ÜSYANÇILARIN YAXALANMASI
Məhəmməd Hüseyn Mirzə qorxusundan qaçaraq xanımın sandıq ota-
ğına girmiş və yataq əşyaları arasında gizlənmişdi. Bu evləri axtamağı və
Məhəmməd Hüseyn Mirzəni tutub gətirməyi kurqandakılardan Mirim Divan
ilə digər bəzilərinə tapşırdım. Bunlar da xanımın qapısına gedib bir az qaba
və tərbiyəsiz (201 b) sözlər söyləmişlər.
Axırda Məhəmməd Hüseyn Mirzəni xanımın sandıq otağında taparaq
ərkə, mənim hüzuruma gətirdilər. Mən əvvəlki kimi hörmət göstərib yerim-
dən qalxdım və o qədər də sərt qarşılamadım. Bu cür nifrət ediləcək və uta-
nılacaq bir hərəkətə girişən, bu cür bir fitnə və fəsada qarışan Məhəmməd
Hüseyn Mirzəni parçalatdırsam yeriydi, dürlü-dürlü əzab və işkəncə ilə öl-
dürülməyə dəyərdi. Lakin arada qohumluq olduğu və doğma xalam Xub Ni-
gar xanımın uşaqları olduğu üçün bu qohumluq haqqını xatırlayaraq Mə-
həmməd Hüseyn Mirzəni sərbəst buraxdım, Xorasan tərəfinə getməsinə izin
BABURNAMƏ
215
verdim.
Bu mürüvvətsiz və nankor adam canını bağışlayaraq etdiyim yaxşılığı
tamamən unutmuş, Şeybani xanın yanında mənim haqqımda iftiralarda və
şikayətlərdə bulunmuşdu. Qısa bir müddət sonra da şəxsən Şeybani xan onu
öldürərək cəzasını verdi.
Tu bəd konəndən xudra bərgüzar sepor,
Ki, ruzigər tura çakər əst kinə güzar.
Sana pislik edəni qədərə tapşır,
Çünki o sənin intiqam alan nökərindir.
Mirzə xanın arxasından göndərilən Qasım Kuhbər və digər bir neçə
igid Qarğabulaq təpələrində Mirzə xana çatırlar. Qaçıb qurtula bilmədiyi ki-
mi, əlini qaldıracaq gücü və cürəti də yoxdu, ələ keçirib gətirdilər. (202 a)
Mən əski divanxananın şimal tərəfindəki eyvanda otururdum: «Gəl
görüşək» dedim. Təlaşındanmı-nədir, yükünərək gəlincəyə qədər iki dəfə yı-
xıldı. Görüşdükdən sonra onu yanıma oturdaraq təsəlli etdim. Şərbət gətir-
dilər. Mirzə xanın yersiz qorxusunu rəf etmək üçün şərbəti əvvəlcə özüm
içdim, sonra da ona verdim.
Mirzə xanın tərəfini tutmuş olan sipahi və xalq, moğol və çağataylar
qorxu və tərəddüd içərisində idilər. Tədbirli davranaraq, Mirzə xanın bir ne-
çə gün öz böyük bacısının evində qalmasını əmr etdim. Bəhs etdiyim bu el
və uluslar hələ qorxu və tərəddüd içində olduğu üçün Mirzə xanın Kabildə
olmasını uyğun görməyərək bir neçə gün sonra Xorasan tərəfinə getməsinə
izin verdim.
BABUR ƏTRAFDA BĠR GƏZĠNTĠYƏ ÇIXIR
Bunların ayrılıb getmələrinə izin verdikdən sonra Baran, Çaşdubə və
Gülbahar ətəyi civarına gəzməyə getdik. Baharda Baran yaylası, Çaşdubə
çölü və Gülbahar ətəyi çox gözəl olur. Yaşıllığı Kabil vilayətinin digər yer-
lərinə görə daha yaxşıdır.
Çeşid-çeşid lalələr açır. Bir dəfə çevrədəki lalə çeşidini saymalarını
əmr etdim, otuz dörd çeşid lalə çıxdı.
Bu yerlərin təsvirində bir beyt söyləmişdim:
Səbzeyü güllər bilə cənnət olar Kabil bahar,
Xassə bu mövsümdə Varan yazısıyü Gülbahar.
Gəzməyə gəldiyimiz zaman da bu qəzəli yazdım:
Mənim könlüm ki gülün qönçəsi tək (202 b) təhbətəh
1
qandır,
Əgər yüz min bahar olsa, açılmağı naimkandır.
Gerçəkdən də bahar zamanı gəzmək, quş uçurmaq və quş ovlamaq
üçün -Kabil və Qəznə vilayətinin tərifində qısaca söylənib yazıldığı kimi-
1
Təhbətəh – üst-üstə, qat-qat, lay-lay
Zəhirəddin Məhəmməd BABUR
216
buralar qədər yaxşı yer az tapılar.
NASĠR MĠRZƏNĠN BƏDƏXġANDAN
SÜRÜLÜB ÇIXARILMASI
Bu il [Baburun ən kiçık qardaşı] Nasir Mirzə və adamlarının davranış-
ları və hərəkətləri üzündən Bədəxşan bəylərindən Məhəmməd Qurçu, Mü-
barək şah, Zübeyr və Cahangir bəylər özlərini təhqir olunmuş hiss etdilər,
hətta ona düşmən oldular. Hamısı birləşib əsgər sövq edərək, Kökçə çayının
Yəftəl və Raq tərəfindəki ovasında atlıları və yayaları toplayıb nizamlayaraq,
təpələrin üzərindən Hamçanın yaxınlarına gəldilər.
Nasir Mirzə və yanındakı təcrübəsiz igidlərsə yaxşı düşünüb araşdır-
madan bunlarla müharibə etmək üçün təpələrə gəlib vuruşurlar. Bu əngəbəli
ərazidə izdihamlı piyadaların üstünə bir-iki dəfə atla hücum etsələr də, bəri-
kilər qaçmayıb onları geri oturdur və lap axırda bunlar da heç bir şey edə
bilmədən qaçırlar. Bədəxşanlılar Nasir Mirzəni məğlub edib ona bağlı olan-
ların və yanındakı hər kəsin mallarını yağmalayırlar.
Nasir Mirzə də yanındakılarla birlikdə yenilmiş və yağmalanmış bir
halda İşkəmiş və Narin üzərindən Kilagahiyə gəldi. Qızıl-Su sahilindən yu-
xarıya doğru yürümək surətiylə Ab-Dərə yoluna girərək Şibertu keçidini aş-
dı və yağmalanıb soyulmuş, ac və çılpaq yetmiş-səksən adamı ilə birlikdə
Kabilə gəldi.
Allahın qəribə qüdrətidir ki, bundan iki-üç il əvvəl Nasir Mirzə bütün
el və ulusunu köçürdüb sürərək düşmən vəziyyətində Kabildən çıxıb (203 a)
Bədəxşana gedərək, dərə və kurqanlarını qapatmaq surətilə bəzi məqsədlər
güdmüşdü. Amma indi əvvəlcə etdikləri üzündən başı əyik və xəcil, o şəkil-
də ayrıldığı üçün peşman və mütəəssirdi. Mən də heç bir surətdə sərt dav-
ranmadım və mehribanlıqla hal-əhval tutaraq onu sıxıntıdan qurtardım.
BABURNAMƏ
217
KABİL - 913 (13 MAY 1507 - 2 MAY 1508)
DOQQUZ YÜZ ON ÜÇÜNCÜ ĠLĠN HADĠSƏLƏRĠ
GĠLCĠLƏRĠN ÜSTÜNƏ AXIN
[Əfqan əşirətlərindən] gilcilərə axın etmək məqsədilə Kabildən atlan-
dıq. Sərdihə enəndə oradan bir ağac məsafədə olan Məst və Sihkanədə çoxlu
məhmənədin [başqa bir əfqan qəbiləsi] bizdən xəbərsiz şəkildə oturduqları
xəbəri gəldi. Bütün bəylər və igidlər məhmənədlərə axın edilməsinə tərəfdar
idı. Amma mən dedim: «Heç rəvadırmı ki, başqa məqsədlə atlandığımız
halda öz rəiyyətimizə axın edib geri qayıdaq. Bu, mümkün deyil».
Sərdihədən hərəkət edib Kəttəvaz ovasını gecənin qaranlığında keçdik.
Gecə qapqaranlıq, yer də dümdüzdü, nə dağ nə təpə görünür, nə yol, nə də
iz bəlli olurdu. Heç kim qılavuzluq edə bilmədi. Axırda mən qılavuzluq
elədim. Bir-iki dəfə bu civara gəlmişdim. O zamandan xatırladıqlarımı yada
salaraq qütb ulduzunu sağ tərəfimə alıb hərəkət etdim. Allah rast gətirdi və
birbaşa Xoca İsmayıl dağlarına, gilcilərin oturduğu Qayaqtu və Ulabatu ça-
yının yanına gəldik. Bu çaydan bir yol çıxırdı. O çaya enib özümüz bir qə-
dər yatdıq, atlar isə (203 b) dincəldi, sonra dan ağararkən yenidən atlandıq.
Günəş çıxmışdı. Bu təpə və dərələrdən ovaya çıxanda gilcilərin qaral-
tısı və ya tüstüsü göründü. Ya məğrurluqdan, ya da gənclik atəşiylə əsgərin
hamısı axına qoyuldu. Bir-iki küruh axın edib adamları və atları oxla vura-
raq sürdülər. «Belə dördnala axın edən beş-altı min əsgərin dayandırılması
çox çətin olacaq» deyə düşündüm. Allah rast gətirdi, əsgər yatışdı.
Bir şeriyə yaxın irəlilədikdən sonra əfqanlarm qaraltısını görərək tək-
rar axın etdik. Bu axında çox qoyun ələ keçirildi. Heç bir axında bu qədər
çox qoyun ələ keçirilməmişdi. Malı toplayıb bir yerə endikdən sonra əfqan-
lar hər tərəfdən bölük-bölük gələrək ovaya enib bizi savaşa təhrik etdilər.
Bəzi bəy və içkilər o bölüklərdən birinin üstünə yürüyərək hamısını ələ ke-
çirib öldürdülər. Nasir Mirzə də digər bir bölüyə qarşı hərəkətə keçdi və ha-
mısını doğradı. Ölən əfqanlarm başlarından bir minarə quruldu. Adı daha
Zəhirəddin Məhəmməd BABUR
218
öncə çəkilmiş olan Dost Piyada Kütvalın ayağına bir ox dəydi və Kabilə gə-
ləndə öldü.
Xoca İsmayıldan qalxaraq Ulabatuya gəlib endik. Bəzi bəylərə və iç-
kilərə gedib qənimətin beşdə birini diqqətlə almalarını əmr etdim. Qasım
bəy ilə digər bəzilərinə hörmət edərək onların payının beşdə birini almadıq.
(204 a) Qənimətin dəftərə keçirilən bu beşdə biri on altı min qoyun tutdu ki,
bu da səksən minin beşdə biridir. Tələf olan və hörmət edilib alınmamış
olanlarla birlikdə, heç şübhəsiz, yüz min qoyun vardı.
BABURUN QATILDIĞI BĠR OV
Ertəsi gün oradan qalxıb Kəttəvaz ovasında sürək ovu quruldu. Bu
ovanın geyik və qulanı daima ətli və çox olur. Dairənin içərisinə çox qulan
və geyik girdi. Xeyli qulan və geyik vurdular.
Ov əsnasında mən də bir qulanı təqib etdim və yaxınlaşaraq bir ox at-
dım. Bir ox daha atdım, lakin bu yaralar ona yerə yıxacaq dərəcədə təsir et-
məmiş, yalnızca bu iki yara üzündən qaçması bir az yavaşımışdı. Atımı
mahmızladım. Gizlicə yaxınlaşaraq iki qulağı arasından tam ənsəsinə qılınc-
la vurdum. Başı kəsilib yalnız qırtlağından asılı qaldı, sıçrayıb öldü. Az qala
arxa ayağı üzəngimə ilişəcəkdi. Qılıncım çox yaxşı kəsdi. Çox kök bir qulan
idi. Bir qarışa yaxın yağı vardı.
Şirim Tağayi və Moğolistan qulanı görmüş olan digər bəziləri də hey-
rətlə «Biz Moğolistanda bu qədər kök qulan az görmüşük» dedilər.
O gün bir qulan daha vurdum. Bu ovda ələ keçən qulan və geyiklərin
çoxu kök idi, lakin heç biri mənim vurduğum qulan qədər yağlı deyildi.
Bu axından dönüb Kabilə gəldik.
ġEYBANĠ XANIN XORASANI ƏLƏ KEÇĠRMƏ TƏġƏBBÜSÜ
Keçən ilnin sonlarında Şeybani xan Xorasanı ələ keçirmək niyyətilə
Səmərqənddən qoşun (204 b) çəkmişdi. Əndəxudu əlində tutan namussuz və
nankor Şah Mansur Bəxşi Şeybani xanın yanına adamlar göndərib onun gəl-
məsini sürətləndirmiş və Əndəxud civarına gələndə də bu namussuz hərif
«Adam göndərdim» deyə özbəklərə etimad edib bəzənərək və başına lələk-
lər taxaraq, peşkəş və hədiyyələrlə qarşılamağa çıxınca başıboş özbəklər hər
tərəfdən hücum edərək bu alçağı, hədiyyələri və yanındakı adamları birlikdə
yağmalamışlar.
Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzə, Məhəmməd Burunduq Barlas,
Zünnun bəy Arğun hamısı Baba-Xaki civarında qoşunla birlikdə oturmuş-
dular, nə savaşmaq nə də kurqanı gücləndirmək üçün hazırlıq görməmişdilər.
Heç bir işi qərarlaşdırmadan və nə edəcəklərini dəqiq olaraq bilmədən çaş-
BABURNAMƏ
219
qın bir vəziyyətdə otururdular.
Məhəmməd Burunduq bəy iş bilən adamdı. «Müzəffər Mirzə ilə mən
Herat kurqanını gücləndirək, Bədiüzzaman Mirzə ilə Zünnun bəy də Heratın
ətrafındakı və civarındakı dağlara gedib Sistandan Sultan Əli Arğunu, Qən-
dəhar və Zəmindavərdən Şah bəy ilə Müqimi əsgərləri ilə birlikdə özlərinə
qatsınlar. Bütün həzarə və nəkdəri əsgərlərini də toplasın, hazırlıq görüb
yürüsünlər. Düşmənin dağlara getməsi zor olacaq, həm də dışarıdakı əsgərin
qorxusundan kurqanın üstünə də gələ bilməzlər» demiş və çox doğru söylə-
mişdi, ağlına çox yerində (205 a) bir fikir gəlmişdi.
Zünnun Arğun cəsur olmasına baxmayaraq xəsis və tamahkar, fikir və
tədbirdən uzaq, gic və dəlisov bir adamdı. O zaman böyük və kiçık qardaş-
lar Heratda ortaq bir şəkildə hakim idilər və o da -daha öncə söylədiyim ki-
mi- Bədiüzzaman Mirzənin yanında ixtiyar sahibiydi. Tamahkarlığı üzün-
dən Məhəmməd Burunduqun şəhərdə qalmasına razı olmadı və özünün şə-
hərdə qalmasını düşündü, lakin bunu da bacarmadı.
Onun axmaqlığına və dəliliyinə bundan daha yaxşı bir dəlil ola bilərmi
ki, bir dəstə saxtakar və hiyləgərin yalanlarına və öygülərinə inanaraq özünü
rəzil və rüsvay elədi. Bu hadisənin təfsilatı belədir: Heratda bu qədər etibar
və iqtidar sahibi olanda bir neçə şeyx və molla onun yanına gəlib deyirlər ki:
«Kütub bizimlə münasibətdə bulunur, sənə hizəbrullah [Allahın aslanı] ləqə-
bi verildi. Sən özbəkləri yenəcəksən». O da bu sözlərə inanaraq, boynuna fi-
tə bağlayıb Allaha şükürlər edirmiş. Bu üzdən də Məhəmməd Burunduqun
məqbul fikriylə hərəkət etməmiş, nə kurqanın gücləndirilməsi işiylə, nə də
savaş hazırlığıyla maraqlanmış, nə düşmənin yaxınlaşdığını xəbər verəcək
önçü və kəşfiyyatçıların yerləşdirilməsiylə, nə də düşmən gəlsə, savaşmaq
üçün səflərin düzənlənməsi ilə uğraşmışdı.
Şeybani xan məhərrəm ayında [1507 may-iyun] Mürqabdan keçib Sir-
Kay civarına (205 b) yaxınlaşdığında Mirzələrin bundan ancaq xəbəri oldu.
Sərsəmləşib heç bir iş görəbilmədilər. Nə qoşunu toplaya bildilər, nə də səf-
ləri qura bildilər. Hər kəs olduğu yerdən qaçmağa qoyuldu. Zünnun Arğun
ona söylənən bu sözə uyub qırx-əlli min özbəyin qarşısında yüz-yüz əlli qə-
dər adamıyla birlikdə Qara-Ribatda qalır. Düşmənin izdihamlı əsgəri yaxın-
laşınca da üstlərinə cumur. Özbəklər də onu ələ keçirib başını kəsdilər.
ġEYBANĠ XANIN HERATI ALMASI
Mirzələrin anaları, böyük və kiçık bacıları, arvadları və xəzinələrin
hamısı Ala-Kurqan deyə məşhur olan Qaleyi-İxtiyarəddində idi. Mirzələr
gecə şəhərə çatırlar, atları dincini alana qədər gecə yarısınadək yatırlar və
səhər vaxtı şəhəri tərk edirlər. Kurqanı gücləndirməyi belə düşünmürlər.
Analarını, böyük və kiçık bacılarını, ailələrini və uşaqlarını yanlarına alma-
Zəhirəddin Məhəmməd BABUR
220
dan, onları belə bir zamanda və belə himayəsiz bir vəziyyətdə özbəklərin
əsarətinə buraxıb qaçırlar.
Payəndə Sultan bəyim ilə Xədicə bəyim başda olmaq üzrə Sultan Hü-
seyn Mirzənin arvadları, Bədiüzzaman Mirzə ilə Müzəffər Mirzənin bütün
qadın və uşaqları, xəzinələri və ev əşyalarının hamısı Ala-Kurqanın içində
idi. Kurqan gərəkdiyi kimi qapalı və qorunaqlı bir hala gətirilmimiş, kurqa-
na yardım üçün göndərilən igidlər də hələ oraya çatmamışdılar.
Məzid bəyin [Arğun] kiçık qardaşı Aşiq Məhəmməd Arğun ordudan
piyada qaçıb gələrək kurqana (206 a) girdi. Kurqanda ondan başqa Əmir
Ömər oğlu Əli xan, Şeyx Məhəmməd Abdullah Bəkavul, Mirzə bəy Key-
xosrovi və Mirək Kurdivan vardı.
Şeybani xan gəldikdən üç gün sonra şeyxülislam və böyüklər əhd və
şərt bağlayıb dış kurqanın açarlarını alaraq onun hüzuruna getdilər. Bu Aşiq
Məhəmməd kurqanı on altı-on yeddi gün müdafiə etdi. Dışarıdan, Atbazarı
tərəfdən dəlik açıb kurqanın bir bürcünü havaya uçurdular. Kurqan əhalisi
də çaş-baş qaldı və kurqanı müdafiə etmədən təslim etdi.
Şeybani xan Heratı alınca bu padşahların ailələri ilə pis rəftar etməyə
başladı. Yalnız onlara qarşı deyil, bütün xalqa da eyni şəkildə pis davrandı.
Bu qaba, görməmiş adam beş günlük fani dünyada belə yaman ad qazandı.
Şeybani xanın Heratda elədiyi uyğunsuz hərəkət və işlərin bəziləri
bunlardı:
Bu dünyanın kirli hesabları üçün [Sultan Hüseyn Mirzənin arvadı] Xə-
dicə bəyimi Şah Mansur Bəxşi kimi bir namussuza verərək dürlü-dürlü əzab
və işkəncəyə məruz qoydurdu.
Şeyx Puran kimi vəli və əziz bir adamı moğol Əbdülvəhhaba, oğulla-
rının hər birini də ayrı-ayrı adamlara payladı.
Bütün şeir ərbabı və zövq sahiblərini Molla Bənnainin hakimiyyətinə
verdi. Xorasan nükdədanlarının buna dair söylədiyi bu qitə çox məşhurdu:
Bə cüz Abdullahi-kirxar imruz,
Nədidə heç şair ruyi-zərra,
Binai zər təmə darəd zi şair,
Məgər xahəd giriftan kiri-xərra
1
.
Bugün Abdullah Kirxardan başqa
Heç bir şair altın yüzü görməmişdir.
Bənnai şairdən altın umur,
Lakin kirxərdən başqa heç nə almayacaq. (206 b)
Şeybani xan Heratı alan kimi Müzəffər Mirzənin Xanzadə xanım adlı
1
Kirxər sözü erkək eşşəyin cinsi orqanı mənasına gəlir.
BABURNAMƏ
221
arvadını, iddət müddətinin
1
dolmasına baxmadan nikahlayıb aldı.
Heratın məşhur və zövq sahibi mollalarından olan Qazı İxtiyar ilə Mir
Məhəmməd Yusifə cahil olmasına baxmayaraq təfsir dərsi verdi.
Molla Sultan Əli Məşhədi ilə Bəhzad Mənsurun yazıları və rəsmləri
üzərinə qələm vurub düzəlişlər elədi.
Bir neçə gündə zövqsüz bir beyt söyləyir və onu minbərlərdə oxudub
bazarlarda asdıraraq şəhər xalqından hədiyyələr alırdı.
Düzdür, erkən qalxır, beş rükət namazını buraxmır və qiraət elmini
yaxşı bilirdi, lakin belə bir sürü gic, əbləhanə və kafiranə əməllər və işlər də
görmüşdü.
Heratı aldıqdan on-on beş gün sonra Kəhdistandan Püli-Salara gəlib
bütün qoşununu [oğlu] Teymur Sultan və Übeyd Sultanın tabeliyinə verib
Məşhəddə qafil oturmaqda olan Əbülmöhsün Mirzə ilə Kibək Mirzənin üs-
tünə göndərdi. Bunlar əvvəlcə qalanı gücləndirməyi düşünürdülər, sonra isə
əsgərin gəlməkdə olduğunu eşidərək başqa bir yoldan Şeybani xanın üstünə
sürətlə yürümək istəyirlər. Bu çox yaxşı bir fikirdi. Lakin heç birinə qərar
verə bilməyərək oturduqları üçün Teymur Sultan ilə Übeyd Sultan qoşunla
sürətli bir yürüyüş gerçəkləşdirərək gəlib yetişirlər. Mirzələr də qüvvətlərini
düzüb onların qarşısına çıxırlar.
Əbülmöhsün (207 a) Mirzəni dərhal ələ keçirib götürürlər. Kibək Mir-
zə bir neçə adamıyla böyük qardaşının düşməninə hücum edir, onu da götü-
rürlər. Hər iki qardaşı ələ keçirirlər. İkisini bir araya gətirdiklərində iki qar-
daş qucaqlaşıb öpüşərək halallaşırlar. Əbülmöhsün Mirzə qorxaqlıq edir, la-
kin Kibək Mirzə qorxusunu o qədər bəlli etmir. Şeybani xan Püli-Salarda
ikən hər iki mirzənin başını kəsib ona göndərirlər.
O günlərdə Şah [Şüca] bəy və kiçık qardaşı Məhəmməd Müqim [Ar-
ğun], Şeybani xanın qorxusundan mənə dəfələrlə elçilər və məktublar gön-
dərib bərabər olduqlarını və sədaqətlərini bildirdilər.
Müqim bir məktubunda məni açıqca çağırmışdı. Özbəklərin əyalətləri
bu şəkildə ələ keçirdikləri bir zamanda bizim seyrçi qalmamız doğru deyildi.
Bu qədər elçilər və məktublar göndərib bizi istədikləri üçün onların gəlib bi-
zə qoşulacaqlarına heç şübhə edilə bilməzdi.
Bütün bəylər və görüş sahibləri ilə danışıb məsləhətləşərək yola çıx-
mağa və Arğun bəyləri də bizə qoşulduqdan sonra onların da fikirlərini və
görüşlərini alaraq Xorasana doğru hərəkət etməyə qərar verdik. Bu niyyətlə
də Qəndəhara tərəfə yola çıxdıq.
Daha öncə bəhs etdiyim kimi, yengə deyə xitab etdiyim Həbibə Sultan
bəyim, Heratda qərarlaşdırdığımız kimi, qızı Məsumə Sultan bəyimlə birlik-
1
İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün keçməsi
lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə qədər keçəcək müddət
(ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün).
Zəhirəddin Məhəmməd BABUR
222
də gəldi. (207 b) Qəznədə görüşdük. Onlarla birlikdə Xosrov Göyəldaş, Sul-
tanqulu Çanaq və Gədayi Bilal da gəlmişdi. Bunlar Heratdan qaçıb öncə İbn
Hüseyn Mirzənin, oradan da Əbülmöhsün Mirzənin yanına getmiş, lakin
orada da qala bilməyərək bizə gəlmək üçün təkrar yola çıxmışlar.
Bunlarla birlikdə Qəlata çatanda orada ticarət üçün gəlmiş bir çox
Hindistan tüccarının olduğunu gördük. Əsgər oraya qəfil yetişdiyi üçün qaça
bilməmişdilər. Yanımdakıların çoxu «Savaş zamanında düşmən vilayətinə
getməkdə olanları yağmalamaq lazımdır» dedi.
Amma mən razı olmadım və dedim: «Tüccarların nə günahı var, belə
xırda-xuruş qazanca baxmadan, Allah rizasını almaq naminə bunlara toxun-
masaq, Allah da bunun əvəzini bizə artıqlaması ilə nəsib edəcəkdir. Necə ki
keçənlərdə gilcilərə axın üçün hərəkətə keçəndə məhmənd əfqanları qoyun
və malları, ailə və uşaqlarıyla əsgərdən bir ağac məsafədə ikən çoxunuz on-
lara axın etmək fikrindəydiniz. Yenə eyni düşüncəylə mən buna razı olma-
mışdım və ertəsi gün uca Allah dərhal düşmənlərimiz gilci əfqanlarının ma-
lından əsgərə o qədər çox qismət etdi ki, o zamana qədər heç bir axında bu
qədər çox qoyun ələ keçməmişdi».
Qəlatdan keçib endik və tüccarlardan hədiyyə olaraq bir az mal alındı.
Kabili aldıqdan sonra Xorasan tərəfinə getməsinə izin verdiyim Mirzə
xan ilə Xorasandan (208 a) ayrılanda orada qalmış olan Əbdürrəzzaq Mirzə
biz Qəlatdan keçərkən Qəndəhardan qaçıb gəldilər. Bəhar Mirzənin nəvəsi
və Cahangir Mirzənin oğlu Pir Məhəmməd Mirzə və onun anası da digər
mirzələrlə birlikdə gəlib bizə qoşuldular.
Şah [Şüca] bəy ilə Müqimə məktublar göndərib belə yazdıq: «Sizin
sözünüzlə buraya gəldik. Özbək kimi yabancı bir düşmən Xorasanı zəbt etdi.
Gəlin dövlətin yaxşılığı üçün nə şəkildə hərəkət etmək lazımsa, sizin iştira-
kınız və ittifaqınızla bir qərar verək».
Onlarsa məktub yazdıqlarını və bizi istədiklərini inkar edərək qaba və
sərt cavablar göndərdilər. Qabalıqlarından biri bu idi: Şah bəy mənə yazdığı
məktubunda möhürünü bir bəyin digər bir bəyə, hətta daha böyük dərəcədə
olan bir bəyin daha kiçık rütbəli bir bəyə yazdığı məktubda olduğu kimi,
məktubun arxasına və kağızın ortasına basıb göndərmişdi. Belə qaba hərəkət
etməmiş və bu cür qaba cavablar göndərməmiş olsaydı, iş bu dərəcəyə gəl-
məzdi. Necə ki bu söz çox doğrudur:
Setizə bəcan rəsanəd süxən,
Ki viran konəd xanədani kuhən.
Çəkışmə sözü elə bir məcraya çəkər ki,
Əski bir xanədanı məhv edər.
Bu anlaşmazlıq və qabalıqları üzündən ocaqlarını və otuz-qırx il ərzin-
də əldə etdikləri qazanclarını itirdilər.
Şəhri-Səfa civarında ikən bir gün yanlış həyəcan siqnalı nəticəsində
BABURNAMƏ
223
ordugah içində qarışıqlıq çıxdı. Bütün əsgər silahlanaraq atlara mindi. Mən
qüsl və təharətlə məşğul idim. (208 b) Bəylər çox təlaş etdilər. Mən də işimi
bitirərək ata mindim, yanlış bir xəbər olduğu üçün bir müddət sonra ortalıq
yatışdı.
Oradan qalxıb mənzil-mənzil yürüyərək gəlib Gura endik. Burada da
[arğunlarla] bir neçə dəfə danışıb anlaşma yolunu seçdik, amma fayda ver-
mədi, inad və sərkəşlik etdilər.
Ərazini bilən və bizə sadiq olanlar belə dedilər: «Qəndəhara gələn
çayların mənbəyi Baba-Həsən-Abdal və Xalişək tərəfidir, o tərəfə keçib
Qəndəhara gələn çayların hamısının qabağını kəsmək lazımdır». Buna qərar
verib sabah tezdən silahlanaraq, sağ və sol qolları və səfləri düzüb Xalişək
tərəfinə yürüdük.
Dostları ilə paylaş: |