Язизхан Танрыверди
38
II FƏSİL
TÜRK MƏNŞƏLİ AZƏRBAYCAN
ANTROPONİMLƏRİNİN LEKSİK-SEMANTİK
XÜSUSİYYƏTLƏRİ
Antroponimlər xalqın dili, tarixi, etnoqrafiya və psixolo-
giyasını yaşadan, milli etiket funksiyasını yerinə yetirən ono-
mastik vahidlərdəndir. Türk mənşəli antroponimlərin linqvistik
baxımdan araşdırılması dil tariximiz (tarixi fonetika, tarixi
leksikologiya və tarixi qrammatika), etnogenezimiz (soykö-
kümüz), tariximiz, etnoqrafiyamız və s. barədə dəyərli faktlar
verə bilər. Bu mənada bir sıra türk mənşəli antroponimləri ge-
niş şəkildə təhlilə cəlb etməyi vacib hesab edirik.
“Ağ” və “qara” sözlü antroponimlər
Azərbaycan onomastikasında ―ağ‖ və ―qara‖ sözləri əsa-
sında formalaşan vahidlərin xüsusi ad kimi motivləşmə səbəb-
lərini müəyyənləşdirmək üçün həmin sözlər əsasında yaranan
onomastik vahidlərin cərgəsini nəzərdən keçirmək lazımdır:
a) ―Ağ‖ sözü əsasında formalaşan onomastik vahidlər:
Azərbaycan antroponimləri sistemində (Ağgün, Ağgül,
Ağbəniz, Ağca, Ağcaqız, Ağcabəyim, Ağcabəniz, Ağcaxanım,
Ağcagül, Ağcazər və s.), qırğız antroponimləri sistemində
(Akqül, Akmaral, Aknabat, Akpara və s.) (104), qazax antro-
ponimləri sistemində (Akbala, Akaişa, Akbota, Akqız, Ak-
maral və s.) (91).
Azərbaycan toponimləri sistemində: oykonimlərdə (Ağ-
dam, Ağdaş və s.); oronimlərdə (Ağdağ, Ağtəpə, Ağyal, Ağ-
qaya və s.); hidronimlərdə (Ağsu, Ağnohur, Ağbulaq, Ağçay,
Ağdəniz və s.), özbək toponimləri sistemində (Oktepa, Okdara,
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
39
Okkurğun – oronim; Oksuv – hidronim və s.) (103), Altay to-
ponimləri sistemində (Ak-Taş – oykonim, Ak-Baraan-Suu, Ak-
Cart, Ak-Saŋıskan – hidronim, Ak-Booqı, Ak-Taştar, Ak-Tır-
laqan, Ak-Kaya, Ak-Manday – oronim) (127).
b) ―Qara‖ sözü əsasında formalaşan onomastik vahidlər:
Azərbaycan antroponimləri sistemində (Qara, Qaraxan,
Qarabəy, Qaraoğlan, Qaramurad, Qarabala, Qaraca, Qaragöz,
Qarasaç, Qaranaz, Qaratel, Qaraqız, Qarabirçək, Qaragilə,
Qaracaqız və s.), qırğız antroponimləri sistemində (Kara, Kara-
bay, Karabala, Karabaş, Karaş, Karakaş, Karagöz, Karakız, Ka-
raçaç və s.); qazax antroponimləri sistemində (Karaman, Ka-
rasay, Karatay, Karaqöz);
Azərbaycan toponimləri sistemində (Qaraçay, Qarasu və
s. – hidronimlər; Qara dağ, Qara yazı, Qara dərə, Qara təpə və
s. - oronim); özbək toponimləri sistemində (Korakuduk, Kara-
çukur, Karatikan və s. – oronim); Korabulak – hidronim), Altay
toponimləri sistemində (Kora-Yul, Kora-Kobır və s. – oronim;
Kora-Bulak, Korasu və s. – hidronim);.
Göründüyü kimi, Azərbaycan və digər türk dillərindəki
onomastik vahidlərdə ―ağ‖ və ―qara― leksemlərinin işlənmə
dairəsi genişdir. Buna səbəb həmin vahidlərdəki məna müxtə-
lifliyi, məna genişliyidir. Bu keyfiyyət türkoloqların diqqətin-
dən yayınmamış və ona müxtəlif istiqamətlərdən yanaşılmışdır.
Məsələn, V.V.Radlov ―ağ‖ sözünün üç əsas mənasını göstərir:
rəng, təmiz, xeyirxah, yaxşı ürəkli (141-88-95). A.N.Kononova
görə, ―qara‖ sözü böyük, güclü, nəhəng və s. məna çalarlarına
malikdir (109-161-162). Bu fikri Musa Adilov da təsdiqləyir.
Müəllif yazır: ―Dilimizin tarixi inkişafı ərzində ―qara‖ sözü
―güclü‖, ―iri‖, ―yekə‖, ―nəhəng‖, ―böyük‖ mənaları da kəsb
etmişdir; qara-mal (mal-qara), ağzı qara (canavar), Qarayazı
(böyük çöl deməkdir), qaraquş (böyük quş (38-150-151).
T.Əhmədov ―ağ‖ və ―qara‖ leksemli hidronimik vahidləri təhlil
edərkən onları üç istiqamətdə qruplaşdırır: 1. Ağ və qara sözü
Язизхан Танрыверди
40
suyun rəngini deyil, içməyə, istifadəyə yararlılıq dərəcəsini
bildirir; 2. Ağ və qara sözləri çayın uzun və ya qısalığını
göstərməyə xidmət edir. Məsələn, Ağ çay uzunluğu 68 km. –
Qaraçay uzunluğu 93 km., Ağsu uzunluğu 7 km. – Qarasu
uzunluğu 14 km.; 3. Ağ və qara sifətləri bəzən obyekt suyunun
şəffaf və qeyri-şəffaflığını bildirir. Məsələn, Ağçay, Qaraçay
(89-30-32). A.Qurbanov Qara dağ, Qara daş, Qara yazı, Qara
Tuğay toponimlərinin tərkibindəki ―qara‖ sözünün çoxluq
mənasında işləndiyini göstərir (57-51).
Qeydlərə əsasən deyə bilərik ki, ―ağ‖ leksik vahidi oyko-
nim və oronimlərdə rəng, hidronimlərdə şəffaflıq, içməyə
yararlı olmaq, qısalıq və s. məna çalarlarını bildirir. ―Qara‖ lek-
sik vahidi isə hidronimlərdə böyüklük, qeyri-şəffaflıq, içməyə
yararlı olmayan və s., oronimlərdə rəng və böyüklük bildirir.
Yuxarıda göstərdiyimiz kimi, Ağgün, Ağgül, Ağbəniz,
Ağca, Ağcaqız, Ağcabəyim, Ağcabəniz, Ağcaxanım, Ağcagül,
Ağcazər və s. antroponimlərin ilk hissəsini ―ağ‖ və ―ağca‖
vahidləri təşkil edir. Bu cür qadın adlarımızın formalaşmasında
―ağ‖ və ―ağca‖ vahidlərinin semantikasındakı gözəllik, saflıq,
təmizlik, xeyirxahlıq və s. kimi keyfiyyətlər əsas olmuşdur.
Deməli, Ağqız, Ağcaqız elə qəşəng qız, gözəl qız deməkdir.
Təsadüfi deyildir ki, ―ağ‖ və ―ağca‖ vahidləri ―Kitabi-Dədə
Qorqud‖ dastanında da gözəl mənasında işlənmişdir:
Ağca yüzlü anaŋ qarşu gəlüb oğul desə,
Ağ boynında qıl orğan taqılu, deyəyinmi? (103-76)
―Ağ‖ leksemi bir sıra ləqəblərimizin formalaşmasında da
iştirak etmişdir. Məsələn, Ağbaş Kərim, Ağbığ Qurban və s.
Belə ləqəblərin formalaşmasında iştirak edən ―ağ‖ leksemi rəng
anlamlıdır. Yəni qadın adlarındakı gözəllik motivi burada mü-
şahidə olunmur.
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
41
Qara, Qaraxan, Qarabəy, Qarakişi və başqa antroponim-
lərin yaranmasında iştirak edən ―qara‖ sözünün semantikasında
böyüklük, güclülük, məğrurluq və s. keyfiyyətlər vardır. ―Qara‖
sözü ―Kitabi-Dədə Qorqud‖ dastanında da böyük mənasında
işlənmişdir. Məsələn:
Bəri gəlgil, arslanım oğul!
Qara dəŋiz kimi yayqınıb gələn kafərin ləşkəridür.
(103-70)
M.Çobanov ―qara‖ leksemli antroponimlərdə rəng bildir-
mə xüsusiyyətini əsas götürür (180-38). H.Həsənov da həmin
tip antroponimlərin zahiri əlamətlə əlaqədar yarandığını gös-
tərir (174-56). Əlbəttə, ―qara‖ sözündə rəng bildirmə xüsusiy-
yəti vardır. Lakin haqqında bəhs etdiyimiz antroponimik va-
hidlərin yaranmasında ―qara‖ sözünün böyüklük, qüdrətlilik,
güclülük kimi məna çalarları əsas olmuşdur. Bu da təsadüfi de-
yildir. Çünki dünyaya gələn oğlan uşağını güclü, qüvvətli,
yenilməz, məğrur görmək türk psixologiyası, türk mənəviyyatı
üçün həmişə xarakterik olmuşdur. Qara antroponiminin rəng
anlamlı ―qara‖ vahidi ilə bağlı olmadığı M.Adilov tərəfindən də
əsaslandırılmışdır: ―Səlcuq hökmdarı Qara Arslana verilən
―qara‖ ləqəbi də ―böyük‖, ―qüdrətli‖ mənasındadır. ―Dədə
Qorqud‖ dastanlarında işlənən Qara xan, Qaraca çoban, Qara
Budaq adlarında da bu məna vardır (38-151). Buradan bir daha
aydın olur ki, ―qara‖ leksemli kişi adlarımız rəng, yaxud zahiri
əlamət əsasında yaranmamışdır.
―Qara‖ leksemi Qaratel, Qaragöz, Qaraqız, Qaracaqız,
Qarabirçək, Qaranaz, Qaragilə və s. kimi qadın adlarının mo-
tivləşməsində də iştirak etmişdir. Bu cür qadın adlarının mo-
tivləşmə səbəbini izah etməzdən öncə, ―ağ‖ və ―qara‖ vahid-
lərinin bir-biri ilə əkslik, ziddiyyət yaratma xüsusiyyətlərinə
diqqət yetirmək lazımdır. Bu barədə M.Adilov yazır: ―Qədim
Язизхан Танрыверди
42
zərdüştlük – dualist fəlsəfəsinə görə ağ rəng müsbət qüvvələri,
qara isə mənfi qüvvələri təmsil edirdi (qara basma, qara qüvvə,
günü qara olmaq və s.). Odur ki, ―ağ‖ Hörmüzdün-gündüzün,
qara isə Əhrimənin-gecənin rəmzi hesab olunurdu‖ (8-10).
Həmin müəllifin başqa bir fikrinə müraciət edək: ―...qara sözü
mənfi çalarlıqda güclü, şiddətli, təsirli mənalarını ifadə edir:
qara yel, qara qış, qara azar, qara qırğın‖ (38-150). Göründüyü
kimi, müəllif ―ağ‖ və ―ara‖ vahidlərinin bir-birinə zidd xüsusiy-
yətlərini konkret dil faktları ilə izah etmişdir.
―Ağ‖ rəngin müsbət, ―qara‖ rəngin isə mənfi emosiyaları
ifadəetmə xüsusiyyətləri ―Kitabi-Dədə Qorqud‖ dastanında
daha qabarıq müşahidə olunur. Məsələn, ―Kimüŋ ki, oğlı-qızı
yoq, qara otağa qondurın, qara keçə altına döşəŋ qara qoyun
yəxnisindən öginə gətirürüŋ. Yersə, yesün, yeməzsə, tursun-
getsüŋ - demişdi. ―Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa
qondurıŋ‖ (103-34). Rəng anlamlı ―qara‖ lekseminin mənfi
emosiyalar ifadə etməsini də inkar etmək olmaz.
Dilimizdə rəng anlamlı ―qara‖ vahidi gözəllik mənası ifa-
də edən bir sıra leksik vahidlərin yaranmasında iştirak etmişdir.
Məsələn, qaratel, qaratelli, qarasaç, qarasaçlı, qarasaqqal, qara-
saqqallı, qaragöz, qaragözlü, qarabuğdayı, qaraşın və s. Tərki-
bində ―ağ‖ sözü iştirak edən ağbirçək, ağsaqqal kimi vahidlər
müdriklik rəmzini ifadə etdiyi kimi, tərkibində ―qara‖ sözü işti-
rak edən qarabirçək, qarasaqqal kimi vahidlər də cavanlıq,
sağlamlıq, gözəllik mənalarını ifadə edir. Bu, tərkibində ―ağ‖
və ―qara‖ sözləri iştirak edən vahidlərin müsbət emosiya ifadə-
etmə xəttində birləşdiyini göstərir. Qarasaç, qaraqaş, qaragöz
kimi vahidlər poeziyamızda da gözəl mənasında işlənmişdir.
Məsələn:
Qaraqaş, qaragöz bir qız da asta,
Yolunu gözlərəm həsrətlə dedi.
(Məmməd Rahim)
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
43
Təbii ki, Qaratel, Qaragöz, Qaraqız, Qarabirçək kimi qa-
dın adlarımızın yaranmasında mənfi keyfiyyətli ―qara‖ sözlü
vahidlər deyil, müsbət keyfiyyətli, yaxud gözəllik çalarlı ―qara‖
sözü əsas olmuşdur.
Azərbaycan antroponimlərinin
etimologiyasına dair
Adıgözəl, Adışirin. Antroponimikamızda I komponenti
―adı‖, II komponenti isə ―gözəl‖ və ―şirin‖ vahidlərindən ibarət
olan Adıgözəl, Adışirin kimi mürəkkəb quruluşlu kişi adları
intensivliyi ilə fərqlənir. Adıgözəl antroponiminin hər iki kom-
ponenti türk mənşəlidir. Adışirin antroponiminin isə 2-ci
komponenti fars mənşəlidir (hibrid-qovuşuq antroponimdir).
Bu adların motivləşmə meyarlarını müəyyənləşdirməzdən
əvvəl, onların orfoqrafiyasına diqqət yetirmək lazımdır. Qeyd
edək ki, rəsmi sənədlərdə bu adlara iki variantda (Adıgözəl-
Adgözəl, Adışirin-Adşirin) rast gəlmək mümkündür. Bu vəziy-
yət Əliməmməd-Əlməmməd, Əliheydər-Əlheydər kimi antro-
ponimlərdə də müşahidə edilir. Orfoqrafiya qaydalarına görə,
mürəkkəb quruluşlu sözlərdə 1-ci sözün sonu saitlə bitərsə və
2-ci söz saitlə başlayarsa, 1-ci sözün sonundakı sait düşür.
Məsələn, Əli-İsa – Əlisa, Əli-Əkbər-Ələkbər. Deməli, orfoqra-
fiya qaydalarına görə, ―Adıgözəl‖ və ―Adışirin‖ kimi yazılma
məqbuldur.
