Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


TORPAQ VERGISI VƏ SAHIBKARLIQDA VERGIQOYMANIN



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə44/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

6. TORPAQ VERGISI VƏ SAHIBKARLIQDA VERGIQOYMANIN 
TƏKMINLƏġDIRILMƏSI. 
Bazar münasibətləri şəraitində ölkə iqtisadiyyatında vergi sisteminin təkmilləşdirilməsi və 
onun ümumi dünya standartlarına yaxm- laşdırılması məqsədi ilə aşağıdakı dəyişikliklərin həyata 
keçirilməsi zəruridir: 
1. Hüquqi şəxslərdən tutulan vergilərin sayı ixtisar edilmədir. Çünki müəssisə və təsərrüfat 
subeyktlərinin təsərrüfat fəaliyyətində çoxsaylı vergilər mövcuddur. Bu isə həm təsərrüfat 
subyektinin və sahibkarın maliyyə vəziyyətini kəskinləşdirir və həm də vergi orqanlarının və 
maliyyə strukturlarının fəaliyyətini mürəkkəbləşdirir.
2. Az səmərəli olan və nadir hallarda istifadə edilən vergi güzəştlərindən imtina edilməsi 
vergilərin hesablanmasını çətinləşdirir.
3. Maliyyə ili ərzində vergiqoymaya əlavələr və dəyişikliklər edilməsini məhdudlaşdırmaq, 
vergi sisteminin stabilliyini təkmilləşdirmək.
4. Vergi qanunvericiliyini bilməyərəkdən pozulmasına görə tətbiq edilən vergi sanksiyalarını 
müəyyən qədər zəiflətmək.
5.Dövlət büdcəsinin tam və vaxtlı-vaxtlı gəlirlər əldə etməsini təmin etmək məqsədi ilə vergi 
orqanlarının işini yaxşılaşdırmaq. 
Mövzu№ 5.Sahibkarlıq fəaliyyətində qiymətqoyma siyasəti. 
Plan: 
7. Qiymətqoymanın mahiyyəti və məqsədləri. 
8. Sahibkarların mənfəət əldə etməsində qiymətin rolu. 
9. Sahibkarın qiymətqoyma siyasəti.


1,2. QIYMƏTQOYMANIN MAHIYYƏTI VƏ MƏQSƏDLƏRI. 
SAHIBKARLARIN MƏNFƏƏT ƏLDƏ ETMƏSINDƏ QIYMƏTIN ROLU. 
Qiymət, qiymətin əmələ gəlməsi
və qiymət siyasəti bazar iqtisadiyyatının ən mühüm 
elementlərindən sayılır. Bu kateqoriyalarla bağlı müəyyən məsələlərin elmi-nəzəri şərhinə diqqət 
yetirək. 
Qiymət iqtisadi kateqoriya olub hər şeydən əvvəl satıcının satmaq istədiyi, alıcının isə almaq 
istədiyi əmtəənin dəyərini özündə əks etdirir. Deməli, qiymət əmtəənin pul ifadəsində dəyərini 
formalaşdırır. Buradan isə belə çıxır ki, bir əmtəə vahidi digər əmtəə vahidi ilə mübadilə 
olunursa, onda son nəticədə əmtəənin dəyəri meydana gəlməlidir. 
Qiymət mürəkkəb iqtisadi kateqoriya kimi cəmiyətdə praktik olaraq əsas iqtisadi 
münasibətləri əks etdirir. Bu prosesə hər şeydən əvvəl məhsul istehsalı və satışı, onun dəyərinin 
formalaşması və həmçinin dəyər ifadəsində yığım fondlarının yaranması, bölüşdürülməsi və 
istifadə edilməsi aiddir. Odur ki, burada ilkin olaraq belə bir qənaətə gəlmək mümkündür ki
qiymət bütövlükdə yalnız əmtəə-pul münasibətləri sferasında təzahür edir. 
Qiymətin əmələ gəlməsi - əmtəə və xidmətlərin formalaşması prosesidir. İqtisadi praktikada 
qiymətin əmələ gəlməsinin və qiymətqoymanın iki əsas sistemi mövcuddur: 
- bazar qiymətqoyması əmtəə və xidmətlərə olan tələb və təklifin qaraşılıqlı təsirinin bazası 
əsasında formalaşır; 
- mərkəzləşdirilmiş dövlət qiymətqoyması qiymət dövlət orqanları tərəfindən müəyyən edilir. 
Qiymətin əmələ gəlməsinin məsarif prinsipinin əsasını istehsal və tədavül xərcələri təşkil 
edir. 
Müasir şəraitdə bütün kommersiya və qeyri-kommersiya təşkilat- lannm qarşısında öz əmtəə 
və xidmətlərinə qiymətin müəyyən edilməsi dayanır. Bazar münasibətləri şəraitində qiymətin 
əmələ gəlməsi mürəkkəb proses olub bir çox faktorların təsiri altında formalaşır. Qiymətin əmələ 
gəlməsi və onun ümumi istiqamətinin seçilməsi göstərilən xidmətlərdən, əmtəə dövriyyəsindən, 
istehsalın artırılmasından və müəssisənin daxili və xarici bazarda mövqelərinin 
möhkəmləndirilməsindən asılıdır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin