Məhəmməd Əmin Rəsulzadə Əsərləri IV cild



Yüklə 8,64 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix31.01.2017
ölçüsü8,64 Mb.
#7137
1   2   3   4   5   6   7   8   9   ...   37

29

müharib  məmləkotlərdə hökumət ilə xəlq arasında vifaq var  ikən,  bu- 
rada işlər əksinədir. Vifaq yerini nifaq tutuyor.  Bu nifaqm nə dərəcədə 
olduğunu  isə  keçondə  Dumada  qopan  gurultular,  sonra Moskvada yı- 
ğışmaq  istəyən  comaət  müəssisələrinin  ictimaları  mən  olunmaqla 
görülməkdədir.
Əhvali-ümumiyyə  bu  yolda  ikən  İslam  Aləmi  ələlümum,  Rusiya 
müsəlmanlığı  da  bilxüsus  haman  həyati-ümumiyyə  və  ictimaiyyəsini 
keçən  illər kibi  müharibənin  doğurduğu  ağır  şərtlər  altmda  keçirmiş- 
dir. Digər məmaliki-islamiyyənin halı haman  1915-ci ildəkindən pək də 
fərqli bir hal almamışdır.  Fəqət Rusiya müsəlmanları bu il qeyri-rusla- 
rın  müharibə  işçiliginə  çağrılmaları  münasibətilə  zühur  edən  müəssif 
hadısotərə  məruz  qalmamışlardır.  25  iyunda  çıxan  fərmani-hümayun 
ilə bu vəqtə qədər əskərlik xidmətindən müəvvəq olan Türküstan, Qır- 
ğızıstan və Qafqasiya müsəlmanları dəmir yollarında, xəndək işlərində 
və xüsusi zavodlarda “biyar” surətilə əmələligə dəvət olunuyorlardı. Fə- 
qət bu dəvətin  qövldən-felə  gətirilmosində  göstərilən tələsmişlik,  üsul- 
suzluq və yerli məmurların naşayəstə hərəkətləri sayəsində mətləb necə 
ki  lazımdır  anlaşılmayıb  Türküstan  ilə  Qırğızıstanda  bir  taqım  əsəfli 
hadisələr çıxmasma səbəb olmuşdur.
Bu hal böyük bir kütlə təşkil edib də bu vəqtə qədər bilahərəkət qal- 
mış  olan  Mavərayi-Ural  və  Kaspi  müsəlmanlarma  böyük  xəsarət  to- 
xundurdu  isə  də,  şübhəsiz  oralardakı  lehmələnib  durmuş  cəmaətçilik 
gölünü dəxi bulandırmış oldu ki, bu hal gölün durulması üçün bolkə də 
lazım idi.
Qafqasiya  ilə  Türküstan  həqqində  bir  gündə  və  bir  fərmanda  sa- 
dir  olan  işçilik  əmri  Türküstan  ilə  Qırğızıstanda  bəzi  məlumata  görə 
fərmanın  südurundan  belə  neçə  gün  tətbiqə  başlanmış  ikən,  Qafqa- 
siya  Canişininin  təşəbbüsü  ilə  ikinci  bir  iradeyi-hümayun  çıxaraq  bu 
tərəf müsəlmanları 25  iyun qaidəsi ilə işçiligə dəvət təklifindən qurtar- 
mış  oldular.  Bədə bu təklif icbari degil,  bir növ könüllü əmələ vermək 
şəklindo zühur etdisə də bu günə qədər müəyyən bir şəkil və tərtibə sa- 
lmdığı yoxdur.
30
Türküstan ilə Qırğızıstandan almmış olan müsəlman əmələlər imdi- 
ki halda gərək daxili Rusiyada və gərək Qafqasiya səhneyi-hərbinə ya- 
xın yerlərdə işlədilməkdədirlər.
(Məqalənin  sonundan  təxminən  20  xətlik  mətn  senzura  tərəfindən 
çıxarıhb, yeri ağdır. -  Ş.H.)
“Açıq söz”, 2 yanvar 1917, JV®366
Mühacim -  hücum edən
İstida -  yalvarıb  istomo
Müzəbzib -  tərəddüd edən
Vifaq -  uyğunluq, uzlaşma
M üəssif -  təəssüf doğuran
Naşayistə -  nalayiq
Məmərr -  keçiləcək yer, yol
Müəvvəq -  gecikdirilmiş, təxirə salmmış
31

Heyrətli xəbər həqqində
Müsəlman fraksiyası əzasından bəziləri ibtidai məktəblərdə təhsilin 
rusca olması rəyində imişlər.
Bu  heyrətəngiz  xəbər  Şimallı  qardaşlarımızı  həyəcanə  gətirib 
bittəbii yerindən oynatmış və bu dəfə Qafqasiya dağlarını aşaraq Quz- 
ğun dəniz sahillərini də ləpə (dalğa)ləndirmişdir.
Həm  həqiqətən  də  sənələrdən  bəri  bəslənən  arzuyi-milliyə  qarşı 
millət  amallarının  rəsmi  tərcümanları  hesab  olunan  vəkillərimiz  ara- 
smda “xain” olanlar var deməkdən ibarət olan bu qara şayiə başqa dür- 
lü tələqqi olunamazdı.
Fəqət  xəbərin  əql  və  təsəvvürə  sığmaz  dərəcədə  əcaib  bir  şəkildə 
olduğu  bu  xüsusda  artıq  ehtiyatlı  olub  “xoşbavərlik”dən  azad  olmayı 
icab etdirirdi.  Buna görə də biz bu xüsusa aid olan  fəqərə və məqaləyi 
“Vəqt” rəfiqimizdən nəql edərkən izahat gözləməklə qalmışdıq.
Bu  gözləməmizə  bir  gün  sonra  hal-hazırda  şəhərimizdə  bulunan 
məbus  Məhəmməd Yusif cənabları  mütəvəccih olmuş  və  ən qəti cüm- 
lələrlə  bəhs  olunan  xəbərin  əsl  və  fəsli  yox  bir  şayiə  olduğunu  bildir- 
mişlərdi.
Çox  şükür  ki,  fraksiyamız  arasındakı  məbuslar  da,  Büro  əzası 
arasmda  -   Məhəmməd  Yusif  cənablarının  xüsusi  söhbət  əsnasında 
işlətdigi  təbiri-vəchlə -  hətta  fraksiyanm  stroyunda  da  böylə  bir  fikir 
sahibi adam yoxdur. Məbusun təkzibi  şübhəsiz təsəlli və itminammıza 
səbəbdir. Fəqət zehni dırmalayan yenə bir məsələ qalıyor ki, o da əcəba, 
bu xəbərin çıxmasına səbəb nə? suähdır.
Farslarm  bir  zərbülməsəli  diyor  ki:  “Ta  nəbaşəd  çiz  ke  mərdom 
nəkuyənd çiz ha”.  Əcəba, bu qədər əcaib “çiz ha” intişarma səbəb olan 
“çizin” nə imiş.  Yanan nə imiş ki, böylə qəliz tüstü çıxanyormuş?
“Vəqt”  rəfiqimizin  son  alman  nüsxəsində  axır  zamanlarda Petroq- 
radda  bulunmuş  olan  Fateh  əfəndi  Kərimi  cənabları  bu  xüsusda  oxu- 
cularma  məlumat  veriyor  və  fraksiya  həqqində  çıxan  xəbərin  nədən 
nəşət  elədigini  ətraflı  surətdə  anlatmaq  istiyor.  Fateh  əfəndinin  yaz-
32
dığma  görə  Petroqradda  dəxi  bu  xüsusda  çox  damşıq  varmış.  Burada 
müsəlman  fraksiyasmm  əzalan  arasmda  ibtidai  təlim  və  uçitelski  se- 
minarıyalar həqqində iki axım varlığı rəvayət olunuyor,  bu rəvayətlərə 
görə  məbuslardan  bir  qismi  ibtidai  məktəblərlə  uçitelski  seminariya- 
lardakı  təhsilatın tamamilə  öz  ana dilimizdə  olması tərəfdarı  ikən,  di- 
gər qismi  ana dili  ilə din dərslərinin oxunması təmin  olunduqdan  son- 
ra ümumi dərslərin rusca oxudulmasma da müxalif degillərmiş.  İbtidai 
məktəblərdə və açılacaq uçitelski seminäriyalarda dərs dilinin mütləqa 
öz  ana  dilimizdə  olmasım  tələb  edən  zat məbus  İsa Mirzə  Yenikeyev, 
bununla  iştiral  etməyənlər  isə  Axtemov,  Cəfərov,  Tevkelev  deyə  söy- 
ləniyormuş.
Bu danışıqlara və müxalif rəvayətlərə  səbəbıyyət verən  şey  isə uçi- 
telski seminariyalar layihəsinə məbus Yenikeyev tərəfindən girdirilmiş 
olan  popravka  (təshih)  fəqərəsi  olmuşdur.  Oxuculanmıza  məlumdur 
ki,  uçitelski  seminariyalar  layihəsi  komisyonlarmda  baxılarkən  İsa 
Mirzənin  təşəbbüsilə  bu  layihəyə  “qeyri  millətlərə  məxsus  bütün 
təhsilatı  öz  dillərində  olmaq  üzrə  uçitelski  seminariyalar  açılmalı- 
dxr” mənasında bir  təshih  əlavə  edilmişdi.  Fəqət  müsəlman  fraksiyası 
naminə layihəyə əlavə olunan bu təshihlə bərabər layihənin uçitelski se- 
minariyalara  pravoslavnılardan  başqalarımn  qəbül  edilməyəcəgi  həq- 
qindəki maddəsi  “Kadet” fraksiyasxmn təşəbbüsünə rəğmən layihədən 
götürülməyib bu xüsusdakx təshih rədd olunmuşdu.
F.K.  cənablarxnın  yazdxğma  görə  İsa Mirzənin  bu təshihi  həqqində 
fraksiya ilə Büroda söz olmuş. Bu popravka müvafiqmi idi, degilmi idi, 
deyə müzakiratə başlanmış və əksəriyyətlə (Axtemov,  Cəfərov, Tevke- 
lev)  və  bir  də  o  günü  məxsusən  fraksiya  iclasına  gəlmiş  olan  deleqat 
rəylərilə rnəzkur popravka lüzumsuz və faidəsiz görülmüşdür.  Əhvalxn 
bu cəhətlərini nəql edərkən Fateh əfəndi bu arada m əarif vəziri İqnatye- 
vin dedigi bir sözün ağızlarda dolaşdığxnı qeyd ediyor. Q raf demiş imiş 
ki:  “oxu və məktəb məsələsində müsəlmanlar arasmda iki axxm vardır, 
bir qism əskicə fikirlilər və bu cümlədən mollalardır ki, müsəlmanlarxn 
ibtidai  təlimləri  öz  ana  dillərində  olmayı  istiyorlar.  Bunlar  hənuz  da 
özlərinin əski  Şərq mədəniyyəti  ilə yaşamaq fikrindədirlər.  Fəqət yeni 
tərbiyə  görmüş  tərəqqipərvərlərlə  cavanlar  müsəlmanlann  tizraq  iləri
33

getmələri  və  tizraq  ümumi  mədəniyyətə  qoşulmalarını,  tərtibə  salın- 
mış  rus  məktəblərindən  faidələnməklə  mümkün  buluyorlarmış.  Öz 
ana  dilləri  ilə  dinlərini  oxutmaqla  bərabər  bunlar  balalarmm  ümumi 
rus  məktəblərinə  girib  rus  balaları  ilə  birlikdə  ümumi  dərslərin  rus 
dilində oxumasmı  faidəlicə sayıyorlarmış”.  Vəzir böylə bir  söz demiş- 
mi,  deməmişmi?  Burasını  bittəbii  rəvayətiərə  görə  nəql  edən  Fateh 
əfəndi qəti  surətdə söyləyəmiyor.  Yalnız bunu əlavə ediyor ki, rus mə- 
buslar  arasında  oxu  və  məktəb  məsələsində  müsəlmanlar  arasmda  iki 
axımmövcud olduğu həqqində xəbər varmış vo bu xəbərə görə guya İsa 
Mirzə Yenikeyev əski fikir tərəfdarı imiş.
Fateh  əfəndiyə  görə  ibtidai  məktəblərdəki  dərs  dili  həqqində  çı- 
xan gurultulu şayiələrin “çizin”i bu popravka məsələsindən ibarət olsa 
gərək. Əsl məsələ həqqində yazacağmı Kərimov cənabları başqa günə 
təliq etmişlərdir.
Bu  xüsusda  Məhəmməd  Yusif  Cəfərov  cənabları  ilə  elədigimiz 
müsahibədən anladığımız isə budur:
Neçə  illərdən  bəri  sürünüb  gəlməkdə  olan  uçitelski  seminariyalar 
layihəsi  son  dəfə  komisyonda  baxılmışdır.  Bu  layihəyə  görə  uçitelski 
seminariyalara  ancaq  pravoslavnılar  qəbul  olunurlar.  İnorodisləri  çox 
olan yerlərdə isə məhəlli dil tədrisi caiz görülür. Bu maddənin vücudilə 
aşkardır ki, ümumi xəzinə xərcilə açılacaq uçitelski  seminariyalar sırf 
pravoslavmların malı olub qalacaqlardır. Buna görə də Kadet flrqəsi ilə 
sair sol firqə nümayəndələri bu layihənin əleyhinə rəy vermişlərdir. Bu 
maddənin  qaldırılması  həqqində  popravka vermişlərsə  də,  bu  poprav- 
ka rədd olunmuşdur.. Yalnız müsəlman məbuslarmdan İsa Mirzə Yeni- 
keyev  digər bir popravka  vermişdir  ki,  o  da  inorodislərə  (qeyri-rusla- 
ra) məxsus təhsilatı ana dilində olmaq üzrə uçitelski  seminariyalar aç- 
maq  lüzumundan  ibarətdir.  Bu popravka komisyon  tərəfindən bir  çox 
mübahisədən sonra qəbul  olunmuşdur.  İsa Mirzə popravkasmın  qəbul 
edilməsi ilə müsəlman fraksiyası üçün bir məsələ açılmış oluyordu.  Bu 
popravka xatirəsi üçün layihənin keçməsinə əsasən rəy verilməlimidir? 
Yoxsa madam ki,  layihədə uçitelski  seminariyaları  ancaq pravoslavnı- 
lara məxsus edən maddeyi-məxsusə baqi qalıyor, onu kökündənmi rədd 
etməlidir?
34
İştə,  ixtilafi-rəy  burada  İsa  Mirzəcə  madam  ki,  qeyri-ruslara,  o 
cümlədən  müsəlmanlara xüsusi  surətdə  açılacaq,  təhsilatı  ana  dilində 
seminariyalar vəd ediyor, bu  layihəyi keçirməlidir.  Müxalifləri  isə  di- 
yormuşlar ki, bu vəd hər nə qədər əsasən qiymətdarsa da,  felən heç bir 
əhəmiyyətə malik degildir.  Çünki yalnız bir arzu halmdadır. Nisyə bir 
qazanc müqabilində nəqd bir zərərə təhəmmül etmək müvafiq olamaz.
M.Ə.
“Açıq söz”, 9 yanvar 1917, JVa372
Bavər -  inam,  etimad, etibar 
İtminan -  inam,  etiqad; arxaymlıq 
Popravka -  düzəliş 
İştiral -  satınalma
35

Böyük vüquat qarşısmda və onun olamotbri
Bir zamandan bəri  gəlməkdə  olan xəbərlor vn hakəza bir takım kə- 
nar  əhvallar -   ilərido  müdhiş  vo  qəti  böyük  vüquat baş  göstərəcəginə 
dəlalət  ediyorlar.  Bu vüquatm pək yaxmdamı,  yaxud bir müddət  son- 
ramı  zühur  edəcəgi,  bu  xüsusda hərb  mütoxəssisləri  belə  açıq bir  şey 
göstərəmiyorlar;  fəqət hər halda yaxm zamanlarda müharibə  meydan- 
larmın  dəhşətli  bir  vaqieyi-əzimə  qarşısmda  olduqları  müxtəlif əxbar 
və əhvaldan istidlal  edilməkdədir.
Keçənlərdə  İsveçya  kralınm  reyxstaq  məclisində  söylədigi  sözləri 
son  dərəcə  rəmzli  və  kinayəli  idi.  Birdən  birə  millət  məclisi  toplayıb 
hökmdari-məmləkət tərəfindən bəyan olunan o sözlərə şübhəsiz əhvali- 
cahaniyanm mühüm bir şey qarşısmda olduğuna əlamət kibi gəliyordu. 
Xüsusən  anm  “İsveçya  sərhədlərinə  yaxm  olan  sulardakı  əməliyya- 
tm  artması”  deyə  qeyd  etdigi bir cümlənin məzmunu bir çox  fikirləro 
sövq edə bilən mənadadır.  Bir tərəfdən bu.  Digər tərəfdən  şu günlərdə 
Bukreşdə  dördlü ittifaq dövlətlərinin ümumi bir görüş məclisi olduğu, 
bu görüşdə Almaniya imperatoru Vilhelmin, Avstriya imperatoru Kar- 
lın, bolqar çarı Ferdinandm, Gindenburğ, Radoslavov, Yeqovun, Ənvər 
Paşanın iştirak etdigi və böyük bir müşavireyi-mühümmə vaqe olduğu, 
hətta  bu məşvərətə  Sultan həzrətlərinin  belə dəvət olunduğu xəbər ve- 
rilmişdi.
Böyük qəzetələrin bir çox təriqlər vasitəsilə əldə etdikləri məlumata 
və  digər  bir  takım  qiyasiyatə  nəzərən  bu  mühüm  şurayi-kəbirdə 
gələcəkdə başlanacaq vüquati-hərbiyyənin əsas planları qərara almmış 
və  ümumi  proğram  çizilmişdir.  Son  günlərdə  gəlməkdə  olan  xəbərlor 
isə,  hal-hazırda  Berlində  Almaniya,  Avstriya-Macarıstan,  Türkiyə- 
Bolqariya  millət  məclislərinin  sədrləri  iştirakilə  konfrans  davam  et- 
digini  bildiriyorlar.  Əlbəttə,  bu  konfrans  doğrudan-doğru  müharibə 
tədarükatı  məsələsilə  məşğul  olmasa  da,  hər  halda  müharibənin  iki 
il  yarım  dəvammdan  iləri  gələn  və  daha  qərarə  alınmış  yeni  vüquat 
planmdan  nəşət  etməsi  möhtəməl  olan  əhvali-ümumiyyəyi  müzakirə 
etməkdə  olsa  gərəkdir.  Bunlar  üzərinə  “Russkaya  volya”  qəzetəsinin
36
xüsusi  məlumatma görə  dördlü  ittifaqm  Bukreş  müşavirəsindən  sonra 
“almanların baş qərargahında sıra ilə qayət mühüm müşavirə məclisləri 
vaqe  olmuş;  bu  məclislərdə  Feldermarşal  Gindenburğ  müharibə  mey- 
danlarınm  hər cəhətindəki  əhvali-ümumiyyə  xüsusunda məlumat ver- 
miş;  bugünki  vəziyyəti  təsvir  edib  iləridəki  təşəbbüsati-möhtəmələ 
həqqində  də  kəndisinin  mülahizəsini  və  hər tədbirdə  nöqteyi-nəzərini 
dərmiyan eləmişdir; bundan dolayı almanların məhafili-əskəriyyəsindo, 
hərb  işləri dairəsində golocəkdə böyük bir vüquat zühurunu  fövqəladə 
maraq və diqqətlə bəkləməkdədirlər”.
“Əhvalın  bu  nöqtədo  olmasından  dolayı  bitərəf məmləkotlər  mət- 
buatı, Almaniyanm, Avstriya, Türkiyə və Bolqariyanm daxilində ciddi 
bir hücum və xüruc üçün tədarük və tədbirlordən ibarət olan fövqəladə 
bir qaynayış, bir keşmokeş və təlaş davam etdigini bildiriyorlar. İsveçrə 
əskəri mohafili təkidon bəyan ediyor ki, almanlarRusiya-Almaniya Şərq 
cobhəsində vüquatı  genişlətmok tədarükündə  bulunuyorlar.  Kopenhağ 
müxbirlori  isə yaxmlarda Gindenburğun bütün mövcud qüvvəsini top- 
layıb müttofiqlor orduları üzərinə ümumi  bir saldırış  təşəbbüsündə ol- 
duğunu və anm planı bu  dofəlik müdhiş və  qəti  generalnı  vuruşma və 
öldürüşməyə girişməkdon ibarət bulunduğunu söylüyorlar”.
İştə, kənar mənbəlorin,  bitərəf məmləkətlorin yaxınlarda böyük vü- 
quat  zühuruna  dəlalət  edən  məlumat  və  bəyanatı  bu  kibi  xəborlər  və 
mütaliələrdən  ibarət  olub,  daxildə  də  böylə  bir  vüquata  ehtimal  verən 
mütaliələr  yox  degildir.  “R.İnvalid”  qəzetəsi  “almanlarm  daxildəki 
əhvalı  son  dərəcə  fənalaşmış  olduğuna  görə,  düşmənlərimiz  başları- 
nı  itirib  fövqəlado  tədabir  və  tədarükdə  bulunuyorlar”  diyor.  Bilxassə 
bugünki  nömrəmizdə mündəric  Baş  Vəzirə xitabən nəşr olunan  Xətti- 
/ vi;c-İTiperatorinin  bir  yerində  “bu  gün,  müharibeyi-əzimiyyonin  sı- 
nıqlıq  (təbdil)  hasil  etdigi  bir  dəqiqəsində,  qövmiyyət və  sinfiyyət  ay- 
rılığma  baxmaqsızm  rus  xəlqinin  fikir  və  nəzəri,  düşmənlə  qəti  toq- 
quşma  dəqiqəsini  şiddotli  bir  diqqətlə  bəkləyib  duran  dilavor  orduya 
doğru çevirilmişdir” deniliyor. Bunlar üzərinə general Brusilovun ordu 
naminə xitabən söylədigi nitqi dəxi fövqəladə əhəmiyyotli və mənalıdır. 
Müşarileyh bu il başlanacaq müharibələr xüsusunda söz söylərkən “bən 
bizzat,  gərək  əlimdə  olan  məlumata  və  gərək  özümün  dərin  etiqad  və 
qənaətimə görə bu il düşmənin qətiyyən pərişan və tarim ar ediləcəginə
37

kamilən inamyorum” demiş və əlavə etmişdir ki: “biz düşməni kamilən 
məhv etmək istəmiyoruz;  fəqət onun şu qədər qan dənizləri  axıtdığına 
görə cəzayi-səzasım vermək istiyofuz”.
İştə, bütün bu kibi mütaliələr, bəyanlar və xəbərlər, bəşər dünyasının 
iləridə  əqlə  gəlməz  dəhşətli  və  qanlı  bir mənzərəyi-vüquat  qarşısmda 
olduğunu anlatıyorlar.  Bu xəbər və mülahizələrin həqiqətə yaxın oldu- 
ğuna daha bir çox əhval dəxi ehtimal veriyor;  cümlədən bəziləri şudur 
ki: almanlar Rusiya cəbhəsində il yarımdan bəri fövqəladə bir dərəcədə 
hazırlandılar. Təbiyyətülceyş üsulilə xəndəklər, səngərlər təhkimatı, or- 
dularm təslihat və təchizatı, ərzaq və mühimmat və əskərlər nəqliyyatı 
bu  qədər müddətdən  bəri  gecəli-gündüzlü  ikmal  edildi.  Arxada ümu- 
mi  xidmət mükəlləfiyyətilə bütün german xəlqini dövlət işlərinə çəkib 
milyonlarla  əskər  tərtib  etdilər;  polyaklardan  dəxi  ordu  təşkil  etmək 
qərarları,  Polşadan, Belçikadan,  Serbiyadan yüz minlərlə  işçi  almaları 
sayəsində bu orduların zapasını, ərzaq və mühimmati-hərbiyyəsini dəxi 
təmin çarəsinə girişdilər.  Bir tərəfdən əllərində  şu qədər hazırlıq, digər 
tərəfdən  Romaniyada  və  ümumən  Balkanlarda  qazandıqları  müvəffə- 
qiyyət  və  Selanik  qarşısmdakı  vəziyyət  münasibətilə  keçənlərdə  sülh 
təklifi yapdılar.  Bununla maddi  və  silah tədarükü əllərində  olub, mü- 
xalif tərəflərinə mənəvi bir təsir  dəxi  icra etmək istədilər;  xülasəsi  şu- 
dur ki,  keçənlərdə dedigimiz vəchlə “almanlar dişindən dırnağa qədər 
müsəlləh bir  divi-mehikəl-kibi  milyon  pudluq  dəmir  topuz  qaldırdılar 
da,  müttəfiqlərə  xitabən:  “ya  banşacaqsımz,  ya topuzu  endirəcəgiz” 
dedilər.  Müttəfiqlərin  bundan  mütəəssir  olmadığı  və  sülh  təkliflərinə 
cavab rədd verdigi meydandadır, imdi görünüyor ki, almanlar özlərinin 
məzkur  təhdidlərini  (qorxutmalarını)  yerinə  yetirmək  istiyorlar.  Gin- 
denburğun  “müttəfiqlər  üzərinə  toplayıb  saldırmaq  istədigi  qüvveyi- 
ümumiyyəsi” -  bundan ibarət olsa gərəkdir.
Almanları  böylə  qəti  təşəbbüsatə  sövq  edən  amillər  bir  tərəfdən 
bu  isə,  digər  tərəfdən  qəzetələr  daha  mühüm  və  daha  ciddi  xəbərlər 
gətiriyorlar. Bu son günlərdə qayət də israrla nəşr olunan xəbərlərə görə 
almanlarm daxilindəki  işləri, xüsusən ərzaq və məhsulat cəhətləri  qor- 
xulu  və  təhlükəli  bir  dərəcəyə  gəlmişdir.  Bunun üçün  onlar  əldə  olan 
mövcud  qüvvə  ilə  saldırıb  bir  dəfəlik  işin  içindən  çıxmaq  istiyorlar- 
mış.  Almanlarm  o  cəhətdən  işləri  fənalaşmış  olduğuna  Xətti-Alidə
38
dəxi  işarə  edilmiş  və  denilmişdir  ki:  “Rusiyamn  məhsulati-təbiiyyəsi 
bitməz  və  tükənməz  dərəcədədir;  fəqət  düşmənlərimiz  məmalikində 
bunun  tükənməkdə  olduğu  anlaşılıyor”,  eynilə  Brusilov  nitqində  dəxi 
buna işaro  edildigi  görülüyor.  “Russkaya  volya”  qəzetəsinin  bitərəflər 
mətbuatmdan  istehsal  etdigı  məlumat  hakəza  almanların  bu  hahndan 
bəhs  ediyorlar.  Hasili  hor  nə  sövqilə  olsa  da  bu  həftənin  mətbuat  və 
məhafili  iləridə  mühüm  bir  vüquat  hazırlanmaqda  olduğunu  anlatı- 
yorlar. Baxalım yaxm günlər nə gətirəcək.
“Açıq söz”, 11  yanvar  1917, JV»374
İstidlal -  bir dəlilə osaslanaraq nəticə çıxarmaq 
Dərmiyan -  arada, aralıqda 
A n -  o
Divi-mehikəl -- böyük div 
Qiyas -  müqayisə 
Təbiyyətülceyş -  taktika
39

Gürcü qəzetələrinin tələbi münasibətilə
“Açıq söz”ün sonki nömrosindo gürcü qəzetələrindən “Saxalxo purt- 
seli” ilə “Sakartvelo”nun Acarya ilə Qafqasiya müsəlmanlarının müna- 
sibatına aid birər məqalələri vo “Zaqafqazskaya reç” qəzetəsinin bu xü- 
susdakı bir mütaliəsi dərc edilmişdir.
Bu  məqalələrində  gürcü  qəzetələri  Bakı  müsəlman  cəmiyyəti-xey- 
riyyəsinin  Acaryadakı  “siyasətindən”  şikayət  ediyorlar.  Bunları  bil- 
xassə  cəmiyyətin  Orta  Batum  kəndində  açmaq  dilədigi  məktəb  fikri 
qeyzləndiriyor.  Acaralılar gürcüdirlər, binaənileyh onlar üçün açılacaq 
məktəb gürcücə olmalı, türk məktəbi açmaq onları türkləşdirmək istə- 
məkd'u.  Bu isə gürcülər ilə  Qafqasiya türklərinin dostluğuna mane  ola 
bilər. Buna görə də  gürcü qəzetələrı tələb ediyorlarki, Bakı müsəlman 
cəmiyyəti-xeyriyyəsi bu kibi fikirlərdən daşmsm.
“Saxalxo  purtseli”  isə  bildirki  sözünü  təkrar  edərək  tələb  edi- 
yor ki,  Qafqasiya  türkləri  başqa  millətlərlə  olan  münasibətlərində  din 
cameəsindən  əl  götürsünlər,  yoxsa  gürcülərlə  müsəlmanlar  arasmda 
dostluq qeyri-mümkündür.
Fəqot gürcü  qəzetəbri  Qafqasiya türklərindən Acaryamn gürcü ol- 
duğunu  qəbul  etməyi tələb  edib  də,  bu xüsusda təminat olaraq oralar- 
da  türk  məktəbi  açılmamasmı  istədikdə  qarşılıq  olmaq  üzrə  Acarısta- 
nın xristianlaşmasma qarşı nə kibi təminat veriyorlar?
Müsəlman  məktəbi  gürcü  müsəlmanlarım  türkləşdirsə  gürcü 
məktəbi  də  müsəlman  gürcüləri  xristianlaşdıra bilər.  Bu  gün  Acarya- 
nın  gürcüligə  əlaqəsi  türkcə  ilə  bərabər  gürcücə  damşmaqdan  ibarət 
isə  islamiyyətlə  rabitəbri  və  sair  islam  millətlərilə  münasibətbri  bir 
çox bağlarla bağlıdır.  Milliyyətdə  dinin,  din ilə mərbut və məşrut olan 
adat,  ənənat və  tarixin əhəmiyyəti  dəxi  inkar olunamaz.  Bunu  bu  gün 
gürcülikdən  ziyadə  müsəlman  olan Acarya həqqində  təslim  etmək  la- 
zım.  Binaənileyh  Acaryada,  Acarıstanda  iki  mədəniyyət  qarşı-qarşı- 
ya  gəlmişdir:  gürcü-xristian  mədəniyyəti  ilə  islam-türk  mədəniyyəti. 
Bu  xüsusda  hakim  olacaq  şey  türk-müsəlmanların  və  yainki  xristian- 
gürcülərin  arzusu  degil,  yalnız  Acaryamn  öz  meyli,  öz  arzusu  ola
40
bilər.  Gürcü  cəmiyyəti-xeyriyyəsi  Acarıstanm  hər yerində,  hotta Aca- 
rıstan  degil,  gürcüliklə  heç  bir  əlaqəsi  qalmayan  yerlərdə  belə  gürcü 
məktəbi  açarsa, müsəlmanlar da buna müqabil müsəlman  məktəbi  aç- 
maq həqqinə  malikdirlər.  Acaralı  hankisini  intixab  edərsə  etsin.  Bakı 
müsəlman  cəmiyyəti-xeyriyyəsi  bu  vəqtə  qədər  Acaryada  bir  məktəb 
açmamışdır. Böylə bir məktob açmaq fikrində isə, bu fikir kəndisinə si- 
yasi bir qərəzb gəlməmiş, cəmaətin, acaralx müsəlmanların müraciətləri 
üzərinə hasil olmuşdur.  Cəmiyyət vasitə olaraq Xolada bir came inşası 
üçün Bakı sərvətdarlarından ianə toplarkən acaralılar türk qəzetəbrinə 
məktub  yazaraq yalnız  m əscidb  qalmayıb  kəndibrinə  məktəb  açma- 
yı dəxi  cəmiyyət nümayəndəsindon  istiyorlardı.  Müsəlman  cəmiyyəti- 
xeyriyyəsi  hərbzədə  müsəlman  qardaşlarının  bu  mədəni  xahişlərini 
əlbəttə ki, rədd edəməzdi və bunu başqa dürlü də tələqqi etməgə gəlməz.
“Açıq söz”, 15 yanvar  1917, JV2377
41

Vilsonun ikinci notasi həqqində
Almaniyanm  kcçonlərdo sülh təklifilə yaydığı çıxışı hala kəndi izi- 
ni  itirmədən  davam  ediyor.  Bu  sütunlar  üzərində  dəfələrlə  zikr  olun- 
duğu vəchlə,  hər nədənsə bu dəfə meydana atılan “sülh  sözləri” hənuz 
ortalıqda dönub  dolaşmaqdan toxtamıyor.  Bunun  ayrı bir məna və nü- 
fuzu  olmalı  ki,  zahirən  dəfələrlə  rədd  edilmiş  kibi  göründügü  halda 
diplomasi  aləmi  həqiqət  halda  yenə  bundan  qəti  surətdə  əl  çəkmək 
qərarım  verəmiyor.  Həm  nəhayətə  qədər  verməsə  gərəkdir.  Şübhəsiz 
bu qodər müdhiş və sürüklü müharibənin barışması da pək qısa bir za- 
manda  vaqe  olamayıb  uzun-uzadı  çəkişmələr,  çalışmalar,  güləşmələr 
sonunda ancaq nəticəpəzir ola biləcəkdir.  Zira imdiki müharibə ilə bü- 
tün  ilə bütün dünyanın  qəbzeyi-idarəsini  əllərində  tutan  ən müəzzəm, 
ən  mədəni  və  sətvətli  dövlətlərin,  millətlərin  müqəddəratı  bağlanmış- 
dır. Bunun üçün bu vəqtə qədər ölüm-dirim məsələsi doğurmuş olan bir 
güləşmədən kolay-kolay çəkilmiyəcəgi məlumdur.  Hələ Balkan və İta- 
liya müharibələri  belə müsalihə  (mütarikə)  açılmaqla barışıq bağlama 
vəqtinə qədər xeyli uzun zaman çəkilmiş idilər. Halbuki o müharibələr 
heç  bir tərəfin  istiqbalını  qəti  surətdə  ortaya  qoymamış  idi.  Böylə  ol- 
duğu  halda  iki  tərəfin  mütarikə  başlaması  ilə  barışması  arasmda  pək 
mühüm  bir zaman  keçmək  icab  etdi.  Bu  müharibodə  isə  hənuz  barış- 
ma  degil,  tuqtaşma  (mütarikə)  üçün  belə  bir çarə  və  bir  vəsilə  tapıla- 
mıyor.  Bunun  barışması  isə  bundan  daha  uzun-uzadı  çəkişmə  və  tar- 
tışmayı  icab edəcəkdir.  Əlbəttə,  imdiki müharibənin davamı və həqiqi 
mahiyyəti  öylə  açıq  bir  nöqtəyə  gəlmişdir  ki,  iki  tərəfin  bu  xüsusda 
daha nə fikirdə olduğunu və qəti olaraq nəyi tələb edəcəgini ögrənmək 
üçün uzun-uzadı dil yormağa ehtiyac görülməsə gərəkdir. Bunun üçün 
ibtida bir toqtaşma əsasları qərarlaşsa bundan sonra barışma üçün uzun 
söyləşmənin  lazım  gəlməyəcəgi  də  pək  mümkündür.  Ancaq  məzkur 
səbəblərə görə işto, bu toqtaşma əsasları tapılması qayət çətin və qayət 
ciddi  bir  məsələ  təşkil  ediyor.  Uzun-uzadı  çəkişmə  icab  etsə,  gərək 
dedigimiz və  vaqeən bu  çəkişmənin  davamını  gördügümüz keyfiyyət 
bundan iləri gəlməkdədir.
42
Almanların  birinci  notası  ilə  Amerika  rəisi-cümhuru  Vilsonun 
sülh təklifinə  gərək müttofiqlərin və  gərək Almaniya  ittifaqdaşlarımn 
nə  kibi  ruhda  cavab  verdigi  oxucularımızın  yadmdadır.  Fəqət  bu  ca- 
vab  nə  ruhda  olsa-olsun,  müşarileyh  rəis  Vilson  bu  uğurda  diploma- 
si  təşəbbüsdən  hənuz  geri  durmamaqdadır.  Şöylə  bu  günlərdə  müşa- 
rileyh  yenə  uzun  bir  təbliqnamə  nəşr  edib  mühariblər  cavablarından 
və  hüquq  və  həqqaniyyət  mətləbləri  iddia  edildikcə  hanki  təriqlə  ba- 
rışmaq mümkün və lazım olacağından bəhs  ediyor.  Vilsonun dediginə 
görə bəni-bəşərin və bəşəriyyoti toşkil edən böyük-kiçik millətlərin ar- 
tıq hürriyyət və səadətlə yaşamaq vəqti gəlmişdir. Böyük millətlərin ki- 
çik  millətləri,  güclü xəlqlərin  gücsüzləri  əzib,  çeynəyib  əsrlərdən  bəri 
özlərinə  qul  və  əsir  etmələrinə  yer üzündə  qanlı  və  qaranlıq  zülm  və 
vəhşət  hökm  sürməsinə  xitam  verməlidir.  Artıq  bəşər  balaları  gərək 
öz məmlokətlərində  və  gərək  digər millət və  məmləkətlərin vəhşiyanə 
təcavüz  və  təsəllütləri  nəticəsində  bu  qədər  naməlum  min  sənələrdən 
bəri  güc  və ixtiyar  sahiblərinin  əllərindən cəhənnom əzabları,  dəhşətli 
vəhşətlər çəkmiş,  bu qədər müddət  qanlı  yaşlar tökmüş,  cahanm cəmi 
bəla və fəlakətlərinə bu üzdən düçar olmuş, ağlamışdır,  sızlamışdır, bu 
qədər  yetər,  bəsdir.  Yer üzündə  həqq və  hüquq,  həqqaniyyət  və  həqi- 
qət,  mədəniyyət  və  hürriyyət  istənilərsə  -   artıq  bəşər  övladmın  bir- 
birilə insaniyyətcə hərəkət etməsi və yer üzündə vəhşilik və əsarət de- 
gil, insaniyyət və hürriyyət hökm sürmosi gərəkdir. Naməlum əsrlərdən 
bəri  bəni-bəşər  susadığı,  təşnəsi  olduğu  şey  -   budur.  Təzəllüm  və 
qüvvətdən  iləri  gələn  dəhşətlərin,  ağırlıqlarm  dərəcəsi  nə  qədər  oldu- 
ğunu mühariblər artıq ölçməlidirlər. Çünki bunun nə olduğunu öz arxa- 
larında hiss  etdilər.  Başqasmdan,  gücsüzlərdən  soruşub  xəbər  almaya 
artıq lüzum yoxdur.  Əskidən bəri təqib olunub gələn “gücsüzü əzmək” 
və  kəndisi  dünyaya  sahib  olmaq,  başqaları  dilsiz,  əqlsiz  bir  əsir və  iş 
heyvanı  etmək  və  bunun  sayəsində  kəndiləri  “mədəni”,  “tərbiyəli”, 
“nəzakətli”  və  rahətli  və  daha  bilməm  kim  olmaq  politikasından  vaz 
keçməlidir.  Bu  politikanın  ayı  politikası,  bir yırtıcıhq  siyasəti  olduğu 
artıq  Avropaya  -   mühariblərə  məlum  olmalıdır.  Binaənileyh  imdiki 
müharibəyi  bitirməkdən  məqsəd  həqiqət  və  həqqaniyyət  demək  isə  -  
həqqaniyyət budur,  insaniyyət bunu təqaza ediyor.
43

İşto,  Vilsonun  bu  dofəlik  mühariblorə  tapşırdığı  tobliğnaməsinin 
mozmunu  başdan-başa  bu  ruhdadır.  Bu  yüksək  məqsədi-oqsayi,  bu 
amali-zikəmal  toqib  ediyor.  İnsan  hissilo  hisslənən  və  “insan  olmaq” 
arzusu  bəsləyən  cümlə  bəşər  balasının  bu  təbliği  kəmali-təbriklə 
təbrik  edəcogi  və  omaq  ruhundan  təşəkkürlo  alqışlayıb  qarşılayacağı 
şübhəsizdir.  Fəqət  əsrlərdən  bəri  başqalarm  qanı  ilə  bəslənməgi  adət 
edən  canavar  təbiətli,  yırtıcı  xislətli  olanlar  -   əlbotto,  bunu  məqbul 
göroməzlər.
Vilson təbliğnaməsinin ehsasinə,  qayei-kəmali-insaniyyəto aid olan 
cəhəti vo mozmunu vo onun könüllorə ilqa etdigi tosiri budur.  Fəqot bir 
do  şu  Avropanm  “həqiqət  hal”  (real)  dedigi  maddi  və  materyalnı  bir 
cəhoti  var  ki,  bu  cəhotin  zaviyeyi-nəzərindən  baxıldıqca  təbliğin  na- 
sıl  görüləcəgi  vo  hətta  görülmogə  başladığı  iləridə  ayrıca bir bənd  ilə 
mütaliə edilsə gərəkdir.
“Açıq söz”,  15 yanvar  1917, JVs377
Qobz -  tutma, əlo alma 
Sotvət -  qüdrot 
Təsollüt -  ağalıq etmo
Tozəllüm -  zülm və təcavüzdon şikayət etmə 
Əmaq -  dərin
44
Yüklə 8,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin