Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”


Sahibkarlıq subyektlərində korporativ idarəetmənin təkmilləşdirilməsi



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   21   22   23   24   25   26   27   28   29
quliyeva elnara

3.3. Sahibkarlıq subyektlərində korporativ idarəetmənin təkmilləşdirilməsi 
istiqamətləri 
Təkmilləşmiş korporativ idarəetmə Azərbaycan iqtisadiyyatını inkişaf etdirə 
bilər.
Keçmiş Sovet İttifaqı ölkələri arasında Azərbaycan ən sürətlə inkişaf edən 
ölkələrdən biridir. 1998-ci ildən 2000-ci ilədək orta illik artım təxminən 10% təşkil
etmişdir. Neftdən gələcək gəlirləri nəzərə alaraq, bu artımın 2018-ci ilədək, yəni neft 
və qazın ixracı azalmağa başladığı dövrə qədər davam edəcəyi gözlənilir.
Gələcək nəslin neftdən gələn gəlirlərin artmasından faydalanması üçün Azərbaycan 
dövləti müvafiq cavabdehlik sistemini həyata keçirməli və ümumi vəsaitlərin 
effektiv və səriştəli idarəedilməsini təmin etməlidir. Bu cür sistem korrupsiyanın, 
itkilərin və dələduzluqların miqyasını da azaldacaq. Belə tədbirlər özəl 
şirkətlərdə və dövlət müəssisələrdə həyata keçirilməlidir. Azərbaycanda dövlət
müəssisələrinə diqqət çox vacibdir, çünki başqa ölkələrlə müqayisədə burada 


74 
özəlləşdirmə prosesi daha ləng gedir və bir çox böyük həcmli müəssisələr dövlətə 
məxsus olaraq qalır və Azərbaycanın iqtisadiyyatında və cəmiyyətində aparıcı 
rol oynamaqda davam edir (telekommunikasiya, neft, qaz, elektrik enerjisi, 
nəqliyyat və bank işi). Korporativ idarəetmə və menecment Azərbaycanda 
özəlləşdirmə prosesinin aparılması üsuluna görə zəifdir, xüsusilə ona görə ki, 
üstünlük strateji investisiya qoyuluşuna deyil, işçilər tərəfindən səhmlərin 
alınmasına verilmişdir. Bu kimi təşkilatların korporativ idarəedilməsi bütün 
iqtisadiyyatın səmərəliliyi və rəqabət üçün mühümdür.Yuxarıda qeyd olunduğu kimi, 
sağlam korporativ idarəetmə sistemi investorların səhm bazarına etimadı 
artıraraq,həm xarici həm də yerli investroların korporativ sektora investisiyaları 
cəlb etməklə özəl sektorun inkişafına təkan verir.Bu məsələyə xüsusi diqqət 
verilməlidir, çünki 2003-cü ildə Dünya Bankının yoxsulluğun aradan qaldırılması 
strateji sənədində deyilir ki,Azərbaycanda korporativ idarəetmənin zəifliyi qeyri-
neft korporativ sektorun davamlı inkişafına maneədir.Təkmilləşdirilmiş korporativ 
idarəetmə Azərbaycanın iqtisadi inkişafına xidmət edecək. 
Korporativ idarəetmənin biznes baxımından əhəmiyyəti,üstünlüklər barədə 
ümumi məlumat. 
Qabaqcıl korporativ idarəetmə prinsiplərini əsas tutaraq, həmin prinsiplərin həyata 
keçirilməsinin bir sıra üstünlüklərinə iki prizmadan baxmaq olar: 
1) Səhmdarların prizmasından qabaqcıl korporativ idarəetmə prinsipləri 
səhmdarların hüquqlarını qorumaq,şirkətin aktivlərinin qorunmasını təmin etmək 
və nəticə etibarilə səhmdarların zənginliyini artırmaqdır. 
2) Maraqlı tərəflərin prizmasından müəssisələrin maraqlarına ən çox maraqlı 
tərəflərin arasında əməkdaşlığın qulluq etməsi idarəetmə strukturu tərəfindən 
nəzərə 
alınmalıdır.Müəssisənin 
uzunmüddətli 
müvəffəqiyyətində 
əməkdaşlar,təchizatçılar və kreditorlar kimi maraqlı tərəflərin rolunun nəzərə 
alınması müəssisələrin marağındadır.Bu baxımdan maraqlı tərəflər qabaqcıl 
idarəetmənin 
birbaşa 
benefisiallarıdırlar.Şirkətlər 
üçün 
iqtisadi 
dəyərin 


75 
yaradılmasında 
birbaşa 
rol 
oynayan 
qabaqcıl 
korporativ 
idarəetmənin 
üstünlüklərinin əsas 4 kateqoriyasını aşağıdakılardır: 
1) əməliyyat səmərəliliyinin artırılması 
2) investisiyaların cəlb olunmasının asanlaşdırılması 
3) cəlb olunan kapital üzrə xərclərin azaldılması 
4) reputasiyanın formalaşdırılması 
Əməliyyat səmərəliliyinin artırılması birbaşa qabaqcıl korporativ idarəetmə 
prinsiplərinin həyata keçirilməsindən alınan nəticələrdən biridir.Səmərəliliyin 
artırılması və nəticədə mənfəət qazanma potensialının artırılması aşağıdakı amillər 
hesabına əldə olunur: 
a)Direktorlar şuraları tərəfindən daha yaxşı rəhbərlik,nəzarət və strateji 
istiqamətləndirmə; 
b)Qərar qəbulu prosesinin təkmilləşdirilməsinə gətirib çıxaran,şirkətin daxilində və 
xaricində informasiya axınının təkmilləşdirilməsi; 
c)Əməliyyat risklərini və məhkəmə çəkişmələrini azaldacaq daha yüksək 
səviyyədə təələblərə riayət və cavabdehlik. 
Korporativ idarəetmə həqiqətən şirkətlər üçün kapital bazarlarına çıxışını 
asanlaşdıra bilər.Korporativ idarəetmə nöqteyi-nəzərindən yaxşı təşkil edilmiş 
şirkətlər səhmdarların hüquqlarını pozmayaraq gəlir gətirmək imkanına malik 
olmaları ilə etibarlılıqlarını nümayiş etdirir və investisiyalar üçün yaxşı tərəfdaş 
kimi qiymətləndirilirlər. Qabaqcıl korporativ idarəetmə məlumatların şəffaflığı və 
asanlıqla əldə edilə bilməsi, səmərəliliyi, vaxtında verilməsi, bütövlüyü və 
dəqiqliyi prinsipinə əsaslanır. 
Cəlb olunan kapital üzrə xərclərin azaldılması şirkətin dəyərinin artırılmasına 
ekvivalent olması həm nəzəri,həm də təcrübi tədqiqatlar baxımından sübut 
olunmuşdur. 
Yaxşı 
təşkil 
olunmuş 
korporativ 
idarəetmə 
şirkətin 
nüfuzunun 
yaxşılaşdırılmasına və qudvilin artırılmasına öz təsirini göstərir. Bütün maraqlı 
tərəflərin hüquqlarını tanıyan və səffaflığı təmin edən şirkətlər daha çox 
ictimaiyyətin etimadını qazanırlar. Şirkətin nüfuzu və imici onun aktivlərinin bir 


76 
hissəsidir. İctimai etimad və nüfuz şirkətə inamın artırılması və sonda hasilatın və 
mənfəətin artırılması ilə nəticələnə bilər.
Bundan əlavə, şirkətin qiymətləndirməsində müsbət imicin və qudvilin böyük 
rol oynaması məlum bir faktdır. Maliyyə uçotu baxımından qudvil şirkətin alış 
məbləğinin onun xalis aktivlərinin ədalətli dəyərindən artıq olan hissəsidir. Bu, bir 
şirkət tərəfindən başqa şirkəti almaq üçün ödənilən əlavə məbləğdir.(23;6-12) 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin