86
İyirmi altıncı fəsil
TÜRKMƏNLƏRĠ TÜRK VƏ BAġQA QULAMLAR KĠMĠ
XĠDMƏTDƏ SAXLAMAQ HAQQINDA
Doğmdur, türkmənlərdən qanıqaralıq əmələ gəlmiĢdir, lakin onların sayı
çoxdur, bu dövlətin boynunda onların haqqı vardır, çünki dövlətin yaranmasında
çoxlu xidmət göstərmiĢ, əziyyətlərə dözmüĢlər, qohumluqları çatır. Onların
övladlarından min adamın siyahısını tutub, saraya qulam vəzifəsinə götürmək
lazımdır ki, həmiĢə xidmətdə olsunlar, silah oynatmağı, qulluq etməyi, xalqla yola
getməyi öyrənsinlər, sözə qulaq assınlar; qəlblərində olan kin soyuyub getsin.
Ehtiyac olduqda xidmətdə olanlardan beĢ min, on min ayırıb ata mindirməli,
qulamlar kimi əllərinə silah verməli, əyinlərinə libas geyindirməlidir ki, bu
dövlətdən onların da payına bir Ģey düĢsün, Ģan-Ģöhrət qazansın, onlar razı qalsın.
İyirmi yeddinci fəsil
QULLARIN XĠDMƏT VAXTI ĠNCĠDĠLMƏMƏSĠ VƏ ONLARIN
ĠġĠNĠN NĠZAMA SALINMASI
HAQQINDA
Ehtiyac olmayınca xidmətdə olan qulları incitmək lazım deyildir. HəmiĢə
ox atmayacaqlar ki! Onlar tez dağılıĢdıqları kimi, tez də toplaĢarlar. Qəti əmr
verildikdə, bir də təkrar edilməlidir ki, onlar necə etmək lazım olduğunu anlayıb
elə də yerinə yetirsinlər. Bütün qulamların, məsələn, suverən, Ģərab paylayan,
sudaĢıyan, paltarsaxlayan, ya böyük əmirin ixtiyarında olan qulamların hər gün
saraya gəlmələri məcburi deyildir. Demək lazımdır ki, hər otaqdan lazım olan
qədər qulam gəlsin əyan-əĢraflar da bunun kimi, beləliklə, baĢqa qulamlara nahaq
yerə zəhmət verilməsin.
Qədim vaxtlarda qulamların saxlanması və tərbiyə edilməsində, alınan
gündən qocalana qədər yaxĢı bir qayda var idi, bu gün o qayda unudulmuĢdur.
Kitabın məqsədinə uyğun olaraq bir-iki kəlmə danıĢıldı.
Dostları ilə paylaş: