41
7. Yeni kapilyar viskozimetr qurğusu yaradılmış, emulsiyaların
reoloji parametrlərinin tədqiqi ilə sınaqdan
keçirilmiş və istifadəyə
verilmişdir.
8. Maili istiqamətlənmiş quyuların sulaşma səbəbləri
araşdırılmış, profilin sulaşma tempinə təsiri tədqiq edilmiş,
sulaşmanın layın açılma dərəcəsindən asılılığı müəyyənləşdirilmiş,
lay sularının təcrid edilməsi üçün yeni texnologiya işlənmiş, onun
həyata keçirilmə metodologiyası göstərilmiş
və tətbiqi tövsiyə
olunmuşdur.
9. Qazlift-kompressor istismar üsulunda qumun borularda
çökməsinin qarşısını almaq üçün nanomaye tərkib əsasında yeni üsul
işlənmiş, onun tətbiqi ilə quyudibi zonada və quyu lüləsində qum
təzahürünün fəsadları aradan qaldırılmış, quyuların uzunmüddətli
istismarı təmin olunmuşdur.
10. Bentonit gili əsasında qeyri-bircins laylardan quyulara neft
axınını tənzimləmək üçün nanotexnologiya işlənmişdir.
11. maqnit sahəsindən istifadə etməklə kapilyar hopma prosesi
tədqiq olunmuş, kvars qumundan və qum-gil qarışığından ibarət
məsaməli mühitdə aparılan kapilyar hopma hadisəsinə maqnitləşmiş
suyun təsiri öyrənilmiş
və müəyyən edilmişdir ki, maqnitləşmiş
suyun kapilyar sıxışdırma üzrə səmərəliliyi müvafiq olaraq qumlu
mühitdə 16-20 və qum-gil mühitində 11-12% təşkil edir;
12. ŞQN istismar üsulunda qumun nasosun işinə zərərli
təsirini tənzimləmək məqsədilə sabit maqnit sahəsinin təsiri ilə
nasosun qəbuluna daxil olan qarışığın strukturunun dəyişməsinə və
beləliklə də çökməsinin qarşısının alınmasına
əsaslanan yeni üsul
işlənmişdir;
13. Akustik sahədən istifadə etməklə quyudibi sahəni müxtəlif
çöküntülərdən və çirklənmələrdən təmizləmək və layın keçiriciliyini
bərpa etmək üçün turşu əsaslı mikroemulsiya işlənmiş, onun əsasında
yeni texnologiya hazırlanmış və tətbiq edilməsi tövsiyə olunmuşdur;
14. Quyularda və laylarda müxtəlif texnoloji əməliyyatları
həyata keçirmək üçün sadə konstruksiyalı, səmərəli iş prinsipinə
malik dalğa generatorları ixtira edilmiş, tətbiqi təklif olunmuşdur.
Dostları ilə paylaş: