Şüa diaqnostikası
1) Kompüter tomoqrafiyası (KT) zamanı hansı detektorlardan istifadə olunur?
A)
Ancaq ksenon detektorlardan
B) Yarımkeçirici element və ksenon detektorlardan
C) Adi
rentgen ekranlardan
D) Ancaq yarımkeçirici elementlərdən
E)
Gücləndirilmiş rentgen ekranlardan
2) Kompüter tomoqrafiyasında “güclənmə” üsulu nə deməkdir?
A) Verilən cavabların hamısı doğrudur
B) Rentgen şəklin generatorunun gərginliyinin yüksəlməsi
C) Rentgen kontrast maddənin damara vurulması şərti ilə tomoqrafiya
D) Obyektin incə təbəqələrinin alınması ilə
E) Rentgen şüavericinin çəkilən obyekt ətrafında hərəkət sürəti
3) Arxa kəllə çuxuru patologiyasını aydınlaşdırmaq üçün hansı müayinə daha
məqsədəuyğundur?
A) USM
B) MRT
C) Radioizotop
D) KT
E) Rentgen
4) Tibbi diaqnostik müayinə metodunun “effektivliyi” kriteriyasına hansı müddəa
cavab verir?
A) Müəyyən xəstəliyi olan insanlar qrupunda diaqnostik müayinəsinin həmən xəstəliyi
aşkarlamaq qabiliyyəti
B) Diaqnostik metodun dəqiq nəticələrinin bütün alınmış nəticələrə nisbətləri
C) Müəyyən xəstəliyi olan insanlar qrupun daxilində xəstəliyi aşkarlanmamış
insanlar ilə
həqiqi sağlam insanların diferensiasiyasında diaqnostik metodun müvəffəqiyyəti
D) Müəyyən xəstəliyi
olan insanlar qrupunda, ortalaşmış şəraitdə keçirilən diaqnostik
metodun müvəffəqiyyətli istifadəsindən alınmış nəticə
E) Optimal şəraitdə istifadə olunmuş diaqnostik metodun son həkim qərarına təsir
etmək iqtidarı
5) Tibbi diaqnostik müayinə metodunun “ qüvvəsi ” kriteriyasına hansı müddəa
cavab verir?
A)
Müəyyən xəstəliyi olan qrupda, ortalaşmış şəraitdə diaqnostik metodun
müvəffəqiyyətli
nəticələri
B) Müəyyən xəstəliyi olan insanlar qrupunda diaqnostik müayinəsinin həmən xəstəliyi
aşkarlamaq iqtidarı
C) Diaqnostik metodun dəqiq nəticələrinin bütün alınmış nəticələrə nisbəti
D) Optimal şəraitdə istifadə olunmuş diaqnostik metodun son həkim qərarına təsir
etməsinin dərəcəsi
E) Müəyyən xəstəliyi olan qrupun daxilində xəstəliyi aşkarlanmamış
insanlar ilə həqiqi
sağlam insanların diferensiasiyasında diaqnostik metodun qabiliyyəti