Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


İşraqilik fəlsəfəsinin banisi Şihabəddin Yəhya Sührəvərdi



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   2   3   4   5   6   7   8   9   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

İşraqilik fəlsəfəsinin banisi Şihabəddin Yəhya Sührəvərdi dualizmi rədd etdiyi halda, 
Zərdüştün adını hörmətlə çəkmiş, işraqilik fəlsəfəsinin şərhində ona əsaslanmışdır. 
Avestadakı dini-fəlsəfi, təbii-elmi, sosial-siyasi baxışlar o dövrün ideologiyasında yüksək 
səviyyəsi ilə seçilirdi. Azərbaycanda yaradılmış Avesta İran, Orta Asiya və başqa yerlərdə də 
yayılmışdır. Onun elmi və ideoloji nüfuz dairəsi isə daha uzaqlara gedib çıxmışdır. Bu, yunan 
elmi-fəlsəfi fikrində, xüsusən Demokritin dünyagörüşünün formalaşmasında özünü aşkar 
büruzə verir. Demokrit ilə midiyalı mağlar arasında yaxınlıq, hava, su, od və torpaq 
ünsürlərinin qəbulunda və şərhində aydın nəzərə çarpır. 
Avestadakı bütün mənəviyyat üç ifadədə yekunlaşdırılırdı: Xeyirxah fikir, xeyirxah söz, 
xeyirxah əməl. Demokrit Zərdüştün bu üçlüyünü (triadasını) təkrarlamışdır. Avestada 
həqiqətən, düzgünlük və ədalət hər şeydən üstün tutulurdu. Demokrit də bunu qəbul etmişdir. 
Hazırda zərdüştlük İranda kəbrlər, Hindistanda isə parslar arasında qalmaqdadır. Onların 
sayı 100 min nəfərdən artıqdır. 
Zərdüştilik İranda hakim dinə çevrildikdən sonra gələcəkdə onun ümumbəşəri xəlqi və 
humanist müddəaları öz yerini, əsasən, təlimin esxatoloji görüşlərinə, ayin və mərasimlərinə 
verdi. Lakin zərdüştiliyin iki başlanğıcın vəhdəti, onun əksliklərin qarşıdurması və mübarizəsi 
üzərində yüksələn mövcudatla bağlı təsəvvürləri, təbiətə və insana yönəlmiş humanizmi, azad 
iradəli insanın fəallığı, utopik cəmiyyət haqqında ideyaları, gözəlliyə münasibəti, fəlsəfi 
təliminə məxsus mücərrəd məfhumlar – ilk başlanğıc, işıq, zülmət, Xeyir, Şər, həqiqət və s. 
kateqorial anlamları minilliklər ərzində ictimai fikirdə müxtəlif formalar alaraq dünya fəlsəfi 
mədəniyyətinin ənənəsi kimi yaşamaqdadır. Sonralar, ilk növbədə, Azərbaycan və Orta əsrlər 
İslam Şərqinin zərdüştilikdən də qaynaqlanan mistik fəlsəfəsi, demokratizmi və humanizmi ilə 
fərqlənən ideoloji cərəyanları zərdüştilik ideyalarının yaşaması üçün münbit zəmin oldu. E.ə. I 
minilliyin birinci yarısında Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən 
olan maqların təlimi mühüm yer tutur. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət 
tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil 
olmuşlar. Mədəniyyət tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar 
elmi”ndən bəhs edilmişdir. Buna səbəb isə maqlar təliminin mənəvi mədəniyyətin müxtəlif 
sahələrini ehtiva etməsidir. Maqların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – 
astronomiya, riyaziyyat və təbabətə əsaslanırdı. Onların öz biliklərindən istifadə edərək təbiət 
və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində 
“maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən 
şəxsiyyətləri nəzərdə tutmuşlar. Şərqdə “pir-i muğan” anlamı alim, müəllim, müdrik mənasında 
işlənir. 
Zərdüştilik ilə bərabər maqların təliminin qədim yunan mədəniyyəti və fəlsəfəsinə təsirini 
Demokrit, Pifaqor, Anaksarx, Pirron, Platon, Aristotel, Laertli Diogen, Evdoks, Feopomp, 
Rodoslu Evdem, Hekatey öz əsərlərində göstərirlər. Qədim yunanlara istinad edən Laertli 



Diogen yazır: “Aristotel qeyd edirdi ki, muğlar misirlilərdən qədimdirlər… və Klark 
himnosofistləri (Hindistan brahmanlarını) maqların şagirdləri hesab edirdi”. Bununla belə, 
maqların ilkin fəlsəfi görüşləri haqqında məlumat çox azdır. Maqlar oda üstünlük verir, təbiət 
hadisələrini ilahiləşdirirdilər. Onlar varlığın (allahlar da daxil olmaqla) tərkibini xırda 
zərrələrdə (atomlarda) görürlər. Laertli Diogen maqların mövcudatın atomlardan ibarət olması 
təsəvvürləri ilə, onların “görüntülər” haqqında təlimi və bu təlimin Epikürün görüşləri ilə 
bağlılığı haqqında yazırdı ki, maqlara görə, şeylərdən ayrılan görüntülər vasitəsilə insan 
formaları görür və dərk edir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin