ZƏHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə23/48
tarix31.01.2017
ölçüsü4,27 Mb.
#7190
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

Əhli: qara camaatdandır. Şeirləri pis deyildir. Bir divanı da var. 

Xəttatlardan  çox  adam  vardı.  Lakin  bunların  ən  məşhuru  nəsx  və  tə-

liqdə Sultan Əli MəĢhədi idi. Mirzə və Əlişir bəy [Nəvai] üçün bir çox ki-

tab köçürdü. Hər  gün Mirzə üçün otuz, Əlişir bəy  üçün  isə  iyirmi beyt  ya-



BABURNAMƏ 

 

195 



zırdı. 

Rəssamlardan biri Behzad idi. Rəssamlıq işini fövqəladə incəltdi. La-

kin  saqqalsızların  üzünü  pis  çəkir,  çənəni  xeyli  böyük  verirdi.  Saqqallı 

adamları yaxşı, üzlərini də gözəl çəkirdi. 



ġah Müzəffər: çox incə (182 a) rəsm çəkirdi, ələlxüsus saç rəsmlərini 

çox zərif rəsm edirdi. Çox yaşamadı, tərəqqi etməyə başlayanda vəfat etdi. 

Musiqişünaslar arasında qanunu -əvvəllər bəhs etdiyim kimi- heç kim 

Xoca Abdullah Mərvari qədər çalammazdı. 

Qul  Məhəmməd  Udi:  gicəki də gözəl çalırdı. Gicəkə üç tel də əlavə 

etmişdi.  Musiqişinas  və  saz  əhlindən  heç  kim  onun  qədər  çox  və  gözəl 

poşrov bəstələməmişdir. Pişrovdan başqa havaları o qədər yaxşı deyildir. 

ġeyxi Neyi: udu və gəccəki yaxşı çalırmış. On iki-on üç yaşından bəri 

də neyi  yaxşı çalırmış. Bir dəfə   Bədiüzzaman Mirzənin söhbətində bir ha-

vanı neylə çox gözəl çalır. Qul Məhəmməd gəccəkdə o havanı çalammaz və 

«Gəccək qüsurlu bir alətdir» deyir. Şeyxi dərhal  Qul Məhəmmədin əlindən 

gəccəki alıb o havanı həm gözəl, həm də tam çalır. Şeyxi haqqında deyilənə 

görə, nəğməyə o qədər vaqifmiş ki, hansı nəğməni eşitsə «Filan neyin filan 

pərdəsi bu ahəngdədir» deyirmiş. Lakin özü çox hava bəstələməmişdir. An-

caq bir-iki nəqşin onun olduğunu söyləyirlər. 



ġahqulu  Gicəki:  İraqdandır.  Xorasana  gəlib  saz  məşq  edərək  şöhrət 

qazandı. Bir çox nəqş, pişrov və hava bəstələmişdir. 



Hüseyn Udi: udu zövqlə çalır, zövqlü şeylər oxuyurdu. Udda bir sim-

lə çalan o olmuşdur. Yeganə qüsuru çox nazlanaraq çalmasıydı. (182 b) Bir 

dəfə Şeybani xan ona çalmağı əmr edir. İstəmədiyi üçün həm pis çalır, həm 

də öz sazını gətirməyərək pis bir saz gətirir. Şeybani xan fərqinə varır və elə 

oradaca  ona  xeyli  zopa  vurmağı əmr  edir. Şeybani  xanın  dünyada  gördüyü 

yeganə  yaxşı işi bu olmuşdur. Həqiqətən,  yaxşı iş görmüşdür. Belə həriflər 

bundan daha artığına layiqdir.  

Qulam  ġadi  də  bəstəkarlardan  biri  olub  Şadi  xanəndənin  oğluydu. 

Düzdür, saz çalırdı, lakin sazəndələr  cərgəsində  çalmırdı.  Yaxşı sövtləri  və 

gözəl nəqşləri vardır. O dönəmdə onun qədər nəqş və sövt bəstələyən adam 

yoxdu. Axırda Şeybani xan onu Qazan xanı Məhəmməd Əmin xanın yanına 

göndərdi, sonra ondan bir xəbər alınmadı. 

Mir Azu: saz çalmırdı, yalnız bəstəkardı. Az hava bəstələmişdir, lakin 

zövqlü havaları vardır. 



Bənnai: bəstəkardı, yaxşı sövt və nəqşləri vardır. 

Misilsiz bəstəkarlardan biri də Pəhlivan Məhəmməd Busəid idi. Pəh-

livanlıqda məşhur idi. Şeir də söyləyirdi, sövt və nəqşlər də bəstələyirdi. Ça-

hargahdan yaxşı bir nəqşi vardır. Xoşsöhbət bir adamdı. Pəhlivanlıqla bəstə-

karlıq məziyyətini özündə cəmləşdirməsi qəribədir.  

