Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə46/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

3. SAHIBKARIN QIYMƏTQOYMA SIYASƏTI. 
Sahibkarın qiymətqoyma siyasəti.
 
Hər hansı sahibkar və firma təsərrüfat fəaliyyətində 
bizneslə bağlı əsas problemləri həll etdikdən sonra cari məsələlərin həlli ilə məşğul olmalıdır. 
Firmanın qiymət siyasəti ilk növbədə onun öz xüsusi potensialı ilə kifayət qədər kapitala, 
ixtisaslı kadrlara və təşkilati işlərin uğurlu həllinə nail olmasını əsas götürür. Bu heç də bazarda 
tələb və təklifin mövcud vəziyyətindən asılı deyildir. Odur ki, ilk növbədə firmanın strategiyasını 
müəyyənləşdirmək, onun real imkanlarını üzə çıxarmaq və bundan sonra bazarda təklifi 
formalaşdırmaq və qiymət siyasətini hazırlayıb həyata keçirmək lazımdır.
 
Qiymətlə bağlı bütün iqtisadi proseslərin və qiymət strategiyasının hazırlanması firmanın 
perspektiv inkişaf istiqamətinin müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu sahədə 
formalaşan hər hansı təsir vasitəsinin praktik olaraq reallışması və tətbiq olunan qiymətlər firma 
və şirkətlərin strateji xətti ilə uyğunlaşdırılır. Bu prosesə bazar konyukturunun mövcud vəziyyəti 
nəzərə çarpacaq dərəcədə təsir edir və müəyyən dəyişikliklərə uğradır. Qiymət siyasəti və 
qiymətqoymanın idarə olunması, firmanın iqtisadi həyatında mühüm rol oynamaqla onun strateji 
inkişaf planının əsasını təşkil edir. 
Qiymət bazar tədqiqatları kompleksinin ən mühüm elementi sayılır. O, daim nəzarətdə olan 
faktorlar qrupuna aid olub, əsas göstərici kimi çıxış edir. Zəif inkişaf etmiş ölkələrin biznesində 
qifmət strategiyasının zəif olması ilk növbədə qiymətin müəyyən edilməsində xərc 
strukturlarının uyğunsuzluğundan irəli gəlir. Bundan əlavə firmanın hazırlamış olduğu qiymət 
strategiyası firmanın ümumi strategiyası ilə zəif şəkildə əlaqələndirilir. Bunun əsas səbəblərindən 
biri bazara təsir edən faktor kimi qiymətdən kifayət qədər istifadə olunmamasıdır. 
Keyfiyyət baxamından firmanın strategiyasını hazırlamaq məqsədilə bazann konyukturu, 
yeni əmtəələrin istehsalı haqqında zəruri informasiyalar toplanır, tədqiq edilir və həmçinin 
satışın optimal təşkili ilə bağlı təkliflər hazırlanır. Bazar haqqında toplanmış informasiyaların 
təhlili əsasında müəssisə öz strategiyasını işləyib hazırlayır. Bu çərçivədə əvvəlki bazarlarda yeni 
alıcılara köhnə xidmətlər göstərilməsi (nüfuzetmə, köksalma strategiyası), inkişaf strategiyası 
(əmtəələrin yeni bazarlarda satışı), yeni əmtəələrin satış strategiyası (əldə edilmiş və ya inhisara 
götürülmüş bazarlarda yeni əmtəələrin satışı), di- vcrsifıkasiya strategiyası (bazarın yeni 


seqmentlərinə yeni əmtəələrin çıxarılması) həyata keçirilir. Firma hər hansı konkret strategiyanı 
seçərkən bu strategiyaya uyğun xüsusi qiymət siyasəti də hazırlayır. Bazarın tələbləri firmaları 
məhsul satışı şərtlərini daimi öyrənməyə istiqamətləndirir. 
Qiymət strategiyası daha çox firmanın ümumi strateji konsepsiyası əsasında formalaşır. Bu 
konsepsiyada perspektiv inkişaf planları öz əksini tapır. Strateji planlaşdırma firmaların məqsədi 
və vəzifələrinin l'ormalaşması prosesi olub, zəruri resuslarm əldə edilməsi və müəssisənin 
gələcəkdə səmərəli işini təmin etmək məqsədilə onun bölüşdü- l ülməsi üçün müəyyən olunan 
spesifik strategiyanın seçilməsidir. Strateji planlaşdırma prosesi idarəetmədə bütün qərarların 
qəbul edilməsində mühüm iqtisadi vasitə kimi çıxış edir. Strateji planlaşdırmanın ən başlıca 
vəzifələrindən biri təsərrüfat fəaliyyətinin kifayət qədər yeniliklərlə təmin olunması və xarici 
mühütin dəyişməsinə uyğun olaraq lınnalann adekvat reaksiya göstərməsindən ibarətdir. Strateji 
planlaşdırma ümumi istiqamətlərin müəyyən edilməsinə xidmət edir. Bu da iqtisadi artımın 
təmin edilməsində və firmalann mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin