Rzaqulu bəy miRZƏ camal oğlu pənah xan və İbrahim xanin qarabağda hakiMİYYƏTLƏp və o zamanin hadiSƏLƏRİ


ƏSARİ-SABİQDƏ QARABAĞ VİLAYƏTİNİN



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix31.01.2017
ölçüsü2,03 Mb.
#7197
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 
ƏSARİ-SABİQDƏ QARABAĞ VİLAYƏTİNİN 
ADƏTİN VƏ QAYDALARIN VƏ TƏBƏƏLİYİN 
BƏYAN EDƏR 
 
Cənnətməkan Səfəviyyə padşahlarının  əsrlərində  xəvanini-Gəncənin  əsilləri 
Qacariyyədir və  məşhur Ziyadoğluna aid edirlər idi. Həmə  vəqt onlar şahani-
Səfəviyyənin müxlis dövlətxahları və xeyir-xahları və safül-əqidə dərgahları var 
idilər və daim o dudman rüfət bünyanə xülumi-tam ilə xidmətgüzar və 
sədaqətşüar olduqları səbəbinə əksəri-övqat onların əhdlərində bəylərbəyi sahibi-
kar və  sərdari-külli-ixtiyar həm olardılar. Belə ki, Sınıq körpü yuxarı Sürüdaş 
Gürcüstan ilə və puli-Xudafərin və Araz çayı Azərbaycan
1
 ilə onların sərhədləri 
olub və  həmişə  Gəncədə sakin və hakim olublar. Və  bəzi zaman Azərbaycana 
dəxi hökumət ediblər. Çün 1148-ci ildə Nadir şah özünün səltənətinə cülus edib 
məmaliki-İrana padişah oldu
2
.  Əvvəl səhrayi-vəsi ül-fəzayi-Muğanda qışlaq və 
binayi çadır və otaq qoyub tamami-məmləkəti-İranın üməra və üləmasın və əyan 
və  əkabir və  ərkani-dövlətin o məkanə  cəm edib onlara dedi ki, əyyühənnas 
Sizlərə vazeh və rövşəndirlər ki, məmaliki-İranı hər tərəfdən əcnəbi və biganələr 
əl tapıb qarət və viran və tarü mar etmişdilər. Həqq-təala tofiqi ilə  təmami-
təvayifı biganələrdən xilas etdim və  səy ehtimam edib təsərrüfə getdim, şimdi 
həm həzrəti  şah Təhmasibi-Səfəvi hazır və  məlum və  həm oğlu Abbas Mirzə 
əgərçi tifli çahar salədir, yenə mövcud və mənzur hansı birisin layiq və məsləhət 
bilirsiniz təhti-səltənətdə mütəməkkin edin. Mən özüm də sizinlə ittifaqi-kəmər 
xidmətlərin miyançecanə üstüvar edib, xülusi-təmam ilə xidmətgüzar və cansipar 
olaq. Pəs əhaliyi İran hamı əyan və əkabir təmamən müttəfıq ülləfz və lisan bu 
kəlamatı təqrir və bəyan etdilər: “Çün bizim can və malımızı və namus əyalımızı 
müxaliflər çəngində əsir və dəstgir və əhaliye-zülm əlində müqəyyid və məhbus 
və biəmir ikən, siz himayət və siyanət buyurub xilas edibsiniz. Gərəkdir ki, 
 
 
 
 
 
 
________________________ 
1
Cənubi Azərbaycan nəzərdə tutulur. 
2
Miladi tarixi ilə 1736-cı ildə Muğan qurultayında Nadir özünü İranın şahı elan etdi. 
 
  
 119

bizim sultanımız və padişahımız yenə sizin vala-cənabınız ola ki, sizin vücudi-
məsudinizdən qeyri heç kimsə  səltənəti-İranı  vərtəq və  fətəqi-mümümmati-
cahani kəmayanbəqi dolandırmağa şayəstə və sizavar ola bilməz”. 
Hərçənd Nadir şah üzv və  təhaşa edib, qəbuli-əmri-səltənət eylə-məzdi, 
amma xəlaiq qəbul etməyib, israr və ilhahı həddən keçirdilər. Axır ki, qəbul edib 
məzkur sənədə evrəngi-səltənətə cülus edib, məsnədi-şahlıqda mütəməkkin oldu. 
Pəs  şul məclisi-üzəma və  məc-məyi-kübərayi-şura Muğanda bu güftəgu və 
mühavirə və müşavirələr müddəti bir ay və bəlkə ziyadə çəkdi. Haman vaxtlarda 
Gəncə xanı Ziyadoğluları pünhan və  aşkar çox səy və  təlaş edirdilər ki, 
Səfəviyyə nəslindən qeyri heç kəs kimsə əcnəbilərdən İrana şah olmasın və sair 
əsnafi-biganə balişi-səltənətə söykənməsin. Bunların bu gunə  fıkir və  təlaşın 
tamam Nadir şaha xəbər aparmışlar. Elə ki Nadir padişah oldu və təxti-səltənətdə 
qərar qıldı, Ziyadoğlular nəzərdən düşüb, Nadir şahın məğzubi oldular və əz bəs 
ki, ocaqi-əzim və dudmani-qədim var idilər, o səbəbə görə bunlara qeyri-tənbeh 
və siyasət rəva görməyib həmin məratib və  mənasiblərin və nemət və 
təvabelərini alıb  əfsurdəhal və  məqsurulcəlal etdi. Belə ki, Qazax Borçalını ki, 
ilati-mötəbər idilər, xəvaniləri ilə Gürcüstan valisinə  təfviz etdi və Qarabağın 
ilatın ki, Kəbirli və Cavanşir və Otuziki ola, sürüb Xorasana aparıb Sərəxs 
torpağında məskun etdi. Xəmsə əraminə mahalların dəxi alıb, mütləqül-inan qılıb 
buyurdu ki, lazım olan mühümmatlarını  vəqti-ləvazimdə özləri  əlizəcat ilə 
məzuri-pişgahi-hüzur etsinlər. Pəs xəvanini-Gəncənin hamı ixtiyarları əllərindən 
gedib, məslubül-ixtiyar və mütkəsirül-bal oldular. Amma Nadir şah əsrindən irəli 
Qarabağın tamam ilatı və Xəmsə mahalları və Bərgüşad və Həkəri çayları əgər 
ki, kiçik xanlar Cavanşir və Otuziki və Bərgüşad ellərinin içində olublar, amma 
hamıları tamamən Gəncə  bəylərbəyisinə tabe olubdurlar. Gah zaman dəxi 
Azərbaycan sərdarının ziri-hökmündə olublar. Bəd öz an ki, Nadir şah Gəncə və 
Tiflis və Qarabağ  və  İrəvan və Naxçıvan və  Şirvanatı Rum əhlinin qanunlarını 
təsəllüblərindən çıxarıb öz təsərrüfünə götürdü. Bir qəlil müddətdə bu vilayətlər 
Gəncə hakiminə baxdılar. Amma sonra Azərbaycan bəylərbəyisinə tabe oldular. 
Belə ki, hər mahalların və ellərin içində xanlar və  məliklər və mübaşirlər 
olardılar. Amma 
 
  
 120

xədamati-divani və fərmayişi-padişahi-sərdari-Azərbaycanın əmri və mərifəti ilə 
əncamə yetirdilər. Tainki Nadir şahı 1160-cı ildə cəmadül-axır ayının on beşinci 
gecəsi ki, yekşənbə gecəsi idi
1
, Fəthabad mənzilində  Məhəmməd bəy Qacar, 
Qacar İrəvanlı və Musa bəy Gündüzlü, Əfşar Qarimi və Qoca xan Əmirli, Əfşar 
Urmulu, Nadir şahın qardaşı oğlu Əliqulu xanın işarəsi ilə və Qırqulu Saleh xan 
Əbivərdinin və Əfşar Məhəmmədqulu xan Keşikçibaşının və hafeyi-keşiklərinin 
ittifaq və icvaları ilə öz ordusunda sərapərdə içində yatmış yerdə başını  kəsib 
kuyi-baziye-tiflan eylədilər və o baş ki, xaqan və qeysərə  sərəfrazlıq edirdi, 
ayaqlar altında paymali-ətfal etdilər. Pəs ondan sonra vilayətlər məğşuş  və 
pərişan və məmalik xərab və viran olub, zəmanə qeyri nəsəq və siyaqə mübəddəl 
oldu. Bilmüəllifəhu: 
 
Övzai-dəhrü kari-cahan dövri-ruzigar,  
Daim təğyir ilə təbdil qılıb şüar.  
Bundan qiyas eylə ki, gör gahi-yay olur  
Gah xəzanu, gahi zimistanu, gahi bahar.  
Gah səfavu eyşü təravətdədir çəmən,  
Məcmu səbzü xürrəm olur dəştü kuhsar.  
Gah fəsürdəxatir üşşaq tək zəmin,  
Fəsli xərif cümlə nəhifu fükaru qar.  
Güldən gedər ətrü səfa gördüyün təmam  
Biçarə əndəlib olur bağdan kənar.  
Gəh bir zəlili qaldırubən bəhr edər əziz,  
Eylər cahanə xosrovi-sultani-tacidar.  
Gəh bir əzizi-sərverü sultanu xan inək  
Eyler bu ruzigari-cahanda zəlilü xar.  
Ari, Xəzani dehrdə bu rəsmdir qədim,  
Əlbəttə bu fənayə könül vermə zinhar. 
 
 
 
 
 
1
 Nadir şah 1160/1747-ci ilin iyun ayının 25-də öldürülmüşdür. 
  
 121

ÜÇÜNCÜ FƏSİL 
 
PƏNAH XAN MƏRHUMUN ƏSİL VƏ 
NƏSƏBİNİN VƏ QARABAĞ VİLAYƏTİNDƏ 
HÖKUMƏT QILMAĞIN VƏ İSTİQLAL 
BULMAĞIN BƏYAN EDƏR 
 
Mirzə Camal mərhum yazar ki, Pənah xanın  əsil-nəsəbi Cavanşir Dizaq 
elindən və Sarıcalı oymağındandır ki, Sarıcalı həm qədim Bəhmənli elindən bir 
firqədir ki, əyyami-sabiqdə Türküstan məmləkətindən gəliblər. Amma Mirzə 
Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi 
Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin 
dövlət və  səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib 
əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavanini-
Gəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş. 
Sonra ali olan hümməti şöylə xanlara xidmət-güzar olmağı özünə ar bilib, oradan 
Qarabağa gəlib Cavanşir içində  bəxti-cavani-yarıt qılıb, çox dövlət və mal və 
həşəm üz verib və bir fərzəndi-ərcüməndi və bir mövludi-səadətməndi dəxi 
təvəllüd edib ki, hüsni-vəcahəti və camali-bilətafəti həddən ziyad imiş. Pəs ol 
əxtər bürci-nəcabətə  və ol mehr-süpehri-şərafətə  Əli müsəmma ediblər və çün 
cəmali-rüxsarı  və dürrbar olan məqal və göftarı ata-anasının gah misal olan 
qülubi-xatirələrini kəhrəba kimi məczubi-məhəbbət etmişdi. Bu səbəb kəsrəti-
məhəbbətdən və  nəhayəti-mehrü ülfətdən ona Sarıca  Əli
1
 xitab ediblər və  əz 
bəski dövlət və müknəti və malü qəniməti ziyad olduğu səbəbə yanında naxırçı 
və ilxıçı  və çoban və muzdur və xidmətkar çox olublar. Həmin obanın adı o 
zamandan Sarıca Əlili qalmışdır və Pənah xan dəxi şul nəsildən əmələ gəlmişdir. 
Əlqissə, Pənah xanın ata-babası  həmişə Cavanşir içində  məşhur və  məruf və 
sahibi-üsmü rəsm və nanü sahibi-hörmət və dövlətü ehsan olmuşlar və atasına 
İbrahim Xəlil ağa derlər imiş ki, çox qövm və qəbilə sahibi və arxa və əqrəbası 
ziyad olan şəxs imiş ki, vaqiən dövləti bipayan və avazəsi məzkurül-lisan və 
 
 
 
 
 
                                                 
1
 
Mirzə Camala görə o, Sarıcalı Cavanşir adı ilə şöhrət tapmışdır. Bax: Mirzə Camal. Qarabağ 
tarixi, səh.14. 
 
 
 122

 
 
məşhuri-cahan olmuş. Belə ki, Ağdam qəryəsində bağı  və damı  və divarı  və 
Arazbarda çarpayının mərabei və  əsarı  və yaylaqda həm  İbrahim Xəlil ağa 
Qalağı deyilən imarəti və nişaneyi-ali miqdarı vardır. Bir nişanələri dəxi 
əllərində və bilfel Mehdiqulu xan evində Səfəviyyə padşahlarından fərmanları və 
rəqəmləri vardır. O cümlədən  Şah Abbasi-sani Səfəviyyədən 1083-cü ildə  və 
zilqədə ayında yazılıb
1
,  İbrahim Sultan Budaq Sultan oğlu Cavanşir adına ki, 
hakimi-ali-Cavanşir və Otuziki müxatib olub və yeddi yüz otuz nəfər süvari 
qoşun böyüyü və  sərkərdəsi edib və  məbləği-doqquz yüz tümən və yeddi min 
altun təbrizli məvacib müqərrər imiş ki, Pənah xanın cəddi imiş. Bu cür 
nişanələr, onların rüfət və  nəcabətinə  dəlili-vazehdir. Pəs o vaxtlarda ki, Nadir 
şah  Əfşar Gəncə  və Tiflis və Qarabağ  və  Şirvanat vilayətlərinə  təsəllüq tapdı, 
qaydası bu idi ki, hər bir el və obanın və kəndin içində ki, bir kimsəni rəşid və 
kardan və zirək bilsə  və  eşitsə idi, götürüb öz hüzuruna onu xidmətkar və 
kargüzar edər idi. Və  mənsəb və  məvacib və hörmət verər idi. O cümlədən 
Cavanşir  əhlindən qoşun cəm edən vaxtda İbrahim Xəlil ağanın böyük oğlu 
Fəzləli bəyi ki, asari-nəcabət və  cəladət və  rəşadət cəbindən zahir və namayan 
idi, aparıb hüzurunda əvvəl naib edib, sonra eşikağasılıq mənsəbinə münasib 
görüb öz qapısında saxlayıbdır.  Əz qəzayirirdigar Fəzləli bəy bir az zamandan 
sonra vəfat edib, sonra kiçik qardaşı  Pənah xanı ki, ilat arasında Pənahəli bəy 
Sarıcalı Cavanşir məşhur idi, şah eşidir ki, qardaşı Fəzləli bəydən dəxi rəşadətli 
və  fərasətlidir, götürüb hüzuruna əvvəl böyük qardaşının mənsəbini və 
məvacibini ona verir. Sonra günbəgün rəşadətinə  və hüsnü-xidmətinə görə 
mənsəb və  məvacibini və rütbəsini artırır.  Şul vaxtda ki, Nadir şah Gəncə  və 
Tiflis və  İrəvan və Naxçıvan və  Şirvanat vilayətlərini Osmanlı sultanının 
qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-
Rum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur 
olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul 
ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə 
qoşun qoyub; özü əlli min qoşun ilə Abdulla paşaya 
 
 
 
                                                 
1
 
Burada tarix səhv göstərilmişdir. Hicri 1083 miladi 1672/1673-cü ilə uyğun gəlir. Şah Abbas II 
isə 1642-1666-cı illərdə  Səfəvi dövlətinin başında durmuşdur. 1083/1672-ci ildə  Səfəvi dövlətini 
Süleyman şah idarə edirdi. 
 
 
 123

 
müqabil gedib Naxçıvan və  İrəvanın Arpa çayında davalan vaqe olub, Rum 
qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Kürd Qaraçurlunu 
öldürüb başını Nadir şah hüzuruna gətirmişdi. Bəd əz Gəncə və Tiflis və Şəki və 
Şirvan və Naxçıvan və Qarabağ  və  İrəvan və sair bu vilayətlər tamam Nadir 
şahın təsərrüfunə yetişib Rumun qoşunların şəhərlərdən və qalalardan mürəxxəs 
edib, sair əsir və qoşunları Abdulla paşanın nəşi ilə Rum vilayətinə göndərib 
asayiş hasil etdi. Tamam şul davalarda Pənah xan rəşadətlər göstərib, həmə vəqt 
səfərdə  və  həzərdə Nadir şahın hüzurunda doğruluq ilə yaxşı qulluqlar və 
sədaqətlər edib, bu səbəbə  şah hüzurunda sahibi-mənsəb olub, mərcu olan 
xidmətə sədaqəti-tamamilə qiyam edərdi. Neçə il bu minval ilə olub, günbəgün 
şahın mərhəməti ona ziyad olub, tay və tuşdan mənsəbi və mərtəbəsi artıq olur. 
Belə ki, paxıl və həsud kimsələrin adətidir, bir para şərir və bədxah adamlardan 
şah hüzurunda Pənah xanın qiybətini edib, məxfi və aşikar o qədər yaman sözlər 
qondarıb danışıblar ki, ta şahın məğazını  Pənah xan mərhumdan mütəğəyyir 
ediblər. Elə ki Pənah xan əhvali-həqiqətdə bu növ görüb, canının qorxusundan 
dəxi dura bilməyib, o vaxta ki, şah Xorasan vilayətində imiş, fürsət tapıb zeyldə 
mərhum olan yeddi nəfər əqrəba və əğvam müxlisləri ilə oradan qaçıb, Qarabağ 
vilayətinə  gəlibdir: Pənah xan, oğlu  İbrahim xan, Lütfəli bəy Sarıcalı  Pənah 
xanın bacısı oğlu, Seyidəli bəy, Hacı Məhəmməd bəy, Şahverən bəy, Hümmətəli 
bəy, Küküş  bəy oğul-tamami Sarıcalı. Elə ki onun bu növ fərar etməyi  şaha 
məlum olub çaparlar göndərib ki, bəlkə yollarda onu tutub gətirələr. Müyəssər 
olmayıb, ondan fərmanlar və hökmlər Azərbaycan sərdarına və Gəncə və Tiflis 
və Şirvan hakimlərinə yazıb ki, Pənah xanı hər yerdə tapalar, tutub şah hüzuruna 
göndərələr. Haman o vaxtlarda Pənah xanın ev və  əyal və  əqrəbaları Cavanşir 
ellərinin içində ki, şahın hökmü ilə Qarabağ vilayətindən köçürüb Xorasan 
məmləkətinə və Sərəxs torpağına aparmışdılar, orada qalıb və orada əhli-əyal və 
sair qövm və  əqrəbalarını  əgərçi  şahın  əmri ilə incidib və  cərimə edib və 
zəhmətlər veriblər. Nəhayət, bir fayda hasil olmayıb. Pənah xan qaçıb özünü 
Qarabağ torpağına yetirib haman öz xəvasları  və parə  əqrəbaları ilə gahi 
Qarabağın dağlarında və meşələrində quldursayaq dolanıblar və gahi Nuxa vila-
yətinin Qəbələ mahalında övqat keçiriblər. Əlqissə, bu minval ilə 
 
  
 124

iki-üç il güzəran ediblər. Tainki 1160-cı ildə
1
 Nadir şahı Xorasanda qətlə 
yetirdilər. 
Əhvali hamı bu vilayətlərə  məlum oldu. Ondan sonra Pənah xan qorxudan 
çıxıb Qarabağ ellərinin içində özün zahir edib və yaxşı zirək və rəşid cavanlardan 
öz başına dəstə cəm edib, dəsti-qarəti-Gəncə və Şəki və Şirvan və Naxçıvan və 
qeyri vilayətləri aşıb, çalıb və çapıb götürüblər. Pəs öz məxsuslarını və hamı o 
cavanları ki, yanında var imişlər ev, at, əmlak, libas və yarağ sahibi edib. Bu 
əsnalarda xəbər yetişib ki, ilati-Cavanşir və qeyrilər ki, şahın hökmü ilə köçürüb 
Xorasana aparmışdılar, Nadir ki, məqtul olub təmamən xodsər köçüb öz əsil 
vətənlərinə mütəvəcceh olub gəlirlər. Pəs haman cəmiyyət ki, Pənah xanın 
yanında var idilər, onları götürüb ta İraq və Azərbaycanın sərhədinədək haman 
ellərin istiqbal və  qənşərlərinə gedib, vəqti ki o ilat və camaatlar və qövm və 
əqrəbalan onu salamat və şöylə barüfət gördülər və yanında o növ xəvas və nökər 
və mülazimlər müşahidə qıldılar, hamısı həmdü şükürlər edib xoş-hal və məsrur 
oldular. Oradan bilittifaq Pənah xan ilə gəlib Qarabağ torpağına daxil oldular və 
hər kimsə öz əsli olan yerlərində  və yurdlarında və  məkanlarında fərağət olub 
əyləndilər. Çün, ilat əhli və  Pənah xanın  əqarib və  əşairləri təmamən bivəz və 
çapılmış və soyulmuş və qarət olmuş və biqizü təfriqə olmuşdular. Və çox qürbət 
və zəhmətlər çəkmişdilər. Mərhum Pənah xan onlardan çox kəramət cavanlara at 
və  əmlak verib özü ilə müttəfiq qılıb gedib Şirvan,  Şəki,  İrəvan, Gəncə  və 
Qaradağ vilayətlərindən çalıb və çapmağa məşğul olub, hamı cavanları  vəz və 
övza və əsbab sahibi edib və sair xalqlara dəxi at və mal və əsbab xələt vermək 
ilə özünə  rəğbət qazandı  və bir para bəziləri ki, düşmənçilik və müxalifət 
başladılar, onları dəxi bozxast və tənbeh və qətlü qarət etmək ilə özünə müti və 
münqad edib heç kimsənin Cavanşir və Otuziki və sair ilat və  dəhat 
camaatlarından qadir olmadılar ki, Pənah xanın  əmrindən və hökmündən və 
itaətindən təxəllüf və təcavüz edələr. Pəs Pənah xanın avazəsi tədric ilə müttəşir 
olub hər yerdə hekayəti və hər vilayətdə şöhrəti məzkur oldu. Elə ki Şirvan və 
Şəki hakimləri bu növ ilə  Pənah xanın Qarabağda ümur və istiqlalını  eşitdilər. 
Özlərinə bu əmri zərər və müxəl bilib bir-biri ilə göftü gu və müşavirələr edib, 
axır
  
 
 
 
 
 
  
 
                                                 
1
 
Miladi tarixi ilə 1747-ci ildə
 
 125

səlah bunu gördülər ki, hər ikisi ittifaq olub qoşun və  cəmiyyət tədarük edib, 
Pənah xanın dəfinə  kəməri-hümmət bağladılar. Çün o vaxtlarda Qarabağın 
xəmsəyi-əraminə mahalları Pənah xana müti olmamışdılar. Cavanşir və Otuziki 
və pareyi-ilat və dehatdan savayı qalan mahallat və vilayət itaət qılmamışdılar. 
Pəs səlah belə gördü ki, ilat içində bir münasib məqamda bir qala binası edə ki, 
hərgah  ətraf xanları onunla dava və müdafiə  məqamına gəlsələr labüdən ev və 
əyal və əqrəbalarını orada mühafizət qılsın. Bu xüsusda lazım olan böyüklər və 
xəvasları ilə  tədbir və müşavirə  və  məsləhət qıhb, onların səlah görməkləri ilə 
Bayat qalasını ki, imdi Kəbirli mahalındadır, bina qoyub və  təcil ilə bir az 
zamanla hasar çəkib və möhkəm xəndək və bazar və  məscid və hamam təmir 
edib, tamam ev və əhlü əyallarını və qövmü əqrəbalarını və böyük kəslərinin ev 
və əyallarını və əhli-mahaldan mötəbər kimsələrinin evlərini orada cəm edib və 
ətrafdan hətta Təbriz və  Ərdəbil və Qaradağ  əhllərindən  əhli-sənət olan xalq-
lardan həm götürüb orada qəsəbə  və  şəhər kimi məğam bina eylədi və  dəxi 
xəlayiq  ətraf və  cəvanibdən Pənah xanın avazeyi-hörmət və  məhəbbət və 
müraatın eşidən kimsələrdən ev və əyal və külfətlərilə gəlib onun yanında orada 
məskən ixtiyar eylədilər və Bayat qalasının binası 1162 hicridə miladi ilə 1745-ci 
tarixdə
1
 vaqe olub əncam və ixtital buldu. Elə ki Bayat qalası istehkam tapıb 
Pənah xanın işi binayi-tərəqqi və istehkam hasil etdi günbəgün cəmiyyəti və 
kisrəti və rüfəti və avazeyi-istiqlal və istiqrar və şöhrəti mütəzayid olub, bu avazə 
Şəki və  Şirvan xanlarına artıq gəran və nagüvar gəlib öz bəski, Pənah xanın 
özündən və qoşunundan və  cəmiyyətindən və adamlarından onlara zərər və 
nöqsanlar çox yetişmişdi və gələcəkdə dəxi özlərinə müxəll və yaği hesab edib, 
onun bu cür iddia və istiqlalını  və  təzayid  əhvalını  və rövnəqi-karını  xəlafi-
məsləhət və özləri üçün nöqsan və zərəri-dövlət və rəfahət bilirdilər. Bu səbəbə 
Şirvanın və  Şəkinin xanları  hər ikisi ittifaq edib öz təvabelərindən çox qoşun 
fərahəm edib cəmiyyəti-tamam ilə  Pənah xanın dəfinə  və Bayat qalasının üstə 
gəldilər və qalanın ətrafını kəsib mühasirə etməyə məşğul oldular və Pənah xan 
dəxi yaxşı, rəşid və nami olan atlılardan, öz qövmlərindən və karaməd mülazim 
və  təvabelərindən götürüb hər iki-üç gündə bir dəfə  çıxıb qaladan kənara, bir 
meydani-vəsi ki, 
 
 
 
 
 
 
                                                 
1
 
 Hicri 1162-ci il, miladi 1748-ci ilə bərabərdir.  
 
 126

 
düşmən qoşunu ilə qala arasında vaqe idi, orada tərhi-cəng salıb və dava edib, 
mərdanəliklər edərdi ki, tamam Şirvan və  Şəki qoşunları xaif və  hərasan 
olardılar. Bu minval ilə bir ay və ay yarım müddət mühasirə  və dava olub 
xəvanin  Şəki və  Şirvan heç bir zəfər Pənah xana və  təvabeinə  və  cəmiyyətinə 
tapa bilmədilər və  dəxi hər gün və gecə qarət və  zərəri-külli at-ulağlarına və 
qoşunlarına yetişib, axır gördülər ki, Pənah xana bir qələbə başarmayacaqlar, 
gəlməklərinə peşman və  pərişan olub, qayət bidamaq və  pərişanlıq ilə oradan 
köçüb geri qayıtdılar və çün xayib və xasir müavadət edirdilər. Yolda Hacı 
Çələbi ki, Şəki hakimi idi, bu sözü dedi: “Həqiqət Pənah xan, xan idi. Amma biz 
ki, gəlib belə qayıtdıq, onu şah qayırıb getdik” və bir də dedi ki, “Pənah xan 
şimdiyədək bir sikkəsiz gümüş idi. Amma bizim gəlib bu növ ilə qayıtmağımızla 
ona sikkə vurub getdik”. Bu sözlər əhamünnas arasında şimdiyədək zərbülməsəl 
olub qalmışdır.  Əlqissə,  Şəki və  Şirvan qoşunları dağılıb hər kəs öz mənzil və 
məkanlarına getdilər. Pənah xanın bu müqəddəmələrdən sonra avazeyi-istiqlal və 
hökuməti və rəşadət və rüfətinin sədası və şöhrəti hər yerdə ziyad olub ruzbəruz 
tərəqqi qılıb, ondan sonra Xəmseyi-əraminə mahallarını özünə müti etmək 
əzminə düşdü. 
 
DÖRDÜNCÜ FƏSİL 
 
XƏMSEYİ-ƏRAMİNƏ MAHALLARININ 
ƏSİL VƏ NƏSƏBLƏRİNİ BƏYAN EDƏR 
 
Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və 
şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar, çünki bu mahalati-məzkurə  ədəd 
heysiyyəti ilə beş olmağına görə Xəmsə deyiblər. Zira ki, ərəb dilində beş ədədə 
“Xəmsə” itlaq edirlər və  şul mahalatdan birisi Dizaq mahalıdır və  məlikləri 
Məlik Yegan idi, əsilləri Loridən gəlmədirlər və keçmişdən ixtiyar sahibi 
mötəbər məliklərdirlər. Xüsusən, mərhum Nadir şahın  əsrində  və onun səltənət 
əyyamında çox tərəqqi və təmtəraq ilə olublar və Nadir şaha Məlik Yegan çox 
şayəstə xidmətlər edib və ixlas və sədaqətlər zühura yetiribdir. Nadir şah ona çox 
iltifat və  nəvazişlər edib, həttadır ki, Məlik baba xitab edərmiş  və  şul Yeganın 
övladı çox müddəti-mütəmadi 
 
  
 127

Pənah xan ilə  ədavətlər edib, yaği oldular. Çox zamanlar cəng və münaziə 
qıldılar. Aralarında uzun zamani-təvil və naireyi-qətl və atəşi-cidal-müştəil olub, 
gahi qalib və gahi məğlub olub. Axırül-əmr Pənah xanın özünə  və övladına 
haqq-taala yarlıq edib, onlan məğlub və  mənkub qıldılar və  təsəllüti-tamam ilə 
qalib və faiq oldular. O nəsildən neçə  nəfəri məqtul edib və neçə  nəfəri dəxi 
hifzi-bədəni lazım bilib, bəsti-darüləman imanə mültəği olub nicat tapdılar. 
Əgərçi, irəli çox zəif hal və münkəsirül bal olmuşdular. Amma sonra mərhum 
Mehdiqulu xan əsri və dövləti-Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları 
tərəqqilər bulub mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən 
məhsub oldular. 
İkinci Vərəndə mahalıdır. Məlikləri Məlik  Şahnəzərgillərdir ki, onların  əsli 
dəxi Göyçə nücəbalarındandır. Oradan fərar edib gəliblər və Qarabağın Vərəndə 
mahalında məlik və hökmran olublar. Məlik  Şahnəzər Pənah xan əsrində çox 
mütəməvvil və dövlətli və varlı idi. Əvvəl keyfıyyəti bu növdür ki, Məlik 
Şahnəzərin əmisi Məlik Hüsü Vərəndə mahalında məlik idi. Məlik Şahnəzər bir 
para səbəblər cəhətinə  əmisi Məlik Hüsünü qətlə yetirdi və özü onun yerində 
məliklik məsnədində oturdu. Bu səbəbə görə tamam Xəmsə  məlikləri onun bu 
növ hərəkəti səbəbinə ona müddəi və düşmən oldular və onun dəf və  rəfini 
vəcheyi-hümmət qıldılar. Hamısı ittifaq edib, cəmiyyəti tamam ilə onun üstünə 
gəldilər. Pəs Məlik Şahnəzər dəxi Çanaxçı qəryəsində qala tərtib edib onlar ilə 
dava başladı. Məliklər qoşun ilə gəlib onu mühasirəyə saldılar. Səylər edib qalanı 
o dəfə almağı başarmadılar. Məlik  Şahnəzərin tavabeində olan kəndləri yəğma 
və qarət edib, müahidə etdilər ki, əyyami-zimistan münqəzl olub bahar fəsli 
olanda, dübarə ittifaq ilə qoşunlar fərahəm qılalar. Gəlib qəleyi-Çanaxçını alalar 
və Məlik Şahnəzərə nə ki əldən gəlir eyləyələr. Elə ki onlar müraciət qıldılar və 
hər kəs öz məqər və  məqamına varid oldular, pəs Məlik  Şahnəzər fikir və 
əndişələr edib, məsləhət vaxtı  səlahkarı belə gördü ki, Pənah xan ilə ki, o şol 
vaxtda cülusi-vilayətdə  təzə  və  şöhrəti və  tərəqqisi bülənd avazə olmuşdu, 
binayi-ülfət və itaət və rüsmü-ixlasi-müvafiqət möhkəm edə, tainki onun 
müavinəti və yarlığı ilə düşmənlərinə faiq gələ. Bu tədbiri xatirində müsəmmim 
edib tühəf və  hədayalar və layiqli sovqatlar ilə Çanaxçıdan süvar olub, Pənah 
xanın hüzuruna getdi və ona itaət etdi. Elə ki mərhum Pənah xan dəxi bu növ 
görəndə qayətdə xoşhal və fərəhnak 
 
  
 128

olub,  şöylə böyük sahibi-hörmət və sahibi-dövlət  şəxsin itaətini özünə  səadəti-
əhval və amədi-iqbal bilib, ziyad olan izzət və hörmət və  nəvazişlər eylədi və 
günbəgün dəxi hörmət və ehtiramın mütəzayid edib, heç bir mütalibatın 
müzayiğə etməz idi. Əlqissə, Məlik Şahnəzər ki, çox danəndə və sahibi-tədbir və 
huşmənd və zirək adam idi. Bu tədbir ilə müddəilərinə qalib oldu. Dəxi ondan 
sonra Xəmsə  məlikləri ona səmt getmədilər və müzahim və mütəərriz olmağa 
cürət etmədilər.  Əlhəqq, Məlik  Şahnəzər həmişə  oğlu Məlik Cəmşid ilə  Pənah 
xana və İbrahim xana sədaqətlər göstəriblər və onların yanında mənzuri-nəzəri-
atifət olublar və heç vaxt xanlara bir ədavət və  xəyanət etməyiblər. Hətta ki, 
Məlik  Şahnəzərin bir qızı Hurizad xanım  İbrahim xanın kəbinli zövcəsi olub, 
aralarında ülfət və sədaqət birlə qürabət həm hasil olmuşdu. 
Üçüncü Xaçın mahalıdır. 
Qədimdən məlikləri Məlik Həsən Cəlalyan övladı olub və o nəsil aradan 
gedəndən sonra bir müstəqil məlik olmayıb və  hər vaxtda bir kimsəni məlik 
ediblər. Ta Pənah xan əsrinədək və  şul  əsrdə Xaçın mahalında məlik Ulubab 
nəvadəsi ixtiyar idi. Çün Pənah xan əzm-cəzm eylədi ki, əhaliyi-mahali-Xaçını 
öz itaətinə gətirsin. Əvvəl onlara təklif edib, dəvət eylədi. Elə ki gördü rahatlıq 
ilə icabət və itaət qəbul etməzlər və ta quşmali-bəliq olmayınca rəftar ilə yol get-
məzlər, ondan sonra süvarilər cəm edib onların qətlü qarətinə  əl açdı.  Əhaliyi-
mahali Xaçın övzai bu növ mülahizə edib, Ballı qaya müsəmma olan məkanı ki, 
bir möhkəm və qayətdə müstəhkəm məqam idi, özlərinə məlaz və mömən edib 
və  səngəri möhkəm qayırıb orada sığınaq eylədilər. Və yaxşı çabun olan 
tüfəngçilərdən iki minə yaxın cəm edib mühəyyai-cədal və müdafiə oldular. Pəs 
Pənah xan mərhum pareyi-rəşid və nami olan atlı  və piyadələrdən götürüb 
onların səngərlərin qəl və bərhəm və maddeyi-fəsadların dəf və dərhəm etməyi 
lazım və əhəmm büib haman səngərlərinə yürüşə başladı, dəxi üç gün və üç gecə 
müavidət qılmayıb, atəşi-peykar və naireyi-cəngü cüdal tərəfeyndən təskin 
bulmayıb, mərdanə  səy və guşişlər etdilər. Üçüncü günü həməlati-dəmiranə ilə 
onları səngərdən çıxarıb sındırdılar və basıb dağıdıb çox adamların məqtul, övrət 
və uşaqların küllən əsir və dəstgir, əmval və əsbablarını hamı tarac və kəsib edib, 
kamil olan qətlü qarət zühura yetirdilər. Bədəz an mənsur və müzəffər oradan 
aşağa gəlib dəxi sair camaatlar üçün 
 
  
 129

ibrətün-nazirin olmaqdan ötrü Xaçın çayının başında  şol məqtul olanların 
başlarından bir kəllə-minar qayırıb, üç yüzdən ziyadə baş o minarədə  kəsb 
eylədilər. Elə ki bu müqəddimə vaqe oldu və mərhum Pənah xandan şöylə növ 
rəşadət və siyasət zühura gəldi ki, o tövr səb və möhkəm məkanda və  şöylə 
düşvar dağın qülleyi-kuhda vaqe olan möhkəm səngərdə iki mindən ziyadə 
çabun tüfəngçini və  sığınaqlarını dağıdıb, qətlü qarət edib şöylə  kəllə-minarə 
tikdilər. Pəs tamami-xəlayiqi-ətraf xaif və hərasan olub məcmu ətrafın əhliləri və 
Xəmsə mahalının qalanları qorxuya düşüb, tamami Pənah xanı sayardılar. Dəxi 
əhaliyi-mahali-Xaçm Pənah xana müti olub, bir dəxi tüğyan və üsyan təriqinə 
getmədilər və ondan sonra bir də təmərrüd və müxalifət xəyalı etmədilər. Bəd əz 
an Xızınstanlı  məlik Mirzəcanı
1
 onlara malik mənsub etdi ki, sonra onun oğlu 
məlik Allahverdi və ondan nəvadəsi məlik Qəhrəman məliklik camından sərməst 
oldular. 
Dördüncü Talış mahalıdır.  Əyyami sabiqdə  məlikləri var idi, Şirvandan 
gəlmə. Amma onlar münqəriz olub sonra məlik Usubgillər cülus etmişdilər. 
Gülüstan qalasını  məlik Usub təhdi-təsərrüfə  gətirib orada sükunət ixtiyar 
qılmışdılar ki, haman məlik Usubun orada ixtiyar və məlik olduğu illərdə Pənah 
xan cülus edib, onlar ilə davaları başladı  və axırda məlik Usub tənha  əhdə 
eyləməyib Çiləbörd məliki Məlik Hatəm ilə  həmdəstan və müttəfiq oldu və 
Pənah xan ilə cəng və davalar qıldılar. Dörd ilə müddəti çalışdılar və hərçi səy və 
guşiş etdilər, axır bir zat başarmayıb fərar qıldılar. Mülk və mahallarına Pənah 
xan mütəsərrif və malik oldu. Onlar müzməhil və münqəriz oldular. Necə ki 
zeyldə müxtəsər mərqum olacaqdır. 
Beşinci Xəmsə mahallarından Çiləbörd mahalıdır. Məlikləri məlik 
Allahqulugillərdir ki, onlar da əlhəqq qədimi-ocaq və sahibi-təmtəraq imişlər. 
Əsilləri Mağavizdən gəlmədir. Gəlib Çarmıx qalasını ki, Tərtər çayının arasında 
vaqedir, özlərinə  məlaz və  məskən qayırıb maliki bilistiqlal olublar və çox 
şöhrətlər qılıblar. Belə ki, Nadir şah ilə Osmanlı dövlətinin sərəsgəri Abdulla 
paşa Köprülü oğlu dava və müharibə etdilər. O davalarda Məlik Allahqulu çox 
rəşadətlər göstərib və xidmətlər zühura yetirib. O səbəbə Nadir ona sultanlıq 
verib,
 
 
 
 
 
 
                                                 
1
 
1
 Mirzə Adıgözəl bəydə onun adı  Məlik Mirzə xan kimi verilmişdir. Bax: Qarabağnamə, 
səh.60. 
 
 130

 
xələt və ənam və mənsəb sahibi eyləmişdi və şul Allahqulu sultan məliki mahali-
Çiləbörd, Pənah xanın təzə əvvəl cülusunda ki, Ağdamda olurmuş, xanı görməyə 
gedib və o halda Heydərqulu xan-hakimi-Naxçıvan dəxi Pənah xana mehman 
gəlmiş imiş. Orada mülaqat hasil olub, bu Allahqulu sultanı ki, Heydərqulu xan 
Naxçıvani bu calal və təmtəraq ilə görüb Pənah xana xatirnişan edib işarə qıldı 
ki, bu tövr sultan bu təşəxxüs və hişmət və dimağ ilə  sənə itaət etməz və iki 
sahibi-iddia və sahibi-calal bir şəhərdə yola getməz. Səlah budur ki, bu dəfə bunu 
buradan getməyə qoymayasan ki, sonra öhdəsindən gəlmək müşkül olur. Və bir 
də bunu belə dama salmaq çətin hüsul qılır. Pəs Pənah xan Heydərqulu xanın bu 
səlahdidini eyni-səvab bilib haman vaxt Allahqulu sultanı orada qətlə yetirdi və 
maneyi-vücudunu aralıqdan götürdü. Və dəxi ondan qardaşı Məlik Hatəm onun 
məsnədi-məlikliyinə malik olub, Talış məliki Məlik Usub necə ki, fövqdə işarə 
olundu, ittifaq edib öz əmisini dəxi həla-kətə yetirib, Məlik Usub ilə həmdastan 
və həmraz olub, Pənah xan ilə nəğmeyi-müxalifəti saz etdilər və Çarmıx qalasını 
ki, bir möhkəm qala idi, özlərinə mömən və  məskən edib, ədavət və nifaq 
rəyətini  əfraştə qaldırdılar və müddəti dörd il təpuri-müharibələri  əfsurdə 
olmayıb, atəşi-müharibələri müştəil var idi. Hər qədər ki, Pənah xan onlara təklif 
və  tədbir etdisə, itaətə  gəlmədilər və  kərrat ilə qoşun yığıb onların üstünə - 
Çarmıx qalasına yürüş edib həmləavər oldusa, qalanın möhkəmliyi səbəbinə ala 
bilmədilər. Axırül-əmr onları  təngnayi-mühasirədə  təngə  gətirmək və cana 
yetirməyi məsləhət bilib hər nə ki, dağdan aşağa məhsul və ziraətləri var idi, 
qarət və pamali-mərakib eylədilər və güzəran və məişətlərini kəsib can və cəzana 
yetirdilər. Hər nə qədər, o iki mahalın məlikləri ki, çox sahibi-dövlət və sahibi-
cəmiyyət idilər səy və cəhd edib cəng və rəzmlər sözü məğatla və davalar ağaz 
etdilərsə, axır aciz olub Pənah xanın qoşununun və adamlarının əlindən və qətlü 
qarət qorxusundan vaxtında ziraət və maaşgüzarlıq bilməyib, gördülər ki, asayiş 
və dolanmaq qeyri-mümkün və mütəzzir oldu və diriliyi onlara təng və haram 
qaldı. Əksər zamanlarda möhkəm dağlarda və dişvar dərələrdə olub və sərgərdan 
qalıb, axır hər iki məliklər ev və  əmlaklarını, bağ  və  məzrəəcatların tamam 
cabəca qoyub, külfətlərini götürüb fərar və  cılayivətən ixtiyar etdilər və  Gəncə 
vilayətinə gedib Şəmkir mahalında bir para dağlarda övqat keçirdilər və yeddi il 
müddəti dəxi orada 
  
 
 
 
 
 
 
 131

 
olub zəhmətlər və əsrətlər çəkdilər. Ancaq şul müddətdə Pənah xanın üstünə hər 
kimsə ki, qeyri vilayətlərin xanlarından düşmənliyə gəlsə idi, onun yanında olub 
və ona gəlib bələdlik qılıb, Pənah xan ilə dava edərdilər. Aqibətül-əmr heç bir 
zad Pənah xana və  İbrahim xana başarmayıb müzməhil oldular və  Pənah xana 
həqq-taala nüsrət verdi. Hamı mahalati-Xəmsə  və ilati-Qarabağ küllən itaət və 
inqiyad qıldılar. 
BEŞİNCİ FƏSİL 
Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin