(260 b) üç küruh qədər vardır. Dağları kiçık-kiçık təpələr halındakı dağlar-
dır. Kəndləri bu dağların ətəklərində yerləşir. Kənd olmayan yerlərdə tovuz
1
Sədi Şirazidən.
Zəhirəddin Məhəmməd BABUR
278
quşu və meymun çoxdur.
Ev toyuğuna bənzəyən bir cür toyuq da çoxdur, eynən toyuq kimidir,
lakin çoxu düz rəngdədir.
Qazi xanın harada olduğu dəqiq olaraq bilinmədiyi üçün harada olsa
oraya gedib hər hansı bir şəkildə ələ keçirilməsi işini Birim-Div Məlinhəslə
birlikdə Turdukeyə tapşırdım.
Dunun ətrafındakı bu kiçık dağlarda çox qorunaqlı qalalar var. Şimal-
şərq yönündə Qutilə adlı bir qala var ki, ətrafı yetmiş-səksən kari dərinliyin-
də qayalıqlarla çevrilmişdir. Böyük qapısının yerləşdiyi tərəf yeddi-səkkiz
kari qədərdir. Asma körpü qoyulan yerinin genişliyi on-on iki kan qədərdir.
İki uzun kötüyü körpü etmişlər, atları və heyvanları oradan keçirirlər. Bu
dağlarda Qazi xanın gücləndirdiyi kurqanlardan biri də bu imiş. Onun orada
adamları varmış. Axınçılar gedib savaşırlar. Tam almaq üzrə ikən axşam
olur, kurqanın içindəkilər də belə möhkəm bir kurqanı buraxıb qaçırlar.
Dun civarındakı digər bir möhkəm kurqan isə Gingutə kurqanıdır.
Onun da ətrafı uçurumdur, lakin digər kurqan qədər möhkəm deyildir. Aləm
xan, daha öncə də söyləndiyi kimi, bu Gingutə kurqanına girmişdi. (26l a)
BABURUN SULTAN ĠBRAHĠMĠN
ÜSTÜNƏ HƏRƏKƏTƏ KEÇMƏSĠ
Qazi xanı tutmaq üçün ilqar ayırdıqdan sonra himmət üzəngisinə basıb
təvəkkül cilovunu ələ alaraq o zamanlar paytaxtı Dehli olan Hindistan məm-
ləkətlərini idarə edən Sultan Bəhlul Ludi Əfqan oğlu Sultan İsikəndər oğlu
Sultan İbrahimin üzərinə hərəkət etdik. Mövcud əsgərinin min lek olduğunu
söylərlər və özü ilə bəylərində minə yaxın fil olduğunu təxmin edirdilər.
Bir mənzildən sonra Baqi Şiğavula Dibalpuru ehsan edib köməkçi ola-
raq Bəlxə göndərdim. Bəlxin işləri üçün çoxlu ağ axça və Kabildəki əqraba
və uşaqlara Milvət fəthində ələ keçən əşyadan hədiyyələr də göndərdim.
Dundan aşağıya doğru bir-iki mənzildən sonra Şah İmad Şirazi mənə
Arayiş xan ilə Molla Məhəmməd Məzhəbin məktublarını gətirdi. Bir qədər
sədaqət göstərib bu səfərə qeyrət və diqqət etmişlər. Biz də bir piyada vasi-
təsilə inayət fərmanları göndərdikdən sonra irəli hərəkət etdik.
Milvətdən gedən axınçılar Hürur, Kehlur və o civardakı dağ kurqanla-
rının hamısıni zəbt edib əhalisini yağmalayaraq gəlib bizə qoşuldular Çox
möhkəm olduğu üçün uzun zamandan bəri buralara heç kimsə girə bilmə-
mişdi. Aləm xan da çox pis bir vəziyətdə piyada və çılpaq gəldi. Bəy və iç-
kilərdən bəzilərini atlarla onu qarşılamağa göndərdim. Bu civarda ikən (261
b) gəlib bizə qoşuldu.
Axınçılar bu civarın dağ və dərələrinə də gedib bir-iki gün sonra gəl-
dilər. Önəmli bir şey ələ keçmədi. Şah Mir Hüseyn, Can bəy [Can Məhəm-
BABURNAMƏ
279
mədi] və digər bəzi igidlər də izin alıb axına getdilər. Dunda olduğumuz
günlərdə iki dəfə İsmayıl Cilvani ilə Bibənin məktubları gəldi. Buradan da
onların arzu etdikləri fərmanlar göndərildi.
Dundan qalxıb Ruperə gəldik. Burada ikən çox yağmur yağdı və hava
ümumən soyuq oldu. Ac və çılpaq hindistanlılar çox qırıldı. Ruperdən qal-
xıb Sihrind qarşısında yerləşən Kerələ enmişdik ki, «Sultan İbrahimin elçi-
siyəm» deyən bir hindistanlı gəldi, amma yanında məktub və yazısı yoxdu.
Bizdən elçiliyə bir adam istəmiş. Onu bir sevadlı mühafizlə birlikdə geri
göndərdik. Bu zavallılar gedincə İbrahim hər ikisini həbsə atdırmış. İbrahi-
mi məğlub etdiyimiz gün [=20 aprel 1526] sevadlı qurtularaq gəldi.
Bir dəfə də dincəldikdən sonra Bənur və Sənur çayının sahilinə endik.
Hindistanın böyük çayların dışındakı axarsulardan biri də budur. Buna Gə-
gər çayı deyirlər. Çitər də bu çayın kənarındadır.
Çayın yuxarı tərəfini seyr etmək üçün getdik. Bu çay Çitərin üç-dörd kü-
ruh yuxarısında bulaqdan başlayır. Seyr etmək üçün getdiyimiz bu çayın yuxarı
tərəfindəki geniş bir dərədən dörd-beş (262 a) dəyirman işlədə biləcək qədər su
çıxır. Bir az daha yuxarıda isə çox gözəl, havası xoş və uyğun olan yerlər var.
Bu çayın geniş dərədən çıxdığı yerə bir çarbağ salınmasını əmr etdim.
Bu su düzlüyə enib bir-iki küruh məsafə getdikdən sonra çaya tökülür.
Gəgər çayı qaynaqdan sızır. Yağmur mövsümündə bu çayın suyu çoxalaraq
üç-dörd küruh aşağıda Gəgər çayı ilə birləşdikdən sonra Samana və Sünna-
ma gedir.
Biz o yurdda ikən Dehlinin bu tərəfində duran Sultan İbrahimin ora-
dan irəliyə doğru yürüdüyü xəbərini aldıq. Hisari-Firuzənin şikdarı Həmid
xan Xassə-Heyl də Hisari-Firuzənin və o civarın əsgəriylə birlikdə hisardan
on-on beş küruh daha bu tərəfə doğru gəlibmiş. Kəttə bəy informasiya yığ-
maq üçün İbrahimin ordugahına tərəf yola düşdü, Mömin Atəkə isə Hisari-
Firuzə əsgəri haqqında bilgi toplamaq üçün göndərildi.
Bazar günü, cəmadiyüləvvəl ayının on üçündə [=25 fevral] Embalə-
dən qalxıb bir göl kənarına enmişdik. Mömin Atəkə ilə Kəttə bəy gəldilər.
Həmid xanın üstünə yürüməsi üçün Xoca Kəlan, Sultan Məhəmməd Dulday
və Vəli Xəzinə[çi]nin əmri altındakı bütün sağ qol adamını, Hindistanda qa-
lan bəylərdən Xosrov, Hindu bəy [Koçin], Əbdüləziz [Miraxur] və Məhəm-
məd Əli Cəng-Cəngi, mərkəzdən də içki və igidlərdən Şah Mansur Barlas,
Kəttə bəy, Mühib Əli Qurçu və digər adamlarla birlikdə Hümayunu (262 b)
görəvləndirdik.
Bibən də biz bu yurdda ikən gəlib bizə qoşuldu. Əfqanlar çox qaba və
axmaq olurlar. Dilavər xan həm nökər, həm də mövqeyi baxımından ondan
daha yüksək olduğu, Aləm xanın oğulları isə padşahzadə olduqları halda hü-
zurumuzda oturmazdılar. Amma bu adam oturmaq istədi. Onun bu məqbul
olmayan arzusuna kim qulaq asar.
Zəhirəddin Məhəmməd BABUR
280
Bazar ertəsi günü, ayın on dördü sabahı [=26 fevral] Hümayun Həmid
xanın üstünə hərəkət etdi. Hümayun sürətlə hərəkət edir və özündən əvvəl
yüz-yüz əlli yaxşı igidi önçü olaraq göndərir. Bunlar yaxınlaşıb savaşa tutu-
şaraq bir-iki əl atışdıqdan sonra arxadan Hümayunun qaraltısı görününcə
düşmən dərhal qaçır. Yüz-iki yüz adamını ələ keçirərək yarısının başını kə-
sib, yarısını da yeddi-səkkiz fillə birlikdə gətirdi.
Bəy-Mirək Moğol Hümayunun bu zəfərinin xəbərini cümə günü, ayın
on səkkizində biz bu yurdda ikən gətirdi. Ona dərhal bir xas paltar və axır-
dakı xas atlardan biri ehsan edilərək, mükafat da vəd olundu.
Bazar ertəsi günü, ayın iyirmi birində [=5 mart] biz hələ o yurdda ikən
Hümayun yüzə qədər əsir və yeddi-səkkiz fillə gəlib bizə qoşuldu. Ustad
Əliquluya və tüfəngəndazlara (263 a) əmr edildi, əsirləri ibrət üçün tüfənglə
qırdılar.
Bu, Hümayunun ilk səfəri və ilk dəfə gördüyü bir işdi, gələcək üçün
xeyirli bir əlamət idi. Qaçanları təqib edənlər onları qovalayaraq Hisari-Fi-
ruzəyə qədər gedib onu da dərhal alaraq yağmalayıb gəldilər. Hümayuna
çevrəsindəki bağlı yerlərlə birlikdə bir kürurluq vilayət olan Hisari-Firuzə
və bir kürur ağ axça mükafat verildi.
O yurddan qalxıb Şahabada gəldik. Dil yaxalamaq üçün Sultan İbra-
himin ordugahına adam göndərib bir neçə gün burada qaldıq. Rəhmət Piya-
də zəfərnamələrlə birlikdə Kabilə göndərildi.
Biz bu yurdda ikən bazar ertəsi günü, cəmadiyüləvvəl ayının iyirmi
səkkizində [=12 mart] günəş həməl bürcünə döndü.
İbrahimin ordusunun bir-iki küruh yürüyüb hər mənzildə iki-üç gün
duraraq gəldiyi haqqında arxa-arxaya xəbərlər alınmağa başlandı. Biz də hə-
rəkət edib Şahabaddan sonra arada iki dəfə dincələrək Cun çayının sahilində
Sərsavənin qarşısına gəlib endik.
Xoca Kəlanın nökəri Heydərqulu dil yaxalamaq üçün göndərildi. Mən
də Cun çayını keçid üzərindən keçərək gedib Sərsavəni seyr etdim. O gün
məcun yemişdik. Sərsavənin bir çeşməsi vardır və bu çeşmədən xeyli su
axır. Pis yer deyildir. Turdu bəy Xaksar tərif etmişdi (263 b) Mən də «Sənin
olsun» dedim və bu münasibətlə Sərsavə Turdu bəyə verildi.
Bir gəmidə talvar düzəltdirmişdim və bəzən gəmi ilə gəzintiyə çıxır-
dım. Bəzi səfərlərə də gəmiylə gəlirdim.
O yurddan çay sahilini izləyərək aşağıya doğru iki-üç mənzil getmiş-
dim. Dil yaxalamaq üçün gedənlərdən Heydərqulu xəbər gətirdi ki, Davud
xan ilə [onun böyük qardaşı] Hətəm xan beş-altı min adamla birlikdə Mi-
yan-Duab tərəfinə keçmişdir və bunlar İbrahimin ordugahından üç-dörd kü-
ruh irəlidə çəmbər qurub oturmuşlar.
Bunların üstünə yürümək üçün bazar günü, cəmadiyülaxır ayının sək-
kizində [=l aprel] Çin Teymur Sultan, Mehdi Xoca, Məhəmməd Sultan Mir-
BABURNAMƏ
281
zə ilə Adil Sultanı, Sultan Cüneyd, Şah Mir Hüseyn və Qutlu-Qədəmdən
ibarət bütün sol qol adamlarını, mərkəzdən isə Yunus Əli, Abdullah [Kitab-
dar], Əhmədi və Kəttə bəyi ilqara ayırdıq. Günorta üstü buradan suyu keçib
ikindiylə axşam arasında digər yaxadan hərəkətə keçdilər. Bibən də bu ilqar
bəhanəsi ilə suyu keçib qaçdı.
Bunlar fərz vaxtında düşmənin üstünə yetişirlər; onlar da bir az özləri-
ni döyüş nizamına girirmişlər kimi göstərir, lakin bizim adamların yetişməsi
ilə dərhal qaçırlar. Onları İbrahimin ordugahının qarşısına qədər vura-vura
təqib edirlər. Davud xanın böyük qardaşı və sərdarlarından biri olan Hətəm
xanı ələ keçirib yetmiş-səksən əsir və altı-yeddi fillə birlikdə gətirdilər. İbrət
üçün (264 a) əsirlərin çoxu qılıncdan keçirildi.
SAVAġA HAZIRLIQ
Oradan qalxıb sağ və sol qollarla mərkəz səfləri təftiş etdim. Əsgəri-
miz təxmin etdiyimiz qədər çıxmadı. Burada bütün əsgərə öz vəziyyətlərinə
görə arabalar gətirmələri əmr edildi. Yedi yüz araba oldu. Ustad Əliquluya
rum üsuluna görə, arabaların arasındakı zəncirlər yerinə öküz dərisindən qa-
yışlar büküb arabaları bir-birinə bağlamasını əmr etdim. Hər iki araba ara-
sında altı-yeddi qalxan olacaq, tüfəngəndazlar da bu arabaların və qalxanla-
rın arxasında durub tüfəng atacaqdıları. Bu hazırlığı tamamlamaq üçün bu-
rada beş-altı gün qaldıq.
Hazırlıqlar tamamlandıqdan sonra bütün bəyləri və söz anlayan yaxşı
igidləri də dəvət edərək ümumi bir məşvərət şurası keçirib buna qərar ve-
rildi: Panipat bir şəhərdir, məhəllə və evləri çoxdur, hər tərəfi məhəllə və
evdir. Ətrafını araba və qalxanlarla çevirib tüfəngəndazları və piyadaları da
arabalarla qalxanların arxasına qoymaq lazımdır.
Bu qərarla qalxıb arada bir dəfə yolda gecələdikdə sonra cümə axşamı
günü, cəmadiyülaxır ayının sonuncu günü [=12 aprel] Panipata gəldik.
Sağ tərəfimizdə şəhər və məhəllələr, önümüzdə yaradılan qalxanlar, sol
tərəfdə (264 b) və bəzi yerlərdə xəndəklər və ağac maneələr vardı. Hər ox atımı
məsafədə yüz-yüz əlliyə qədər atlının dışarı çıxa biləcəyi yerlər buraxıldı.
Əsgərin bir bölümü xeyli tərəddüd və qorxu içində idi, lakin tərəddüd
və qorxu yersizdi, çünki Allahın əzəldə təqdir etdiyindən başqa bir şey ola
bilməzdi. Lakin onları da ayıblamaq olmaz, onlar da haqlıydı, çünki vətən-
dən iki-üç ay yol qət edilərək gəlmişdilər və işləri də qəribə bir qövmlə idi.
Nə biz onların dilini bilirdik nə də onlar bizim dilimizi bilirdi.
Pərişan cameyü came pərişan,
Giriftar qövmeyü qövmi əcaib.
Pərişan bir topluluq ilə yenə pərişan bir kütlə,
Giriftar bir qövmlə əcaib bir qövm.
Zəhirəddin Məhəmməd BABUR
282
İbrahimin əsgərinin sayını bir lek təxmin edir, özünün və əmirlərinin
minə yaxın fili olduğunu söyləyirdilər. İki atasından [atası və babası] qalan
xəzinə də nəqd olaraq əlindəydi. Hindistanda bir adət var: belə bir iş olanda
ağ axça verib müəyyən bir müddətə əsgər tutur, bunlara da «bidhindi»
deyirlər. Sultan İbrahim istəsə bir lek, hətta iki lek belə adam tuta bilərdi.
Tanrı təala rast gətirdi, nə əsgərini məmnun edə bildi, nə də xəzinəsini pay-
laşdıra bildi. İgidini necə məmnun edə bilirdi ki, özü çox xəsis idi, üstəlik,
sərvət yığmağa çox həris idi. təcrübəsiz bir gənc idi, gəlişi, (265 a) duruşu,
yürüşü və savaşı diqqətsiz və məqsədsizdi.
Panipatda əsgərin ətrafı və civarı arabalar, ağac maneələr və xəndək-
lərlə düzənlənib gücləndiriləndə Dərviş Məhəmməd Sarban «Bu qədər ehti-
yat tədbirləri alındı, onun üstümüzə gəlməsi mümkün deyil» deyə ərz etdi.
Mən də belə dedim: «Sən bunları özbək xanları və sultanlarıyla müqa-
yisə edirsən? Bizim Səmərqənddən çıxıb Hisara gəldiyimiz il özbəklərin bü-
tün xan və sultanları yığılaraq hamısı birlikdə üstümüzə gəlmək niyyətilə
Dərbənddən keçmişdilər. Biz də bütün sipahilərin və moğolların ailələrini
və mallarını məhəllələrə doldurub məhəllələri sipərlərlə gücləndirmişdik. O
xanlar və sultanlar yürüşün və savaşın hesab və üsulunu bildikləri üçün bi-
zim ölümü və həyatı Hisarda görərək Hisarı gücləndirdiyimizi anlayınca Hi-
sar üzərinə yürümənin yolunu tapa bilməyib Çağanyan civarındakı Nəvən-
dakdan geri dönmüşdülər. Amma sən bunları onlara bənzətmə, bunlar iş he-
sabını və yürüş üsulunu haradan biləcəklər». Allah rast gətirdi və tam mə-
nim dediyim kimi oldu.
Yeddi-səkkiz gündür Panipatda idik. Adamlarımız kiçık dəstələr ha-
lında düşmən ordugahına qədər gedib izdihama qarşı ox atır və baş kəsib gə-
tirirdilər. Onlar isə heç bir hərəkətdə buluna bilmirdilər.
Axırda bizə sadiq olan (265 b) bəzi Hindistan bəylərinin fikrinə görə
hərəkət edib Mehdi Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Xosrov,
Şah Mir Hüseyn, Sultan Cüneyd Barlas, Əbdüləziz Miraxur, Məhəmməd
Əli Cəng-Cəng, Qutlu-Qədəm, Vəli Xəzinə[çi], Mühib Əli Xəlifə, Məhəm-
məd Bəxşi, Can bəy [Can Məhəmməd] və Qara Quzu komandanlığındakı
dörd-beş min adamı gecə basqınına göndərdik. Bunlar gecə bir-birləri ilə
əlaqə qura bilməyərək dağınıq bir halda gedirlər. Bir iş görə bilmədilər. Dan
ağarıb aydınlıq oluncaya qədər də düşmən ordugahının yaxınında qaldılar.
Düşmən birlikləri naqaralar çalıb filləri ilə birlikdə döyüş nizamına girmiş
bir halda qarşı çıxdı. Bizimkilər bir iş edə bilməsələr də, bu qədər çox in-
sanla çarpışaraq itkiyə uğramadan sağ və salim çıxıb gəldilər. Məhəmməd
Əli Cəng-Cəngin ayağına bir ox isabət etdi, gərçi təhlükəli deyildi, lakin sa-
vaş günü o, işə yaramadı.
Bu xəbəri alınca, Hümayunu əsgəriylə onların qarşısına bir və ya bir
yarım küruh qədər göndərib özüm də qalan əsgərlə birlikdə döyüş nizamına
BABURNAMƏ
283
girmiş bir halda irəlilədim. Gecə basqınına gedənlər də gəlib Hümayuna qo-
şuldular. Düşmən artıq irəliləməyincə biz də yerimizə döndük. O gecə ordu-
gahda yersiz bir qarışıqlıq çıxdı. Bir geriyə yaxın bir müddət boyunca savaş
nərələri və gurultu davam etdi. Belə gurultuya alışıq olmayan əsgərlər xeyli
tərəddüd və qorxu keçirdilər. Bir müddət sonra (266 a) gürültü yatdı.
PANĠPAT SAVAġI
Cümə günü, rəcəb ayının səkkizində [=20 aprel] fərz vaxtı önçülə-
rimizdən düşmənin səf halında irəliləməkdə olduğu xəbəri gəldi. Biz də zi-
reh geyib silahlanaraq atlara mindik.
Sağ qol alayında Hümayun, Xoca Kəlan, Sultan Məhəmməd Dulday,
Hindu bəy, Vəli Xəzinə[çi], Pirqulu Sistani, sol qol alayında Məhəmməd
Sultan Mirzə, Mehdi Xoca, Adil Sultan, Şah Mir Hüseyn, Sultan Cüneyd
Barlas, Qutlu-Qədəm, Can, Məhəmməd Bəxşi və Şah Hüseyn Yaregi Moğol
Qançı, mərkəzin sağ qolunda Çin Teymur Sultan, Süleyman Mirzə, Məhəm-
mədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli, Dərviş Məhəmməd Sarban
və Abdullah Kitabdar, mərkəzin sol qolunda Xəlifə, Xoca Mir Miran, Əh-
mədi Pərvançı, Turdu bəy, Qoç bəy, Mühib Əli Xəlifə və Mirzə bəy Tarxan,
önçü qolunda Xosrov Göyəldaş və Məhəmməd Əli Cəng-Cəng vardı. Əbdü-
ləziz Miraxuru ehtiyatda saxlamışdıq. Sağ qol alayının bir ucunda Vəli Qızıl
və moğollarıyla birlikdə Məlik Qasım Baba-Qaşqa, sol qol alayının bir
ucunda da Qara Quzu, Əbülməhəmməd Nizəbaz, Şeyx Camalın oğlu Şeyx
Əli Barin, Mehdi və Tanrıqulu Pışqı Moğolu mühasirə bölüyü üçün ayırdıq.
Bu mühasirə bölüyündəki iki qitə düşmən yaxınlaşınca, sağ və sol qoldan
irəliləyərək düşməni arxadan mühasirə edəcəkdi. (266 b)
Düşmənin qaraltısı görünəndə daha çox sağ qol alayı tərəfinə doğru
ağırlıq verdikləri anlaşıldı və bu üzdən də ehtiyatda saxlanan Əbdüləziz sağ
qol alayına köməkçi göndərildi. Sultan İbrahimin qaraltısı uzaqdan göründü-
yü andan etibarən heç bir yerdə durmadan sürətlə gəlirdi. Bir az irəliləyincə
bizim qaraltımız da onlara göründü. Bizim savaş düzənini və səflərimizi gö-
rdükdə sıxılmış bir vəziyyətdə «Duraqmı, durmayaqmı, gedəkmi, getmə-
yəkmi?» dermiş kimi, nə dura bildilər, nə də əvvəlki kimi heç durmadan üs-
tümüzə yürüyə bildilər.
Mühasirə bölüyünə sağ və sol qoldan düşmənin arxasına keçib ox ata-
raq savaşa girməsi, sağ və sol qol alaylarının da yürüyərək düşmənə hücum
etməsi əmr edildi. Mühasirə alayı düşmənin arxasına keçib ox atmağa baş-
ladı. Sol qol alayından Mehdi Xoca daha əvvəl hücum etdi. Mehdi Xocanın
qarşısına yanlarında bir fili olan bir dəstə irəlilədi, bunlar da o dəstəni ox
yağmuru altında qoyaraq geri qaytardılar.
Sol qol alayına mərkəzdən Əhmədi Pərvançı, Turdu bəy, Qoç bəy və
Zəhirəddin Məhəmməd BABUR
284
Mühib Əli Xəlifə köməkçi olaraq göndərildi. Sağ qol alayı da savaşa girdi.
Məhəmmədi Göyəldaş, Şah Mansur Barlas, Yunus Əli və Abdullaha mərkə-
zin önündən qarşıya yürüyüb hərəkətə keçmələri əmr edildi. Ustad Əliqulu da
mərkəzin önündən bir neçə dəfə firəngi topuyla yaxşı mərmi atdı. Mustafa
Topçu [Rumi] də mərkəzin sol qolundan araba üzərindəki (267 a) zərbzən
toplarıyla yaxşı mərmi atdı. Sağ və sol qol alayları, mərkəz və mühasirə ala-
yındakılar düşmənin ətrafını çevirib ox yağmuruna tutaraq şiddətlə savaşdılar.
Düşmən bizim sağ və sol qol alaylarımız tərəfinə bir-iki dəfə qısa-
qısa hücumlar etdi. Bizim adamlarımız da ox atıb ox yağmuruyla onları
təkrar mərkəzlərinə qaytardılar. Düşmənin sağ və sol qol alayları hamısı bir
yerdə toplanaraq elə bir şəkildə tıxandılar ki, nə irəli gələ bildilər, nə də
qaçmaq üçün yol tapa bildilər. Savaş başladığında günəş bir nizə boyu qədər
yüksəlmişdi, günortaya qədər şiddətli savaş davam etdi. Günorta vaxtı düş-
mənlər qəhr olub məğlub edilərkən dostlar da sevindilər.
Tanrı təala öz fəzl və kərəmiylə bu qədər zor bir işi asanlaşdırdı. İzdi-
hamlı bir ordunu yarım gündə yerlə bir etdi. Beş-altı min adam İbrahimin
tam yaxınında bir yerdə vurulmuşdu. Bu savaşda bütün cəbhədə ölənlərin
sayını on beş-on altı min qədər təxmin edirdik. Sonradan Aqraya gələndə
Hindistan xalqının söylədiyinə görə bu savaş meydanında qırx-əlli min ada-
mın ölmüş olduğu anlaşıldı.
Düşməni məğlub etdikdən sonra vura-vura təqib etdik. Qarşı tərəfdən
ələ keçirilən əmirləri və bəyləri gətirməyə başladılar. Filçilər filləri sürülər
halında gətirib hədiyyə etdilər. Düşməni (267 b) təqib edərkən İbrahimi şə-
hərdən çıxmış zənn edərək xassə alayından Qəsəmtay Mirzə, Baba Çöhrə və
Böçkə komandanlığındakı adamlara İbrahim Aqraya varmadan sürətlə yürü-
yüb onu ələ keçirmələri üçün təqibçi olaraq vəzifə verdik.
İbrahimin ordugahının içərindən keçərək otaqları və çadırlarını seyr
edib Qarasuyun kənarına endik. İkindəyə yaxın Xəlifənin kiçık qaynı Tahir
Təbəri Sultan İbrahimin cəsədini bu qədər ölünün içindən tanıyıb başını kə-
sib gətirdi.
O gün dərhal Hümayun Mirzə, Xoca Kəlan, Məhəmmədi, Şah Mansur
Barlas, Yunus Əli, Abdullah [Kitabdar] və Vəli Xəzinə[çi]yə yüksüz olaraq
sürətlə yürüyüb Aqrayı ələ keçirmək və xəzinələri zəbt etmək tapşırıldı.
Mehdi Xoca, Məhəmməd Sultan Mirzə, Adil Sultan, Sultan Cüneyd Barlas
və Qutlu-Qədəmi də yüksüz olaraq sürətlə hərəkət edib Dehli kurqanına gi-
rərək xəzinələri mühafizə etmələri üçün ayırdıq.
BABURUN DEHLĠYƏ GĠRMƏSĠ
Ertəsi gün qalxıb bir küruh məsafə gəldikdən sonra atlar üçün Cun sa-
hilinə endik. Arada iki dəfə dincəlib çərşənbə axşamı günü Şeyx Nizam Öv-
BABURNAMƏ
285
liyanın məzarını ziyarət edərək Dehlinin qarşısına Cun sahilinə endik.
Çərşənbə günü Dehli kurqanını seyr edib gecəni orada keçirdikdən
sonra ertəsi cümə axşamı günü Xoca Qutbəddinin məzarını ziyarət edib Sul-
tan Qiyasəddin Balban və Sultan Əlaəddin Xilçinin qəbrlərini, imarətlərini,
(268 a) minarəni, hövzi-şəmsi və hövzi-xası, Sultan Bəhlul ilə Sultan İskən-
dərin qəbr və bağlarını seyr etdikdən sonra ordugaha gələrək gəmiyə minib
mey içdik. Dehlinin şikdarlığını Vəli Qızıla ehsan edib Dostu [eşik-ağa]
Dehli vilayətinə divan təyin etdik. Mövcud xəzinələri möhürləyib bunların
məsuliyyətinə verdik.
Cümə axşamı günü oradan qalxıb Tuğluqabad qarşısında Cun sahilinə
endik. Cümə gününü orada keçirdik. Mövlana Mahmud Fərabi ilə Şeyx
Zeyn gedib Dehlidə cümə namazını qılıb mənim adıma xütbə oxutdular; fə-
qir və miskinlərə bir qədər ağ axça paylayaraq orduya gəldilər.
Şənbə oradan qalxıb Aqraya doğru mənzil-mənzil hərəkət etdik. Mən
gedib Tuğluqabadı seyr etdikdən sonra təkrar ordugaha gəldim.
Cümə günü, rəcəb ayının iyirmi ikisində [=4 may] Aqranın məhəllələ-
ri içində olan Süleyman Şeyxzadə Fərmülinin imarətinə endik. Bu yer kur-
qandan xeyli uzaqda olduğu üçün ertəsi gün qalxıb Cəlal xan Cighətin ima-
rətinə gəldik. Hümayun bir az öncə gəlmişdi. Kurqandakılar bəhanə irəli sü-
rərək hiyləyə əl atmışlar. Bunlar da əhalinin başsızlığını düşünüb «Birdən
xəzinələrə əl uzadarlar» deyə biz gəlincəyə qədər dışarı çıxılacaq yolları qo-
ruma altına almışdılar.
Bikermacit Hindu Güvalyar racəsi idi və babaları yüz ildən artıq Gü-
valyar vilayətində (268 b) səltənət sürmüşdülər. İskəndər Güvalyarı almaq
üçün bir neçə il Aqrada oturdu. Sonra İbrahim zamanında da Əzəm Hüma-
yun Servani bir neçə dəfə buranı şiddətli bir şəkildə mühasirəyə almış və
axırda [=1518] barış yoluyla ələ keçirib yerinə Şəmsabadı vermişdi.
Bikermacit də biz Sultan İbrahimi yendiyimiz zaman cəhənnəmə vasil
olmuşdu. Ev əhli və uşaqları Aqradaydı. Hümayun Aqraya gələndə Biker-
macitin ev əhlinin qaçma niyyəti varmış. Hümayun getmələrinə izin vermə-
miş. Bir çox cəvahiri və qiymətli daşı Hümayuna könüllü hədiyyə etmişlər.
Bunlar arasında Sultan Əlaəddinin [Xilçi] gətirmiş olduğu məşhur bir almas
vardı. Elə məşhurdu ki, bir mütəxəssis bunun qiyməti haqqında «Bütün dün-
yanın iki yarım günlük məsrəfi» demişdir. Deyəsən, səkkiz misqaldır. Mən
gələndə Hümayun onu mənə peşkəş etdi, mən də Hümayuna bağışladım.
Kurqandakı sipahilər arasında məşhur adamlardan Məlikdad Kərani,
Məlik Süruk və Firuz xan Mivati də vardı. Bunlardan bəzi hiyləgərlik gör-
dük və cəzaları nə isə verdik. Məlikdad Kəranini göndərərək bəzi istəklərdə
bulundular. Bir qərara bağlanıncaya qədər gedə-gələ dörd-beş gün vaxt keç-
di. Axırda onlara istədikləri kimi inayət və şəfqət göstərib bütün mallarını
özlərinə verdik. İbrahimin atasını da xidmətçiləri ilə birlikdə çıxarıb
Zəhirəddin Məhəmməd BABUR
286
Aqradan bir küruh məsafədə və suyun aşağısında yeddi leklik bir yurd (269
Dostları ilə paylaş: |