Kiçik müəssisələrə dövlət yardımı formaları. Qeyd ttmək lazımdır ki, müasir
şəraitdə iqtisadiyyatın sağlamlaşdırıİmasında kiçik müəssisələrin rolu kifayət qədər hiss
edilmir. Bütün bunlar isə ilk növbədə istehsalın ümumi böhranı və təsərrüfat-iqtisadi
əlaqələrinin dağılması ilə izah edilir. Eyni zamanda belə bir fakt da danılmazdır ki, bu
müəssisələrə dövlət yardımının vəziyyəti də istənilən səviyyədə deyil. Bundan əlavə kiçik
müəssisələr arasında bazardakı mövcud vəziyyətin müntəzəm dəyişməsindən asılı olaraq
qeyri sabit sahibkarlıq strukturu mövcuddur. Bu arzuolunmaz proseslərin aradan
qaldırılmasında müxtəlif istiqamətli dövlət yardımlarına ehtiyac duyulur. İnkişaf etmiş
bazar iqtisadiyyatı ölkələrində kiçik biznesə dövlət yardımı üzrə xüsusi fondlar fəaliyyət
göstərir. Məsələn, Yaponiyada büdcənin hissəsindən bu məqsədlə 2-3 milyard dollar
vəsait ayrılır. İqtisadi praktikada istehsalın xırda formalarına, daha doğrusu kiçik biznesə
dövlət yardımının əsas forması kimi mənfəətdən vergi güzəştləri tətbiq edilir. Hal-hazırda
kiçik biznesin ən mühüm problemlərindən biri onlara tətbiq edilən vergi növlərinin
istehsalın stimullaşdırılmasmda rolunu yüksəltməkdən ibarətdir. Müasir şəraitdə xırda
biznesin fəaliyyətinə təkan verən amillər- ılən biri də laeditləşmədir. Kreditlər girovlar və
ya təminat məktubla- n vasitəsilə verilir. Kiçik müəssisələr isə əksər hallarda bu
məktubları təqdim edə bilmirlər. Kiçik müəssisələrin ittifaqlarının yaradılması üçün
xüsusi fondlar təsis edilir. Bu fondlardan da müəssisələr kreditlər götürərkən heç bir
girov və təminata ehtiyac qalmır. Hazırda bilavasitə xırda biznesə xidmət edən xüsusi
banklar istisnalıq təşkil edir. Bu baxımdan xüsusiləşmiş kiçik müəssisələr daha çətin
vəziyyətdədirlər. Kreditlər əldə etmək üçün müvafiq imkanların məhdudluğu isə digər
müəssisələrlə rəqabət aparmaq imkanlarını aşağı salır. İnkişaf etmiş Qərb ölkələrinin
əksəriyyətində dövlət tərəfindən kiçik biznesə xüsusi strukturlar və fondlar vasitəsi ilə
güclü maliyyə- kredit yardımı göstərilir. Məsələn, Amerika Birləşmiş Ştatlarında xırda və
orta firmalar üçün kredit strukturlan mövcuddur.