21
edirdi.
60
XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun qiymətli «Əhsənüt-
təvarix» («Tarixlərin ən yaxşısı») salnaməsində və dövr hadisələrini əks etdirən
başqa mənbələrdə olduqca böyük səlahiyyətə malik olan əmirül-üməra vəzifəsinin
sahibi «məlikül-üməra, məliki-əzəm, əmiri-bozorg, əmiri-əzəm adlandırılmış»
61
və
«ölkə işlərinin idarəsinin» (təbii ki, hərbi işlərin - Ş.F.) onun əlində olduğu
göstərilmişdir. Həsən bəy Rumlu yazır ki, əmirül-üməraya məxsus olan möhür «ali
divanın başqa möhürlərindən yuxarıda vurulurdu».
62
Əmirül-üməralar və əmirlər barədə öz əsərində ehtiramla danışan Əmir
Teymurun əmirlərə və əmirlik vəzifəsinə xüsusi diqqət və qayğısı olmuşdur. Elə
özü də "şah", "padşah", "sultan" titulunu qəbul etməyib, sadəcə "əmir" adlanan
Teymurləng yazır:
"Öz başımın çəkdiklərindən sınayıb bildim ki, müharibənin sirlərini,
düşmən əsgərlərini sındırmağın yolunu bilən, döyüş qızışanda gözdən yayınaraq əl-
ayağı boşlamadan əsgər bölüklərini döyüşə gətirən, qoşunun cərgələrinə qarışıqlıq
düşdüyü hallarda onu tezcə qaydaya salmağı bacaran adam əmirliyə və
hökmdarlığa layiq sayılmalıdır." Əmir Teymurun əmirül-üməra mənsəbində
görmək istədiyi adamda məhz indicə yuxarıda sadalanan hərbi keyfiyyətlər olmalı
və yalnız bu keyfiyyətlər nəzərə alınmaqla ona ən yüksək titul olan əmirül-
üməralıq verilməlidir. "Bu cür adam mənim olmadığım xeyirdə-şərdə müavinim
olaraq şan-şövkət ilə əsgərlərimin hamısına buyruq
verməyə, dikbaşlıq edənləri
cəzalandırmağa səlahiyyəti çatan əmirül-üməra rütbəsinə layiqdir" cümləsi ilə bu
cığatay hökmdarı əmirül-üməranı özünə müavin hesab edir
(Bax: "Əmir Teymurun
Dostları ilə paylaş: