8.4. Fləş-yaddaş
Fləş-
yaddaş
— enerji kəsildiyində belə, məlumatları saxlaya bilən və silinib
yenidən yazıla bilən yaddaş növüdür.
Fləş-yaddaş
kompüterin sərt disklərindən,
disketlərdən, optik disklərdən (yazma-oxuma sürəti, yaddaşın tutumu) prinsipial
fərqlənir. Fləş kartın yaddaşının həcmi 32 Qbayt təşkil edir. Fləş yaddaşların
quruluşu mexaniki deyildir. Yəni içərisində hərəkət edən bir hissə yoxdur. Bu
xüsusiyyətinə
görə bu cür yaddaşlar “solid-state”, yəni
“hərəkətsiz” olaraq
adlandırılırlar.
Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir.
Fləş-kartın tərkibindəki informasiyaya
qeyri-məhdud sayda baxmaq olar, lakin
yalnız 1 milyon dəfə yenidən yazma əməliyyatı aparmaq mümkündür.
Fləş-yaddaşın əsas parametrləri aşağıdakılardır:
- yaddaşın tutumu (bir neçə Qbayt-larla ölçülür);
- az enerji tələbatı;
- verilənlərin oxuma sürəti.
Bütün fləş qurğular kompüterə və ya digər
rəqəmsal qurğulara USB port
vasitəsilə birləşdirilir. Adətən yazma sürəti 10MBt/san, oxuma sürəti isə
15MBt/san. təşkil edir.
Şəkil 8.4-də fləş-yaddaş təsvir edilmişdir. Burada 1-
USB giriş, 2-
mikrokontroller, 3- mikrosxem, fləş-yaddaşdır.
Fləş yaddaş
Şəkil 8.4. Fləş-yaddaş.
Flash tipli saxlama cihazlarına aşağıdakılar daxildir:
•
USB flash. Bu, ən sadə və ucuz saxlama vasitəsidir. Çoxsaylı təkrar
yazmalar, məlumatların saxlanması və ötürülməsi üçün istifadə olunur.
Ölçülər 2 GB ilə 1 TB arasında dəyişir. Plastik
və ya alüminium korpusda
yaddaş mikrosxemi olan USB konnektorlu yaddaşdır.
•
Yaddaş kartları. Telefonlarda, planşetlərdə, rəqəmsal kameralarda və digər
elektron cihazlarda məlumat saxlamaq üçün nəzərdə tutulmuşdur. Onlar
ölçüsü, uyğunluğu və həcmi ilə fərqlənirlər.
•
SSD. Enerjidən asılı olmayan yaddaşa malik bərk informasiya daşıyıcısıdır.
Bu standart sərt diskə alternativdir. Ancaq sərt disklərdən fərqli olaraq, SSD
-lərin hərəkət edən maqnit başlığı yoxdur.
Bunun sayəsində onlar
məlumatlara sürətli çıxışı təmin edir, HDD kimi cızıltı səslər yaymırlar.
Çatışmayan cəhəti – baha olmasıdır 8.