1. MENECMENTIN MAHIYYƏTI, MƏZMUNU VƏ ROLU. Azərbaycan iqtisadiyyatının idarə edilməsinin qarşısında duran ən mühüm istiqamət
müəssisələr birliklər, şirkətlər səviyyəsində menecmentin nəzəri və metodoloji problemlərini
işləyib hazırlamaq və həyata keçirməkdir. Mencmentin müasirliyi iki nöqteyi- nəzərdən mühüm
əhəmiyyət kəsb edir. Əvvəla, ölkənin bazar münasibətlərinə keçid əsas təsərrüfat sahələrində
idarəetmənin mütərəqqi forma və metodlarını tətbiq etməyi, ikincisi, müəssisənin dünya bazarına
çıxması və xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün menecment təcrübəsini dərindən
mənimsəmək tələb olunur. Bu baxımdan idarəetmə mexanizmini elə təkmilləşdirmək lazımdır ki,
onlar hər bir adamın yüksək iş bacanğını aşkara çıxarsın, onu stimullaşdırsın, bütün müəssisənin
ümumi mənafeyinə uyğun gəlsin.
“Menecment“ anlayışı semantik baxımdan ingilis sözü olub “idarəetmə“ ifadəsinə
uyğundur. Lakin, bu anlayış idarəetmənin tərkib hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal
idarəetmədən fərqli olaraq “menecment“ ifadəsi daha çox müəssisələrin və firmaların idarə
edilməsinə aid edilir. Misal üçün qeyd edək ki, dövlətin, şəhərin və yaxud da ordunun idarə
olunması prosesləri menecmentlə əlaqələndirilmir və bu hallarda “menecment“ və “”menecer“
ifadələri işlədilmir.
Müasir anlamda menecment – bazar iqtisadiyyatı Ģəraitində müəssisənin idarə edilməsidir. Menecment iki başlıca xüsusiyyətə malikdir:
a) müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində tətbiq edilən elmdir və
b)
bu
səviyyədə
praktik
idarəetmə
fəalliyyətidir.
“Menecer“ anlayışı isə şəxsiyyətlə bağlıdır və o, muzdla tutulmuş idarə edən rəhbərdir,
idarəetmədə iştirak edən şəxsdir. Yuxarıda qeyd olunduğu kimi, menecerlər müəssisə, təşkilat,
firma, şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər. Hər bir menecerin 3
əsas vəzifəsi vardır:
1) İşçiləri (kadrları) idarə etmək;
2) İstehsalı (və texnologiyanı) idarə etmək;
3) İnformasiyanı idarə etmək.
Ġdarəetmə- özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son
məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir.
İdarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma) olmadan icra edilə bilməz.
İdarəetmənin mövcudluğu təşkilatın mövcudluğu ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də
vardır və əksinə.