Sultan  Hüseyn  Mirzə  vəfat  edəndə  mirzələrdən  Bədiüzzaman  Mirzə 



Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



196 

ilə Müzəffər Hüseyn Mirzə onun yanında idilər. 

Müzəffər Hüseyn Mirzə Mirzənin ən sevdiyi oğlu, Məhəmməd Burun-

duq  Barlas  da  onun  ixtiyar  sahibi  bəyi  və  atəkəsi,  anası  Xədicə  bəyim  də     



(183 a) Mirzənin etibarlı arvadı olduğu üçün və Mirzənin adamları daha zi-

yadə  Müzəffər  Mirzəyə  təmayül  göstərdikləri  üçün  belə  bir  fikir  vardı  ki, 

Bədiüzzaman Mirzə tərəddüd edərək oraya gəlməz. Müzəffər Hüseyn Mirzə 

ilə  Məhəmməd  bəy  şəxsən  gedib  könlündəki  tərəddüdü  ortadan  qaldıraraq 

Bədiüzzaman Mirzəni gətirdilər. 

Sultan Hüseyn Mirzəni Herata gətirib şahanə bir mərasim və ayinlə öz 

tikdirdiyi mədrəsəsinə dəfn etdilər. O zaman Zünnun bəy Arğun da orada idi. 

Məhəmməd  Burunduq  bəy,  Zünnun  bəy  və  Sultan  Hüseyn  Mirzədən  qalan 

və bu iki Mirzə ilə birlikdə olan digər bəylər toplanıb fikir birliyinə vararaq 

Bədiüzzaman Mirzə ilə Müzəffər Hüseyn Mirzəni Herat taxtına ortaq bir şə-

kildə çıxardılar. 

Bədiüzzaman Mirzənin qapısında ixtiyar sahibi Zünnun bəy, Müzəffər 

Hüseyn  Mirzənin  qapısında  isə  ixtiyar  sahibi  Məhəmməd  Burunduq  bəydi. 

Şəhərin valisi olaraq Bədiüzzaman Mirzə tərəfindən Şeyx Əli Tağayi, Mü-

zəffər  Mirzə  tərəfindən  isə  Yusif  Əli  Göyəldaş  təyin  edildi.  Bu,  qəribə  bir 

işdi. Heç bir zaman padşahlıqda ortaqlıq eşidilməmişdir. Şeyx Sədinin Gü-



lüstandakı bu sözünün tərsi oldu: 

Dəh dərviş dər kilime bexoftənd, 

Və dü padşah dər iqlime nəgoncənd. 

On dərviş bir kilimindəüstündə yatar,  

Halbuki iki padşah bir iqlimə sığışmaz. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


BABURNAMƏ 

 

197 



 

 

 

 

 

 

 

 

 

KABİL - 912 (24 MAY 1506 - 13 MAY 1507) 

 

DOQQUZ YÜZ ON ĠKĠNCĠ ĠLĠN HADĠSƏLƏRĠ 

 

BABURUN XORASANA DOĞRU YÜRÜġÜ 

 

Məhərrəm ayında [=1506 may-iyun] özbəkləri dəf etmək üçün (183 b) 

biz Xorasana yürüməyə qərar verərək Gur-Bənd və Şibertu  yoluyla hərəkət 

etdik. Cahangir Mirzə o vilayətdən narazı çıxmış olduğu üçün əgər aymaq-

ları öz yanına çəksə, bəzi fitnə və fəsadçıların bir çox qarışıqlıq törədə bilə-

cəklərini düşünərək, aymaqları dərhal ələ keçirmək üçün Üşdür-Şəhərdə öz 

uruğumu və onun qorunması üçün də Vəli Xəzinə[çi] ilə Dövlət Qədəm Qa-

ravulu qoyub oradan yüngül təchizatla və sürətlə hərəkət etdim. 

O gün Zöhhak qalasına gəldik. Oradan Künbəzək keçidini aşaraq Say-

ğan üzərindən Dəndan-Şikən keçidindən keçib Kahmərd çayırına endik. Su-

ltan  Məhəmməd  Dulday  ilə  birlikdə  Seyid  Əfzəl  Xabbin  Kabildən  hərəkət 

etməmizin  keyfiyyətini  bildirmək  üzərə  Sultan  Hüseyn  Mirzəyənin  yanına 

göndərildi. 

Cahangir Mirzə bir az geridə qalmış və iyirmi-otuz adamıyla Bamyan 

tərəfinə gəlirmuş. Bamyana yaxınlaşanda geridə qoyduğumuz uruğa aid ça-

dırlarımızı görüb bizim də orada olduğumuzu zənn edir və dərhal geri qayı-

dır. Ordugahına çatan kimi dərhal qalxaraq, arxalarına baxmadan Yekə çayı-

rın civarına gedirlər. 

Şeybani xan Bəlxi mühasirəyə almışdı. Bəlxdə o günlərdə Sultan Qu-

lucaq  olurdu.  Şeybani  xan  iki-üç  sultanı  üç-dörd  min  adamla  birlikdə  Bə-

dəxşana axın üçün göndərdi. 

O əsnada [Bədəxşan bəylərindən] Mübarək şahla Zübeyr də gəlib [Ba-

burun  kiçık  qardaşı]  Nasir  Mirzəyə  qoşulmuşdular.  (184  a)  Gərçi  əvvəlcə 

aralarında  anlaşmazlıq  və  inciklik  vardı.  Kişmin  aşağısında  yerləşən  Şah-

danda və Kişm çayının şərq tərəfində əsgərləri ilə mövqe tutmuşdular. 

Bu  özbəklər  sabaha  qarşı  basqına  gəlib  Kişm  çayını  keçərək  Nasir 

Mirzənin üzərinə hücum etdilər. Nasir Mirzə dərhal təpəyə çəkilib adamları-


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



198 

nı yığıb şeypur çaldırdı və təpədən aşağıya yürüyərək çarpışmaya başlayan 

kimi özbəklər geri çəkildilər. Onların keçib gəldikləri Kişm çayı yüksəldiyi 

üçün özbəklərin çoxu ox və qılıncla öldürüldü, bir çoxu əsir düşdü, suda da 

xeyli adam öldü. 

Mübarək şah ilə Zübeyr isə Mirzədən bir az yuxarıda, Kişm tərəfində 

idilər. Onların üzərinə göndərilən özbəklər onları təpəyə doğru sıxışdırdılar. 

Nasir  Mirzə  düşmənini  qaçıranda  bu  vəziyyəti  xəbər  alaraq  dərhal  onların 

üstünə yürüdü. Yuxarıdan Kuhistan bəyləri də atlı və piyada adamlarını yı-

ğıb gəlincə özbəklər savaşa bilməyərək qaçdılar. Bunlardan da bir çox adam 

ox və qılıncla öldürüldü, ya da suda boğuldu. Bəlkə minə, min beş yüzə qə-

dər  özbək  öldü.  Bu  Nasir  Mirzənin  parlaq  bir  qələbəsi  idi.  Bu  xəbəri  bizə 

Kahmərd ovasında ikən Nasir Mirzənin adamı gətirdi. 

Biz o civarda ikən əsgərlərimiz Guri və Dəhanə tərəflərinə gedib ərzaq 

gətirdilər. (184  b)  Orada olduğumuz müddət ərzində Xorasana göndərilmiş 

olan Seyid Əfzəl ilə Sultan Məhəmməd Duldayın məktubları gəldi. Bu mək-

tublarda  Sultan  Hüseyn  Mirzənin  ölümü  xəbər  verilirdi.  Bu  xanədanın  na-

musunu  qorumaq  üçün  Xorasan  tərəfinə  yürüməyə  davam  etdik.  Gərçi  bu 

yürüyüşdə başqa səbəblər də yox deyildi. 

Əcər dərəsinin içindən keçib Tüb, Mendaqan və Bəlxab yoluyla enib 

Kuhi-Safa çıxdıq. Özbəklərin San və Çəhar-Yekə axın etdiyi xəbərini alınca 

Qasım bəyi əsgərlə birlikdə bu axınçıların üstünə göndərdik. Bunlar da öz-

bəklərə rast gəlib onları məğlub edərək bir çox baş kəsib gətirdilər. 

Cahangir  Mirzəyə  və  aymaqlara  adamlar  göndərdik.  Onlardan  xəbər 

alıncaya qədər bir neçə  gün Kuhi-Saf  yaylasında  qaldıq. Bu civarın  geyiyi 

olduqca çoxdur. Bir dəfə ova çıxdıq. 

Bir-iki  gün  sonra  bütün  aymaqlar  gəlib  sədaqətlərini  bildirdilər.  Ca-

hangir Mirzə də aymaqlara dəfələrlə  adamlar göndərmişdi. Bir dəfə də İma-

məddin  Məsudu  göndərdi,  amma  aymaqlar  getmədilər  və  mənim  yanıma 

gəldilər. Axırda Mirzə də məcbur qaldı və Kuhi-Safdan Dəreyi-Baya enəndə 

gəlib məni gördü. Biz Xorasanın qayğısında olduğumuz üçün Mirzəyə bax-

madan  və  artıq  aymaqlardan  da  çəkinmədən  Gərzəvan,  Əlmar,  Qeysər  və 

Çiçəkdu  üzərindən  yürüyərək  Fəxrəddin-Ölümündən  keçib  Badğisə  tabe 

olan Dəreyi-Bam deyilən yerə gəldik. (185 a) 

Hər tərəf qarışıq olduğu və hər kəs əl atıb vilayətdən və xalqdan bəzi 

şeylər aldığı üçün biz də o civardakı aymaq və türklərdən öz adımıza vergi 

kəsib  bəzi  şeylər  almağa başladıq. Bu bir-iki ay içində  bəlkə də  üç  yüz tü-

mən kibəki

1

 alınmışdır. 



Bizdən  bir  neçə  gün  öncə  Xorasan  ilqarı  və  Zünnun  bəyin  adamları 

Pənd-Dih və Mərvçaqda özbək axınçılarını məğlub edib xeyli özbəyi öldür-

                                                           

1

 Tümən  sözü  on  min  rəqəmini  ifadə  edir.  Kibəki  isə  Mavəraünnəhr  bölgəsində  1308-



26-cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar standartıdır. 

BABURNAMƏ 

 

199 



müşlər. 

Bədiüzzaman  Mirzə,  Müzəffər  Mirzə,  Məhəmməd  Burunduq  Barlas 

və Zünnun Arğunun oğlu Şah [Şüca] bəylər Bəlxdə Sultan Qulucaqı müha-

sirə edən Şeybani xanın üzərinə yürüməyə qərar verərək bu niyyətlə Herat-

dan  hərəkət  etdilər  və  Sultan  Hüseyn  Mirzənin  bütün  oğullarına  adamlar 

göndərib çağırdılar. 

Badğisə  gələndə  isə  Əbülmöhsün  Mirzə  Mərvdən  gəlib  Çihil-Doxtə-

randa onlara qoşuldu. Onun arxasından İbn Hüseyn Mirzə də Tün və Qayın-

dan gəldi. Kibək Mirzə isə Məşhəddə idi. Ona da bir neçə dəfə  adam gön-

dərdilər.  Lakin  o  xoş  görünməyəcək  sözlər  söyləyərək  namərdlik  edib  gəl-

mədi. Onun kini Müzəffər Mirzəyə idi və «O padşah olsa, mən onun yanına 

necə gedərəm» deyirdi. Belə bir zamanda bütün böyük və kiçık qardaşlar bir 

araya  yığılıb  (185  b)  ağızbirliyi  edərək Şeybani  xan kimi  bir düşmənin  üs-

tünə əzmlə  yürüməkdə  ikən belə lüzumsuz bir  qürur  göstərib  gəlmədi.  Bu-

nun  səbəbini  qüruruna  yazsa  da,  hər  kəs  bunu  onun  namərdliyinə  bağlaya-

caqdır.  Bu  dünyada  məqsəd  insanın  yaxşı  işlərinin  qalmasıdırsa,  ağlı  olan 

bir adam özündən sonra pis sayılacaq belə bir hərəkəti niyə etməlidir, şüuru 

olan bir adam özündən sonra yaxşı sayılacaq belə bir işə niyə diqqət göstər-

məsin. 

Zikri-namira həkiman ömhi-sani qoftəənd. 



Həkimlər adın yad edilməsini ikinci ömür saymışlar. 

Mənim  yanıma  da  elçilər  gəldi.  Sonra  Məhəmməd  Burunduq  Barlas 

şəxsən gəldi. Mən də niyə getməyim dedim və yüz-yüz iyirmi ağac yolu bu 

məqsədlə  yürüdüm.  Məhəmməd  Bəy  ilə  birlikdə  hərəkət  etdim.  O  əsnada 

mirzələr Mürqaba gəlmişdilər. 

  

BABURUN SULTAN HÜSEYN MĠRZƏNĠN 



OĞULLARI  ĠLƏ GÖRÜġMƏSĠ VƏ HERATA GETMƏSĠ 

 

Bazar ertəsi günü cəmadiyülaxır ayının səkkizində (=26 oktyabr 1506) 



mirzələrlə  görüşüldü.  Əbülmöhsün  Mirzə  yarım  küruh  məsafədən  qarşıla-

mağa  gəlmişdi. Yaxınlaşınca mən bu tərəfdən atdan  endim,  Əbülmöhsün o 

tərəfdən atdan endi və yürüyərək gəlib görüşdük, təkrar atlara mindik. 

