25
Cabbarlının 29 iyul 1919 - cu ildə “Azərbaycan”
qəzetində dərc
etdirdiyi “Azərbaycan Bayrağına” şerində deyilir:
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli: üç boyalı, üç mənalı bayrağı!
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu? Aman Allah! Od yurdunun yaprağı.
Göy yapraklar, alçiçəklər, yaşıl otlar tapısmı?
Xayır, xayır!
Çiçək solur, otlar yerdə tapdanır,
Fəqət bizim bayrağımız yucaları pək seviyor,
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanır...
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə şöylə söyləmək:
Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Yürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı!
Səkkiz uclu şu yıldız da səkkiz hərfli “Od yurdu”
Səhərlərə uçmuşdur...
Şu hilal da türk bilgisi düzgün sevgi nişanı...
II Aparıcı: Bəli, bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını,
xalqın amallarını obrazlı və bədii dildə ifadə edən mühüm
amillərdəndir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün
dünyada qürur və güvənc mənbəyi sayılır. Bayraq həm də dövlətin və
xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin , təfəkkür və
düşüncə tərzinin , mənəvi dünyasının göründüyü ən şəffav və dəqiq
meyardır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı
buxtasının ərazisində qürurla dalğalanır, bütün dünyaya müstəqil
dövlətin varlığını nümayiş etdirir.
Bayraqlar içində ucadır başı.
Tarixi varaqla, bilinmir yaşı.
Onunla
fəxr edir, hər vətəndaşı.
Günəştək parlaqdır, dövlət bayrağı!