Biblioqrafiya
33
yazdığı dissertasiyanı uğurla müdafiə edərək, ədə-
biyyat metodikası üzrə ilk pedaqoji elmlər name-
zədi dərəcəsini aldı. Bundan sonra o, Azərbaycan-
da ədəbiyyat tədrisinin inkişaf tarixini tədqiqə
başladı. Çünki elmin inkişaf tarixini bilmədən
onun müasir mənzərəsini daha düzgün qiymətlən-
dirmək olmur. C.Əhmədov ilk dəfə olaraq Azər-
baycanda 1920-ci ilə qədərki dövrdə ümumtəhsil
məktəblərində ədəbiyyatın tədrisi vəziyyətini üzə
çıxardı, M.F.Axundov, S.Ə.Şirvani, F.Köçərli,
R.Əfəndiyev, F.Ağazadə, A.Şaiq Talıbzadə kimi
görkəmli maarifçi ədəbiyyat – söz nümayəndələri-
nin metodik fikirlərini, xidmətlərini sistemləşdirib
elmi təhlilini verdi, ədəbiyyat tədrisində, inkişa-
fında onların xidmətlərini meydana qoydu. O,
1971-ci ildə ədəbiyyatın tədrisi metodikası üzrə
ilk pedaqoji elmlər doktoru elmi dərəcəsini aldı.
Camal Əhmədov elm məktəbi hələ 1950-ci
illərin sonlarından yaranmağa başlamışdı. Bu
məktəbin ən layiqli nümayəndəsi olan pedaqoji-
elmlər doktoru, professor Şəmistan Mikayılov
Camal müəllimin 75 illiyi münasibətilə yazdığı
“Elmdə öz sözü, öz izi olan insan” adlı məqaləsin-
də (“Azərbaycan məktəbi” jurnalı №5 2003) qeyd
Dostları ilə paylaş: