Azərbaycanın uğur əldə edən ən məĢhur gənc sahibkarlar arasında kimləri xüsusi vurğulaya bilərsiniz? Son zamanlar startup sektorunda uğurlu fəaliyyət edən dostlarımız var. Toğrul Səməd, Vaqif
Abbasov və Orxan Rza kimi dostlar öz layihələrinə çox ciddi rəqəmlərdə investisiyalar cəlb edə
biliblər. Bizim xidmətlərimiz elədir ki, davamlı olaraq sahibkarlarla, iş adamları ilə görüşürük və
həqiqətən də Azərbaycanda hal hazırda çox yaxşı marka sabiləri, fabrika sahibləri, şəbəkə
biznes sahibləri gənclər var ki, çox ciddi nəticələr göstərirlər.
Tez-tez biznes görüşlər olur. Demək olar ki, bu biznes görüşlərdə 100-lərlə gənclər iştirak edir
və hər birinin nəticələrinə baxdıqda göz qamaşır.
Təcrübəli biznes mütəxəssisləri deyirlər ki, əgər siz hansısa yeni biznesə baĢlamaq istəyirsizsə, ağlınıza ideya gəldisə, onun inkiĢafı istiqamətində ilk 72 saat ərzində hərəkət etməlisiz, əgər bunu etmədizsə deməli sizdən biznesmen çıxmaz. Sizcə də belədir? Xeyr əlbəttə, bunun əksini edən və uğurlu nəticələr əldə edən şəxslər də çoxdur. Əslində birinci
sualda da cavablandırdığımız kimi bu nüans faktorlardan asılıdır. Lakin mütləq əgər yaxşı bir
təklif varsa və siz onu araşdırmırsınız, onun arxası ilə getmirsinizsə bu sizin biznes tərəfinizin,
təşəbbüskar tərəfinizin zəiflərindən irəli gəlməkdədir. Əsl biznesmenlər hər zaman yaxşı
təklifləri dəyərlədirə bilməyi bacarmalıdırlar. Ən azından müəyyən araşdırmalar etməli, analizlər
aparmalıdırlar. Biznes elə bir fəaliyyət növüdür ki, atacağın addımın uğurlu olub olmamasının
nəticəsini yalnız o addımı atdıqdan sonra bilmək olur. Misal üçün bir kofe mağazası açmaq
istəyirsinizsə, bütün planlamaları edirsiniz və bütün detallar üzərində çalışırsınız. Əslində uğurlu
olmaq şansınızı artırırsınız. Lakin yenə də uğurlu olub olmayacağınızı mağazanı açdıqdan sonra
tam biləcəksiniz. Yəni təəssüf olsun ki, bir nəfərin biznesdə uğrulu olması o şəxsin daxili
aurasının və xarici mühitinin birlikdə gücündən formalaşdığı üçün, hansı şəxsin hansı işdə uğurlu
olub olmayacağını öncədən təsbit etmək çox çətindir.