Etnoqrafiyamızda adın gözəl olması, gözəl səslənməsi hə-
mişə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, antro-
ponimikamızda semantikasında gözəllik, incəlik, saflıq, igidlik,
mübarizlik və s. keyfiyyətləri ifadə edən yüzlərlə kişi və qadın
adları formalaşmışdır. Adıgözəl, Adışirin antroponimlərində də
―adı gözəl olma‖, ―adı şirin olma‖, yaxud ―gözəl adlı‖, ―şirin
adlı‖ kimi cəhətlər motivləşmə üçün əsas götürülmüşdür.
Язизхан Танрыверди
44
Buradakı ―adı‖ vahidi birbaşa dəqiqləşdirmə, qüvvətləndirmə
funksiyasını ifadə edir. Əlavə edək ki, ―adı‖ sözü ilə başlayan
antroponimlər ―Koroğlu‖ dastanında əsl şəxs adı funksiyasını
yerinə yetirən ləqəb kimi işlənmişdir. Məsələn, Adıbəlli (yəni
adı məlum. Burada qəhrəmanın igidliyinə işarə olunur).
Antroponimikamızda Adıgözəl, Adışirin antroponimləri
ilə yanaşı, lüğətlərə düşməyən Adıgül (hibriddir), Adıbala kimi
antroponimlər də işlənir.
Adıgözəl antroponiminin əsası olan ―adı gözəl‖ ifadəsinin
folklorumuzda işlənmə tarixi qədimdir. Məsələn, ―Kitabi-Dədə
Qorqud‖ dastanının boyları belə bir cümlə ilə bitir:
―Adı görklü Məhəmməd Mustafa yüzi suyına
Bağışlasuŋ xanım, hey!...‖ (103-34).
Bu, dastan poetikası baxımından nə qədər qiymətlidirsə,
antroponimiyamız üçün də bir o qədər əhəmiyyətlidir. Çünki
burada ―adı görklü‖ ifadəsinin qədimliyi aşkarlanmaqla bəra-
bər, onun (adı gözəl - adı müqəddəs) antroponimdən əvvəl gə-
lərək təyinetmə funksiyasında işləndiyi də təsdiqlənir.
―Bənövşə‖ uşaq oyununda müşahidə olunan ―...adı gözəl,
özü gözəl filankəs gəlsin‖ – cümləsində şəxsin adı məlum ol-
masa da, şəxs adı yerində qeyri-müəyyən əvəzlik olan filankəs
sözü işlənmişdir. Göründüyü kimi, ―adı gözəl‖ ifadəsi burada
da təyinetmə funksiyasını yerinə yetirir.
Bu forma Aşıq Ələsgərin yaradıcılığında da qabarıq şə-
kildə müşahidə olunur:
Adı Tərlan, özü tərlan balası,
Cilvələnib tərlan tavarı kimi (26-39).
Yaxud:
Adı Kövsər, ləbi kövsər,
Dürr düzülüb zənəxdana (26-144).
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
45
Folklorumuzda müşahidə olunan ―adı görklü‖, ―adı gö-
zəl‖, ―adı şirin‖ və s. kimi birləşmələrin sonradan (XVI əsrdən
sonra) antroponimə çevrilməsində həmin vahidlərin semantik
tutumundakı gözəllik çalarları əsas olmuşdur.
Adıgözəl, Adışirin, Adıbəlli kimi mürəkkəb quruluşlu an-
troponimlər təyini söz birləşmələrinə daxil olmayan ismi birləş-
mə modelindədir. Birləşmələrin birinci tərəfi mənsubiyyət
şəkilçili ―adı‖ vahididir. Birinci tərəfin, əsasən, əlamətini ifadə
edən ikinci tərəf isə sifətlərlə ifadə olunmuşdur. Həmin birləş-
mələr daxili semantik əlaqənin möhkəmliyi nəticəsində bir mü-
rəkkəb vahidə çevrilmişdir.
Annax. Müasir Azərbaycan antroponimikasında müşahi-
də edilmir. Aşıq Ələsgərin yaradıcılığında bir neçə yerdə üs-
lubla bağlı deyil, məhz əsl şəxs adı kimi işlənmişdir (Annax
bəy) (26-201).
―Annax‖ antroponiminin ―anlaq‖ sözü əsasında yarandığı
aydın şəkildə görünür. ―Anla‖ sözünün kökü tarixən ―an‖ şək-
lində olmuşdur (178-137). ―Anla‖ sözü Orxon-Yenisey abidə-
lərində də ―anla‖ kimi işlənmişdir (200-174). Həmin söz kök-
dən şəkilçiyə assimilyasiya nəticəsində ―anna‖ şəklinə düşmüş-
dür.
―Annax‖ antroponiminin sonundakı ―x‖ feldən sifət dü-
zəldən şəkilçi olub, xasiyyət, əlamət və keyfiyyət bildirməyə
xidmət edən -aq, -ək şəkilçisinin danışıq dili və ədəbi tələffüz
variantıdır (―anla‖ sözü saitlə qurtardığından və ona saitlə baş-
lanan şəkilçi artırıldığından birinci sözün sonundakı ―a‖ səsi
düşmüşdür). Əlavə edək ki, q>x əvəzlənməsi müasir dialekt və
şivələrimizin bir qrupu üçün xarakterik hadisə olma ilə yanaşı,
ədəbi tələffüz normaları baxımından da məqbuldur. M.Şirəliyev
yazır: ―...qərb, şimal və cənub qrupu dialekt və şivələrində
çoxhecalı sözlərin axırında ―x‖ səsinə üstünlük verilir. Məsələn,
yarpax, torpax, balıx, palçıx və s. (199-96). Müəllifin verdiyi
Язизхан Танрыверди
46
nümunələr müasir ədəbi dilimizin orfoqrafiyası deyil,
orfoepiyası baxımından normal hesab edilir.
―Annax‖ sözü müasir dialekt və şivələrimizdə, o cüm-
lədən Şəmkir şivəsində ―qanacaq‖, ―mərifət‖ mənasında işlənir
(16-377). Müasir ədəbi dilimizdə ―anlaq‖ sifətinin əsası olan
―anlamaq‖ sözü başa düşmək, qanmaq, düşünmək, dərk etmək;
duymaq, sezmək, hiss etmək; bir şeyin haqqında müəyyən fikri,
baxışı olmaq mənalarında işlənməkdədir (14-109). Həmin
sözün ziddini təşkil edən anlamaz sözü qanmaz, mərifətsiz,
şüursuz, qanacaqsız, kobud mənalarını ifadə edir (16-109).
Buradan da belə məlum olur ki, ―anlamaz‖ sözü ―qanacaqsız‖,
―mərifətsiz‖, ―qanmaz‖, ―şüursuz‖ mənalarını, ―anlayan‖ sözü
isə ―başa düşən‖, ―qanacaqlı‖ mənalarını bildirir. Deməli,
―Annax‖ antroponiminin semantikasında yüksək mənəvi key-
fiyyətlər – anlayan, alicənab, başa düşən, mərifətli kimi mə-
nalar vardır. Təbii ki, bu keyfiyyətlər onun antroponim kimi
işlənməsinə səbəb olmuşdur.
Aslan. Güclülük, qorxmazlıq, qüvvətlilik, çeviklik key-
fiyyətlərinə malik olan, metaforik səciyyəli bu antroponimin
tarixi qədimdir. Orxon-Yenisey abidələrində Arslan Külüq
Tiriq (72-140), ―Kitabi-Dədə Qorqud‖ dastanında Qağan Aslan
(103-103) kimi işlənmişdir. XII əsr Eldəgiz hökmdarı da bu adı
daşımışdır (Qızıl Arslan) (19-109). Bu antroponim türk xalqları
antroponimikasında müxtəlif fonetik variantlarda işlənir.
Məsələn, qazax dilində Arıstan, Arısbek (90), qırğız dilində
Arstan, Arıstan, Arslan (104), özbək dilində Arslan, Arslonbek
(35), tatar dilində Arıslan (194) və s. Əlavə edək ki, türk
xalqları antroponimikasında geniş yayılan ―Aslan‖ antroponimi
rus tarixi mənbələrində və folklorunda Ruslan, Eruslan, Aslan,
Oslam kimi işlənmişdir (31-200).
―Aslan‖ zooleksemi folklorumuzda həmişə məğrurluq
rəmzi ifadə etmişdir. Məsələn, ―Kitab‖da:
Güni gəldi, kafər başın kəsdürəyin səniŋ çün
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
47
Aslan adım saqlardım səniŋ içün (103-70).
Göründüyü kimi, ―aslan‖ sözü igidlik mənasını ifadə edir.
Bu da onun antroponim yaradıcılığında iştirakına səbəb ol-
muşdur.
Antroponimikamızda Aslan//Arslan adı ilə bərabər, onun-
la sinonimlik təşkil edən Əsəd, Heydər (ərəb mənşəli) adları da
işlənməkdədir. Bu sistemə fars mənşəli ―şir‖ sözü əsasında
formalaşan antroponimləri də aid etmək olar. Məsələn, Şirzad
(fars), şirəli - şir (fars) + əli (ərəb), Şirxan – şir (fars) + xan
(türk) və s.
Bağdad. Azərbaycan antroponimləri sistemində ―Bağ-
dad‖ qadın adı kimi, az da olsa, işlənməkdədir. Bu adın Bağdad
(İraqın paytaxtı) toponimi əsasında yaranmasına şübhə yoxdur.
Əvvəla, hər iki vahid eyni səs sisteminə malikdir. Digər tə-
rəfdən, toponim əsasında yaranmış antroponimlər türk antro-
ponimləri sistemində xüsusi yer tutur. ―Bağdad‖ adını kişilərin
yox, məhz qadınların daşıması isə gözəlliyin arzu olunması ilə
bağlıdır. Bizcə, buna səbəb ―Bağdad gözəli‖ ifadəsinin, yaxud
Bağdad toponiminin folklorumuzda ―Gözəllər diyarı‖
mənasında işlənməsidir.
Zülfünü bağda dara,
Bağda yu, bağda dara.
Bir yaxşı həmdəm üçün
Ərzrum gəz, Bağdad ara.
Azərbaycan dilçiliyində ―Bağdad‖ toponiminin etimologi-
yasına az diqqət yetirildiyini nəzərə alaraq, aşağıdakı izahın
verilməsini vacib hesab edirik.
Assuriya hökmdarı II Sarqonun (e.ə.721-105) ―təntənəli
yazı‖larından məlum olur ki, o, Mannanın bir sıra şəhərlərini
dağıdır, hökmdarları məhv edir, uişdişli Baqdattinin dərisini
soyur (21-11).
Язизхан Танрыверди
48
Bağdad şəhərinin əsasının 762-ci ildə Abbasilər dövründə
qoyulduğunu (137-13), uişdişli Baqdattinin isə Assuriya hökm-
darı II Sarqonun dövründə (e.ə.721-705) Uişdişli ərazisində
yaşadığını, Cənubi Azərbaycanın Marağa bölgəsinə daxil olan
həmin ərazi ilə İraqın paytaxtı Bağdad şəhəri arasındakı coğrafi
yaxınlığı, antroponimlərin toponim yaradıcılığında fəal iştira-
kını, Baqdatti adının ilk daşıyıcısı olan şəxsin məşhurluğunu,
Baqdatti antroponimi ilə Bağdad toponiminin səs kompleksi
baxımından yaxınlığını nəzərə alsaq Bağdad toponimi Baqdatti
antroponimi əsasında yaranmışdır – fikrini söyləmək mümkün-
dür.
Y.Yusifov Manna hökmdarı Baqdatti adını izah edərkən
həmin antroponimin ―baqda‖ ―boqda‖ sözü əsasında yarandı-
ğını, -tti şəkilçisinin isə -lı
4
ilə sinonimlik təşkil etdiyini göstə-
rir (99-146). Bu da arxaik türk antroponimləri sistemindəki
teonim əsasında formalaşan ―Baqlu‖ (164-69) antroponimi ilə
bir xətdə birləşir. N.Nəbiyev araşdırmalarda ―Bağdad‖ adının
―Allah verdi‖ mənasında izah olunduğunu qeyd edir (137 - 13).
Göründüyü kimi, Baqdatti, Baqlu və Bağdad antroponimi
―baq‖ teonimi əsasında formalaşmışdır və semantik tutum
baxımından bunların arasında ciddi məna fərqi nəzərə çarpmır.
Həmin teonimin mənşəyi ilə bağlı fikir müxtəlifliyinə müna-
sibət bildirən F.Cəlilov ―Baq‖ teoniminin slavyan, yaxud İran
mənşəli deyil, türk mənşəli olduğunu qədim türk dili faktları ilə
əsaslandıraraq göstərir ki, qədim Ön Asiya izoqlosu olan ―Baq‖
teonimi sonralar tanrı anlamında ―Baq‖ (Mannada), ―Baqa‖
(Midiyada), ―Bağa‖, ―Bayat‖ (türk dillərində), ―Bağa‖ (İran dil-
lərində), ―Boq‖ (slavyan dillərində), ―Bhaqa‖ (qədim hind
dilində) şəklində işlənmişdir (187-94).
Becan. Müasir antroponimikamızda o qədər də işlək ol-
mayan ―Becan‖ antroponimi dastanlarımızda, o cümlədən ―Ki-
tabi-Dədə Qorqud‖ (Baybican) və ―Abbas və Gülgəz‖
dastanlarında (Becan) müşahidə edilir. Ə.Dəmirçizadə bir sıra
Тцрк мяншяли Азярбайъан шяхс адларынын тарихи-лингвистик тядгиги
49
türk tayfalarının IX əsrdəki vəziyyətini izah edərkən ―becənək‖
tayfasının da adını çəkir: ―...xəzərlərin Xəzər dənizinin
şimalında Volqaboyunda və şimal-qərbində məğlub edilmələri
nəticəsində, Orta Asiyanın şimal hissəsindən bir çox türkdilli
tayfalar, xüsusən, ―quman‖, ―becənək‖, ―suvar‖, ―qıpçaq‖ və s.
köçüb gələrək, əvvəllər Volqaboyundan ta Dərbənd səddinə
qədər uzanan torpaqlarda, sonralar isə bunlardan bəziləri daha
aşağılarda, yəni Arranda, Azərbaycanda məskən salmışlar‖ (69-
51). A.Abdulla Ağsu rayonundakı Bico (Bicoy) kəndi barədə
yazır: ―Bu ad qədim hunlardan olan peçoyların (b – p
əvəzlənməsi dilimizdə mümkündür) adından qalıb və bu qədim
adı yaşatmaqdır‖ (5). Deməli, ―Becan‖ antroponimi ―becənək‖
etnonimi ilə bağlıdır - fikrini irəli sürmək mümkündür. Bu
etnonim barədə A.Qurbanov yazır: ―...peçeneq etnoniminin
fonetik, leksik tərkibi haqqında qəti fikir demək hələ mümkün
deyildir‖ (60 – 368). ―Oğuznamə‖də ―Беджене‖ adının xeyir-
xah, işgüzar, qeyrətli mənaları göstərilir (164 - 62). Həmin kita-
bın qeydlər hissəsində ―Беджене‖ adının müxtəlif mənbələrdə
biçina, biçine, beçene kimi fonetik variantlarda, həm də
işgüzar, qeyrətli mənalarında verildiyi qeyd edilir ( 164 -102).
Yuxarıdakı qeydlərdən belə nəticəyə gəlmək olar ki, ―Be-
can‖ antroponimi türk mənşəlidir, apelyativi arxaikləşmişdir və
bu antroponim semantikasında xeyirxah, işgüzar, qeyrətli mə-
nalarını yaşadır.
Dostları ilə paylaş: |