HöRÜMÇƏk toru (detektiv əsər)


Yarıçılpaq erməni qızları



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix08.01.2023
ölçüsü1,25 Mb.
#78708
1   2   3   4   5   6   7   8   9   10
horumcek-toru-compressed

Yarıçılpaq erməni qızları
A
rtıq şənbə günü nahara az qalırdı. Növbəti
həftənin beşinci günü geri qayıtmalı idilər.
Demək qarşıda altı gecə və beş gündüz qalırdı.
Postda ştatla aşpaz nəzərdə tutulmadığından əs-
gərlər arasından növbə ilə hər həftə bir əsgər
yemək hazırlayırdı. Bu həftə yemək bişirmək
əsgər Salmanova həvalə edilmişdir. “Şimşək”
postunda tapşırığa uyğun hər kəs öz işindəykən
aşağıda erməni postunda isə əsl bayram abu-
havası var idi. Erməni postundan gələn musiqi
səsini açıq-aşkar eşitmək olurdu. Mahnılar erməni
dilində səslənsə də musiqiləri Azərbaycan havaları
idi. Əsgər Salmanov yemək bişirə-bişirə bu
18


19


musiqinin sədaları altında nəsə zümzümə edirdi.
“Şimşək” postu elə bir əlverişli yüksəklikdə yer-
ləşirdi ki, şəxsi heyətin yerləşməsi və düşmən
ərazilərini müşahidə etmək üçün bütün imkanlar
var idi. Postun ermənilərə olan tərəfində sal daş-
lardan qala divarları kimi bürclər tikilmişdi. Ca-
hanşiri ən çox narahat edən məsələ “sərbəst növ-
bə”nin qala bürcləri ərtafında dolanaraq tez-tez
ermənilər tərəfə boylanmaqları idi. Postda xidmətin
təşkili üçün gecələr post başçısı, baş leytenant
Alməmmədov oyaq qalıb xidməti təşkil edir,
gündüzlər isə o dincələrkən növbənin təşkili gizir
Zülfüqarova həvalə olunurdu.
Artıq günortadan bir xeyli vaxt keçmişdi.
Cahanşir isə postda olan otaqları, postun həyatyanı
sahəsini gəzərək özü-özlüyündə nəsə düşünürdü.
Postun sağ tərəfindən təqribən 50-60 metr aralıda
erməni tərəfə keçən bir cığır gözündən yayınmadı.
Cahanşir yaxşı xatırlayırdı ki, təqribən bir ay
bundan öncə bu əraziyə “dron” vasitəsi ilə baxış
keçirilən zaman bu cığır burada yox idi. Vəziyyəti
dəqiqləşdirmək üçün Cahanşir qızıl mədəninin
ətraf ərazisində postlara gedən yolları qaydasına
qoyan mühəndis-istehkam bölüyünün komandiri
20


kapitan Vəliyevi yanına çağırmağı Alməmmədova
tapşırdı. Kapitan Vəliyev gələnədək Cahanşir
Alməmmədovdan onun barəsində soruşdu. Al-
məmmədov da Vəliyev barəsində bildiklərini
danışmağa başladı:
-Bildiyimə görə əslən Kəlbəcərdəndir. Yerlidir.
Erməni dilini çox yaxşı bilir. Ermənilərlə gedən
danışıqlarda çox zaman o da iştirak edir. Deyi-
lənlərə görə Kəlbəcər işğaldan azad edilən vaxtdan
bu ərazilərdə xidmətdədir. Elə buna görə də
ərazini yaxşı tanıyır, – dedi. Cahanşir Alməm-
mədovu diqqətlə dinlədikdən sonra:
– Kapitan Vəliyev postun ərazisinə tez-tez
gəlirmi? – sualına Alməmmədov:– Bizim böl-
məmizin burda olduğu dövrdə çox nadir hallarda
gəlir. Ancaq, bildiyimə görə kəşfiyyat bölmələrinin
növbəsi zamanı burda tez-tez olur. Deyilənlərə
görə hətta kəşfiyyatçılarla birlikdə “tapşırığ”a
da gedir, – dedi.
Cahanşir Alməmmədovla söhbətlərini davam
etdirən zaman kapitan Vəliyevin posta qalxması
göründü. O yaxınlaşıb gəlməyi barədə Cahanşirə
məruzə etdi. Cahanşir onun məruzəsini qəbul
edib əl uzadaraq onunla görüşdükdən sonra
21


postun sahəsini gəzməyə başladılar. Alməmmədov
isə onların danışıqlarına mane olmamaq üçün
icazə alaraq oradan uzaqlaşdı. Cahanşir əsas
mətləbə keçməzdən əvvəl Vəliyevin ailəsi barə-
sində, xidməti barədə və “Vətən Müharibəsi”ndə
iştirak edib etməməsi barədə soruşduqdan sonra
postun kənarından keçən cığır barəsində soruşdu.
Vəliyev bildirdi ki:
– Düşmənlə təmas xətti ön tərəfdən tamamilə
minalanmışdır. Hər hansı bir insanın gedib-
gəlməsi mümkünsüzdür. Cığıra gəldikdə isə bu
cığır erməni kəndinin və bizim postun itlərinin
gedib-gəlməsi yoludur, – dedi. Cahanşir Vəliyevi
diqqətlə dinlədikdən sonra:
– Yaxşı, bəs bizimkilər hər hansı bir tapşırıq
üçün qarşı tərəfə keçmək lazım gəldikdə nə
edirlər? – soruşduqda Vəliyev:
– Qarşı tərəfə keçmək üçün ancaq postlar
arasında olan ara boşluqlarından istifadə olunur
ki, buna da mənim sahəm üzrə əsasən mən bələd -
çi lik edirəm. Çünki ara boşluqları həm biz tərəf -
dən, həm də ermənilər tərəfdən minalanmışdır, –
dedi. Daha bir neçə dəqiqə söhbətdən sonra
Cahanşir Vəliyevə getməyə icazə verərək
22


Alməm mə dovla birlikdə kazarmanı gözdən ke-
çirmək üçün getdi. Kazarmaya gedərkən Cahanşir
düşüncələrində Vəliyevlə söhbətin hər bir detalını
analiz edirdi. Cahanşir hiss edirdi ki, Vəliyev
həddindən artıq məlumata malikdir. Cahanşir
kazarmada şəxsi heyətin istirahəti və asudə vaxtını
keçirməyi üçün ayrılmış otağa girdikdə otağın
bir küncündə kitabla dolu rəfi görüb ani olaraq
sifətində təbəssüm ifadə olundu. Otaqda yüzdən
artıq səliqə ilə rəfdə düzülmüş kitab var idi.
Rəfin kiçik bir guşəsində isə ayrıca on ədəd
kitab çeşidlənərək qoyulmuşdu. Cahanşir post
başçısına tərəf çevrilərək:
– Bu kitablar nə üçün ayrı qoyulublar? –
deyə soruşduqda Alməmmədov bir az qabağa
gəlib:
– Bu çeşidlənən kitablar hal-hazırda postun
şəxsi heyəti tərəfindən oxunan kitablardır, – dedi.
Cahanşir post başçısının cavabına gülümsə-
yərək:
– Belə çıxır ki, sən və köməkçin kitab
oxumağı sevmirsiniz. Hər halda rəfdə on ədəd
kitabın olması belə düşünməyə əsas verir, -–
dedi.
23


Cahanşirin fikrinə Alməmmədov:
– Xeyr, cənab polkovnik, mən də, köməkçim
də kitab oxumağı sevirik. Postda iki nəfər yazıb-
oxumaq bilməyən əsgərimiz var, – dedi. Cahanşir
əsgərlərin kimliyini soruşduqda Alməmmədov:
– Əsgər Bədəlov və əsgər Dadaşov, cənab
polkovnik, – dedi. Alməmmədovun cavabından
azca fikrə gedən Cahanşir:
– Dadaşov hansıdır, uşaq vaxtından çobanlıqla
məşğul olan? – deyə Cahanşir maraq dolu baxış-
larla Alməmmədovdan soruşdu.
– Bəli, həmin əsgərdir, cənab polkovnik, –
deyə post başçısı cavab verdi.
Cahanşir heç bir söz deməyib fikrə daldı.
Təqribən bir saat bundan öncə əsgər Dadaşovun
kiçik bir cib dəftərçəsində səliqəli xətlə yazı
yazdığını görmüşdü. Dadaşov dəftərçəsində ata-
sının və əmisinin heyvan təsərrüfatının qeydlərini
aparırdı. İndi isə əsgərin yazıb-oxuya bilməməsi
barəsində məlumat onu çaş-baş salmışdı. 
Cahanşir heç bir söz deməyib sakit addımlarla
postun kazarmasından çıxıb “müşahidə məntə-
qəsi”nə tərəf getdi. Həqiqətən də burada düşmən
kəndi adamın ovcu kimi aydın görünürdü. Durbin
24


ilə isə bu görüntünü daha da yaxınlaşdırmaq
mümkün idi. Cahanşir durbini nizamlayaraq
kəndin içi ilə onlara yaxın ərazidə hərəkət edən
minik avtomobilinin nömrəsini də oxuya bilirdi.
Düşmən postunun ön hissəsində isə daha maraqlı
mənzərə canlanırdı. Cahanşir durbinin nizamla-
yıcısı ilə düşmən mövqeyinin üst tərəfinə çıxıb
əllərində şərab şüşəsi olan iki erməni qızını ob-
yektdə yaxına çəkdi. Qızlar gözlə görünən mə-
safədə olsalar da durbinin görüntüsü qızların
bədən gizgilərinin daha da aydın görünmələrinə
şərait yaradırdı. Qızlar çaxır şüşəsini əllərində
yuxarı qaldıraraq Azərbaycan dilində:
– Hey, əsgərlər, gəlin çaxıra qonaq olun, –
deyərək əllərini bizim posta tərəf yelləyirdilər.
Maraqlısı isə bu idi ki, qızlar təmiz Azərbaycan
ləhcəsi ilə danışırdılar. Qızların hər ikisinin əynində
göbəklərindən dizlərinə qədər məsafəni örtən
nazik parçadan “şortik” adlanan qısa şalvar var
idi ki, qızları daha da ehtiraslı göstərmək üçün
şortik ombadan bir az da aşağı ednirilərək yuxarı
düymələri açıq vəziyyətdə saxlanılmışdı. Bu
örtülü yerlərdən başqa qızların bütün bədən
hissələri, əzaları göz oxşayırdı. Qızlar bədən
25


quruluşlarına görə çox cazibədar idilər və bir-
birlərindən, demək olar ki, ancaq saç rənglərinə
görə seçilirdilər. Qızların hər ikisi uzun gur saçlı
olmaqla birinin saçı sarışın, digərinin saçı isə
şəvə kimi qapqara idi. Qarasaçlı qızın bədəni elə
dümağ idi ki, sanki indicə süd vannasından çıx-
mışdı. Saçlarının rənginin qara olması bədəninin
ağlığının rəngini daha da qabarıq göstərirdi. Göz-
lərinə ustalıqla çəkilmiş qara sürmə “min bir
gecə” nağıllarında təsəvvür olunan incə belli, iki
baldırlı, iri döşlü ərəb qızlarını xatırladırdı. Qızın
sinəsi üstündə böyük bir məharət və ustalıqla çə-
kilmiş hörümçək toruna bənzər bir döymə (nakolka)
var idi. Tor elə ustalıqla çəkilmişdi ki, sanki ovçu
nə vaxtsa bu toru qızın döşləri üçün qurmuş və
hər iki döş ovçunun qurduğu tora düşmüşlər. Qız
hərəkət etdikcə döşləri tora düşmüş ağ göyərçin
kimi rəsmin içində çırpınırdılar. Qızın hərəkətində
döşlərinin hər bir tərpənişi insan bədənində bir
qığılcım yaradırdı. Cahanşir durbinlə gözünü qız -
dan çəkmədən yanında duran post başçısından:
– Alməmmədov, səncə qızın bədənində
nakolka ilə nə təsvir olunub? – deyə soruşdu.
Alməmmədov ani fasilədən sonra:
26


– Hansı qızın bədənindəki nakolkanı soru-
şursunuz, cənab polkovnik? – deyə soruşdu. Ca-
hanşir indi diqqət yetirib sarışın qızın da bədənində
ustalıqla çəkilmiş cızgiləri gördü. Sarışın qızın
da bədənində gözəl sənət əsəri çəkilsə də, qarasaçlı,
dümağ bədənli qızın gözəlliyi və dümağ sinəsində
çəkilmiş füsunkar sənət əsəri Cahanşirin bütün
düşüncələrinə hakim kəsilmişdi. Cahanşır ani
gülümsüyüb gözünü durbindən çəkməyərək:
Yəqin ki, bu qızlar burada tez-tez görünürlər?
– deyə soruşdu. 
– Bəli, cənab polkovnik, bu barədə məruzələrdə
qeyd edirik. Bir aya yaxın bir müddətdir ki, hər
iki qız burada görünür. Əvvəllər az qala sutkanın
bütün vaxtını burada keçirirdilər. İndi yəqin
havanın payıza doğru getməsindən az-az görünürlər.
Sarışın qızın bədənində nəhəng bir əjdaha şəkili
təsvir olunub, qarasaç qızın bədənində isə hörümçək
toru təsvir olunub, – deyə cavab verdi.
Cahanşir durbini sarışın qızın bədən cizgilərinə
yönəldərək qızın bədənində çəkilən əjdahanın
təsvirinə diqqətini yönəltdi. Əjdahanın quyruq
hissəsi qızın topuğunun içəri tərəfindən başlayaraq
bədəninə doğru uzanırdı. Göbəyindən yuxarı
27


istiqamət alan şəkil qızın döşünə çatanda sol
döşün alt tərəfindən dönərək başını qızın boğazına
elə söykəmişdi ki, sanki qızın boğazının sol
tərəfini, sol qulağının ətraf nahiyyəsini öpərək
nəfəsi ilə qızın boğazını isidir. Əjdahanın ağzından
kənara çıxmış dili isə qızın qulağını sığallayırmış
kimi təsvir edilmişdi. Cahanşir yenidən diqqətini
qarasaçlı qıza yönəldərək, düşüncəsində:
– Bu qızlar bura əlbəttə ki, elə-belə göndə-
rilməyiblər. Qızların qarınlarında bir az da olsa
piy qatları yoxdur. Bellərinin nazik olması bal-
dırlarını daha da dolu göstərir. Qızlar döş ölçülərinə
görə elə seçiliblər ki, sanki heykəltaraş əliylə
yonulmuş döşləri qızların hər bir hərəkətindən
ehtirasla yırğalanırdılar. Bütün bunlar əlbəttə ki,
postda olan şəxsi heyəti özünə cəlb etmək üçündür,
– deyə düşündü.
Bu zaman qızlar ani olaraq hər ikisi eyni
vaxtda postun sağ istiqamətində yerləşən mətbəx
tərəfə boylandılar. Cahanşir də həmin istiqamətə
çevrilərək sağ əlində yemək çömçəsini başı üzərində
qaldıran aşpaz Salmanova təsərrüfat işində kömək
üçün ayrılan əsgər Dadaşovu gördü. Payızın zəif
gün işığında çömçə günəş şüası altında ani olaraq
28


parıldamağa başladı. Mətbəxə fikirlərini yönəldən
ağ bədənli qız əlində qapağı açıq vəziyyətdə əlində
tutduğu çaxır şüşəsini başına çəkdi. Qırmızı çaxır
qızın boyalı dodaqlarından boğaz nahiyəsinə sü-
zülərək hörümçək torunun içərisində çobalayan
ağ göyərçinləri qırmızı rəngə boyamağa başladı.
Bir neçə qurtum ciyər yanıqlığı ilə içilən al şərabdan
sonra şərab şüşəsini başı üzərinə yelləyərək yanındakı
rəfiqəsinin əlindən tutaraq torpaq döşənmiş sahə
ilə ehtiyyatla postun içərisinə irəlilədilər. Qızlar
addımladıqca bu yarımçılpaq gözəllərin ayaqlarında
olan hündür daban ayaqqabılar Cahanşirin qiqqətini
cəlb etdi. Yəqin ki, qızlar hündürdabanlı ayaqqabıları
daha da ehtiraslı görünsünlər deyə geyinmişlər, -
Cahanşir düşündü. Qızlar çevrilib getdikdə onların
bədənlərinə çəkilmiş nakolkanın həqiqi bir gözəl
rəsm əsəri olması daha da aydınca hiss olunurdu.
Sarışın qızın bədəninin topuğundan boğazına qədər
uzanan əjdaha əlləri ilə arxa tərəfdən qızın belini
və döşlərini qucaqlamışdı. Ağbədənli qızın kürəyində
isə onu arxadan qucaqlayan hörümçəyin özü təsvir
olunmuşdu. Torun bir neçə saplağı qızın baldırla-
rından aşağı süzülürdü. Cahanşir sanki heç bir şey
olmamış kimi durbini post başçısına uzadaraq:
29


– Gedək, –deyərək, “müşahidə məntə qə si”n dən
birbaşa onun üçün ayrılmış otağa keçdi.
Cahanşir otaqda var-gəl edərək son bir ayda
baş verən hadisələri düşüncəsində varaqlamağa
başladı:
– Son bir ayda iki dövlət arasında gərginlik
daha da artıb. Bu savaşın başlanmasının bir illiyi ilə
də əlaqəli ola bilər... bəs sonra?...Bir aydır ki, bu
qızlar buralarda peydə olublar, hər ikisi də gözəl
bədən quruluşuna malikdirlər və hər ikisi təmiz
Azərbaycan ləhcəsi ilə danışır... Bəs sonra?... son
bir ayda bizim ərazimizdə postumuza ən yaxın
yerdə qızıl mədəni istifadəyə verilmişdir...bəs sonra?...
Bir də ki, son bir aydır ki, mənə yeni sürücü
verilib...bir də, ən əsası düşmən tərəfə bu ərazidən
ötürülən məlumatlar məhz bu bir aya təsadüf edir...
bir də ki, kapitan Vəliyev, –- deyə düşündü. Cahanşir
bütün hadisələri düşüncəsindən keçirdərək axşama
kimi onun üçün ayrılmış otaqda qaldı. Bu müddət
ərzində Alməmmədov bir neçə dəfə yaxınlaşaraq
Cahanşirin nəsə istəyib-istəməməsini soruşmuşdu.
Bir də bir neçə dəfə əsgər Salmanov Cahanşir üçün
çay gətirmişdi. Axşam hava qaralanda Cahanşir
onun üçün ayrılmış otaqdan çıxanda əsgərlər artıq
30


şam yeməyini yeyib qurtarmışdılar. Cahanşirin otaq-
dan çölə çıxdığını görən Alməmmədov ona yaxınlaşıb
hərbi salam verdi. Cahanşir Alməmmədovdan sü-
rücüsünün harada olduğunu və şam yeməyi yeyib-
yeməməsini soruşdu. Alməmmədov:
– Bəli, cənab polkovnik, sürücünüz əsgərlərlə
birlikdə şam yeməyi yeyib və hal-hazırda əsgərlərin
yanındadır, – dedi.
Cahanşir Alməmmədovun müşayiəti ilə “mü-
şahidə məntəqəsi”nə qalxaraq durbinlə düşmən
mövqeyini nəzərdən keçirdi. Düşmən tərəfdə sa-
kitçilik hökm sürürdü. Bu sakitçilik içində erməni
kəndi gündəlik həyatını yaşayırdı. Günün qaranlıq
vaxtı əsgərlərimiz “müşahidə məntəqəsi”nə iki-
iki çıxır, bir nəfər isə kazarmanın qarşısında gə-
zərək kazarmanın girişinə nəzarət edirdi. Növbədə
olmayan digər şəxslər isə dincələrək yuxularını
alırdılar. Günün qaranlıq vaxtı post başçısı səhə-
rədək oyaq qalaraq xidmətin aparılmasını təşkil
edir, gündüz isə o dincəldikdə xidmətin aparıl-
masına post başçısının köməkçisi nəzarət edir.
Cahanşir otağa yeni qayıtmışdı ki, otağın qarşısında
səslər eşitdi. Nə baş verdiyini öyrənmək üçün
çölə çıxmaq istəyirdi ki, qapı döyüldü və post
31


başçısı Alməmmədov əsgər Rzayevlə birlikdə
Cahanşirin sürücüsünün əllərini arxadan buraraq
otağa saldılar. Alməmmədov sağ əliylə sürücünün
qolundan tutmuşdu, sol əlində isə kiçik çamadana
bənzər bir qutu var idi. Alməmmədov qutunu
stolun üstünə qoyub yan cibindən bir ədəd
smartfon tipli telefon çıxardıb stolun üstünə
qoyaraq:
– Cənab polkovnik, bunları bunun üstündən
aşkar etmişik, – deyərək sürücünü nişan verib
stolun üstünə qoyduğu çamadanın ağzını açdı.
Çamadanın içərisi elektrik avadanlıqlarından
ibarət idi. Alməmmədov qırmızı rəngdə düyməni
basdıqda qurğunun üzərində sıra ilə düzülmüş
çoxlu müxtəlif ölçülü işıqlar yanmağa başladı.
Qurğunun yan iki tərəfində böyrü üstə uzadılmış
antenalar var idi. Sürücü dartınaraq bu vəziyyətdən
çıxmaq istəsə də Alməmmədov qüvvətli əlləriylə
ona tərpənməyə imkan vermirdi. Cahanşirin gös-
tərişi ilə Məmmədovun üzərinə baxış keçirildi
və şalvarının sağ yan cibindən düyməylə açılan
xüsusi zövqlə düzəldilmiş bıçaq çıxdı. Məmmədov
dodağının sol tərəfindən axan qanı əliylə silərək
(çox güman ki, o, tutulan zaman müqavimət
32


göstərmək istəmiş və Alməmmədov tərəfindən
zərbə almışdı), Cahanşirə müracətlə:
– Cənab polkovnik, bunlar mənim şəxsi əm-
laklarımdır, icazə verin bunlar (Alməmmədovla
Rzayevi göstərib) çıxsınlar və Sizə fikrimi izah
edim, – dedi. Ortaya dərin bir sükut çökdü.
Əlbəttə ki, sürücünün nə deyəcəyi hamı üçün
maraqlı idi və hal-hazırkı vəziyyətdə sürücü ən
çox düşmən tərəfə məlumat ötürən cəsus təəssuratı
yaradırdı. Cahanşir bilirdi ki, digər iki nəfər də
onun düşündüyünü düşünür və sürücünü real
cəsus gözündə görürlər. Bəlkə də bu həqiqətən
də belə idi. Ortaya çökən sükut içində Cahanşir
əliylə sürücüyə stolu göstərib:
– Otur, dedi – Alməmmədovgilə isə başının
işarəsi ilə otaqdan çıxmalarını işarə etdi. Al-
məmmədovgil otaqdan çıxdıqdan sonra Cahanşir
də masa arxasındakı stulda əyləşərək Məmmə-
dovun özünü toplayaraq deyəcəyi sözləri gözlədi.
Məmmədov özünü toparlayaraq:
– Bilirəm, məndən şübhələnirsiniz, ancaq
mən cəsus deyiləm. Mən Dövlət Təhlükəsizlik
Xidmətinin zabitiyəm. Rütbəm də kapitandır, –
dedi. Fikrinə bir az fasilə verdikdən sonra:
33


– Bizimkilər (DTX-nı sözsüz ki, nəzərdə tu-
turdu) bir aydır ki, cəsusu tutmağa çalışsalar da
bu günədək bir şeyə nail olmayıblar. Məlumatı
düşmən tərəfə ötürən şəxsin kimliyi məlum deyil.
O isə getdikcə öz fəaliyyətini daha da genişləndirir,
– dedi. Sürücü danışdıqca Cahanşir onu dinləyərək
maraqlandırdığı sualları verirdi:
– Cəsusları aşkar etmək əlbəttə ki, sizin xidmətin
vəzifəsidir. Ancaq hal-hazırda məni başqa bir sual
maraqlandırır. Səni niyə məhz mənim xidməti av-
tomobilimə sürücü təyin ediblər? Bunda məqsədiniz
nədir? – deyə soruşduqda, Məmmədov:
– Bizimkilər onsuz da bilirdilər ki, satqını
tapmaq çox çətin olacaq. Son anda məni sizinlə
birlikdə posta göndərəcəkləri bu növbəti planın
bir hissəsi idi. Sonda gördüyünüz kimi belə də
oldu, – dedi. Cahanşir bir az düşündükdən sonra:
Sənin əsl ixtisasın nədir? – deyə soruşduqda,
Məmmədov:
– Mən ixtisasca radio-elektronika sahəsi üzrə
peşəkar mütəxəssisəm. Necə deyərlər, xakerəm.
Uşaq vaxtlarından gözümü açandan isə evdə av-
tomobil görmüşəm. Avtomobil texnikasının idarə
olunması və istismarında da peşəkaram, – dedi.
34


Cahanşir sürücüsünü dinlədikdən sonra telefonunda
Vaqif müəllimin ona verdiyi nömrələri axtarmağa
başladı. Postun yerləşmə ərazisini nəzərə alaraq
mobil nömrədən zəng etmək böyük risk tələb
edirdi. Odur ki, Cahanşir masa üzərində olan
şəhər telefonundan Vaqif müəllimin verdiyi nöm-
rəni yığmağa başladı. Ancaq ki, telefon nə qədər
zəng çalsa da dəstəyin o biri tərəfindən cavab verən
olmadı. Bunu belə görən Cahanşir Vaqif müəl -
limin əl telefonunu yığmaq qərarına gəldi. İkinci
zəngdən sonra Vaqif müəllimin səsi eşidildi. Ca-
hanşir Vaqif müəllimdən salamlaşdıqdan sonra:
– Hər şey qaydasındadır, bəzi məsələlər
vardır ki, onları aydınlaşdırmağım üçün şəhər
telefonundan zəng etməyim lazımdır, – dedikdə,
Vaqif müəllim:
– Şəhər telefon nömrəsi yan otaqdadır, təzədən
yığ götürərəm, – dedi. Cahanşir Vaqif müəllimin
telefonunun şəhər nömrəsini yığmağa başladı.
Bu dəfə də telefonda uzun müddət çağırış get-
dikdən sonra axır ki, dəstəyin o biri tərəfində
Vaqif müəllimin səsi eşidildi:
– Salam, Cahanşir müəllim, deyin görüm
sevindirici bir xəbər varmı? – deyə soruşdu. Ca-
35


hanşir nəzərlərini Məmmədova yönəldərək telefona
cavab verdi:
– Vaqif müəllim, şad xəbər odur ki, sürücünün
sizin həmkarınız olması aşkar olundu, - deyərək
özünə məxsus gülüşlə cavab verdi. Cahanşirin
gülüş səsinə Vaqif müəllimin də xəttin o tərəfində
gülüş səsi əlavə olundu:
– Hə, demək tapışmısınız, demək axtardığınızı
daha tez taparsınız, – dedi. Cahanşir Vaqif müəl-
limlə daha bir neçə dəqiqə danışdıqdan sonra
dəstəyi yerinə qoydu. Sürücünün kimliyinin Ca-
hanşirdən gizli saxlanılmasında bir səbəb var idi
ki, Dövlət Təhlükəsizlik Xidməti Məmmədovu
Cahanşirə sürücü təyin etməklə bu işin üstünü
məhz onlar tərəfindən açılmasını istəyirdilər və
ümidli idilər ki, Məmmədov bu işin öhtəsindən
layiqincə gələcək. Onlar çalışırdılar ki, nə olursa
olsun cəsus DTX əməkdaşları tərəfindən üzə
çıxmalıdır. Məmmədovun aşkar olunması isə
Vaqif müəllimin planlarının bir çox hissəsini alt-
üst etdi. Özü də planın əsas hissəsini. İndi artıq
DTX-nın bütün xidmətləri Cahanşirin görəcəyi
işin kölgəsində qalacaqdı. Vaqif müəllim xəttin
o biri başında gülə-gülə danışsa da dəstəyi yerinə
36


qoyduqdan sonra dilxor vəziyyətdə əlini siqaret
qutusuna uzadıb damağına bir siqaret qoydu. O,
DTX-nın bütün əziyyətinin kölgədə qaldığını
başa düşdüyünə görə çox bikef idi.
Otağa dərin bir sükut hopmuşdu. Bu sükutu
da yenə ilk olaraq Cahanşir pozdu:
– Görəsən DTX-nın əməkdaşı kapitan Məm-
mədov indi nə düşünür? – deyə, yarızarafat, ya-
rıgerçək Məmmədova müraciət etdi. Məmmədov
özününküləri pis vəziyyətdə qoyduğundan özünə
yer tapa bilmirdi. Başını azca qaldıraraq, yavaş
səslə:
– Mən radioelektronika üzrə mütəxəsisəm.
Xaker proqramlarını yüksək səviyyədə bilirəm.
DTX düşünür ki, məlumat erməni tərəfə hansısa
bir smartfon telefon vasitəsi ilə ötürülür. Çünki
şəkillər postun düz yaxınlığındakı ərazilərdə çə-
kilib. Bundan başqa da qızıl yatağının lap yaxın-
lığında bulaq vardır ki, əsgərlər içməli suyu
posta bu bulaqdan aparırlar. Düzdür, şəkilləri
mədəndə işləyən hər hansı bir işçi də çəkə bilər.
Ancaq ki, düşmənə ötürülən şəkillərin bəziləri
postun ərazisi daxilində çəkilib. Bütün bunlar da
postda xidmət edən hər hansı bir hərbi qulluqçudan
37


şübhələnməyə əsas verir, – dedi. Cahanşir Məm-
mədovu dinlədikcə bəzi məqamları dəqiqləşdirmək
üçün ona suallar verirdi:
– Yaxşı, bu qurğu vasitəsi ilə biz nə edə bilə -
rik? – soruşduqda Məmmədov qurğunu işə salaraq
onun imkanları barədə danışmağa başladı:
– Cihazın eni 30 sm, uzunluğu 50 sm-dir. Üzə -
rində iki antenna mövcuddur. Təqribən 50 metr
radiusunda internet şəbəkəsində olan bütün elek-
tron cihazlarının yerləşdiyi yeri dəqiqliklə müəyyən
edə bilir və əlavə qurğuya kompyuter qoşulduqda
50 metr radiusunda olan qurğuların daxilinə
girmək imkanına malikdir. Bu qurğu hər hansı
bir bina daxilində əməliyyatların aparılması üçün
nəzərdə tutulmuşdur. Qurğu hər hansı bir ava-
danlığa nəzarət etmək üçün həmin avadanlığın
şəbəkəsinə virus göndərir və bu virusun vasitəsi
ilə avadanlıqlara nəzarət etmək mümkündür. Bu
qurğudan iki ədəd olduqda qurğuları bir-birindən
müəyyən məsafədə aralı yerləşdirməklə, ara mə-
safələrindən asılı olaraq elektron avadanlıqlarının
yerləşmə radiusunu 2-3 dəfə genişləndirmək
mümkündür. Qurğu ancaq internet şəbəkəsinə
qoşulmuş cihazlara nəzarət etmək üçün nəzərdə
38


tutulmuşdur. Qurğuda telefon danışıqlarını din-
ləmək imkanı nəzərdə tutulmamışdır, – dedi. Ca-
hanşir Məmmədovu sonadək dinləyib ani fikrə
getdikdən sonra post başçısı, baş leytenant Al-
məmmədovu və əsgər Rzayevi çağırıb sürücüsündə
olan bu qurğunun sadəcə bir “internet modemi”
olduğunu və icazəsiz bu qurğunu postun ərazisinə
gətirdiyinə görə sürücünü buradan getdikdən
sonra cəzalandıracağını bildirdi. Cahanşir sürü-
cüsünə bəraət qazandırmağa çalışaraq bu “ma-
dem”in postun ərazisinə gətirilməsini bir kimsəyə
deməməklərini hər ikisinə ciddi tapşırdı. Hər iki
hərbi qulluqçunu təlimatlandırıb yola saldıqdan
sonra Cahanşir sürücüsünə onun adı ilə müraciət
etməyə başladı:
– Yaxşı, Tapdıq, gəl bir yoxlayaq görək sənin
bu qurğun işə necə yarayır, – dedi.
Tapdıq işlək vəziyyətə gətirilmiş qurğunun
bir neçə düyməsini bir-birinin ardınca basmağa
başladı. Qurğunun orta hissəsində ekran yerləşirdi
və bu ekranda anten şəbəkələrinin enerjisinin ar-
tıb-azaldılmasını və ətrafda hansısa bir qırmızı
nöqtənin yanıb sönməsini müşahidə etmək olurdu.
Tapdıq ardıcıl düymələri basmaqla yanıb-sön-
39


məkdə olan nöqtəni ekranda işarələri qoyulmuş
iki antena arasında yerləşdirdi. Ekranda hər iki
antenadan həmin qırmızı nöqtəyə impuls forma-
sında şüa getdikcə ekranın aşağı sağ küncündə
rəqəmlər yazılmağa başlayırdı. Bu rəqəmlər
qırmızı nöqtənin hansı məsafədə olduğunu göstərən
rəqəmlər idi. Qırmızı nöqtə kimi göstərilən
“hədəf” əsgərlərin yerləşdiyi kazarmadan gəlirdi. 
İndi ortaya bir sual çıxırdı: “Qurğunu otaqdan
çıxarmadan işlədilən telefonu aşkar etmək”. Ca-
hanşir isə bunu tək etməli idi. Tapdığı bu işə
qatmaq olmazdı. Qurğuda yerləşdirilmiş iki antena
onsuz da internet şəbəkəsinə qoşulmuş smartfon
telefonun yerləşdiyi yeri dəqiqliklə nişan verirdi.
Təkcə qalırdı kazarmanın ölçülərinin hesablanması.
Cahanşir kazarmanın içərisini düşüncəsində can-
landırmağa çalışdı. Olduğu otaqdan həmin məsafəni
düşüncəsində hesablamağa başladı. Bu təqribən
kazarmanın orta sağ hissəsinə təsadüf edirdi. Ca-
hanşir düşüncəsindəykən Tapdıq dalğanın ekrandan
itdiyini bildirdi. Bir neçə dəqiqə gözləsələr də
dalğanın görüntüsü yenidən peyda olmadı. Bayır-
dasa nəsə bir canlanma hiss olunurdu. Cahanşir
saatına baxdı. Gecə on birə bir neçə dəqiqə
40


qalmışdı. Cahanşir buşlatını əyninə geyinib çölə
çıxdı. Post başçısı baş leytenant Alməmmədov üç
əsgəri qarşısında sıraya düzərək onlara tapşırıqlar
verirdi. Bunlar əsgər Bədəlov, əsgər İlyasov və
əsgər Qulamov idilər. Alməmmədov posta gedəcək
şəxsi heyəti təlimatlandıraraq postu dəyişməyə
getdi. Növbə dəyişildikdən ötən yarım saata qədər
bir vaxtda Cahanşirgil gözləsələr də heç bir dalğa
görüntüsündən xəbər çıxmadı. Cahanşir Tapdığa
əsgər kazarmasında dincələrək hər bir xırda detala
da ciddi diqqət yetirməklə heç bir şeyə müdaxilə
etməməyi tapşırdı, özü isə bəlkə nəsə yeni bir şey
tapdım deyə postun şəxsi heyətinin anket məlu-
matlarını bir daha gözdən keçirməyə başladı.
Anket məlumatları bir daha diqqətlə nəzərdən ke-
çirdikdən sonra otaqdakı divanda uzanıb hər bir
şəxs barədə ayrı-ayrılıqda düşünməyə başladı...
...Bu düşüncələr içində qulağına ayaq səsləri
gəldi. Gözünü açıb divarda asılmış saata boylandı.
Saat səhər saat 5-ə qalmışı göstərirdi. Demək,
bugünkü günün yol yorğunçuluğu öz təsirini
göstərmişdi. Cahanşir bu vaxtda postun dəyişilmə
vaxtı olduğunu başa düşdü. Yenidən buşlatı
əyninə geyinib çölə çıxdı. Saat 23:00-da olduğu
41


kimi yenə eyni şəxsləri Alməmmədov qarşısında
bir sıra düzərək onları təlimatlandırırdı. Postda
on iki nəfər şəxsi heyət var idi. Bunlardan biri
post başçısı, biri köməkçi, biri aşpaz idi. Növbə
üçün doqquz nəfər əsgər ayrılmışdı ki, bunlar da
üç-üç olmaqla hər iki saatdan bir növbəyə çıxır-
dılar. Ona görə də gecə saat 23:00-da növbəyə
çıxanların vaxtı 05:00-a təsadüf edirdi. Cahanşir
payızın səhər mehini ciyərlərinə çəkərək əsgərlərin
yataq otağına daxil oldu. İçəridə Tapdıq da
olmaqla altı nəfər dincəlirdi...
42



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin