Bir kəro yüksələn bayraq bir daha cnməz! (alqxşlar).
«Müsavat» kitabxanəsi, sayı 5
M. Ə. Rəsulzado
(Həftəlik «Müsavat» mühazirələri)
Heyəti -Mərkəziyyə
tərəfindən nəşr cdilmişdir
Bakı, «Azərbaycan» qəzctəsi
hökumət Mətbəəsi 1920.
Müvərrix - tarixçi
Təbəəllər - billurlaşma
Şümul - əhatəli
Səfra - başgicəllənmə
Mürəxxəs - vəkil, müvəkkil
Mərğub - rəğbət olunan
Təmərrüd - asi olma, itaətsizlik
Məhfil - məclis, heyət
Müariz - etiraz edən
Müsaidkar - əlverişli
Ədüvv - düşmən
Fərib - aldatma, hiylə
Riza - məmnun, razılxq
Müqərrər - qərarlaşdırxlmxş
İktisab - kəsb etmə, qazanma
Zimədxəl - dəxaləti olan, dəxalət sahibi
18
AZƏRBAYCAN DAVASI
28 May 1918, M illi Azərbaycan Hərəkatının ən böyük günü-
dür. Bundan 34 il öncə, Milli Şura tərəfindən Azərbaycanın istiqlalı
elan olunmuşdu. Bu tarixdə Türk və Müsəlman aləmində, ilk dəfə Milli
Xalq Hakimiyyətinə dayanan bir Cümhuriyyət qurulmuşdur.
Yüz il öncə, ayrı-ayrı 9 xanlıq halında Çarlığın hakimiyyəti altına
düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya im-
peratorluğunun ənqazı (xarabası) altmdan siyasi bir bütün, bir millət,
bir dövlət olaraq qalxdı.
12 ocak (yanvar) 1920-də Böyük Dövlətlər tərəfındən istiqlalmın ta-
nxnmasx üzərinə, Azərbaycanm davasx millətlərarası bir məsələ halı-
na gəldi.
Azərbaycan Cümhuriyyəti sadəcə dünya ensiklopediyaları ilə Birin-
ci Dünya Hərbindən bəri dürlü lisanlarda basılan kitab, xəritə və atlas-
larda qeyd edilməklə qalmayıb, eyni zamanda böyük-kiçik, uzaq-yaxın
ilgili bütün dövlətlərin arxivlərində Azərbaycan davasma aid dosyalar
(sənədlər toplusu) vardır.
Siyasi “Carte du vistie”i (dövlətlərin təqdimat kartmda) 1918-də
dünyaya təqdim olunan Azərbaycan Hərəkatının ömrü sadəcə 36 il
deyildir, əlbəttə!..
Azərbaycan Türk xalqınm tarixi gəlişmə (inkişaf prosesi) seyrində
28 May 1918, siyasi bir olqunluğunun (kamilliyinin) mühüm bir mər-
Iıələsidir.
Aləmşümul kültür dəyərlərinə və dürlü (müxtəlif) çağlarda yaşan-
mış siyasi istiqlal və hakimiyyət xatirələrinə malik olan Azərbaycanın
tarixi bilxassə Yaxın Doğu İslam şərtləri daxilində gəlişmişdir (inkişaf
etmişdir). Son yüz il içində bu gəlişmə Qafqasiya müqəddəratı ilə ilgili
olaraq müəyyən özəlliklər əxz etmişdir.
Cümhuriyyətin qurulmasma təqəddüm (keçid) dövründə Azərbaycan
topluluğunda əsaslı üç fikir cərəyanı təbəllür etmiş (formalaşmış) olur-
du. Bunlardan biri dini düşüncəyə görə, milliyyət fikrinə xor baxan İs-
lami ittihadçxhq idi. Buna müqabil yenə milliyyət ayrılığını rədd edən
kosmopolit bir fikir cərəyanı - sosializm vardı. Biri sağçı, digəri solçu
bu hər iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq
19
çox dar gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar üçün
ya “Rusiyada Müsəlmanhq”, ya da “Rusiyada Sosializm” vardı. Mil-
li olmayan bu cərəyanların arasmda milli Azorbaycan milliyyətçiliyi
mərkəzi bir mövqedə dururdu.
Tarix və kültür anlayışmda türkçü olan bu milliyyətçi zümrə, siya-
si alanda (sahədə) Azərbaycan muxtariyyət və istiqlalmı hədəf tuturdu.
Azərbaycan Türk özəlliyinin formulunu verən və Rusiya hakimiy-
yətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər halmda öz
müqəddəratlarını müstəqil idarəetmə tələbini irəli sürən canlı bütün
qüvvətlər Azərbaycanda “Müsavat” Xalq Firqəsi ətrafmda birləşmiş-
dilər.
1911-ci ı'idən bəri gizli fəaliyyətdə olub, Rusiyada baş verən inqi-
lab nəticəsində, 1917-ci ildə təşəkkül edən “Türk Ədəmi Mərköziyyət
Firqəsi” ilə birləşən “Müsavat” partiyasının Bakıda toplanan ilk
konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu bü-
tün Türk ellərinin yaxın tarixində dəxi mühüm bir hadisə olmuş-
du. Qəbul etdiyi proqramında Azərbaycan muxtariyyatmı cəsarət və
sərahətlə (səhihlik, aydmlıqla) təsbit edən bu firqə, o gündən etibarən,
gürcülərdə Menşevik, ermənilərdə Daşnak partiyaları kimi Mavərayi-
Qafqasiya həyatmda Azərbaycan Türklüyünü təmsil edən üçüncü bir
qüvvət halına gəlmişdi. Daşnak, Menşevik, Müsavat isimləri dost, düş-
mən bütün dillərdə dastandı. Bu üç ismi tdsrif etməyi (istədiyi kimi
dəyişməyi) bolşeviklər bilxassə sevərlər. Gərək düşmən, gərəksə Azər-
baycandan əlaqə ilə bəhs edən dostlar üçün “Müsavatizm” Azərbaycan
patriotizminin bir müradifidir (sinonimidir).
1917-ci ilin aprelində Bakıda toplanan Qalqasiya Müsəlmanları Qu-
rultayı ilə eyni ilin maymda bütün Rusiya Müsəlmanlarının Moskvada
toplanan qurultaymda bu tezisi müdafiə edənlər “Müsavat” firqəsinə
mənsub idi.
Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə
iştirak edən Azərbaycan partiyalarmdan yalnız “Müsavat” firqəsinin
bəyannaməsində Azərbaycan muxtariyyatından bəhs edilirdi.
Sonra, 1918 Mavərayi-Qafqasiya Seymində eyni Azərbaycan tezi-
sini yalnız “Müsavat” firqəsi ilə “Tərəfsizlər Bloku” naminə oxunan
açıqlamada görürük.
20
Seymin dağılması üzərinə Azərbaycan Cümhuriyyətinin istiqlalı-
nı elan edən Şurayi-Millidə bütün partiyaların artıq istiqlalçı olduqla-
rını görürük.
Azərbaycan davasınm yaxm tarixində müəssir (təsirli) bir rol oy-
nayan fikir cərəyanları ilə müəssisələrinin tarixi məsnədləri (dayaq-
ları) bunlardır. “Davamız”ın yaxın tarixindən bəhs açanların hər
şeydən əvvəl, biı obyektiv hadisə və vaqeələr üzərində durmala-
rı lazım gəlir. Belə edilərsə, dava tarixi əsaslara, fikirlərə və fikir
müəssisələrinə bağlanmış olur.
Milli Böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və
ya hökumətdə buhınmuş olan bir sıra münfərid (tək-tək) insanla-
rın vərəsəlik malı kimi ədd etmək (qəbul etmək) çox xətalı bir an-
layışdır. Şurayi-Millidən (io, parlamentdən də öncə Azərbaycan mux-
tariyyat və istiqlal fikrini təəzzi (əziyyət çəkmə) etdirən və bunu sağ-
dan-soldan gələn bütün müxalifətə qarşı savunan (müdafiə edən)
bir müəssisənin varlığmı inkar və ya ehmal etmək (əhəmiyyət
verməmək) milli davaya zərərdən başqa bir şey verməz. “Dava-
mız”ı fikir müəssisələrində deyil, münfərid şəxslərə bağlayaniar,
mənsub olduqları millətiıı inkişaf etməmiş ibtidai bir cəmiyyət ol-
duğunu bəlirtmiş (qabartmış, nəzərə çarpdırmış) olduqlarımn
fərqində olmayanlardır. “Davamız”ın yaxın tarixini tariximizdəki
fikir müəssisələrindən təcrid edərək izaha qalxışanlar bilərək və ya
bilməyərək tarixi təhrif edənlərin ta özləridir.
Tarixdə fikirlərin əhəmiyyəti var da, şəxslərin heç bir dəyəri
yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə səda-
qətləri və fikjr müəssisələrinə bağlılıqları nisbətindədir. Bu sədaqət
və bağlılığın şəkil vo dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə
ulaşdırır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən
fikir cərəyanlarına vo müəssisələrinə bağlanan, onlara simvol olan
şəxsiyyətlərdir.
“Davamız”ı anladırkən onu hal-hazırda yalnız “üç kişi”nin baqi qal-
dığı bir dəstəyə bağlamaq və bu yaşayanları o ölənlərin yeganə siyasi
varisi kimi görmək salim bir düşüncənin əsəri sayılamaz, təbii!..
Davamız, Azərbaycan davasıdır, bu, tarixi və m illi bir davadır.
Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir müəssisələri və
21
onlära qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu
qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub
olan şəxslərə inhisar etməz. İçlərində milli ideala, Azərbaycan fikrinə,
yəni “Davamız”a ihanət (xəyanət) etmiş olanların da, məəttəssüf bulun-
duğu bu təşəkküllər dışında, şairimizin “Buzlu Cəhənnəm” dediyi sür-
gün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularmda ayaqlarma
daşlar bağlanaraq boğdurulan neçə qurbanlanmız, şəhidlərimiz vardır.
Sadəcə hökumət və ya parlament üzvtt olmaq, insana özəl bir
imtiyaz və şərəf verməz. Əsl imtiyaz, əsl şərəf ideyaya sədaqətdə və
ona hüsnü-niyyət və səmimiyyətlə bağlı qalmaqdadır.
Parlament və hökumət dışmda Firudin Köçərlilər, Piri Mürsəlzadələr,
İslam Qəbulzadələr, M irzə Abbaslar, müəllimə Vəsilə xanımlar,
Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid
ilə Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağa Kərim Əlizadə,
Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr.
Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən
daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. Azərbaycan cəlladı
Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən çox qanlı xalq üs-
yanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da unutma-
yaq. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, Sü-
leyman Paşa Sulkeviçləri, Dilxas Murad Gərayları, İbrahim Ağaları,
Səlimov Həbib Bəyləri və bir çox digərlərini də zikr edəlim.
İsimləri və xatirələri hamımıza əziz olan'Fətəli Xan, Nəsib bəy, Həsən
bəy, Səməd Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy, Museyib bəy, Mur-
tuza bəy, Rəhim bəy və sairə kimi şəxslərlə bərabər, düşmən tərəfinə
keçmiş və milli iradəyə xəyanət etmiş Qarayevlər, Qarabəyovlar kimi
bədbəxtlər də məəttəssüf, Parlamentin üzvü olmuşlardır.
Ümumi bir xülasə yapılırkən, ana fikir müəssisələrindən və bun-
ları təmsil edən şəxslərdan bəhs etmək qaçınılmaz bir zərurətdir.
Tarixdə isimlərini fikir müəssisələrilə sımsıxı bağlamış şəxsiyyətlər
vardır. Bunlardan bəhs etmək qədər təbii və normal bir şey ola bilməz.
Bu bütün fəaliyyətləri bir tək şəxsə ətf etmək (istinad etmək) demək
deyildir, əlbəttə!..
Davam əsas fikir sistem və müəssisələrindən ayıraraq, avtomatik
surətdə, müəyyən dövrdə, rəsmi hər hansı bir sifət və ya ünvan daşımış
22
insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalx-
masıyla dava da bitmiş olur. Halbuki Azərbaycan davası belə üç-
beş kişinin həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda
qanıyla təqdis edilmiş (müqəddəs sayılmış) fikir müəssisələri var-
dır. Bu müəssisələr baqidir, Azərbaycan parlamentini də, hökumətini
də doğuran bu fikir sistemi, qızıl istila altmda bilavasitə qüvvətlənmiş
istiqlalçı gənc nəslin müqavimətilə çəlikləşmiş (poladlaşmış) və
mühacirətdə illərdən bəri davam edən mücadilə sayəsində sarih (açıq,
aydm) formulunu tapmışdır. Milli nəşriyyat və müəssisələr tərəfindən
bu davanın ideoloji bütün səhifələri incədən-incəyə işlənmişdir. Belə
bir hərəkatm müqəddəratı, şübhəsiz ki, üç-beş faninin həyatma
münhəsir (həsr edilə) qaia bilməz.
Ciddi b ütün d avalar kim i, Azərbaycan davasının da qüvvət və
həyatiliyi, bu böyük fik rin , istiqlal ideolojisinin nəsildən-nəsilə
keçm əsindədir. Yeni nəsil, əski nəslin savunduğu idealı mənimsər
və bu ideal uğrunda çalışmış başlıca fikir müəssisə və şəxsiyyətləri-
ni idealizə edərsə, bunu dava naminə, müsbət bir hadisə olaraq qəbul
etməliyik.
Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssisələrini
ehmal ilə sadəcə münfərid şəxslərə mal etmək Azərbaycan toplulu-
ğunun gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur. Hal-
buki 1918-də istiqlalmı elan edərkən, Azərbaycan Türklüyü, si-
yasi fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orta Rusi-
ya əsarətindəki bütün Türk topluluqlanna örnək olacaq m illi de-
mokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist
cərəyanmı təmsil edirdi.
O zamankı şərtlər daxilində Türkçülüyün “Müsavat” firqəsində
təmsil olunan bu cərəyanı, hadisələrin gəlişməsilə, Türkiyədə Atatürk
Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin
qurulması ilə həyatiliyini isbat etmişdir.
Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası
naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir sistem və
müəssisələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesab-
lardan və mərəzi hisslərdən sıyrılaraq ana fikrə önəm vermək lazımdır.
23
Yaxm keçmişi inkar və müşəxxəs (tanmmış) ideya və şəxsiyyətləri
çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, bö-
yük davanı kiçildənlərdir. Bu xüsusda hamımızın son dərəcə ciddi və
diqqətli olmamız icab edər.
Bunu bilməliyik ki, “Davamız” fani üç kişinin inhisarma alınacaq
qısır bir dava deyildir. O, nəsildən-nəsilə dövr edilən fikir müəssisə və
şəxsiyyətlərinə sahib vələd (nəsli) bir davadır. Təcrübəli böyükləri ilə
dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdüylə bir-birinə sımsı-
xı bağlayan bir dava!..
Dünənki idealist nəsil ilə bugünki idealist nəsli bir-birinə bağlayan,
bundan 36 il öncə, 28 May 1918-ci ildə İstiqlal Bəyannaməsini intac
etdirən (nəticələndirən) böyük fikir hərəkatıdxr.
İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər
gonc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun, bü-
tün azərbaycanlılarm bu müəzzəm hərəkatdakı mövqe və şərəflori,
əsas ideologiyaya göstərdikləri və göstərəcəkləri sədaqət, bağlxlıq və
hizmətlərilə mütənasibdir.
Bütün məsələ, bu xüsusda son dərəcə incə davranmaqla bərabər,
mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssisə və şəxsiyyətləri
təqdirdə vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən ayrıl-
maqdadır.
Məhəmm^d Əmin Rəsulzadə
“Azərbaycan” aylıq kültür dərgisi
S a y ı- 2-3 (26-27), 1954
24
Mövlud bayramı xüsusunda
Keçən məqaləmizdə mövlud bayramımn günü xüsusunda yazmış
idik. Bu dəfə bu böyük bayramın keyfiyyəti-icrası həqqində yazmaq
istiyoruz.
Hər şeydən əvvəl mövlud rəsmiyyətdən ziyadə səmimi vo mənəvi
simaya malik bütün xüsusiyyatı ilə ruhlu və tam milli bir gün olmalı-
dır. Buna “reut” rəngi vermək, bu gün başqa millətlərin, rəsmi hökumət
adamlarmm, bələdiyyə və sair müəssisat rəisinin də məclisimizə gəlib
bizi təbrik etmələrini gözləmək bicadır. Bərabər yaşadığımız ruslar,
ermənilər dəxi milad bayrammda böylə rəsmi bir “reut” düzəltdikləri
yoxdur. Bu reut ancaq tazə ildə oluyor ki, buna müqabil bizim əskidən
bəri “novruz reut”imiz vardır. Orucluq, qurban bayramları nə kibi mil-
li və dini bir mənada isə, mövlud da öylə olmahdır. Eydi-fətr ədasında,
bayram namazı qıldıqda və yainki aşura matəmi saxladıqda, necə ki,
rəsmiyyət gözləmiyor, kimsədən təvəqqe etmiyoruz ki, məclisimizdə
bulunsun, mövludda da böylə yapmalıdır. Hətta demək istiyorum ki,
mövlud mərasimi xüsusi binalarda yapılacağma məsciddə, məscidi-
camedə icra olunursa, daha münasib və daha müvafiq olur.
Şimallı rəfiqlərimizdən birisinin mövlud münasibətilə yazmxş oldu-
ğu baş məqaləsində denilir ki: “bayrammı saxlaya bilən milləti dün-
yada yaşamağa hazırlanmış bir millət sayıyorlar”. Bu sözdə böyük
bir hisseyi-həqiqət var. Əlimizə bu ölçüyü alaraq mövlud bayramla-
rımızı vəzn etsək, əcəba, həqqimizdə verilən hökm nə ola bilər? Biz
müsəlmanlar “ən böyük, ən işıqlı” dedigimiz bu bayramımızı saxlaya
bilərmiyiz?
M əəttəəssüf “İsmailiyyə” binasmda gərək “Səfa”, gərək “Səadət”
tərəfindən icra olunan bayramları görüncə bu suala “bəli” (əvət) deyə ca-
vab vermək imkanmda dcgiliz. “Səfa”m n builki mövludu bildirkindən
yaxşı idi. Fəqət o qədər. Ancaq bildirkindən yaxşı idi. Çünki musi-
qisi yox, “ura”sı yox, valsı yox, qədəh qaldırıb da şərab nuşluğu da
yox idi. Fəqət nəyi var idi? Qazi həzrətlərinin quru və olduqca rəsmi
nitqlərindən və təsadüfi olaraq oxunan möhtərəm Hacı Zeynalabdin
25
məktubundan vo bir də “Boje tsarya xrani” nəğmeyi-rəsmiyyəsinin
türkcə tərcüməsindən başqa heç bir şeyü Əcəba, ‘İsmailiyyə”nin bö-
yük salonunu ta sabahdan gözləyərək xmcaxmc ilə dolduran və bütün
səmimiyyət və ürəgi ilə Peyğəmbərinin işıqlı mövlud günündə ruh və
vicdanma ğəza aramaq üçün gələn cəmaət bu rəsmiyyətlərdən nə an-
ladı?..
Bu sual yalmz bizi degil, milli və dini həyata və bu həyatdakı görü-
nüşlərə həssas bir surətdə mütəvəccih olmaları ilə baisi-ümid olan
studentlərimizi belə məşğul etmiş, “Səfa” mövludundan mütəhəyyir ol-
duqlarını qəzetəmizb elan eləmişlərdi.
“Səfa”nın bildirki marşı, valsı və “ura”sı müqabilinə, “Səadət”
qəsidə, milli şerlər, dəgərli nitqlər, monidar moizələrlə çıxmışdı. Bu
il birincisi tərəqqi eləmiş: musiqi ilə “ura”nı proqrammdan çıxarmış-
dı, ikincisi isə tənəzzül eləmiş: qəsidələrə, şer və nitqlərə birər qəbm
çəkərək əvvəlki ilə bir çəkiyə gəlmiş və mənasız rəsmiyyətdə ikisi də
biri-birinin eynini təşkil etmişlərdi. Aralarında yalnız bu qədər bir fərq
qalmışdı ki, aym 12-dəki məclisin zinəti bafta ilə paqon, 17-dəkinin
bəzəgi isə əba ilə əmmamə idi. Əfvinizi istərəm, bir fərq daha vardı:
“Səfa”da pulu səssiz yığıyor, “Səadəf’də işi “Allah evini abadan elə-
sin”nə salırdılar.
Bu halları görüncə insan heyrət ediyor. Getdikcə tərəqqi etməkdənsə
çaşıb sərkələfi itirdigimizə heyran qalıyor.
“Səfa” nə qədər ki, Nəbi mövludunu məktəbi dairəsində icra ediyor-
du, səmimi, milli bir rəngə malik idi. “Səadət”in qabaqkı illərdə bun-
dan daha səmimi və daha ruhlu məclisləri oluyordu...
“Ən böyük bayramımız”m gününü təyinində, mənasını dərkdə,
keyfiyyəti-icrasını anlamaqda bu qədər kahillik, qalınlıq göstərdigimizi
görüncə insan milli bir həyatla “yaşamağa daha hazırlaşmadığı-
mıza” hökm vermək istiyor: istəmək degil, böylə bir hökm vermək
məcburiyyətində qalıyor.
Fəqət hər şeyi göstəriş üçün yapıb da, yapılan şeyin müvəffəqiyyətini
ancaq o şey vasitəsilə yığılan pulun miqdarilə ölçən boş, bütün
mənasilə riyai məclislərin müqabilində borəkət versin ki, həyat başqa
ümidli əlamətlər göstəriyor. İştə, Bibiheybətdə əmələlərin tərtib elədigi
məclis; iştə, tələbələrimizin ruhi-aşina qətnamələri, iştə, “Səfa”nın
26
“sivilizə”lərilə “Səadət”in mollalarına ən parlaq nümunə olacaq bir
mövlud məclisi daha mütəəllimlərlə mütəəllimələrin qurduğu o par-
laq məclis, mövlud nə olduğunu həqqilə dərk edəməyən atalara “Açıq
söz”ün 362-ci nömrəsini oxuyub da “mövlud”un necə gərək olduğunu
öz babalarından ögrənməyi tövsiyə edəriz.
M.Ə.Rəsulzadə
“Açıq söz”, 1 yanvar 1917, JVb365
Revü (revüt) - tamaşa, baxış
Gəza - cahad
Kahil - tənbəl
Riya - ikiüzlülük
Mütəvəccih - birinə rəğbəti olan
Mütəhəyyir - heyrətə düşmüş, çaşmış
27
1916-cı il
Bir qanh il daha. Bu qanlı ıldə məmləkət nə kibi hallar keçirmiş,
daha no kibi zərbələr yemiş, üç-dörd aydan artıq davam edə biləcəginə
bir növ inanı-lmaq istənilmədigi halda üçüncü ili haqlayan aləmşümul
müharibə nə kibi mərhələlər atlamış? 1917-ci ilə girdikdə bu sualların
mütəzəmmin olduğu əhvalı müxtəsərən də olsa mütaliə edəlim:
Keçən il müharibə meydanlarındakı əhval iki düşmən tərəfin mütə-
qabil müvəffəqiyyətləri ilə qurtarmışdır. Qafqasiya xəttində bir tərəfdən
rus ordusu Ərzurum qalasmı, sonra da Trabzonu almaqla zəfəryab olub
Türkiyə Ermənistanım yədi-istilasma almışdır. Türklər də qüvvətül-
məmarədəki ingilis qüvvəsini mühasirəyə salıb general Taivinsindi əsir
eləmiş, köməgə gələn Leqi smdırmış, sonra da böyük qüvvə toplayaraq
İrana hücum eləmiş, əvvəlcə rus ordusunun təzyiqi altmda Bağdada sı-
xışmış ikən Həmədana qədər gəlmiş, bu şəhəri aldıqdan sonra Qəzvin
yolları üzərində dayanıb qışlamışdır.
Asiya səhneyi-hərbində əhval bu yolda ikən Avropa cəbhələrində al-
manlarla avstriyalılar Fransaya, sonra da İtaliyaya hücumavər olub Ver-
den altmda aylarla adətən Yanar Dağdan lava axan kibi dəmir və atəş
yağdırmış, fəqət nəticədə fransızlarm əzm və mətanəti bütün bu “lava”
axmtısma qarşı davam edərək Verden təşəbbüsü də Dardanel müdafiə-
si kibi bir şöhrət qazanmaqla natamam qalmışdır. Almanlar Verdendə,
avstriyahlar da İtaliyada düşməni zoriamaqda ikən ruslar Qaliçiyadan,
ingilislər də Susima tərəfdən hücumavər olub bir qədər irəliləmiş vo bu
surətlə düşməni mühacim bir vəziyyətdə saxlamağa müvəffəq olmuş-
lardır.
Hal böylə bir şəkil alınca 1916-cı ilin ən şayani-qeyd hadisəsi üz vcr-
miş. Romaniya müharibəyə qarışaraq Avstriyaya elani-hərb eləmişdir.
Elani-hərb ilə etilaf dövlətləri məmləkətlərində böyük ümidlər oyadan
Romaniya dövləti haman Transilvaniyaya sürüb Avstriya ordularmın
kəndi qabağmdan çəkildigini görmüşdür. Fəqət çox keçmədən Alma-
niya, Avstriya, Bolqariya, türk ordularmdan ibarət orta dovlət qüvvəti
iki mahir komandan idarəsində (Dobriçdən - Makinzon, Transilvaniya-
28
dan - Qalkinhaym) iki qol olaraq hücuma başlamış və az bir müddətdə
Romaniyayı kəndi şəhər və qəsəbələrini boşaldıb tərk etməgə məcbur
eləmişdir.
Kəndi çıxışı ilə hər tərəfdə etilaf dövlətləri lehinə əfkari-amməyə
böyük nikbinliklər törətmiş olan Romaniyamn bu surətlə taleyi-na-
sazkar əlində zəbun olduğundan Almaniya ilə müttəfiqləri istifadə
edərək, kəndilərinə qalibiyyət sözü verərək dünyaya meydan oxur-
casına mütəntən bir surətdə sülh təklif eləmişlərdir. Almaniyamn bu
surətlə sülh təklifində oluşu düşmənlərinin Almaniya əzilib də sülhü
təklif degil, istida etmək dərəcəsinə gəlməyincə silaht yerə qoydu ol-
mayacağıöı bir daha təkrar etmələrinə səbəb olmuşdur. Fəqət keçən ilin
ötən digər müharibə illərinə nisbət ayrılıqlarmdan birisi də Almaniya
təklifini mütəaqib əvvəlcə Amerika dövlətinin, sonra da digər bitərəf
dövlətlərin müharib dövlətlərə sülh təklifində bulunmaları olmuşdur.
Əcəba, 1916-cı ilin axırlarmda əkilən bu “sülh” təklifi gögərib də 1917-
ci ildə gözlənilən səməri verə biləcəkmidir?
***
Dava meydanlarmdakı əhval ilə nəticələri bu mərkəzdə ikən hərb
edən dövlətlərin təşkilati-daxiliyyəsində dəxi bu il bəzi təbəddülat ol-
muşdur. İngiltərə, Fransa, Avstriyada hökumətlər dəgişmiş, kabinələr
daha mətin və qüvvətli əllərə keçmiş. Almaniya ilə İtaliyada belə
kabinə dəgişməmişsə də bəzi təbəddülat əmələ gəlmişdir. Fəqət bu
daxili dəgişiklərin heç biri Rusiya qədər səmərəsiz keşməkeşlərə,
faidəsiz çəkişmələrə səbəb olmamışdır. Parlaman üsulu ilə idarə olu-
nan məmləkətlərə başlıca nöqsan olaraq bunu irad ediyorlar ki, bu
məmbkətlərdə qüvvətli hökumət təşkili qeyri-mümkün olduğun-
dan böhranlı zamanlarda məmləkət böylə bir hökumət yoxluğundan
zərər çəkiyor. Bu böyük müharibə təcrübə ilə həqiqət tamamilə baş-
qa bir şəkildə olduğunu göstərdi. Ən az parlaman üsulu ilə idarə olunan
məmləkətlərin ən qüvvətsiz hökumətlərə, ən müzəbzib kabinələrə ma-
lik olduğu görüldü. Bir ilin ərzində Rusiyada dəgişən baş vəzir qədər
İngiltərədə adəti vəzir belə dəgişməmidir. Fransa Cümhuriyyətində
kabinə böhranı bir həftə, intəhası iki həftə davam elədigi halda, Rusi-
ya haman demək olar ki, daima vüzəra böhranı keçirməkdədir. Başqa
Dostları ilə paylaş: |