Bir az irəlilədikdən sonra, ordugahın yaxınında Müzəffər Mirzə ilə İbn 

Hüseyn Mirzə  bizi  qarşılamağa  gəldi. Bunlar  yaş baxımından Əbülmöhsün 

Mirzədən  kiçıkdilər,  ona  görə  də  ondan  daha  əvvəl  qarşılamağa  gəlmələri 

lazım idi. Amma hər halda bu gecikmə (186 a) və qüsur, kibirdən və ya mə-

ni  incitmək  üçün  olmayıb  sərxoşluq  və  əyyaşlıq  üzündən  olmuşdur.  Mü-

zəffər Mirzə israr etdiyi üçün at üstündə görüşdük. İbn Hüseyn Mirzə ilə də 

bu şəkildə görüşdük.  

Sonra gəlib Bədiüzzaman Mirzənin qapısına endik. Böyük bir izdiham 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



200 

toplanmışdı. İzdiham o qədər çox idi ki, bu izdihamda bəziləri ayaqları yerə 

dəymədən üç-dörd addım  gedirdi.  İşi-gücü üçün getmək istəyənlər özlərin-

dən asılı olmadan üç-dörd addım geriyə sürüklənirdi. 

Bədiüzzaman Mirzənin divan çadırına çatdıq. Qərarlaşdırıldığına görə, 

mən  çadıra  girincə  sayğı  göstərərək  yükünəcəkdim  və  Bədiüzzaman  Mirzə 

də  yerindən  qalxıb  bir  qədər  gələcək  və  sonra  görüşəcəkdik.  Mən  çadıra 

girincə bir dəfə  yükündüm və durmadan yürüdüm. Bədiüzzaman Mirzə isə 

yerindən bir az yavaş qalxıb bir az  ləng  yürüdü.  Qasım bəy [koçin] mənim 

sadiq  adamlarımdan  biri  idi  və  mənim  namusum  onun  namusuydu,  qurşa-

ğımdan çəkdi. Durumun fərqinə vararaq daha yavaş yürüdüm və qərarlaşdı-

rılmış olan yerdə görüşdük. 

Bu böyük ağ çadıra dörd döşək qoymuşdular. Bədiüzzaman Mirzənin 

ağ  çadırları  mütlək  yan  qapılı  olurdu  və  Mirzə  daima  bu  qapının  yanında 

otururdu.  Bir  döşəyi  bu  qapının  yanına  qoymuşdular;  Bədiüzzaman  Mirzə 

ilə  (186  b)  Müzəffər  Mirzə  bu  döşəkdə  oturdular.  Bir  döşək  də  sağ  tərəfə, 

yuxarıya qoymuşdular, Əbülmöhsün Mirzə ilə mən bu döşəkdə oturduq. Bə-

diüzzaman Mirzənin döşəyindən aşağıya və sol tərəfə də bir döşək qoymuş-

dular, bu döşəyə isə Mirzənin bəyi və Qasım Hüseyn Sultanın atası olan öz-

bək  Şeybani  sultanlarından  Qasım  Sultan  ilə  İbn  Hüseyn  Mirzə  oturdular. 

Mənə qoyduqları döşəkdən aşağı, sağ tərəfimə bir döşək daha qoymuşdular, 

Cahangir Mirzə ilə Əbdürrəzzaq Mirzə də o döşəkdə oturdular. Məhəmməd 

Burunduq bəy,  Zünnun  bəy  Arğun və Qasım bəy  isə  sağ tərəfimdə,  Qasım 

Sultan ilə İbn Hüseyn Mirzədən xeyli aşağıda oturdular. 

Yemək verildi. Söhbət olmadığı halda yemək verilən yerə masa qoyub 

altın və gümüş sürahiləri masa üzərinə düzdülər. Əvvəllər bizim atalarımız 

və ağalarımız Çingiz törəsinə çox riayət edirdilər. Məclisdə, divanda, şölən 

və  yeməkdə  oturmaq  və  qalxmaqda  bu  törədən  kənara  çıxmazdılar.  Çingiz 

xanın  törəsi  mütləq  şəkildə  ona  riayət  edilməsi  gərəkən  sərt  bir  qanun  de-

yildir.  Lakin  bir  adamdan  yaxşı  bir  nizam  qalmışsa,  ona  uyğun  hərəkət  et-

mək  lazımdır,  atalar  pis  bir  iş  görmüşlərsə  bunu  yaxşı  bir  işlə  əvəz  etmək 

gərəkdir. 

Yeməkdən  sonra  atlara  minib  endiyimiz  yerə  gəldim.  Bizim  ordugah 

ilə (187 a) mirzələrin ordugahının arasında bir şeri məsafə vardı. 

İkinci dəfə getdiyim zaman da Bədiüzzaman Mirzə birinci dəfə oldu-

ğu kimi yenə hörmət göstərmədi. 

Məhəmməd  Burunduq  bəy  ilə  Zünnun  bəy  [Arğun]  vasitəsilə  bunu 

çatdırdım: «Gərçi  yaşım kiçıkdür, lakin törəm böyükdür. Ata taxtı olan Sə-

mərqəndi  iki  dəfə  müharibə  ilə  alıb  orada  oturmuşam.  Bu  ailə  üçün  yadla, 

yağı ilə kim mənim qədər mücadilə etmişdir. Mənə qarşı sayğı göstərməmək 

yaraşmaz».  Bu  ağla  uyğun  sözlər  söylənincə  etiraf  etdilər  və  mənə  sayğı 

göstərmə işini yerinə yetirdilər. 



BABURNAMƏ 

 

201 



Bir dəfə də Bədiüzzaman Mirzənin  yanına gedəndə günortadan sonra 

idi və  içki məclisi  oldu. Mən o zamanlar içki  içmirdim. Gözəl  və  süslü bir 

məclis idi. Süfrədə hər cür məzə vardı. Toyuq və qaz kababları, hər növ ye-

mək ikram etdilər. Bədiüzzaman Mirzənin məclisini çox tərifləyirdilər. Hə-

qiqətən, əndişəsiz və rahat bir məclis idi. Mürqab sahilində olduğumuz vaxt 

ərzində Mirzənin içki məclisində iki-üç dəfə  iştirak etdim, içki içmədiyimi 

bildikləri üçün təklif etmədilər. 

Müzəffər  Mirzənin  məclisinə  də  bir  dəfə    getdim.  Hüseyn  Əli  Cəlair 

və Mir Bədir də Müzəffər Mirzənin  yanındaydılar, (187  b) o məclisdə işti-

rak edirdilər. Kefi gəlincə Mir [Seyid] Bədir rəqs etdi və gözəl rəqs etdi. Bu 

rəqs hər halda Mir Bədirin öz icadıdır. 

Mirzələr Heratdan hərəkət edib bir-birlərinə katılaraq yığışıb Mürqaba 

gələnə qədər üç-dörd ay vaxt keçdi. Sultan Quluçaq sıxışaraq Bəlx qalasını 

özbəklərə təslim etdi. Özbəklər də Bəlxi aldıqdan sonra Mirzələrin bir yerə 

toplandıqlarını xəbər alaraq Səmərqəndə geri qayıtdılar. 

Bu mirzələr söhbətdə, məclislərdə və insanlara olan rəftarda qüsursuz 

olsalar da, hərb sənətinin hiylələrindən və kələklərindən iraq, dava-döyüşün 

şücaətindən uzaq idilər. 

Mürqabda olduğumuz zaman Haxnəzər Çapanın dörd-beş yüz adamla 

gəlib  Çiçəkdu  civarını  yağmaladığı  xəbəri  gəldi.  Bütün  mirzələr  yığışmış 

olduqları  halda  bu  yağmacıların  üstünə  heç  cürə  ilqar  göndərə  bilmədilər. 

Halbuki Mürqab ilə Çiçəkdu arası on ağac məsafədir. Bu işi mən öz üzərimə 

almaq istədim. Amma bunu namus məsələsi edərək mənə də izin vermədilər. 

Şeybani xan geri qayıtdığı və il də artıq gecikilmiş olduğu üçün mirzə-

lərin bu qışı uyğun bir yerdə keçirərək, düşməni dəf etmək üçün  yazda bir-

likdə hərəkət etmələri qərara alındı. 

Mənə Xorasan civarında qışlamağı təklif etdilər. Kabil və Qəznə qarı-

şıqlıqla dolu yerlər olduğu üçün türklər və moğollar, aymaqlar və məiyyətlər, 

əfqanlardan  və  həzarələrdən  çeşitli  xalq  və  el  Kabilə  (188  a)  yığışmışdı. 

Üstəlik, Xorasan ilə Kabil arası ən qısa olan dağ yolu ilə qar və buz maneəsi 

olmasa  bir  ay  qədər  sürən  bir  yoldu,  ovalıq  üzərindən  isə  qırx-əlli  günlük 

yoldu. Bundan başqa, vilayət də hələ mənə könül bağlamamışdı və tərəfdar-

larımızdan heç kim bizim burada qışlamamızı doğru saymırdı. 

Mirzələrə  üzrümüzü  söylədik,  lakin  qəbul  etmədilər,  daha  artıq  israr 

etdilər. Nə qədər məzur görmələrini söylədiksə, təkliflərində bir o qədər is-

rar  etdilər.  Axırda  Bədiüzzaman  Mirzə,  Əbülmöhsün  Mirzə  və  Müzəffər 

Mirzə  çadırıma  qədər  gəlib  qışda  burada  qalmağı  təklif  etdilər.  Mirzələrin 

üzünə «xeyr» deyə bilmədik. 

