II Aparıcı: Bu gün Azərbaycan boyu dalğalanan üçrəngli bayrağımızın tarixi elə
milli
dövlətçiliyimizin
keçdiyi
sınaqların
tarixi
kimi
dəyərləndirilməlidir.
Milli bayraq dövlətçiliyimizin rəmzi kimi nəsillərin qəlbində
özünə yer tutur. Bu bayrağı qaldıranlar üç rəngin ideyalarından
ayrılmırlar. İnanırlar ki, bir kərə yüksələn bayraq bir daha enməyəcək,
yenə də yüksəklərdə dalğalanacaq.
Xalqımız müstəqilliyimizin əbədi və dönməzliyi, Azərbaycanın
çiçəklənməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin
titanik fəaliyyətini, əvəzsiz xidmətlərini sonsuz minnətdarlıq və
ehtiramla yada salır.
Ulu öndərin siyasi kursunu inamla və qətiyyətlə davam etdirən
ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi 1993 - 2003 - cu illər
Azərbaycan üçün həlledici olmuşdur: “Məhz o illərdə Azərbaycanda
iqtisadi, siyasi sabitlik yaranmış, ölkə dünya birliyinə özünü təqdim
edə bilmişdir. Biz beynəlxalq təşkilatlara üzv olduq. Azərbaycan
bayrağı bütün beynəlxalq təşkilatlarda dalğalanmağa başlamışdır.
Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət
əsasında münasibətlər qura bilmişdir. O proseslər bu gün də
Azərbaycanın inkişafını təmin edir və onilliklər bundan sonra da
Azərbaycanın uğurlu inkişafını müəyyən edəcəkdir”
İndi isə gəlin oxucularımızın ifasında Azərbaycan Respublikasının
müstəqilliyindən, bayrağından bəhs edən ədəbi bədii kompozisiyaya tamaşa edək.
33
İştirakçılar alqış sədaları altında əllərində Azərbaycan bayrağı səhnəyə daxil
olurlar.
Əcdadımız Koroğludur, Babəkdir bizim
Nizamilər, Füzulilər vətəniyəm mən,
Nəsimiyə öyrətdim ki, igidlik, dözüm
Soyulsa da qoy dönməsin əqidəsindən,
Odlar yurdu, Odlar yurdu Azərbaycanım,
Naxçıvanam, Lənkəanam,Qarabağam mən.
Yolun azmış azğınlara bir həyəcanam,
İldırımlar səcdə edən yanar dağam mən.
Sonra oxuculardan biri aşağıdakı misraları deyir:
Oxu, dodağım mənim!
Alış, ocağım mənim!
İstiqlal havasını, xoşbəxtlik nəğməsini
Ürəkdə yanan işıq, damarda qan oxusun!
Ölməz Əhməd Cavadın”Azərbaycan” şeirini
Ölməz Səməd Vurğunun “Azərbaycan” şeirini
Azərbaycan oxusun!!! Azərbaycan oxusun!!!
R. Behbudovun ifasında “Azərbaycan” mahnısı səsləndirilir. Oxucular səhnənin
iki tərəfindən tamaşaçılara doğru irəliləyirlər, əllərindəki qərənfilləri tək - tək
qonaqlara təqdim edib, onları bayram münasibətilə təbrik edirlər.
Səhnəyə biri qız, biri oğlan olmaqla iki oxucu çıxır.
I Oxucu 1918 – ci il 9 noyabr
II Oxucu: Çəkdiyin həqarətlərə son qoyuldu o gün Vətən
I Oxucu: Gözündə istiqlal günəşindən axıb gələn işıq dolaşdı o gün Vətən!
II Oxucu: Azərbaycan müstəqil və azad bir respublikadır” dedilər o gün
Vətən!
I Oxucu: Bu xoş gün bütün azərilərin , əsarətdə olan türklərin milli
bayramına çevrildi, Vətən!
II Oxucu: Evlərə sevinc gətirdi, bağlı qapıları açıb adamlara şadlıq,
istiqlaliyyət sözünü pıçıldadı o gün Vətən!
I Oxucu: 28 mayın xoşbəxtlik rəmzi olan üçrəngli bayrağını müqəddəs
əmanət kimi qorudu övladın, Vətən!
Azərbaycanın Dövlət Himni səslənir (Bütün zal ayağa qalxır və himni oxuyur)
Səhnədəki aparıcıları digərləri əvəz edir.
I Aparıcı: Sən gəlişinlə bağlı qapıları açıb qaranlıqlara işıq saldın,
Azərbaycan bayrağı, istiqlal!
34
II Aparıcı: Ayağın dəyən hər qarış ana torpağımız gül – çiçəyə büründü,
Azərbaycan bayrağı, istiqlal!
I Aparıcı: Nə böyük qüdrətin , sehrin var, Azərbaycan bayrağı, istiqlal!
II Aparıcı: Azərbaycan bayrağı . Yaşayan millətin qəlbində can, İstiqlal,
səadət, həyat, zəfər, şərəf, şan!
I Aparıcı: Azad Azərbaycanda xalq xoşbəxt, əsarət və istibdaddan uzaq
ömür - gün sürürdü. Həyat gözəl, yaşamaq mənalı idi.
Azərbaycan xalq musiqisi səslənir. Oxuculardan ibarət rəqs qrupu rəqs edirlər.
Səhnəyə həyacanlı halda iki oxucu daxil olur.
I Aparıcı: İblis nədir?
II Aparıcı: İblis, bütün insanlara xain olan qüvvət!
I Aparıcı: Evlərə girib yanan ocaqları söndürən, çıxan tüstünü kəsən!
II Aparıcı: Xalqların qanı bahasına əldə etdiyi azadlığı ondan tutub alan!
I Aparıcı: İblis nədir?
II Aparıcı: Cümlə xəyanətlərə bais...
I Aparıcı: Ya hər kəsə xain olan insan nədir?
II Aparıcı: İblis!
I Aparıcı: İblis, içərisindəki kini, xəyanəti qılınca döndərib 1920 – ci il aprelin 28 –
də XI Qızıl Ordu altında Bakıya matəm ab - havası gətirdi. Yüzlərlə Azərbaycan
əsgəri qətlə yetirildi o gün!
II Aparıcı: Ana bacıların ahı, fəryadı ərşə qalxdı o gün!
I Aparıcı: Daş – torpaq oda döndü canımdakı sazaqdan!
II Aparıcı: Harda nakam Müşfiqi dəldi- deşdi güllələr.
I Aparıcı: Harda Əhməd Cavadı vaxtsız ölüm haqladı.
II Aparıcı: Azərbaycan xalqının sarsılmaz dayaqları
I Aparıcı: Bax o zaman laxladı!!!
II Aparıcı: O zaman ayrı düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum
35
Bu gizli ağlamaqdan
I Aparıcı: Nə zaman ki, xəyanət yırtıcı qurda döndü,
Heykəlləşən Cavidi öz yolundan saxladı
Zəngəzurun, Göyçənin, Şuşanın dayaqları
Bax o zaman laxladı!!!
II Aparıcı: Ancaq Azərbaycanın mərd övladlarının səsi 1988 – ci ildə Azadlıq
meydanında göyə yüksəldi.
I Aparıcı: Qırmızı imperiya isə məğlub olmaq istəmədi.
II Aparıcı: 37 - ci ildə sərt açılan güllələr doxsanın yanvarındab gəldi Bakıya
dəydi
I Aparıcı: Yenə də yüzlərlə azəri övladı istiqlaliyyətin qurbanı, Müstəqil
Azərbaycan uğrunda şəhid oldulalar.
Səhnədə şəhidlər mahnısı səsləndirilir.
II Aparıcı: “Azərbaycan Respublikası Ali Sovetinin 1991 – ci il 18 oktyabr tarixli
sessiyasında Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi.”
I Aparıcı: Ancaq Azərbaycan torpağına göz dikən düşmənlər öz çirkin
əməllərindən əl çəkmirlər. Azğın ermənilər həyasızcasına Azərbaycanın torpağını
işğal edirlər.
II Aparıcı: Allah, sən özün yetiş hayıma, harayıma,
Mülkümə, sərvətimə, varıma güllə dəydi.
Haqqımı tələb edib, birliyə can atanda
Bütövüm paralandı, yarıma güllə dəydi.
I Aparıcı: Ürəyindən vuruldu igidlərin dəstəsi,
Bilinmədi öləni, yaralısı, xəstəsi.
Könüllərin yarıdı “Qarabağ” şikəstəsi,
Mənim şikəstə adlı yarıma güllə dəydi.
“Qarabağ”şikəstəsi səsləndirilir. Aparıcılar səhnədə görünürlər.
36
I Aparıcı: Qanımızı qaynadan “Misri”n də, Cəngi”n də var.
Ruhumuzu oynadan min bir nəhəngin də var.
Hay salan təbillərin, həyəcan zəngin də var.
Dastanını yazmağa sinəm varaq – varaqdır,
Vətən, əymə qəddini, dar gündür, dar ayaqdır!
II Aparıcı: Xeyr, Azərbaycan övladı heç vaxt öz qəddini əyməz.
Səhnəyə 5 nəfər oxucu daxil olur və aşağıdakı şeiri deyirlər:
I Oxucu: Baxma ki, yollarda duman var, toz var,
Qəlbimdə atəş var, dilimdə köz var.
Bu gün dodağımda tək bircə söz var:
Qələbə! Qələbə! Ancaq Qələbə!
II Oxucu: Yaşlı yanaqların quruyan nəmi,
Qəmli ürəklərin silinən qəmi.
Bütün könüllərin gücü, məlhəmi,
Qələbə! Qələbə! Ancaq Qələbə!
III Oxucu: Haqsızın gücü var, haqqın Allahı,
Allah yerdə qoymaz çəkilən ahı,
Bu gün millət üçün sözlərin şahı
Qələbə! Qələbə! Ancaq Qələbə!
IV Oxucu: Kimin dərdi birdi, kimin dərdi min,
Qəbri tapdanmasın gərək mərdimin.
Bircə dərmanı var mənim dərdimin:
Qələbə! Qələbə! Ancaq Qələbə
(Qələbə!Qələbə! ancaq Qələbə sözlərini oxucular hamısı birlikdə söyləyirlər)
37
I Aparıcı: Biz inanırıq ki,Ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı müdrik prezidentimiz hörmətli İlham Əliyev
cənablarının ağıllı, uzaqgörən siyasəti nəticəsində müstəqil
Azərbaycanımız bu qələbəni tezliklə bayram edəcəkdir. Bəli,
inanırıq ki, hər addımında siyasi iradə nümayiş etdirən,
ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, Ali
baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli
müqəddəs və möhtəşəm Dövlət Bayrağımız çox keçməz ki,
yaxın gələcəkdə Xankəndinin mərkəzi meydanında və
Vətənimizin tacı sayılan, Üzeyir yurdu – Şuşanın başı üzərində
də əzəmətlə dalğalanacaqdır. Erməni - daşnak faşistləri
tərəfindən məqbərəsi yerlə yeksan edilmiş Molla Pənah Vaqifin,
heykəlləri dağıdılmış Üzeyir bəyin , Natəvan xanımın,
Bülbülün, qəbir daşları oğurlanmış neçə - neçə Vətən
övladlarının cəlayi – Vətən olmuş ruhları nəhayət rahatlıq
tapacaq.
Tünzalə Ağayevanın ifasında Mən fəxr edirəm ki, Azərbaycanlıyam mahnısı
səslənir.
I Oxucu: Yurdun daşları da qalxsın ayağa,
Yüz dəfə dirilsin, ölsün bu canım,
Fərəhlə üzümü sürtüm torpağa,
Deyim, gözün aydın. Azərbaycanım!
“Cəngi” musiqisinin sədaları altında “Bayraq” gününə həsr olunmuş təntənəli
ədəbi bədii kompozisiya başa çatır.
Dostları ilə paylaş: |