rinqini, b) sosial-iqtisadi götəricilərin mümkün yol verilə bilən hüdud qiymətlərinin müəyyən edilməsini (hüdud qiymətlərinə əməl edilməməsi qeyri stabilliyə gətirib
çıxar və c) daxili və xarici təhlükələrin aşkar edilməsi və qarşısının alınması üzrə
fəaliyyəti birləşdirir. Aşağıda bu elementlərin hər biri yığcam olaraq xarakterizə
edilir.
Monitorinq iqtisadi təhlükəsizlik göstəricilərinin dinamikasının müşahidə
olunmasının informasiya-analitik sistemidir. Hüdud qiymətlərinin yol verilən
səviyyəsinin keçilməsi kompensasiya resurslarının yaradılmasını nəzərdə tutur. Bu
resurslardan gözlənilən ekstremal situasiyalarda istifadə edilə bilər. Burada
resursların, toxunulmaz ehtiyatların, istehsal və qeyri-istehsal təyinatlı ehtiyatların və
s. səviyyəsi ilə sosial-iqtisadi göstəricilər arasında əlaqə nəzərdə tutulur.
İqtisadi təhlükəsizliyə daxili və xarici təhdidlərin aşkar edilməsi və qarşısının
alınması üzrə əsas fəaliyyətə a) iqtisadi inkişafın faktiki və ya proqnozlaşdırılan
qiymətlərinin iqtisadi təhlükəsizlik üçün müəyyən edilmiş hüdud qiymətlərindən
kənarlaşmaların aşkar edilməsi və təhlükəli zonadan çıxma üzrə kompleks tədbirlərin
hazırlanması; b) iqtisadi təhlükəsizliyi təmin edən tədbirlər və mexanizmləri (bu
13
tədbirlər və mexanizmlər sosial-iqtisadi inkişafın proqnozları ilə eyni zamanda
hazırlanır və sosial-iqtisadi inkişaf proqramlar çərçivəsində reallaşdırılır); c) iqtisadi
təhlükəsizlik üçün təhlükənin yaranmasına yol verməmək və ya bu təhlükənin aradan
qaldırılması məqsədi ilə hazırlanmış tədbirlərin realizasiyası üzrə işlərin təşkili
(hazırlanmış tədbirlərin realizasiyası üzrə işlərin təşkilinin gedişində Təhlükəsizlik
Xidməti iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə büdcəni nəzərdən keçirir və
zəruri tədbirlərin həyata keçirilməsi bölməsinin fəaliyyətini əlaqələndirir); d) iqtisadi
təhlükəsizlik baxımından maliyyə və təsərrüfat məsələləri üzrə qəbul edilmiş
qərarların ekspertizası aiddir. İqtisadi təhlükəsizliyə təhdidlərin aradan qaldırılması
tədbirlərinin realizasiyası onların icra olunmasına nəzarət sisteminin yaradılmasını
tələb edir.
Qeyd etmək lazımdır ki, təsərrüfat subyektlərinin fəaliyyətinə direktiv, inzibati
metodlarla müdaxilə edilməsi məhdudlaşdırıldığı çoxukladlı bazar iqtisadiyyatı
şəraitində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi, o cümlədən struktur
dəyişikliklərinin və pul-maliyyə axınlarının məqsədyönlü tənzimlənməsinə zərurət
yaranır. Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi mexanizminin
nəzəri və praktiki məsələlərinin hazırlanması həmin ölkənin milli konsepsiyasına
əsaslanır.
İqtisadi təhlükəsizliyin və onun iqtisadi asılılıq və müstəqillik, stabillik və
qeyri-stabillik, zəif və güclü tərəfləri və s. kateqoriyalarla əlaqəsinin sonrakı tədqiqi
üçün hər şeydən əvvəl iqtisadi təhlükəsizlik subyektlərinin və bu subyektlər üçün
təhlükə yaradan təhdidlərin təsnifləşdirilməsi lazımdır.
Iqtisadi təhlükəsizlik subyektlərinin və onun fəaliyyətinə təhdidlər yaradan
problemlərin tədqiqi göstərir ki, iqtisadi təhlükəsizliyə təhdidlərin təsnifləşdiril-
məsinə “təhlükə” anlayışının məzmunun müəyyən edilməsindən başlanılmalıdır.
Təhlükə dedikdə sosial obyekt və subyektə neqativ təsir edən və bu təsir nəticəsində
həmin obyekt və subyektə ziyan vura bilən, onların vəziyyətini pisləşdirən və ya
məhv edilməsinə səbəb olan obyektiv imkanlar başa düşülür [19]. Neqativ təsir etmə
imkanları təhdid mənbəyinin, yəni destruktiv amillərlərin mövcudluğu ilə müəyyən
14
olunur. Təhlükələr, təhdidlər təbii mənşəli ola bilər.
Təhlükə, təhdid baş vermə ehtimalına görə a) yalançı, b) potensial və c) real
təhlükə və təhdidlər bölünürlər.