Belə padşahların şəxsən özlərinin gəlib burada qalmağı təklif etmələri 

ilə  yanaşı  məndə  dünyanın  insanlarla  məskun  yerlərində  bir  bənzəri  daha 

olmayan və özəlliklə də Sultan Hüseyn Mirzənin dönəmində və onun idarəsi 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



202 

altında gözəlliyi və işıltısı on, hətta iyirmi misli artmış olan Heratı görmək 

arzusu da çox idi. Bu üzdən burada qalmağı qəbul etdik. 

Əbülmöhsün Mirzə öz vilayəti olan Mərvə getdi. İbn Hüseyn Mirzə də 

Tün və  Qayına  getdi.  Bədiüzzaman Mirzə ilə  Müzəffər Mirzələr də  Herata 

hərəkət  etdilər.  İki  üç  gün  sonra  mən  də  arxalarından  Çihil-Doxtəran  və 

Daş-Ribat yoluyla Herata doğru yürüdüm. 

Bütün  bəyimlər, Payəndə  Sultan bəyim, mənim  bibim  Xədicə bəyim, 

Apağ bəyim və Sultan Əbu Səid Mirzənin qızları olan digər bibi bəyimlərin 

hamısı  Sultan  Hüseyn  Mirzənin  mədrəsəsində  toplandılar.  Bütün  bəyimlər 



(188  b)  Mirzənin  məqbərəsindəydilər,  gedib  onları gördüm. Öncə Payəndə 

Sultan bəyim  ilə yükünərək görüşdüm. Ondan sonra Apağ bəyim ilə yükün-

mədən görüşdüm. Sonra Xədicə bəyim ilə yükünərək görüşdüm. 

Bir müddət orada oturduq və hafizlər Quran oxuduqdan sonra Xədicə 

bəyimin  çadırı  qurulan  güney  tərəfindəki  mədrəsəyə  getdik.  Xədicə  bəyim  

tərəfindən yemək verildi. 

Yeməkdən sonra Payəndə Sultan bəyimin evinə getdim. O gecə orada 

qaldım.  Əvvəlcədən  mənə  Baği-Nevdə  bir  yer  təyin  etmişdilər.  Ertəsi  gün 

gəlib Baği-Nevə endim və Baği-Nevdə bir gecə qaldım. Sonra onu da uyğun 

görməyərək  Əlişir  bəyin  [Nəvai]  evlərini  təyin  etdilər  və  Heratdan  gedənə 

qədər Əlişir bəyin evlərində qaldım. 

Hər  iki-üç  gündə  bir  dəfə  gedib  Baği-Cahanarada  Bədiüzzaman  Mir-

zənin hüzuruna çıxardım.  

 

MÜZƏFFƏR MĠRZƏNĠN DƏVƏTĠ 



 

Bir  neçə  gün  sonra  Müzəffər  Mirzə  məni  evinə  dəvət  etdi.  Müzəffər 

Mirzə  Baği-Səfiddə  otururdu.  Xədicə  bəyim  oradaydı.  Cahangir  Mirzə  də 

mənimlə birlikdə gəldi. Xədicə bəyimin hüzurunda yemək verildikdən sonra 

Müzəffər Mirzə  bizi  Babur Mirzənin  tikdirmiş  olduğu Tarabxana  adlı ima-

rətə götürdü. Tarabxanada içki məclisi quruldu. 

Tarabxana bağın ortasında yerləşir, iki qatlı, bir az kiçık, lakin olduq-

ca şirin bir imarətdir. Üst qatına bir az artıq bəzək vurmuşlar. Dörd guşəsin-

də dörd hücrə vardır. Bundan başqa, bu dörd hücrənin arasındakı və ortadakı 

boşluq tamamən bir ev içidir. (189 a) Hücrələrinin arası dörd şahnişin şək-

lində tikilmiş bir həyətdir. Bu evin hər guşəsi rəsmlərlə süslüdür. Bu imarəti 

Babur Mirzə tikdirsə də, bu təsvirlər Sultan Əbu Səid Mirzənin əmri ilə çə-

kilmişdir və onun meydan müharibələrini və çarpışmalarını əkc etdirir. 

Şimal tərəfdəki şahnişinə üzbəüz iki döşək qoydular, döşəklərin yan-

ları  şimala doğruydu.  Bir döşəkdə Müzəffər Mirzə ilə mən oturdum, digər 

döşəkdə  də  Sultan  Məsud  Mirzə  ilə  Cahangir  Mirzə  oturdular.  Müzəffər 

Mirzənin evində qonaq olduğumuz üçün Müzəffər Mirzə məni özündən yu-


BABURNAMƏ 

 

203 



xarıya oturtmuşdu. 

Saqilər  şərab  piyalələrini  doldurub  dolaşaraq  məclisdəkilərə  təqdim 

etməyə, məclisdəkilər də  bu saf şərabları abi-həyat  kimi  içməyə  başladılar. 

Məclis qızışdı, şərablar başa vurdu. Məni də içirmək və bu məclisə daxil et-

mək niyyətindəydilər. 

Mən gərçi bu vaxta qədər başıma vuracaq dərəcədə şərab içmir və sər-

xoşluğun  necə  olduğunu  bilmirdım,  lakin  şərab  içməyə  arzum  vardı  və  bu 

vadidən  keçməyi  könlüm  istəyirdi.  Uşaqlıqda  içkiyə  meylim  yoxdu  və  şə-

rabın ləzzətini bilməzdim. Bəzən atam şərab təklif edəndə üzr istəyir (l89 b) 

və  qəbul  etməzdim.  Atamdan  sonra  Xoca  [Mövlana]  Qazının  uğurlu  təsiri 

ilə zahid və müttəqi idim. Şərab içmək o yana, şübhəli yeməklərdən belə sa-

qınırdım. Sonraları gənclik həvəsi ilə nəfsimə yenilərək şəraba meylim orta-

ya çıxdı, lakin təklif edəcək bir adam yoxdu, hətta şəraba meylimin olduğu-

nu bilən də  yoxdu. Meylim olsa da, o zamana qədər tutmadığım bir işi öz-

özünə etmək çətin idi. 

«Madam ki bu qədər təklif edirlər və bütün eyş-işrətin səbəb və vasitə-

ləri mükəmməl və hazırdır, Herat kimi arəstə bir şəhərə gəlmişik, indi də iç-

məsəm, nə zaman içərəm» deyə düşündüm və içməyə qərar verərək bu va-

didən  keçməyə  əzm  etdim.  Lakin  «Bədiüzzaman  Mirzə  böyük  qardaşdır. 

Onun əlindən və onun evində içməyib kiçık qardaşının əlindən və kiçık qar-

daşının evində içsəm, xatirinə bir şey gəlir» deyə düşündüm və bu tərəddü-

dümü dilə gətirdim. Bu sözümü məqbul görüb məclisdə bir daha şərab təklif 

etmədilər. Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin birlikdə olduqları bir 

zamanda hər iki mirzənin təklifiylə içməmə qərar verildi. 

Məclisdə  xanəndələrdən  (190  a)  Hafiz  Hacı  ilə  Cəlaləddin  Mahmud 

Neyi vardı. Qulam Sadinin kiçık qardaşı Şadi Beçə çəng çalırdı. Hafiz Hacı 

gözəl  oxuyurdu.  Heratlılar  xəfif,  nazik  və  düz  oxuyur.  Cahangir  Mirzənin 

Mir  Can  adlı  səmərqəndli  bir  xanəndəsi  vardı,  zildən,  sərt  və  usulsüz  oxu-

yurdu.  Cahangir  Mirzə  keiflənincə  onun  oxumasını  əmr  etdi.  Çox  zildən, 

sərt  və  zövqsüz  oxudu.  Xorasanlılar  zərifdirlər,  onun  bu  oxumasından  biri 

qulağını  tutdu,  digəri  də  üzünü  turşutdu,  lakin  Mirzəyə  görə  heç  kim  ona 

mane ola bilmədi. 

Axşamdan  sonra  Tarabxanadan  Müzəffər  Mirzənin  tikdirmiş  olduğu 

yeni  qış  evinə  gəldik.  Bu  evə  gələndə  çox  sərxoş  olan  Yusif  Əli  Göyəldaş 

qalxıb rəqs etdi. Üsul sahibi bir adamdı; yaxşı rəqs etdi. Bu evə gələndə söh-

bət möhkəm qızışdı. Müzəffər Mirzə mənə kəmərilə birlikdə bir qılınc, quzu 

dərisindən bir kürk və cins bir boz at verdi. Bu evdə Canik bir türkü söylədi. 

Müzəffər Mirzənin Kəttə Mah və Kiçık Mah adlı oğulları vardı. Sərxoş olub 

bir az zövqsiz masqaralıqlar elədilər, şənlik axşama qədər davam etdi. Məc-

lis dağıldı. Mən o gecə o evdə qaldım. 

Qasım  bəy  mənə  şərab  təklif  etdikləri  xəbərini  duyub  Zünnun  bəyin 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



204 

yanına  adam  göndərmiş,  Zünnun  bəy  də  mirzələrə  nəsihət  edircəsinə  sərt 

sözlər söyləmiş, onlar da şərab təklifindən tamamən vaz keçmişlər (l90 b). 


Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin