Qafqaz Universiteti Materiallar


TÜRKİYƏ- RUSİYA GEOSİYASİ QARŞIDURMASININ



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə116/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   112   113   114   115   116   117   118   119   ...   124

TÜRKİYƏ- RUSİYA GEOSİYASİ QARŞIDURMASININ  

ƏSAS İSTİQAMƏTLƏRİ 

 

Elgün QƏHRƏMANOV 

Bakı Dövlət Universiteti 



Elgun014@mail.ru 

AZƏRBAYCAN 

 

Avrasiya materikinin dövlətləri olan Türkiyə  və Rusiya hazırda dünyada və regionda 



baş verən hadisələrə ciddi şəkildə  təsir göstərən dövlətlərdir. Yaxın qonşuları olan bu döv-

lətlərinin qarşılıqlı münasibətləri Azərbaycan üçün də  əhəmiyyətlidir. Bu baxımdan mövzu 

Azərbaycanın beynəxalq münasibətləri üçün hər zaman aktualdır. 

Hər iki tərəf öz miqyaslarına görə regionda güclü maraqları olan dövlətlərdir. Türkiyə 

Qara dəniz regionunu sabitləşdirir, ondan Aralıq dənizinə çıxışa nəzarət edir, Rusiyanı Qaf-

qazda tarazlaşdırır və NATO-nun cənub qanadına xidmət edir. 

Rusiyanın dost və müttəfiq Qafqaz və o cümlədən Orta Asiya Türk Dövlətlərinə qarşı 

yönəlmiş imperialist düşüncələri Türkiyə dövlətinin regionda apardığı siyasətinə zidd idi. 

Qafqazda Rusiyanın ənənəvi və etibarlı müttəfiqi olan Ermənistan xüsusi geosiyasi rol 

oynayır. Şimala və Şərqə-Orta Asiyanın Türk dünyası regionuna Türkiyənin ekspansiyasının 

qarşısını almaq üçün Ermənistan strateji baza kimi xidmət göstərir. Bütün bunların içində 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1461



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Tükiyə üçün bölgədə  sıxıntı yaradacaq ən böyük amil Rusiya Federasiyasıdır. Türkiyəyə 

münasibətdə Çar Rusiyasından gələn təməl hədəflər dəyişməmişdir, eyni şəkildə də qorunub 

saxlanılır. Türkiyə bu gün Rusiyanı bu hədəflərindən uzaqlaşdırmaq üçün bu dövlətlə müx-

təlif  əməkdaşlıq layihələrinə qoşulmuşdur. Bunlardan ən  əhəmiyyətlisi Qara Dəniz  İqtisadi 

Əməkdaşlıq layihəsidir. 90-ci illərin geosiyasi mühitini təhlil edərkən onu da qeyd etmək 

lazımdır ki, Qafqaza yerləşdirilməsi planlaşdırılan beynəlxalq sülhməramlı qüvvələri Mos-

kvanı narahat edirdi. Bu plan həyata keçiriləcəyi təqdirdiə beynəlxalq qüvvələr içərisində 

Türkiyə ordu hissələri də yer ala bilərdi.Moskva buna qətiyyətlə etiraz edirdi. Silahlı 

Qüvvələr Baş  Qərargahı Türkiyənin bölgədəki ölkələrlə yaratdığı  hərbi  əməkdaşlıqların 

NATO proqramı  çərçivəsində olduğunu, bunların hər hansı dövlətə qarşı çevrilmədiyini 

bəyan edir. Sadalanan fikirlərə  əsasən belə bir qənaətə  gəlmək olar ki, Türkiyənin başlıca 

məqsədlərindən biri də Rusiyanın Qafqazda hegemonluğuna yol verməməkdir. Məlumdur ki, 

Rusiya Türkiyənin imkanlarından ehtiyatlanaraq Qafqaza bir “bufer zona” kimi baxır. Bu 

məqsədlə regionda hərbi-siyasi cəhətdən möhkəmlənmək istəyir, hərbi bazalrını da Türkiyə 

və NATO-ya qarşı yönəldir. Məsələn, 1999-cu il fevralın 17-də Rusiya hərbi hava qüvvələ-

rinin baş komandanı general A.Kornukov Rusiya hərbi nümayəndə heyətinin başçısı kimi 

Yerevanda olarkən demişdi ki, Rusiyanın Ermənistandakı hərbi bazasına “S-300” zenit-raket 

komplekslərini göndərməsində başlıca məqsəd “həmsərhəd” dövlət təərəfindən olan təhlü-

kənin nəzər alınmasıdır. Bu faktın təsdiqi olaraq Azərbaycan Respublikasının prezidenti 

Heydər  Əliyev də 2001-ci ilin mart ayında Türkiyədə  rəsmi səfərdə olarkən CNN Türk 

televiziya kanalının baş direktoru Taha Akyolla müsahibəsində bildirmişdi ki, Rusiyanın 

fikrinə görə Ermənistandakı silahlar Azərbaycana qarşı deyildir. Bu silahlar Türkiyə  və 

NATO-nun Türkiyədəki hərbi bazalarına qarşı yönəlmişdir. 

Rusiyanın Türkiyə ilə Cənubi Qafqazda strateji maraqlarının toqquşduğu əsas dövlətlər 

Azərbaycan və Gürcüstandır. Xüsusilə bu dövlətlərin Türkiyə ilə sıx hərbi-siyasi münasibət-

ləri vardır. Regional iqtisadi layihələrdə bu dövlətlər vahid siyasət yeridirlər. Rusiya-

Ermənistan hərbi müttəfiqliyi ilə Ermənistanın güclənməsi Türkiyəni narahat edir. Eyni za-

manda Rusiyanın Çeçenistanda hərbi əməliyyatları şübhəsiz ki, Moskva və Ankara arasındakı 

münasibətlərdə gərginlik yaratmışdır. Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyənin silahlı qüv-

vələri. Xüsusi olaraq, narahatlıq hissi keçirirlər ki, Rusiyanın Vladimir Putinin hakimiyyəti 

dövründə  təkrar güclənməsi Türkiyənin Cənubi Qafqazda iqqtisadi və siyasi maraqlarına 

təhlükə ola bilər. Onu qeyd etmək olar ki, Şimali Qafqazda Türkiyə rəsmi olaraq Çeçenistanı 

müstəqillik məsələsində  dəstəkləmir. Çeçenləri dəstəkləməklə Türkiyə Xarici İşlər Nazirliyi 

beynəlxalq hüquq normalarının əsas prinsiplərindən biri olan digər dövlətlərin daxili işlərinə 

qarışmama prinsipi, kobud şəkildə pozulmuş olar. Rusiya bunun əvəzində Türkiyə daxilində 

PKK-nı  dəstəkləyə bilər. Hətta 1993-cü ilin oktyabr ayında çeçen lideri Cövhər Dudayevin 

Ankarada Süleyman Dəmirəl tərəfindən qəbul edilməsi Rusiyanın narazılığına səbəb oldu. 

Aydındır ki, Türkiyənin Xarici İşlər Nazirliyi və Ordu Komandanlığı Qafqazda Rusiya ilə 

ciddi münaqişə yaratmaq istəmir. Bu, NATO-nun siyasi xətti ilə eynidir. Siyasi vəziyyəti nə-

zərə alaraq Türkiyə Cənubi Qafqazda hərbi bazalar yerləşdirmək imkanlarından məhrumdur. 

Əgər türk hərbi bazası yerləşdirilsə belə, Azərbaycan-Ermənistan münaqişəsinin intensivləşə-

cəyi və Rusiyanın hərbi əməliyyatların gedişinə qarışacağı təqdirdə Türkiyə yaranmış vəziy-

yətdə fəaliyyət müstəqilliyinə malik olmayacaqdır. 

Belə bir yanaşma mövcuddur ki, Rusiya səlahiyyətliləri üç mövzuda Türkiyəni özlərinə 

düşmən olaraq görürlər: 

-  Türkiyə model ölkə rolu oynadığına görə  əslində Rusiyanın keçmiş arxa bağçasında 

meydana gələn boşluğu doldurmağı  hədəfə almışdır. Türkiyə yaradacağı strateji təsir sahəsi 

ilə Rusiyanın bölgə üzərindəki maraqlarını zədələyəcəkdir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1462



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

-  Tarixi, mədəni, dini, dil baxımında əlaqələrə malik olan Trükiyə Pantürkizm əməllərini 

gercəkləşdirə bilər, Rusiyanın  əhatəsində , hətta Rusiyanın daxilində yaşayan türkləri daxil 

edərək Birləşmiş Türk Dövlətləri qura bilər. Bu vəziyyət həm Rusiya üçün Türk-İslam sintezi 

üzərində qurulmuş bir təhlükənin meydana gəlməsinə, həm də Rusiyanın daha çox torpaq 

itirərək şimala çəkilməsinə səbəb ola bilər. 

-  Türkiyə kanalı ilə NATO və dolayısı ilə Amerikan əsgərlərinin bölgəyə  gəlməsi ola 

bilər. Xüsusilə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı adı altında bölgə dövlətləri ilə 

hərbi və müdafiə sahələrində əməkdaşlıq etməsi Rusiaynın bölgədəki hərbi varlığının qalmaq 

səbəbinin ortadan qaldıracaq, daha sonra da bölgədə hərbi təsirini itirəcəkdir. 

 

 

Z.M.BÜNYADOVUN YARADICILIĞINDA ORTA ƏSRLƏR 



AZƏRBAYCAN TARİXİNƏ DAİR  

 

Elməddin QULIYEV 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu 



el_med_din@mail.ru 

AZƏRBAYCAN

 

 

Qafqazşünaslığın bir qolu kimi azərbaycanşünaslıq hələ XIX əsrin ortalarında yaran-



mağa başlamışdır. Bu baxımdan A.Yankovski, B.Dorn, İ.Şopen, Gerland E., Q.Hübşman, M. 

Justi, Bartold V.V. Baratov, M.Brosset, K.Patkanovun, N.O.Eminin, A.Aniyskiy, N.M. 

Baynes, A.A.Dirr., J.Marquart, V.F. Minorsky məşğul olmuşdular. Həmin dövrdə  tədqiqat-

çıların istifadəsində olan qaynaqlar tam öyrənilməmişdi və burada qaynaq qıtlığı hiss edilirdi. 

Digər tərəfdən adı çəkilən müəlliflər yalnız antik və erməni qaynaqlarına üstünlük verirdilər. 

Azərbaycan tarixşünaslığının yaranması bilavasitə Abbasqulu Ağa Bakıxanovun yazdığı 

“Gülüstan-i-İrəm” əsərindən başlayır. XX əsrin 20-50-cı illərində Azərbaycan tarixinin qədim 

və orta əsrlər dövrünün öyrənilməsinin yeni mərhələsi başlayır. Amma əvvəllər olduğu kimi, 

bu vaxt da bizim tarixlə məşğul olanların əksəriyyəti qeyri azərbaycanlılar idi. Bu vaxt erməni 

və ermənidilli qaynaqlarının bir çoxunun rus dilinə tərcümə edilməsinə baxmayaraq, tədqiqat-

çıların istifadəsində daha çox N.A.Karaulovun tərcüməsində olan, çox vaxt dəqiq tərcümə 

edilməyən qaynaqlar idi. 

Lakin keçən  əsrin 50-ci illərin ikinci yarısından 60-cı illərin  əvvəlində Azərbaycan 

tarixşünaslığında yeni mərhələ başlayır. Bu dövrdə qədim və orta əsrlər dillərini bilən mütə-

xəssislər yetişir. Artıq Azərbaycan tarixi erməni tərcümələrindən deyil, bilavasitə orijinaldan 

öyrənilir və tariximiz iranşünas və erməni tarixçilərinin inhisarından alınır. Əlbəttə ki, bütün 

bu tədqiqatların ən yüksək zirvəsi Z.M.Bünyadovun adı ilə bağlıdır. Azərbaycan tarixşünas-

lığı A.A.Bakıxanovdan başlandığı kimi Azərbaycan tarixşünaslığının medeyevistikası da 

məhz Z.M.Bünyadovdan başlayır. 

Z.M.Bünyadov qısa müddət  ərzində  Vətənimizdə  və onun hüdudlarından çox-çox 

uzaqlarda  şöhrət qazana bildi. O öz fundamental tədqiqatları ilə Azərbaycan  şərqşünaslıq 

məktəbinin  şöhrətini ölkənin hüdudlarından uzaqlarda yayaraq Orta əsrlər  Şərqi və  Ərəb 

xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada 

tanınmış, geniş oxucu kütləlrinin rəğbətini qazana bilmişdir. Hətta ölümündən bu qədər vaxtın 

keçməsinə baxmayaraq hazırda Azərbaycan şərqşünaslığında və tarixşünaslığında tədqiqatla-

rının əhatə dairəsinə görə onun bərabəri yoxdur. Akademik Nailə Vəlixanlı qeyd etdiyi kimi 

bu alimin elmi tədqiqatları üçün tematik və zaman məhdudiyyətləri yox idi. 

O, yaradıcılığının 45 illik müddəti ərzində 450-dən çox elmi əsər yazmışdır ki, onların 

arasında bir neçə monoqrafiya, coxlu sayda tərcümələr və onlarla şərhlər, elmi əsərlərə resen-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1463



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ziyalar, Azərbaycan Ensiklopediyası üçün hazırlanan onlarla məqalələr vardır. Z.M. Bünyado-

vun tərcümə  və  tətqiq etmiş qaynaqlar vasitəsi ilə din və etnik, sosial və dövlət quruluşu, 

sərhədlər məsələrində özündən əvvəlki bütün tədqiqatçıların mülahizələrini təhlil edib orada 

olan qüsurları göstərə bilmişdi. 

Beləliklə, Azərbaycan tarixşünaslığında “inqilabi mərhələ” Z.M.Bünyadovun 1965-ci 

ildə  nəşr etdiyi “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyasından başlayır. Bu əsər alban, 

erməni, gürcü, bizans, ərəb, suriya salnamələri əsasında yazılmışdır. Dövrün orijinal qaynaq-

larına  əsaslanaraq Z.M.Bünyadov tarixdə ilk dəfə olaraq alban ideologiyasının tarixini: 

xristianlıq, Alban kilsəsi, onun quruluşu, alban ədəbiyyatı tam dəqiqliyi ilə öyrənib, hadi-

sələrin şərhini vermişdir.  

Alimin apardığı araşdırmalar arasında Azərbaycanın VI-VIII əsrlərdə qonşuları ilə 

münasibətləri və diqqəti cəlb etməkdədir. Vəziyyəti tam açıqlayan müəllif bütün təfsilatı ilə 

xəzərlərin bu torpaqlara yürüşlərini, onların buradaki hakimiyyət illərini, iran-bizans müha-

ribələrinin açıqlaya bilmişdi.  Ərəblərin Azərbaycana yürüşlərini hərtərəfli tədqiq edən 

Z.M.Bünyadov dəqiqliyi ilə bu dövrdə yaranan ictimai münasibətlər, yeni vergi sistemi, ideo-

logiya haqqında maraqlı  məlumatlar  əldə edə bilmişdir. Azərbaycanın  şimal və  cənub 

bölgələrinin Xilafət tərkibində mövqeyini tədqiq edib araşdıran, mərhum alimimiz adı çəkilən 

dövlətin dağılması  ərəfəsində burada yaranan feodal dövlət qurumları  və mülklərin yaran-

ması, xürrəmilər hərəkatının tarixinin səbəbləri və mahiyyətini, adının mənşəyini və bu 

problemlə bağlı bir çox digər məsələləri üzə çıxara bilmişdi.  

Azərbaycan feodal dövlətlərinin tarixinin öyrənilməsində böyük uğurlu addım etdikdən 

sonra Z.M.Bünyadov “Azərbaycan Atabəylər dövləti” tarixini yazmaqla da onun həm Azər-

baycan xalqının təkamül tarixində, həm də ki regionun siyasi, iqtisadi mədəni həyatında 

rolunu və  əhəmiyyətini işıqlandıra bildi. İlk monoqrafiyada olduğu kimi, burada da Ziya 

müəllim çoxlu müxtəlif dilli qaynaqlar öyrənməklə Eldənizlır dövlətinin az işıqlandırılmış 

səhifələrini öyrənmişdir. Bu dövlət haqqındaqısa və pərakəndə olan tədqiqatları qaynaqlardan 

mühüm məlumatlarla zənginləşdirərərək, o tarixşünaslıqda ilk dəfə olaraq bu dövlətin tarixini 

ardıcıl olaraq işqlandıra bildi. Onun bu məsələ ilə bağlı  tədqiqata cəlb etdiyi əvəzssiz 

qaynaqlar istər Azərbaycan, istərsə  də  Cənubi Qafqaz, Ön Asiya və Orta Asiya xalqalarını 

tarixinin öyrənilməsi üçün böyük tövhə idi. Bu cəhətdən XII əsr müəllifi olan Sədrəddin əl-

Hüseynin “Əxbər  əd-dövlət  əs-səlcuqiyyə” və XIII əsr  ərəb müəllifi  Şihab  əd-din  ən-Nəsə-

vinin “Sirat əs-sultan Cəlal əd-Din Mankburnı” adlı əsərlərini qeyd etmək olar. Adı çəkilən 

monoqrafiyanın və qaynaqların işiq üzü görməsi müəllifə sonralar 1986-cı ildə “Xarəzmşah-

lar-Ənuştəginilər dövləti” tarixini yazmağa imkan yaratdı. 1980-ci ildə “Azərbaycan Ataby-

ləri dövləti” Dövlət mükafatına layiq görüldü. Z.M.Bünyadovun Xarəzm tarixi və mədəniy-

yətinin öyrənməsi və Aral dənizinin ekoloji məsələlərinin həllində  fəaliyyəti Özbəkistan 

rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və o, Urgənc şəhərinin fəxri vətəndaşı seçildi. 

Beləliklə  də, Z.M.Bünyadovun çoxşahəli yaradıcılığını qiymətləndirdikdə demək olar 

ki, onun Azərbaycan tarixşünaslığında yaratdığı  məktəb, onun oxucuların diqqətinə bağış-

ladığı tərcümələr hələ uzun müddət bir çox tətdqiqatçıların əsas stolüstü qaynaqlarından biri 

olacaqdır. Mərhum akademikin fəaliyyətini onun dediyi sözlərlə  dəyərləndirmək olar: “Hər 

bir tarixçinin ali borcu xalqına xidmətindədir, və onun bu xidməti yazdığı əsərlərindədir. 

 

 

 



 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1464



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

1941-1945-CI İLLƏR MÜHARİBƏSİ AZƏRBAYCAN SOVET 

TARIXŞÜNASLIĞINDA 

 

Şəfa MÖVSÜMOV 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu 

AZƏRBAYCAN 

 

Heydər Əliyev: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında,  

həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. 

 

Azərbaycan müstəqillik  əldə etdikdən sonra tarixşünaslığımızın qarşında bir çox yeni 

vəzifələr durdu.Bunlardan biri də Azərbaycanın SSRİ hakimiyyətində olduğu dövrün obyek-

tiv araşdırılması problemidir.Uzun illər kommunizm rejiminin altında yazılmış tariximizin bir 

hissəsi də Azərbaycanın  İkinci Dünya Müharibəsində  iştirakı  məsələsidir.Aydındır ki,SSRİ-

nin tərkibində olan Azərbaycan bu müharibədə Almaniyanın SSRİ-yə 22 iyun 1941-ci ildə 

hücumu ilə qoşulmuşdur.9 may 1945-ci ildə Sovet qoşunları faşist Almaniyasını təslim aktına 

imza etdirməklə qələbə qazanmışdır.O vaxtdan SSRİ-də həmin gün “Faşizm üzərində qələbə 

günü” kimi qeyd olunmağa başlanılmışdır.Bu qələbə həm sovet,həm də Azərbaycan sovet ta-

rixşünaslığında sosializmin kapitalizm,irtica və imperializm üzərində,həmçini xalqların azad-

lığı  uğrunda mübarizədə  qələbə kimi təbliğ olunmuş,Sovetlər Birliyinin dünyada sülhün və 

qardaşlığın qoruyucusu kimi göstərilmişdir.Bu cür yanaşma müharibənin başlanması,hərbi 

əməliyyatların gedişi və azərbaycanlıların müharibədə  iştirakı.o cümlədən , qələbənin  əldə 

olunmasında Azərbaycan SSR-nin iqtisadiyatının rolunun tam əks olunmamasında özünü 

göstərmişdir. 

Hər şeydən əvvəl 1941-1945-ci illər müharibəsinin daxil olduğu İkinci Dünya mühari-

bəsinin başlanması səbəbləri sovet tarixşünaslığında qərəzli olaraq kapitalizmin böhranı,yeni 

bazarlar və müstəmləkələr,xalqları əsarət altına almaq kimi təbliğ olunurdu.SSRİ isə dünyada 

ədalət hamisi,sülhün dayağı kimi göstərilir.Hansı ki,1939-cu ilin avqustun 23-də Almaniya və 

SSRİ arasında imzalanmış Ribbentrop-Molotov paktı bir-birinə hücum etməmək haqqında 

deklarasiya idi.Bu pakt Almaniyanın Avropadakı işğallarının SSRi-nin “tanıması” idi. Həm-

çinin həmin məxfi sənədə əsasən, Litva və Qərbi Polşa Almaniyanın, Latviya, Estoniya, Fin-

landiya, Bessarabiya və Polşanın şərq vilayətləri SSRİ-nin maraq dairəsinə aid edlmişdir.Bu 

pakt sübut edir ki, Avropada müharibə ocağının yaranması  və Faşist Almaniyasının  şirnik-

ləndirilməsində SSRİ-nin də rolu olmuşdur.Azərbaycan sovet tarixşünaslığında bu pakt SSRİ 

ilə Almaniya arasında bir-birinə hücum etməmək kimi daxil olmuş, Hitlerin SSRİ-yə müda-

xiləsini həmin paktın pozulması kimi qələmə verilmişdir. 

Bu paktdan sonra 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya təcavüzünə cavab 

olaraq Fransa və İngiltərə Almaniyaya müharibə elan etmiş, bununla da İkinci Dünya mühari-

bəsinin başlanmışdır. Hansı ki,həmin ilin sonunda sovet qoşunlarının Finlandiya ərazisinə 

basqın edərək oranı işğal etməsi guya SSRİ-nin şimal və şərq torpaqlarının təhlükəsizliyi kimi 

qeyd olunmuşdur. Bundan əvvəl 1939-cu ilin sentyabrın 28-də Almaniya ilə SSRİ arasındakı 

daha bir protokol imzalanmışdır.Bu protokola əsasən, Baltikyanı ölkələr, Bessarabiya, Finlan-

diyanın bir hissəsi və Şimali Bukovina SSRİ-yə birləşdirilmişdir. Beləliklə, ikinci dünya mü-

haribəsini başlanmasının əsas səbəbi yalnız faşist Almaniyasının üzərinə qoyulmuşdur,1941-

ci ildə iyunun 22-də SSRİ-yə Almaniyanın basqını sovet tarixşünaslığında Böyük vətən 

müharibəsi kimi daxil edilmişdir. 

SSRİ-də kolxoz quruculuğu və repressiyalar,kütləvi həbslər sovet vətəndaşlarında bö-

yük inamsızlıq yaradırdı.Odur ki,sovet-alman müharibəsinin Böyük vətən Müharibəsi kimi 

təqdim olunması sovet rəhbərliyinə ideoloji mübarizə baxımından çox lazımlı idi.Bütün 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1465



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

bunlar Azərbaycan sovet tarixşünaslığında sovet xalqının özünün Böyük vətəninin müdafiə-

sində ədalətli müharibə kimi təqdim olunmuşdur 

Müharibənin ilk illərində cəbhəyə 40 minə yaxın azərbaycanlı könüllü olaraq getmişdir. 

Sonrakı illərdə Azərbaycanlılardan ibarət təşkil olunmuş atıcı briqadalar, düşmən arxasındakı 

partizan hərəkatı, Qafqazın və Moskvanın müdafiəsində azərbaycanlıların rəşadəti Azərbay-

can sovet tarixşünaslığında əks olunsa da azərbaycanlı döyüşçülər, onların döyüş yolları barə-

də  ətraflı  məlumat verilməmişdir.Müharibə dövründə Almaniya tərəfdən Azərbaycanın 

azadlığı naminə döyüşən milli legionlar vətən satqını kimi qələmə verilmiş, Berlində 

yaradılmış Azərbaycan Mühacir Höküməti Faşist Almaniyasının əlaltısı kimi göstərilmişdir. 

Həmçinin, Azərbaycan sovet tarixşünaslığında Faşist Almaniyası tərəfdən  əsir alınmış azər-

baycanlıların Məmməd Əmin Rəsulzadə tərəfindən xilas edilməsi faktlarına toxunulmamışdır. 

Azərbaycanlı döyüşçülərin ön cəbhədə qəhrəmanlıqları bu dövrü araşdıran müəlliflər tərəfin-

dən qeyd olunsa da, onların fədakarlığına səthi qiymət verilmişdir. Dövrün ideoloji təsirinə 

baxmayaraq bu dövrü tədqiq edən tarixçilərimiz azərbaycanlıların müharibədə iştirakını yük-

sək qiymətləndirmiş, faşizm üzərində  əldə olunan qələbədə onların  əməyinə böyük dəyər 

vermişlər. Qeyd etmək lazımdır ki, Azərbaycan sovet tarixşünaslığında bu müharibə Böyük 

Vətən müharibəsi kimi təqdim olunmuş,cəbhəyə 600 mindən çox azərbaycanlının iştirak 

etdiyi, 128 nəfərin Sovet İttifaqı  qəhrəmanı adını alması göstərilmişdir. 1941-1945-ci illər 

müharibəsini araşdıran Q.Mədətov,M.Abbasov və digər tarixçilərimizin  əsərlərindən məlum 

olur ki, Azərbaycan SSR ərazisində 87 batalyon,1123 özünümüdafiə  dəstəsi yaradılmış, 

həmçinin, 77,223,396 və 402 saylı milli atıcı diviziyalar təşkil edilmişdir. Hərbi hissələr üçün 

15 min tibb bacısı və sanitar drujinaçı qadın, 750 rabitəçi,3min sürücü hazırlanmışdır. 

“Motorlar müharibəsi” adlanan bu müharibədə SSRİ-yə qələbənin qazanmasında Bakı 

neftinin  əvəzsiz  əhəmiyyəti olmuşdur.Müharibə üçün SSRİ-də hasil edilən neftin 80 faizə 

qədəri - 17 mln ton neftin 13mln tonu, aviasiya benzininin 85 faizi Azərbaycanın payına dü-

şürdü. Cəbhə üçün 200-ə yaxın yerli məhsulun istehsal edilməsinin xüsusi əhəmiyyəti olmuş-

dur. Bütün bu faktlar tarixşünaslığımızda təsvir olunsa da SSRİ rəhbərliyi Bakının qəhrəman 

şəhər adlanmasına biganə yanaşmış,arxa cəbhədəki əmək qəhrəmanlarının əməyini lazımınca 

qiymətləndirməmişlər. 

Bir sözlə,1941-1945-ci illər müharibəsində Azərbaycanın iştirakı dövrün ideoloji təsiri 

altında yazılmış,azərbaycanlı döyüşçülərin təkcə SSRİ ərazisində deyil, Avropadakı antifaşist 

müqavimət hərəkatında iştirakı səthi verilmiş, Azərbaycan iqtisadiyyatının qələbə üçün əvəz-

siz xidmətləri çox qabardılmamışdır. Müstəqillik əldə etdikdən sonra tarixşünaslığımız üçün 

əhəmiyyətli olan bu dövrün obyektiv araşdırılması  hərbi vətənpərvərliyin təbliğ olunması 

baxımından  əhəmiyyətlidir.Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması bu 

dövrün öyrənilməsinin aktuallığını göstərir. 

 

 

TÜRKIYƏDƏ IŞIQ ÜZÜ GÖRƏN İLK MÜHACİR NƏŞRLƏRİ 

 

Mətanət HÜSEYNOVA  

Bakı Slavyan Universiteti 



metanet-h@hotmail.com 

AZƏRBAYCAN 



 

Azərbaycan mühacirət mətbuatı tarixinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Bu dövr 

haqqında daha geniş təsəvvürə malik olmaq üçün isə mühacirət mətbuatına nəzər salmaq va-

cibdir. Ona görə də mühacir nəşrlərinin, xüsusilə ilk dövrlərdə işıq üzü görən mətbuat orqan-

larının nəzərdən keçirilməsi həmin dövr, onun çətinlikləri, mühacirlərin üzləşdiyi problemlər 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1466



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

haqqında dolğun təsəvvür əldə etmək baxımından önəmlidir. Mühacirlərin nəşr etdirdikləri ilk 

mətbuat orqanları isə Türkiyədə  işıq üzü görən “Yeni Qafqasya”, “Azəri Türk” və “Odlu 

Yurd” olmuşdur.  

“Yeni Qafqasya” jurnalının Azərbaycan mühacirət mətbuatı tarixində xüsusi yeri vardır. 

O, ilk nömrəsindən özünün əsas vəzifəsi olaraq Azərbaycan, Qafqaz və  əsir türklərin milli 

istiqlal davasına xidmət etdiyini bəyan etmiş  və doğrudan da, bu nəşr mühacirlər arasında 

böyük canlanmaya səbəb olmuşdur. Bununla bağlı Ankarada nəşr olunan “Azərbaycan” 

jurnalındakı “Yeni Qafqasya” adlı məqalədə qeyd olunur: “... “Yeni Qafqasya” özündən sonra 

gələn bütün milli nəşriyyat orqanlarının piridir; dost və düşmən tərəfindən böyük bir ilgi ilə 

qarşılanmışdır”. 

“Yeni Qafqasya” jurnalı çox çətin bir tarixi şəraitdə  işıq üzü görmüşdür. Belə ki, 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xarici ölkələrdə  məskunlaşan 

mühacirlər beynəlxalq aləmdə 1920-ci il aprelin 27-də Bakıda baş verən hadisələr və XI Qızıl 

Ordunun təcavüzü barədə rəy formalaşdırmağa cəhd etsələr də, bu təşəbbüslər istənilən nəti-

cəni vermirdi. Səbəb isə mühacirlərin vahid proqramla çıxış etməmələri və  təşkilatlanma-

maları idi. M.B.Məmmədzadə mövcud məsələ ilə bağlı “Milli Azərbaycan hərəkatı” adlı 

kitabında qeyd edirdi: “Mühacirət başsız və intizamsız, pərişan bir mənzərə ərz edirdi”. 

Məcmuənin ilk sayının imtiyaz sahibi və  məsul müdiri Seyid (Məhəmməd) Tahir 

olmuşdur. Rəhbəri və redaktoru M.Ə.Rəsulzadə olsa da, jurnalın məsul müdiri və imtiyaz 

sahibi kimi Seyid Tahirin adının qeyd olunması barədə M.Ə.Rəsulzadə irsinin dəyərli araş-

dırıcılarından olan dr. Yavuz Akpınar “Bayraqlaşan  şəxsiyyət; Məmməd  Əmin Rəsulzadə” 

adlı  məqaləsində yazır: “1922-ci ilin yazından  İstanbulda olan Rəsulzadə “Yeni Qafqasya” 

dərgisini çıxarmağa başladı. Noyabr 1927-yə qədər on beş gündən bir çıxarılan bu dərginin 

cəmi 100 nömrəsi nəşr edilir. Fəqət anlaşıla biləcək bəzi səbəblər üzündən dərginin sahibi-

imtiyaz və məsul müdiri Seyid Tahirlidir”.  

Jurnalın ilk nömrələrində M.Ə.Rəsulzadənin açıq imzalı yazılarına rast gəlinmir. Onun 

açıq imzalı ilk yazısı “Zəruri bir izah” adlı məqalə ilə olmuşdur. Ümumiyyətlə isə, “Yeni Qaf-

qasya”da M.Ə.Rəsulzadəyə aid olduğu düşünülən və ya imzasız 215-ə yaxın məqalə olduğu 

bildirilir. Jurnalın redaksiya heyəti də Azərbaycanın istiqlal mücadiləsinə sadiq mücahidlər - 

Ə.Bəttəl, Ə.Cavad, Ə.Həmdi, A.Şeyxülislamzadə Dr. Abdullah Cövdət, Ayn Ayn, Ayn Kaf, 

Cəfər Sadiq və başqaları idilər.  

“Yeni Qafqasya” yalnız azərbaycanlı mücahidlərin deyil, digər türkdilli və Qafqaz 

xalqlarının da tribunası idi. Ona görə də bura Türkiyənin müxtəlif bölgələrindən, Almaniya və 

Fransadan məktublar, məqalələr göndərilir, əməkdaşlıqlar edilirdi.  

“Yeni Qafqasya”dan sonra azərbaycanlı mühacirlərin nəşr etdikləri ikinci mətbuat 

orqanı “Azəri Türk” jurnalıdır. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi məcmuə olan “Azəri 

Türk”ün ilk sayı 1928-ci il fevralın 1-də işıq üzü görmüşdür. On beş gündən bir nəşr olunan 

jurnalın 20 sayı ərəb (1928-ci ilin sonunadək), sonrakı sayları isə (1929-cu ildən) latın əlifbası 

ilə nəşr olunmuşdur. Jurnalın məsul müdiri Məmməd Sadıq idi.  

Bu jurnal da çətin tarixi şəraitdə işıq üzü görmüşdür. Belə ki, həmin dövrdə Azərbaycan 

mühacirlərinin Türkiyədəki fəaliyyəti ciddi narahatlığa səbəb olurdu. Mühacirlər və onların 

nəşrlərinə qarşı SSRİ daxilində, eyni zamanda, kənarda təsirli tədbirlər həyata keçirilirdi. 

Sovet hökuməti Türkiyə dövlətindən Azərbaycan mühacirlərinin fəaliyyətinə son qoyulmasını 

tələb etməklə  bərabər, həm də daxildə mühacir mətbuatına qarşı  əks-təbliğat aparır, onlara 

maraq, məhəbbət bəsləyənlərə  təzyiq və terroru gücləndiriridi. Elə bunların nəticəsi idi ki, 

1927-ci ildə Sovet diplomatiyasının səyi ilə nəşrini dayandıran “Yeni Qafqasya”nın ideya və 

məramı “Azəri Türk” dərgisi ilə davam etdirilməyə başladı.  

Mövcud vəziyyətlə  əlaqədar olaraq, əvvəlki dərgidəki kəskin və  sərt mübarizə üsulu 

“Azəri Türk”də özünü bir qədər yumşaq şəkildə büruzə vermişdir. Ümumiyyətlə isə, “Azəri 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin