yarım, heyy..y..
Qoca dünya,
Qoca qarım, heyy..y..
Mənim məndən xəbərsizim,
Ələksizim, xəlbirsizim,
Nəyim var ki, ələyəsən?!
Mən kiməm ki, neyləyim,
Sən kimsən ki, neyləyəsən?!
Yazımıza sığınmışıq,
Çoxumuza, azımıza sığınmışıq,
Yarım, heyy..y..
Qoca dünya, qoca qarım, heyy..y..
Əlim əlində çiçək,
Sözüm dilində çiçək,
144
İsgəndər Etibar
Söz arım, ay söz arım,
Gəl, sözümdən şirə çək.
Başımız qovğalarda,
Bu qovğa çox çəkəcək,
Dəyişəcək halım, heyy..y..
Yarım, heyy..y..
Gözü gözümdə qalan,
Bir də közümdə qalan,
Alışım, tonqallanım,
Günəşə od verməyə
Əbədi tonqal qalım
Yarım, heyy..y..
Qoca dünya, qoca qarım, heyy..y..
27.12.2001
YAR GƏLƏCƏK
Elə durulmuşam;
Yağışdan sonrakı göy kimiyəm.
Çörəyinə, suyuna, daşına, torpağına
Sevgi hopan öy kimiyəm,
Yar gələcək.
Elə durulmuşam;
Gördüyümə, bildiyimə
elə vurulmuşam,
elə bil ki bu yaşımda
Nə incimişəm, nə yorulmuşam,
Yar eşqinə çiçəkləyən
toxum kimi,
145
Sən dənizsən, gülüm
Ağız açıb-yarılmışam,
Yar gələcək!
Elə durulmuşam;
Elə bil ki dənizəm,
Dumduru söz gözləyən
ürəyimə dəhlizəm.
Əvvəl məni sıxacaq,
Dəhlizə çıxacaq sözlərim,
Yar gələcək.
Söz çıxdımı dəhlizə,
Mənim deyil:
Bəlkə, xəbis ürəkdə,
Bəlkə, dəniz ürəkdə,
Yurd salacaq sözlərim.
Dil açacaq, ya solacaq sözlərim?
Nə fərqi var, yar gələcək!..
24.05.2001
ANAMA
Ana,
Sərt qəbir daşına üzümü qoydum,
Elə bil qəbrinə özümü qoydum.
Yayın istisində sərinlik duydum,
Bura cəhənnəmdi, cənnət, bilmirəm,
Gələn mələklərin səsinə uydum,
Özümü ruhumdan əlimlə soydum,
Gördüm nə qələm var, nə də ki, kağız,
Cənnətə düşmüşdüm, cənnətdən doydum...
146
İsgəndər Etibar
Harda sükut varsa, orda mən yoxam!
Varam o yerdə ki, həyat qaynayır,
Nadanlar əlində qalsa da yaxam.
23.10.2001
QIŞ
Daha əllərim çatmayacaq
Əllərinə günəşin.
Buludlar yaxın olacaq əllərimə.
Qış pozacaq
Yayın, payızın yazdığını,
Kimsə görə bilməyəcək
Şairlərin yozduğunu.
Yazılmamış
ağ kağıza dönəcək təbiət,
Qəlbi, ruhu oxşayacaq
ağ-ağ zambaq ağaclar.
Ov qanından imza atacaq
ağ kağıza ovçular.
Təbiət belə də seviləcək,
Ac qalacaq dovşanlar,
Tülkülər dovşan yeyəcək,
Qismətinə – şükür! – deyəcək.
Nə qədər qış var,
Evlərə pənah gətirəcək quşlar.
Buz sallanacaq evlərin
navalçalarından,
Dağların qaya saqqalından.
Çilçırağa bənzəyəcək
sırsıralı ağaclar.
147
Sən dənizsən, gülüm
Utanar, yoxsa qorxar,
Təbiət qonağından;
Yazqabağı, günəş açar
Sırğa-sırğa buzları
ağacların qulağından...
01.11.2000
VAXT
Zaman vaxtı döşləyir,
Saat beşə işləyir...
Şeir yazıram, –
Vaxta qəbir qazıram.
Vaxtın əlindən
Hələ dil görməyən,
yuxuya da girməyən
söz alıram.
Vaxtı, Allahsız quldurların
soyundurduğu adamlar kimi
Lümlüt yola salıram.
Vaxt gedir deyinə-deyinə,
söyə-söyə,
Qələmim əlimi sıxır
öyünə-öyünə!
Vaxtı geyib əynimə,
yola çıxıram.
Dosta, tanışa salam verib
Əlini sıxıram.
Dünya deyil əynimə,
Vaxt dağılır üstümdən
yollara darı kimi.
148
İsgəndər Etibar
Vaxtdan şirə çəkirəm,
Çiçəklərdən şirə çəkən
arı kimi.
Oktyabr 2000
BU YAY AXŞAMI
Bu yay axşamı;
Hardasa kimsəsiz bir insan ölüb,
Bəlkə, ona görə ağlayır göylər?
Qara bulud geyib matəm libası,
Qara örpəyini bağlayır göylər!
Gör necə hönkürür, necə çağlayır;
O kimdir, bu qədər əzizdir ona?!
Göy onu çimdirir mürdəşir kimi,
Elə bil göy özü kənizdir ona!
16.06.2001
***
Mən dalğalar qoynunda
üzən bir gəmi,
Sən mənim
ürək adlı göyərtəmdə sərnişin.
Dalğa məni atıb-tutur,
Əllərim yaxandan
bərk-bərk tutur.
Sən məni düşünürsən,
özünə görə,
Yalvarırsan, taleyin
üzünə gülə;
149
Sən dənizsən, gülüm
Çevrilməyə bu gəmi.
Mən dalğalarla döyüşürəm,
Sənə görə.
Çalışıram, dalğalara
Ümidlərin
sinə gərə!..
8.04.2002
NÜYDÜ KƏNDİNDƏ SƏHƏR
Dağların yamacında
Bilmirəm neçə öydü,
havası
gül ətrinə bulaşıb,
Qızlarına baxmışam,
Fikrim dolaşıb.
Heyvası
Ulduz-ulduz salxımlanıb
Ağaclarda.
Bir ananın baxışları yol çəkir,
Balası var uzaqlarda.
Bir at kişnəyir örüşdə,
Bir at səyriyir yorğa yerişlə.
Bir balaca uşaq da
Əlində pendir-çörək,
Gedir gəvələyə-gəvələyə.
Gözü düşüb çəməndə,
Papaq-papaq göbələyə.
Uçur vəhşi göyərçinlər,
Çığırışır sığırçınlar,
150
İsgəndər Etibar
Dolaşalar buludlanıb,
Göy üzündən doyanda,
Şuma yağsın.
Qollar çırmalanıb;
İnəkləri eydirsin,
Çöllərin barını
Evlərə daşısın,
Qışın dizini qatlayıb
Baharı qarşılasın.
Çəkib Nüydünün söz şəklini,
Yüklədim əsrin tərkinə;
Ya bəxt,
Harda tökülə-tökülə!..
Şamaxı, 16.10.2005
ANA
Sən qəbir səssizliyində,
Mən
Haylı-küylü sənsizlikdə!
Səndən mənə yol hanı,
Məndən sənə yol qısa!..
Ana, elə bezmişəm;
Mənə qalsa,
Nəvə, nəticə qoysa,
tez gələrəm yanına.
Sürüşür
ayağım altında torpaq,
151
Sən dənizsən, gülüm
Payızım yaxınlaşır;
Başımda durmur papaq,
Əlimə yatmır qələm.
Bu son şeirimi yazım,
Son kitabım gül açsın,
Son nəvəm də dil açsın,
gəlirəm, ana!..
11.10.2004
GÖRÜŞ
Şamaxıya gəlmişəm,
Dağın daş körpələri,
Ayağıma qaçdılar,
Qaya-qaya gəncləri,
Sevinclənib uçdular.
Məni öpmək istəyən
Küləklər döyüşdülər.
Çiçəkləri, gülləri
Gör necə öyüşdülər.
Buludlar qalxan tutub,
Göyə sinə gərdilər,
Könlüm açılsın deyə,
Quşlar uçub gəldilər.
Yayın isti günündə,
Göylər bulud ələdi.
Qan kimi çiyələklər,
Qımışıb gülüşdülər.
152
İsgəndər Etibar
Uşaqlar da, böyüklər də
Görüşə gəlmişdilər!
Şamaxı, 27.04.2006
YERƏM, GÖYÜMSƏN
Həyat buludusan –
həya yağır üzündən.
Qışda bahar boylanır
Cığırından, izindən.
Gülüm, elə göyçəksən,
Hiss etmərəm, bir səhər
Candan canımı çəksən.
Olsa da dünyada
Dörd milyard adam,
Elə bilirəm
Dünyada təksən.
Mən Yerəm, sən Göysən;
Bayram edərəm,
bulud qəzəbini üstümə töksən.
Bahar yağışına nə var ki,
Gülüm,
Günəş gözlərinin odu yağacaq;
Üstümə tökülən qəmi, kədəri,
Məndən yığacaq.
Gün düşəcək ürəyimin buz qütbünə,
Sevinc fərman yazacaq
Kədərimin qətlinə.
Ən xoşbəxt adamı mən olacam yurdun.
Komandanı olacam qatar-qatar düzülən
153
Sən dənizsən, gülüm
Arzu-arzu ordunun.
Sən gələndə əmr edəcəm:
– Arzularım, ümidlərim,
Düzlən!.. Farağat!
OYANDI KÖNLÜM
Gözlərin dan yeri;
Söküldü birdən,
Üstümə nur seli töküldü birdən –
Qəflət yuxusundan oyandı könlüm,
Eşqin rənglərinə boyandı könlüm.
Zülm elə, zülm elə;
Nə bir inciyən, nə də ki,
Səndən doyandı könlüm.
BU EVİN PƏNCƏRƏSİ
Bu evin pəncərəsi
Paxıldı, məni görüb
Gözlərini bağlayıb.
Əlçim bulud ağlayıb,
Şüşəsi yağış süzür.
Bu evin pəncərəsi,
O qızın gözləridi,
Hələ alışa bilmir.
Gözlərinin dibində
İşıltı var, işıltı,
Həsrətin közləridi,
154
İsgəndər Etibar
Alışacaq!
Həsrətini yandırıb
O qız mənə qovuşacaq.
27.10.2008
SƏNİNLƏ
Hara baxırdım,
Ora axırdın
İşıq telinlə.
Dağam, qopardın
aldın, apardın,
Hörük selinlə.
De, kimdən küsdün,
Telini kəsdin,
Sən öz əlinlə.
Gün gələ, öləm,
Göz açıb, görəm.
Saçını hörəm,
Gülüm, səninlə.
1997
SARI
Sarı dedim,
Saraldı dünya.
Sarı sarmaşıq kimi
155
Sən dənizsən, gülüm
Sapsarı günlərə
Sarıldı dünya.
Sapsarı qan axdı
Rəngi saralmış dünyanın
Gömgöy damarlarından.
Sapsarı dəqiqə yarpaqlar yağdı
Günlərin budaqlarından.
Ürəyi partladı gündüzün,
Rəngi qaraldı,
Üstünü gecə aldı,
Sapsarı saralan dünya
Gecənin altında qaldı...
SÖZLƏ OYNAMA
Mənim şair könlüm, şair xəyalım,
Səthi nəğmələrlə ovunmayacaq.
Yağışlı, boranlı şeir yolunda
Qadadan, bəladan qorunmayacaq.
Atacaq özünü odlar içinə,
Vəlvələ salacaq adlar içinə,
Çıxacaq orbitdə yadlar içinə,
Buzqıran gəmidir, söz dənizində
Donmuş fikirləri əridəcək o,
Daşa, daş ürəyə yeridəcək o.
Dünyamız körpədi, hələ süd əmir,
Onu böyüdəcək söz qucağında.
Həyat məktəbində qayda pozanın,
Tutub qulağından söz əlləriylə,
Çəkib saxlayacaq söz bucağında.
156
İsgəndər Etibar
Söz ilə oynama, uşaq deyilsən,
Ay uşaq, yandırar əlini sözlər.
Soyuq ürəyinə salma sözləri,
Üşüyər, üşüdər elini sözlər.
ÖMÜR YÜKÜM
Qumlu səhra idim,
Söz buludu atam, söz-söz,
Layla çəni anam, söz-söz,
Yağdı... yağdı üstümə...
Buğum-buğum boy atdım,
Kəlmə-kəlmə cücərdim.
Sözlə yatıb, oyanıb,
Söz buzuna,
Söz dağına güc gəldim.
Azıb itməsin deyə,
Hər sözümə göz oldum.
Şeirin, sözün, hünərin
Şamaxı ocağında
mən də dönüb köz oldum.
DƏRS
Allahım,
Ləçəkləri saat-saat tökülən
İşıqlı günündəyəm –
İlməsi çətin açılan düyündəyəm.
Xəbərim yox
Ləçəyin tökülməyindən,
157
Sən dənizsən, gülüm
Vaxtın sökülməyindən.
Görünən cismimdi,
Mən içimdəyəm.
Fikrin arandan dağa,
Dağdan arana köçündəyəm.
İlahi səs qucaqlayıb,
Aparıb
Bu dünyanın iliyini sovuran,
Bu dünyada dünya quran,
Misra-misra damarlara
Qanımdan qan köçürən,
Gözlərimin odunu keçirən
Yerdən böyük, göydən dərin
Söz adlı dünyadayam.
Məni danışdırmayın,
Fikrimə səs atıb
qarışdırmayın,
Qırıla bilər
Fikrimin durna düzümü.
Diksinib
ata bilərəm
ucalıqdan özümü.
İtirə bilərəm
Kilometrlərlə dərinlikdən
Tapa bildiyim sözü.
Ayrılsam, dünyanın
qapısı bağlanacaq.
Tilsimlənəcək.
Nə doğmalar, nə özgələr
aça bilməz bu tilsimi.
Mənim boynumda qalacaq
158
İsgəndər Etibar
bu ağırlıq.
Səhərim açılınca,
ulu Tanrı verəcək dərsimi.
19.04.2007
VAR İDİMİ
(Rəsul Rzaya)
Narın-narın dalğalar
Gah verdilər dil-dilə,
Gah tutdular əl-ələ.
Əlbir, gücbir oldular,
İri, qaya dalğanın
Külünü sovurdular...
Dedilər: “yalançıdır,
ənənəyə yabançıdır”.
Narın-narın dalğalar
İri, qaya dalğanı
Dandı... dandı,
Qaya dalğa
“Varam” – deməyə utandı.
Zaman dedi sözünü:
Qaya dalğa dəniz boyu yeridi,
Var idimi narın-narın dalğalar?
DƏQİQƏLƏR, SAATLAR
Dəqiqələr, saatlar
Yeriyir üstümə Yerdə dağ kimi.
Əriyir üstümə kərə yağ kimi:
159
Sən dənizsən, gülüm
Hopur hüceyrələrimə saatlar,
Məni məndə hərəkətə gətirir –
Maşına tökülən yanacaq kimi.
Sonra
Futbol topu kimi ötürür
arxadan gələn dəqiqələrə, saatlara.
Bir gün də
Bu dəqiqənin atdığı düşür
Sonrakı dəqiqənin əlindən,
qopuram təməlimdən.
Ölüm durur qəsdimə –
qələbə bayrağı sancır üstümə.
08.04.2007
DAŞ
Bu gün
Üstündə oturmuşam...
Bu daş,
Sabah baş daşım,
Qəbir daşım ola bilər.
Adımı,
Doğum, ölüm ilimi
Fikirlərdə oyadar.
Ürəklərdə püskürər,
Məni unudanların
yadına sala bilər.
Nə zamansa
Üstündə kimin adı,
Nəyin şəkli olmasına görə
Muzeylərdə qala bilər.
160
İsgəndər Etibar
Sabah üçün bu günün
Dili ola bilər bu daş.
Dostları ilə paylaş: |