41
o
rol oyunları.
Fərdi şəkildə :
o anketləşdirmə - ekspertlərə anketlərin paylanması və sonda ümumi nəticəyə
gəlmə ilə bağlı standartlaşdırılmış metoddur;
o
müsahibə - ekspertlə mühəndisin birbaşa ünsiyyət vasitəsilə yəni intervyü
formasında baş tutan bilik mübadiləsi metodudur;
o dialoq – heç bir xüsusi qayda olmadan tərəflərin sərbəst şəkildə söhbətin baş
tutduğu metoddur ;
o
ekspert oyunları – işgüzar
, diaqnostik və kompüter oyunlarıdır. Işgüzar oyunlar
mütəxəssislərin hazırlanması və modelləşdirmədə,
diaqnostik oyunlar tibb
sahəsində istifadə olunur.
Mətni metodlara - ədəbiyyatlardan, sənədlərdən, monoqrafiyalardan, dərsliklərdən və
s. bilik çıxarmaq üçün istifadə olunan metoddur.Bu zamanmətnin məzmunu və
terminlərin mənasını anlamaq, ayrı-ayrı hissələrin ümumi nöqteyi nəzərdən
dəqiqləşdirmək, daxili əlaqələr quraraq mətnin məna strukturunu cızmaq, ümumi
fərziyyəni dəqiqləşdirmək mətni anlamaq üçün əsas şərtlərdir.
Biliyə verilən nə qədər eyniləşdirilsə də,
onun veriləndən əsas fərqi
şərholunabilənliyidir. Yəni, verilənləri şərh edərkən üçün ona uyğun proqram lazım
olsa da, bilik üçün buna ehtiyac qalmır. Buna səbəb verilənin məzmunsuz olmasıdır.
Bilik isə hər zaman məzmunludur. Biliyin ayrı-ayrı hadisə və faktların birliyini
şərtləndirən situasion əlaqələrinin olması onu veriləndən fərqləndirən digər
əlamətidir. Verilənlər elə faktlardır ki, predmet sahəsindəki obyekt, proses, halları və
xüsusiyyətlərini xarakterizə edirlər.Biliklərlə verilənlər əlaqəli olur, yəni biliklər hər
zaman verilənlərə əsaslanırlar. Sadəcə olaraq, biliklərin empirik yolla alınaraq
təcrübələr əsasında toplanır və ümümiləşdirilir.
Emal olunarkən verilənlər çevrilmələrə məruz qalır. Bu zaman biliklər də verilənlərə
uyğun olaraq çevrilir.Verilənlər ölçmə və müşahidənin nəticəsi, biliklər isə dərektmə
nəticəsi olaraq yığılır. Verilənlər cədvəl və protokollar da saxlanılarkən, biliklərdə bu
saxlanc yeri istənilən metodik vasitə ola bilər. Verilənlər modelləşdirilərək diaqram,
42
qrafik və ya funksiya şəklinə gətirilir, uyğun təsviri dilə tərcümə olunaraq verilənlər
bazasına daxil edilir. Biliklər də eyni zamanda obyektlər,
qaydalar, əlaqələr
formasında biliklərin təsviri dilində çevrilərək biliklər bazasına yığılır.
Biliklərin strukturlaşdırılmış verilənlər yəni, verilənlər haqda verilənlərdir. Hər
bir anlayışlar 2 üsulla aydınlaşdırılır. Bunlardan biri biliyi müəyyən edən intensioanl,
digəri isə verilənlərlə müəyyən olunan ekstensional üsuldur. İntensional üsulun
məqsədi ümumi nəzəri nəticəni daha yuxarı səviyyəli anlayışlarla müəyyən etməkdir.
Ekstensional üsulun isə məqsədi instensionalın əksinə olaraq, abstrastraksiyanı aşağı
səviyyəli anlayışlarla aydınlaşdırmaqdır.
Biliklərin bir tipi olan deklarativ biliklərə konseptlər, obyeklər və faktlar daxildir ki,
onlar da problem haqqında bilinənləri açıqlayırlar. Buraya doğru və ya yanlış olduğu
iddia edilən sadə ifadələr və ya hər hansı obyekt və ya konsepti daha aydın şəkildə
açıqlayan hesabatların siyahısı aiddir. Prosedur biliklərə isə strategiyalar, prosedurlar
və
qaydalar daxildir ki, bunlar da problemin necə həll olunacağını açıqlayır. Bu tip
biliklər nəyi necə edəcəyimiz barədə istiqamət verir.
Biliklərin təqdim olunması bilik bazasının təşkil olunması və formalaşdırılması
üçün istifadə olunan metoddur, İf-Then-else qaydasi şəklində strukturlaşdırırlır.
Burada əsas məqsəd predmet sahəsinin əsas özəliklərini əldə etmək və bunları
problemi həll etmə proseduru formasına gətirməkdir. Biliklərin təqdimatının özü də
müxtəlif səviyyələrdən ibarətdir. İlk səviyyə faktoqrafik informasiya və verilənlərdir,
hansı ki bunlar bilik bazasının əsasənə təşkil edir. İkinci səviyyə isə faktoqrafik bzaya
daxil olan bilik və verilənlərin manipulyasiyası üsulunu araşdıran təsvirlər,
münasibətlər, qaydalar və prosedurlardır.
Müxtəlif üsullarla əldə edilmiş bilikləri bazaya daxil etmək üçün müəyyən
formaya
gətirmək, yəni strukturlaşdırmaq lazımdır. Strukturlaşdırma dedikdə
predmet sahəsinin biliklər polesi adlanan yarıformal təsvirinin hazırlanmasıdır. Bu
zaman predmet oblastının ilk olaraq konseptual strukturu, daha sonra isə predmet
oblastının funksional strukturun qurmaq tələb olunur.
Biliklər polesi
43
P
z
=< S
k,
S
f
> (3.1)
formasında təsvir edilir. Burada: S
k
- Predmet oblastının
konseptual, S
f
- isə
funksional strukturudur.
Predmet oblastının konseptual strukturu dedikdə, onun obyektlərinin və həmin
obyektlərarası münasibətlərinin təsvir olunma forması başa düşülür. Konseptual
struktur belə təsvir edilə bilir:
Dostları ilə paylaş: