Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   14   15   16   17   18   19   20   21   22
307 multikulturalizm m N3pdf

 
NƏTİCƏ 
Danılmaz faktdır ki, Azərbaycan xalqı tarix boyu digər din və mədəniyyətlərə 
dözümlü münasibət ilə seçilmişdir. Digər din və mədəniyyətlərə dözümlü münasibət, 
onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının 
təbiətindən, insanpərvərliyindən və xoş məramlılığından irəli gəlir. Azərbaycan 
qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların yayıldığı, qovuşduğu, 
qarşılıqlı anlaşma şəraitində yaşadığı və əməkdaşlıq etdiyi bir məkan olmuşdur. 
Zərdüştilikdən başlayaraq sonuncu böyük din islamadək bütün dinlər Azərbaycanda 
yayılmışdır. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə 
baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında 
bərabər olduğu təsbit olunmuşdur. Qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin 
digər dindən üstün olması barədə təbliğatın aparılması qadağandır.
Yuxarıda qeyd olunan bölmələrdə müstəqilliyin ilk illərindən başlayaraq dini 
təriqətlərin öz ideyalarını yaymaq və tərəfdarlar toplamaq məqsədilə Azərbaycanda 
dini təhsil şəbəkəsi yaratmaq, inkişaf etdirmək və möhkəmləndirmək işinə xüsusi 
önəm verməsindən, bu məqsədlə respublikanın müxtəlif bölgələrində dini kurslar və 
mədrəsələr təşkil etməsindən bəhs etdik.
Eyni zamanda hazırda Azərbaycan xalqının öz dini dəyərlərinə qayıdış dövrünü 
yaşadığını, cəmiyyətdə dini dəyərlərə, dinin müasir cəmiyyətin həyatında oynadığı 
rola münasibətin formalaşması prosesinin getdiyini qeyd etdik. Müasir dövrdə 
Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının 
təmin olunması istiqamətində ciddi addımların atılması, dinin cəmiyyət həyatında 
oynadığı rol, ölkənin inkişafına təsiri ilə bağlı geniş müzakirələrin aparılması 
məsələsinə toxunduq.
Qeyd olunanlara istinad edərək hazırda dövlətin ölkədə milli-mənəvi dəyərlərin 
qorunub saxlanılmasına xüsusi önəm verdiyi, dini etiqad azadlığı, dini qurumların 
dini ayin və mərasimləri sərbəst yerinə yetirməsi üçün şərait yaratdığı və onlara qayğı 
göstərdiyi nəticəsinə gəldik.
Müasir dövrdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri Qərbə inteqrasiya 
ilə bərabər mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin qorunması və gənc nəslə 
aşılanmasıdır.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin