90
İstehsalın əmək amillərindən olan işçi qüvvəsi öz tərkibinə görə çox müxtəlifdir. Məsələn,
əsas
və köməkçi fəhlələr, mühəndis- texniki işçilər, rəhbər işçilər və s. Müasir iqtisadiyyat elmi
sahibkarlıq bacarığını və sahibkarlıq bacarığına malik olan işçiləri xüsusi bir əmək amili kimi
nəzərdən keçirir.
Daha doğrusu, sahibkarlıq qabilliyyəti bütün digər istehsal ünsürlərinin ən
səmərəli formada istifadə olunmasını təmin edə bilən xüsusi bir insan amilidir. Sahibkar xüsusi
bacarığı sahibkarlıq istedadı ilə fərqlənən insanlardır. Təcrübə göstərir ki,
əmək qabiliyyətli
insanların yalnız 3-5 faizi sahibkarlıq bacarığına malik olan insanlardır. Sahibkarlıq bacarığının əsas
fərqləndirici xüsusiyyətlərinə daxildir :
- liderlik və idarəçilik;
- tez bir zamanda qərar qəbul etmək;
- yeniçilik və novatorluq;
- istehsalda çevikliyi
təmin edə bilmək;
- lazım gəldikdə risk edə bilmək və s.
Müasir şəraitdə təsərrüfatçılıq fəaliyyətini həyata keçirməyə başlayan sahibkar nədən
başlamalıdır? O, istehsal prosesinin səmərəliliyini necə təmin etməlidir? İqtisadi fəaliyyətin əsas
məqsədi olan mənfəətin maksimallaşdırılmasına necə nail olmaq olmalıdır? Mövcud qaydada
qeydiyyatdan keçmiş sahibkar seçmiş olduğu istehsal fəaliyyətini həyata keçirmək üçün
müəyyən
miqdarda kapitala malik olmalıdır. Bu kapitalı ilkin kapital da adlandırmaq olar. Belə kapital çox
zaman pul formasında olur. Çünki pulla istənilən digər kapital formalarını əldə etmək mümkündür.
Aydındır ki, sahibkarın ixtiyarında olan kapitalın yalnız pul formasında olması vacib deyil. Dünya
təcrübəsinin göstərdiyi kimi, haızırda 5 əsas istehsal sahəsi mövduddur ki, bu sahələrdə sahibkarlıq
fəaliyyəti ilə məşgul olmaq gəlirlilik nöqteyi-nəzərdən əlverişli sayılır. Bu sahələrin inkişafına
yönəldilmiş kapital qoyuluşu tezliklə maliyyə uğurlarının qazanılmasına səbəb olur. Göstərilən
sahələr aşağıdakılardır:
- müxtəlif işgüzar xidmət sahələri;
- ictimai
iaşə sahələri;
- ticarət;
- avtomobil təmiri sahəsi;
- mənzil tikintisi sahəsi.
Kapitalın hansı istehsal sahəsinə yönəldilməsini qərara almış sahibkar daha sonra istehsal
prosesinin həyata keçirməsini təmin edə bilən istehsal resurslarını əldə etməlidir. Sahibkar torpaq
sahiblərindən ya birbaşa alqı-satqı yolu ilə aldığı, ya da uzun müddətə icarəyə götürdüyü torpaq
sahəsində öz istehsal məqsədlərini həyata keçirmək üçün müvafiq istehsal bazasını təşkil edir. Bu
məqsədlə sahibkar digər istehsal resurslarını, maşın, mexanizm, alət və avadanlıqları
və eləcə də
məhsuldar qüvvə olan işçi qüvvəsini cəlb etməklə fəaliyyətə başlayır. Sahibkarın bilavasitə
rəhbərliyi altında işçi qüvvəsi əmək vasitələrinin köməyi ilə əmək predmetlərinə təsir göstərir,
onları insan təlabatlarını ödəyə bilən formaya salır. Bu zaman son məhsul və xidmətlər istehsal
edilmiş olur. İstehsal olunmuş məhsullar bazarda satılıb öz istehlakçılarını tapır. Sahibkar satışdan
əldə etdikləri gəlirin bir hissəsini istehsalın əvvəlki qaydada və ya genişləndirilmiş şəkildə davam
etdirilməsinə digər hissəsini isə şəxsi istehlaka sərf edir. Bu proses daim təkrar olunur. İstehsalın və
ya biznesin təşkili ilk baxışdan sadə görünə bilər. Lakin bu heç də belə deyil.
Sahibkar bazar
iqtisadiyyatının əsas qanunları olan tələb, təklif, rəqabət və qiymət qanunlarının tələbləri ilə
hesablaşmalıdır. O, istehsal ünsürlərinin əldə olunması və istehsal prosesinin təşkili zamanı habelə
istehsal etmiş olduğu məhsulları bazara çıxararkən, bazar qanunlarının tələblərini nəzərə almalıdır.
O, bu qanunların tələblərinə əsaslanaraq seçmiş olduğu istehsal sahəsində gözlənilən mənfəəti
qabaqcadan planlaşdırmalıdır.
Beləliklə, sahibkar milli iqtisadiyyatda istehsalın təşkilinin
onun səmərəliliyinin
yüksəldilməsinin, iqtisadi artımın təmin edilməsinin əsas iştirakçısıdır. Azərbaycan hökumətinin
müasir şəraitdə qeyri-maddi aktivlərin uçotunun əsas xüsusiyyətləri və auditi iqtisadi siyasətinin
İstehsal fəaliyyəti və əsas istehsal ünsürləri