P. S.
Mən bəlkə də sənə əslində sənin də bəzi bildiklərini söylədim,
amma bizim dediklərimiz, bildiklərimiz, hətta addımlarımız belə
üzdədir, dayazdadır. Təkcə Həqiqətin addımları dərinə, dərinliklərə
işləyir; çox-çox dərinliklərə!..
İbrahimxəlil
ТЕЙМУРЛЯНЭ БАРЯСИНДЯ ФИЛМ
Америка Бирляшмиш Штатларынын «Универсал Пиътурес» филм истещсал едян ширкяти Темурлянэ барясиндя филм чякир. Ону
да бяри башдан гейд етмяк йериня дцшярди ки, Щолливудун бюйцк кино дцнйасына чеврилмясиндя бу студийанын да
мцяййян ролу вардыр.
Щолливудун бу мцщцм вя мигйаслы лайищяси цзяриндя эцръц
бястякары Давид Йевэенидзе дя ишляйир. Сянятсевярляря йахшы
мялумдур ки, истедадлы эцръц бястякары Давид Йевэенидзе бир
гайда олараг тамашалар вя филмляр цчцн мусиги йазыр, бир чох
юлкядя консертляр верир, бейнялхалг фестивалларда иштирак едир.
Индитйядяк о, 54 филмя мусиги бястялямишдир. 1987-ъи илдя Нйу-
Йоркда илк тамашасыны гоймуш вя бир нечя бейнялхалг мцкафатын
лауреатидыр.
Давид Йевэенидзе бу бюйцк лайищя барясиндя вя бу лайищяйя
дцшмяси барясиндя беля дейиб:
-Бу филмин продцсери «Универсал Пиътурес»-ин Русийадакы нц-
майяндяси Девид Ъенкдир. Девид продцсер Марта Магилевскайа-
ны йахшы таныйыр вя онунла ишэцзар ялагяси вар. Мян дя ки, Марта
иля ики филм цзяриндя бярабяр ишлямишям. Цмумиййятля, Москвада
ики ил йашадыьым дюврдя 9 филм вя 5 сериал цчцн мусиги йазмышам.
Мящз еля Марта мяни Девид Ъенкля таныш етди. Бундан сонра бир бястякар олараг лайищяйя гатылмаьым мясяляси
щялл олунду. Мяним мусигими американ тяряфи динляди вя артыг тясдиглянмишдир дя. Ону да гейд едим ки, мювзунун
характериндян иряли эяляряк, Шярг мусиги алятляриндян дя истифадя етмишям.
Дцшцнцрям ки, тарихи- сярэцзяшт жанрында олан мараглы филм алынаъаг. Иллащ да ки, онун ссенариси цзяриндя мящз
еля Оскар мцкафатыны алан, «Гладиатор» филминин ссенарисини йазан сяняткар ишляйир.
Бу лайищядя Америкадан башга Теймурлянэин юзцнцн из бурахдыьы бцтцн юлкяляр иштирак едир. Филмдя мцхтялиф
йаша малик бир нечя Теймурлянэ иля растлашаъаьыг. Теймурлянэин ян йашлы вахтыны Ъек Николсон ъанландыраъаг.
Йцксяк бцдъяли лайищянин дяйяри 400 милйон доллардан артыгдыр. Бахаг, эюряк, неъя баша чатдырылаъаг. Мян
мусигинин чох щиссясини артыг йазмышам.
Теймурлянэин щяйат вя фяалиййятинин щансы мцстявидя эюстярилмяси, щансы бахымлардан тящлили щяр щалда бизим цчцн
дя мараглыдыр.
Мирзя Мяммядоьлу
Təbrik edirik!
beynəlxalq akademiyaya üzv seçilmişdir
Bu günlərdə həmyerlimiz, Y.Qoqebaşvili adına Telavi Dövlət Universitetinin doktorant-
məzunu, etnopedaqogika elmi sahəsi üzrə Gürcüstanda ilk mütəxəssis Sərdar Alı oğlu
Yusubov təhsilin informatikləşdirilməsi üzrə Beynəlxalq Elmlər Akademiyasının assosiasi-
yativ üzvü seçilmişdir. Sərdar müəllimi bu münasibətilə təbrik edir, ona elmi yaradıcılığında
daha böyük uğurlar diləyirik.
– Sərdar müəllim bizim üçün çox maraqlıdır, necə oldu ki, Siz dissertasiya müdafiə
etməmiş beynəlxalq akademiyaya üzv seçildiniz?
– Mənim Beynəlxalq Akademiyaya üzv seçilməyim nə təsadüf deyil, nə də, necə deyərlər,
birdən-birə olmadı. Bu işin mənbəyi Gürcüstanda yeni elm sahəsi olan etnopedaqogika üzrə
2012-ci və 2014-cü illərdə Batumidə keçirilən Beynəlxalq elmi konfranslarda çıxış etdiyim bir
neçə maraqlı məruzələrdən başlanır.
– Maraqlıdır, bu akademiyaya Gürcüstandan başqa kimlər üzv seçilmişdir?
– Mənim bildiyim odur ki, bu Akademiya 2014-cü ilin oktyabrında Batumidə keçirilən III Beynəlxalq elmi konfrans-
dan sonra yaradılmışdır. Onun yaradıcılarından biri də mənim elmi rəhbərim, Gürcüstan elm və cəmiyyətin inkişaf fondu
“İntellekt”in prezidenti Quram Çaçanidzedir. Təqribən 2 ay bundan əvvəl o həmin Akademiyaya həqiqi üzv seçilmişdir.
Mənim seçilməyimdə isə həm onun, həm də etnopedaqogika sahəsi üzrə Türkiyəli həmkarlarımın böyük təsiri olmuşdur.
– Sərdar müəllim, deyə bilərsinizmi, yuxarıda adını çəkdiyiniz beynəlxalq akademiyanın üzvləri əsasən hansı
dövlətlərdəndir?
– Bu Akademiyanın yaradıcıları və üzvləri əsasən III Beynəlxalq elmi konfransın iştirakçısı olan dövlətlərdəndir. Bu
dövlətlər Gürcüstan, Azərbaycan, Ermənistan, Estoniya, Litva, Belarus, Ukrayna, Moldova, Qazaxıstan, Bolqarıstan, Al-
maniya, Yunanıstan, Polşa, Kamboca, Vyetnam və əsas təşkilatçı dövlətlərdən biri olan qardaş Türkiyə dövlətidir. Çünki
onlar da III Beynəlxalq elmi konfransda iki universitet ilə - Ərzurum Atatürk Universiteti və Ağrı İbrahim Çeçen Universiteti
ilə təmsil olunmuşdular.
– Sərdar müəllim, gələcək iş planlarınız, elmi yaradıcılığınız, yeni yaradılmış beynəlxalq akademiya ilə
münasibətləriniz barədə bir neçə söz...
– İş planlarımız çoxdur. Qarşıda Akademiyanın Elmi Şurasının iclasları, beynəlxalq elmi konfranslar və simpoziumlar
durur. Əlbəttə, bu tədbirlərə də qatılacam, öz elmi məruzələrimlə elmi tədbirlərin hamısında çalışacağam ki, çıxışlar edim.
RegionPress”'>– Müsahibə üçün təşəkkür edir, sizə elmi yaradıcılığınızda uğurlar diləyirik!
“RegionPress”
Mənəviyyat
№08 (183) 29.05.2015
9
Cəmiyyət
№08 (183) 29.05.2015
8
Marneulidə son zəng
Mayın 17-də Gürcüstanda fəaliyyət
göstərən ümumtəhsil məktəblərində
son zəng keçirilib. Son zəng ilə bağlı
Marneulidəki orta məktəblərdə də
tədbirlər qeyd olunub. Son zəng Mar-
neulidəki 3 saylı Azərbaycan ümumi
məktəbində də böyük bayram proqramı
ilə təşkil edilib.
Tədbirdə həmçinin Marneuli 3 saylı
ümumi məktəbin 63 illiyi də təntənəli
şəkildə qeyd olunub. Tədbiri məktəbin
direktoru Gülnarə Darğallı açaraq
əlamətdar və tarixi gün münasibətilə bütün məktəb müəllimlərini və şagirdləri, valideynləri təbrik
edib və məktəbi bitirən 28 nəfər məzuna həyatda və ali məktəb yollarında uğurlar arzulayıb.
Sonra məktəbdə riyaziyyat müəllimi işləmiş qocaman müəllim Ənvər Kərimov, Məzunlardan
hazırda rayon müəllimləri həmkarlar təşkilatının sədri Yaşa Çıldırlı, ziyalı Tofiq Hacıyev,
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov çıxış edərək ürək sözlərini
dedilər.
Gürcüstan Barışıq və Vətəndaş
Bərabərliyi Məsələləri üzrə
Dövlət nazirinin Kvemo Kar-
tli bölgəsi üzrə müşaviri Zaur
Darğallı və başqaları çıxış edərək
məktəb məzunlarına gələcək təh-
sillərində uğurlar arzulayıblar.
AMM-in gənclər şöbəsinin
rəhbəri, məktəbin ilk direktoru
olmuş Əmirxan Əliyevin nəvəsi
Nərgiz Əliyeva çıxışında qoca
babasının məktəbin inkişafı üçün
etdiklərindən danışmış, məktəb
kollektivinə təşəkkürünü bildi-
rərək məzunlara tövsiyələrini
verib.
Məktəbin məzunları bildiriblər ki, 28 nəfər məzunun 80%-i ali məktəblərə qəbul üçün qeydi-
yyatdan keçiblər.
Tədbirdə Marneuli 3 saylı Azərbaycandilli orta məktəbin 1952-ci ildən fəaliyyət göstərdiyi
bildirilib. Qeyd olunub ki, məktəbin fəaliyyəti illərində neç-neçə elm adamları, görkəmli şəxslər
və ziyalılar, ölkədə təhsil sahəsində yüksək adlara layiq görülən və mükafatlarla təltif olunan
müəllimlər də bu məktəbi bitiriblər.
Sonda məktəbin məzunlarının iş-
tirakı ilə Azərbaycan, gürcü, rus
dillərində şeirlər, mahnılar, rəqslər-
dən ibarət konsert proqramı təqdim
edilib və səhnəciklər göstərilib.
Marneuli rayon Təhsil Resursları
Mərkəzinin direktoru Ruslan Ha-
cıyevin məlumatına görə, bu gün
Marneuli rayonundakı 57 orta mək-
təbdə son zəng keçirilib: "Bu gün
57 orta məktəbdə son zəng keçi-
rilib, bundan 35-i Azərbaycandilli
orta məktəbdir. Bu gün Marneulinin
məktəblərində 1250 nəfər orta məktəbi bitirib. Onlardan 800-dən çox şagird bu gün orta məktəbi
uğurla başa vuran azərbaycanlı şagirdlərdir."
Tədbirdə məktəbə Azərbaycanlıların Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan dilində nəşr
olunan kitablar hədiyyə olundu.
RegionPress
Sizə uğurlar olsun, onikincilər!
16 may 2015-ci ildə Marneuli rayonunun Ağməmmədli ümumi məktəbində görənlərə sevinc
hissləri bəxş edən bir canlanma var idi. Bu gün bu qabaqcıl maarif ocağının qabağına toplaşanların
sevincinin həddi-hüdudu yox idi.
Sevinirdilər ona görə ki, onların övladları, qardaş və bacıları onikiillik məktəb illərini arxada
qoyub artıq müstəqil həyata qədəm qoyacaqlar. Sözün əsl mənasında bir daha 22 oğlan və qızın
adları bu gün Ağməmmədli ümumi məktəbinin məzunlar kitabına yazılacaq.
...Gözlənilən vaxtın ilk anı gəlib çatdı. Aparıcılar Elvin Nəbiyev və Albina Nədirova sinif
rəhbərləri Niyaz Məhərrəmovu onikincilərlə birlikdə şənliyin vida meydanına çağırdı. Onikinciləri
ilk olaraq təcrübəli maarifçi, Ağməmmədli ümumi məktbinin direktoru Əşrəf Tükənov təbrik
etdi. Qasımlı kənd bələdiyyəsinin sədri Rövşən İsmayılov və onun müavini Fəridə Ayvazova da
bu təbrikə qoşuldular. Sonra məktəbin tədris işləri üzrə direktoru Baris Nəzərov, müəllimlərdən
Eldar Nəbiyev, Xatın Tükənova, Medeya Xaçidze, Afizər, Yuxsarə, Nəzakət, Ofelya Əliyevalar,
Şahzadə Qurbanova, Adil Məmmədov, Zakirə Nəsənova, Nazir Omanov, Xəmməd Qocayev,
Aida Nəbiyeva və başqaları çıxış edərək onikincilərdən Albina Nədirova, Elvin Nəbiyev,
Şərqiyyə Əliyeva, Xəyalə Nəbiyeva, Aytac İsmayılova, Pərvin Bədəlova, Firudin Bağırov,
Məhərrəm Səfərov, Türkan Çıraqova, Fatma Nəbiyeva və başqalarının adlarını qürurla çəkərək
onlara ürəkdən xeyir-dualar verdilər.
Tədbirdə “Gənclər” ansamblının müşayiəti ilə məktəbin mahnı ulduzu Lamiyə İsmayılova və
onikincilər Şərqiyyə Əliyeva, Albina Nəbiyeva, Aytac İsmayılova, Xəyalə Nəbiyeva, Nuranə
Orucova və başqaları ana dilində və gürcü dilində şeirlər söyləyib, mahnılar oxudular. Sonda
onikincilər öz ürək sözlərini söyləyib, onlardan aldıqları təlim-tərbiyəyə görə müəllimlərinə
minnətdarlıqlarını bildirdilər.
"Əlvida məktəbli dostlar, əlvida hörmətli müəllimlərimiz", - deyib məktəb zənginə səmt
aldılar...
Son zəng çalındı, onun sədaları çox uzaqlara yayıldı.
Onikincilər sevinc və intizar kövrəkliyi ilə öz doğma məktəblərindən durnatək uzaqlaşdılar.
Sizə uğurlar olsun, onikincilər!
Şahvələd ağakişioğlu (Tükənli),
Marneuli rayonunu Ağməmmədli ümumi
məktəbinin musiqi müəllimi
Zəhmət adamı ucaldır
Onu çoxdan tanıyıram. Orta məktəb illərində və tələbəlik illərində də (Gəncədə) dostluq
edirdik. Kürüstündə orta məktəb (1960-cı illərdə) bizim kənddə olduğundan qonşu kənddən
gələn uşaqlarla tez tanış olub, dostlaşırdıq. Yaxşı oxuyan dostlarımızdan ağıllı məsləhətlər
alırdıq. Onlardan şair, publisist və iqtisadçı Mülkədar Nadir, 70-ə yaxın elmi, elmi-metodik
dərslik və dərs vəsaitinin müəllifi professor Məhəbbət Məmmədov, iqtisadçı Vəzir Əliyev,
tarix müəllimi Rüstəm Dəmirçiyev və başqalarının adını iftixarla çəkə bilərik.
Mən onlardan biri – iqtisadçı Əliyev Vəzir Əsəd oğlu haqqında oxucularla fikrimi bölüşmək
istəyirəm.
Əliyev Vəzir Əsəd oğlu 1951-ci ildə ulu Qarapapaq
yurdu olan ağırelli Kürüstünün I Kosalı kəndində anadan
olmuşdur. İlk təhsilini öz doğa kəndində, 8 illik məktəbdə
almış, 1968-ci ildə Kəpənəkçi orta məktəbini bitirib, 1978-
ci ildə isə Gəncədə Kənd Təsərrüfatı Akademiyasının iqti-
sadiyyat fakültəsini bitirib. O, həmin il təyinatla Azərbaycan
Respublikasının İsmayıllı rayonunda “Nizami” adına kolx-
ozda baş iqtisadçı vəzifəsinə təyin olunub. Kolxozun 70
yaşlı sədri Bilal Mahmudov bu gənc oğlanın istedadına,
bacarığına, davranışına, iş yoldaşları ilə səmimi rəftarına,
ağsaqqallara hörmətinə, fəhlələrin qayğısına qalmasına və
kolxozun iqtisadiyyatına öz biliyini tətbiq etməyini görüb
əvvəla ulu Tanrıya, sonra onun valideynlərinə və doğma
vətəni olan Borçalı diyarına təşəkkürünü bildirmişdir.
Az müddət ərzində Əliyev Vəzirin iş təcrübəsini rayon rəhbərliyi bəyənir, həmin təcrübənin
respublika miqyasında yayılmasını irəli sürürlər. respublika mətbuatında tez-tez onun iş
təcrübəsindən maraqlı yazılar dərc olunur.
Bir gün İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi və respublikanın ən dəyərli
ağsaqallarından olan Qəşəm Aslanov Əliyev Vəziri qəbuluna çağırır.
Əliyev Vəzirin dediklərindən: “Mən Qəşəm müəllimin qəbul otağında olanda rayonun baş
prokuroru İsmət Qayıbov, “Zəhmətkeş” qəzetinin baş redaktoru Musa Yaqub (şair), RXMŞ-
in müdiri Valeh Hacıyev və respublika televziyasının bölgə müxbiri Valeh Musayev də
orada idi. Qəşəm müəllim mənim iş təcrübəmdən çox müsbət fikirlər söylədi: - İstəyirəm
bir gənc kadr kimi Vəzir balamızı geri qalan kolxoza sədr təyin edəm. İsmət Qayıbov (Al-
lah rəhmət eləsin!) çox gözəl və mənalı çıxış etdi: Mənim məlumatıma görə, bu gənc oğlan
qarapapaqların istedadlı balasıdır. Onun damarında axan qan saçından dırnağına qədər mil-
li kök üstə köklənibdir. – Çox hörmətli Qəşəm müəllim, o kökün üstündə qeyrət, namus,
zəhmət, halallıq və səmimiyyət var. İnanıram ki, sizin kimi müdrik ağsaqqalların etimadını
doğruldacaqdır. İsmət müəllimin belə dəyərli çıxışından bir az sifətim qızardı. Qəşəm
müəllim: - Utanma, ay Vəzir bala, bu deyilənlər qədim Borçalımızın urvatıdır.
Elə həmin gün məni “K.Marks” adına kolxoza sədr təyin etdi.
Əliyev Vəzir: - İstəyirəm, Qəşəm Aslanov haqqında oxuculara qısa məlumat verim. Qəşəm
müəllimi biz yaşda olanlar çox yaxşı tanıyırlar. Bu mənim mənəvi borcumdur;
Qəşəm müəllim gənclik illərində Ermənistanın Basarkeçər rayonunda komsomolun birinci
katibi işləmiş, “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru, Azərbaycan MK-də təbliğat
və təşviqat şöbəsinin müdiri, bir neçə rayonun birinci katibi və neçə-neçə kitabların müəllifi
olmuşdur. O mənim mənəvi atam, mən onun mənəvi oğlu oldum. İşlədiyim illər ərzində
Qəşəm müəllimdən insanlığı, ədəb-ərkanı, insanlarla rəftarı və onun iş təcrübəsini öyrəndim.
Ömrüm boyu onun mənə verdiyi “həyat tərbiyəsini” unutmayacam, həmişə ulu Tanrıdan ona
rəhmət diləyirəm. Onun mənəvi dünyası o qədər zəngin idi ki, onunla görüşəndə adamın
ruhu təzələnirdi. O milli kök üstə köklənmiş bir şəxs idi. Rayonda bəzi tədbirləri çalışırdılar
ki, Nikitinin rəhbərlik etdiyi kolxoza salsınlar. Qəşəm müəllimin damarında axan qanı,
qeyrəti buna imkan vermirdi. Belə tədbirləri mənim rəhbərlik etdiyim kolxoza salardı.
Qəşəm müəllimin işində “polad” intizam var idi. O Azrbaycanın layiqli vətəndaşı kimi, hər
qarış torpağını göz bəbəyi kimi sevər və onun çiçəklənməsi üçün ürəkdən çalışardı.
Əliyev Vəzir kolxoz sədri işlədiyi illərdə “K.Marks” adına kolxoz respublikanın Keçici
Qırmızı Bayrağını aldı, 1982-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin iştirakçısı oldu. Dəfələrlə İsmayıllı rayon sovetinə deputat seçilmiş, bir neçə me-
dalla, Fəxri Fərmana və mükafatlara layiq görülmüşdür. Torpaq ona namusla xidmət edənləri
ucaldır, yüksəldir deyib babalarımız.
1985-ci ildə öz doğma vətəninə qayıdır, Marneuli rayon aqrar birliyində baş iqtisadçı kimi
əmək fəaliyyətinə başlanır. 1989-cu ilin yanvar ayında Marneuli rayon kartofçuluq sovxo-
zuna baş mühasib, sonra rayon kənd təsərrüfatı birliyi şöbəsinə baş mühasib təyin olunnur.
2005-ci ildən həmin şöbə ləğv olunnur. Hazırda öz ixtisası üzrə özəl təşkilatlarda fəaliyyətini
davam etdirir.
Atası Əsəd əmi və anası Fəridə xala zəhmətə bağlı insanlar olublar. Zəhmətkeş insanların
övladları da zəhmətsevər olmalıdırlar. Bu valideynlər 7 övlad böyüdüb ərsəyə çatdırıblar,
onlardan 5 nəfəri ali təhsilidir. Nəvəsi Elcan nənə-babası kimi zəhmətə bağlı öz sənəti ilə
əlaqədar olaraq Kürüstündə “Elcan-Ş” şirkəti təşkil edib, təzə tikilən binalara qapı-pəncərə
düzəltməklə yeni iş yeri təşkil edir. O hələ balaca olanda nənə-babasının alın tərində olan
duzun tamını görmüşdü. Vallah, zəhmət olan yerdə tərbiyə, halallıq, saflıq, bərəkət, urvat
və insanlıq həmişə uca olur. Əliyev Vəzir deyir ki: “Bizim ali təhsil almağımızda böyük
qardaşım Osman müəlimin çox zəhməti olubdur”.
Bəli, Osman müəllim (alman dili müəllimidir) Borçalımızın çox dəyərli ziyalılardından
biridir. O, tələbəlik illərində oxuya-oxuya müəyyən şirkətlərdə tərcüməçi işləyirdi. Onun
şagirdləri harda varsa əxlaqına, tərbiyəsinə, vətən sevgisinə, bacarıqlarına, valideynlərinə
hörmətinə və insanlıqlarına görə el-obaya baş ucalığı gətirirlər. o, hərtərəfli biliyə malik,
birinci dərəcəli müəllim, prezident təqaüdçüsü, respublikanın metodist müəllimidir. Ondakı
həssaslıq, nəciblik, zəhmətkeşlik, sadəlik və səmimiyyət insanı valeh edir. Bu qaynaqlar har-
dan gəlir? Bu ata sümüyünün halallığından və ana südünün müqəddəsliyindən irəli gəlir.
Əliyev Vəzir Əsəd oğlunun səmimiyyəti, mehribanlığı, elsevərliyi, mədəniyyəti, xeyir
və şərdə canyananlıqla iştirakı el-obamıza böyük hörmət qazandırmışdır. O, yurdumuzun
dəyərli oğlanlarının dəyərini gördükcə ulu Tanrıya min dəfələrlə şükürlər deyir. O, həyat
yoldaşı Nəzakət xanımla birlikdə iki övlad – oğlu Elxan, qızı Emilyanı böyütmüşlər; beş
nəvələri var; Şəfa, Ellada, Ziyəddin, Aysu və Məryəm.
Allah qorusun!
Suddarxan Kazımov
Cəmiyyət
№08 (183) 29.05.2015
11
Mədəniyyət
№08 (183) 29.05.2015
10
Türk dünyasının yeddi böyük dahisi: - Nəsimi, Xətai, Füzuli,
Yemini, Virani, Pir Sultan Abdal, Qul Hümmət. Cari il mayın
7-dən 10-dək Bakıda “Azərbaycan-Türkiyə: yeddi ulu ozan”
mövzusunda keçirilən Beynəlxalq Elmi Simpoziumda bir daha
anıldı. Azərbaycan Milli Elmlər Akademiyasında gerçəkləşən
sompozim AMEA Nizami adına Ədəbiyyat İnstitutu, AMEA
Folklor İnstitutu, Hacı Bektaş Vəli Kültür dərnəyi və TİKA-nın
birlikdə təşkili və dəstəyi ilə baş tutdu.
“Yeddi ulu ozan” elmi simpoziumunda dünyanın müxtəlif
ölkələrindən yüzə yaxın tanınmış türkoloq-alim iştirak edirdi.
Bu mötəbər elmi yığıncağa ev sahibliyi edən Azərbaycan
Respublikasını akademiklərdən İsa Həbibbəyli, Muxtar İma-
nov, Teymur Kərimli, professorlardan Məhərrəm Qasımlı,
Qəzənfər Paşayev, Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Əhməd
Qəşəmoğlu və bir çox alim təmsil edirdi.
Türkiyə Cumhuriyyəti də böyük bir heyətlə ölkənin müxtəlif
nüfuzlu elm ocaqlarının ünlü bilim adamları ilə iştirak edirdi.
Onların arasında professorlardan Nail Tan, Fikrət Türkmən,
Hayraddin İvgin, Şərəf Bayraz və s. kimi böyük elm adamları
da vardı.
İran İslam Respublikasını simpoziumda professorlardan
Beytulla Cəfəri, Əli Əkbər Səfipur, Tohid Məlikzadə, Qazaxıstanı
Əl-Fərabi Qazax Milli Universitetinin dosenti Əsgər Turqan-
bayev, Dağıstan Dövlət Universitetini dosenti Ağarəhim Sultan-
muradov, Ruhaniyyət Musayeva və başqaları təmsil edirdilər.
Ölkəmizdən isə İ.Cavaxişvili adına Tbilisi Dövlət Univer-
sitetinin professoru Mzisa Buskivadze və Ukrayna-Gürcüstan
Beynəlxalq Elmi-Tədris İnstitutunun elmi işlər üzrə prorektoru,
professor Mahmud Kamaloğlu iştirak edirdi.
Yığıncağın yekun iclasında simpozimun idarə heyəti tərəfindən
AMEA Folklor İnstitutunun əməkdaşı, görkəmli folklorşünas
alim Əli Şamilin simpoziumun işindəki böyük əməyi yüksək
qiymətləndirilərək ona təşəkkür elan edildi.
Aşağıda həmyerlimiz, professor M.Kamaloğlunun simpo-
ziumdakı çıxışının qısa mətnini veririk. Qeyd edək ki, onun çıxışı
yığıncaqda böyük marağa səbəb olmuş və məruzə ətrafında xe-
yli müzakirələrlə davam etmişdi.
Pir Sultan abdalın borçalıda izləri
Qarapapaq türklərinin yaşadığı ərazilərdə - Borçalı bölgəsində
çox sayda müqəddəs hesab edilən yerlər: ocaqlar, pirlər və s.
dini inanclara bağlı ziyarətgahlar mövcuddur. Bu cür yerlər
elə ilk yarandığı gündən indiyədək öz müqəddəsliyində qal-
maqda, əhali tərəfindən böyük hörmət və ehtiramla daima yad
edilməkdədir. Belə müqəddəs yerlərdən Marneuli rayonunun
Qasımlı kəndindəki Qaraürgən, Araplı kəndindəki Dəmirçi
künbəzi, Qara Seyidin ziyarətgahı (Marneuli rayonu), Böyük
Bəylər kəndindəki Türyan ocağı (Marneuli rayonu), Abdallı
kəndindəki Pir (Bolnisi rayonu), Mollaoğlu kəndindəki Pir
təpəsi, Sadaxlı kəndindən QaraNər, Yetər nənənin ocağı, Mir
Yunusun türbəsi (Marneuli rayonu), Qardabani rayonunun
Candar kəndindəki Seyid Abbas ziyarətgahı, Başkeçidin (Dma-
nisi rayonu), Yırğançay kəndi yaxınlığındakı Hacıxəlil ocağı
(təəssüflər olsun ki, hazırda Ermənistan sınırları içərisində
qalmışdır) və s. misal gətirmək olar.
Bu dini ocaqlar arasında hamısından çox tanınan və müqəd-
dəsliyi ilə daha çox məşhur olan Pir Sultan ziyarətgahıdır. Bu
ziyarətgah Yağlıca dağının Güneyində Borçalı Qarapapaqlarının
yaylaqlara gedən köç yolunun üstündə Meçidli Gorarxı kəndinin
(Marneuli rayonu) təxminən 1-2 kilometr quzey səmtində kiçik
bir təpənin üzərində yerləşir. Bəs bu ziyarətgah nəyə görə
digərlərindən fərqlənir? Onu fərqləndirən başlıca və əsas səbəb
nədir?
Təbii ki, digər ziyarətgahlar kimi ona da deyin deyirlər: qur-
ban kəsirlər, nəzir verirlər. Belə ki, uzun müddət uşağı olma-
yan, xəstə olan, işi, gücüdür gətirməyən, səfərə çıxanlar qəbrin
yanında qurban kəsər, müqəddəs övliyaya dualar oxuyar, on-
dan kömək diləyirdilər. Ziyarətgah yaylağa gedən köç yolu-
nun üstündə olduğuna görə, oradan keçən hər bir mal-qoyun
sürülərini aparanlar, orada dayanıb qurban kəsir və dua edirdilər
ki, sürülərimizi mənzil başına sağ-salamat aparıb çıxaraq,
yaylaq mövsümünü salamatlıqla başa vurub, qayıdanda da
hökmən burada qurban kəsəcəyik. Bəzən də sadəcə olaraq,
uğura çıxanların, yolu ziyarətgahın yanından keçirdisə, mütləq
ora nəzər qoyurdular ki, səfərləri uğurlu alınsın. Hətta bəzən
heç bir nəzir deməyən, sadəcə yaxınlıqdan keçənlər də oraya
nəzir qoyar və ziyarətgahda uyuyan müqəddəs şəxsin ruhuna
dualar oxuyardılar. Ziyarətgaha deyin deyib əməl etməyənlərin
təsadüfən başına bir iş gəlsəydi, onlar çox peşmanlanar,
üzülərdilər. Bir də belə etməyəcəklərinə and içərdilər.
Yerli Qarapapaq türklərinin söylədiklərinə görə, məhz bu
ziyarətgahda dəfn olunan şəxs Pir Sultan Abdal dədədir. (Yeri
gəlmişkən onu da qeyd etmək istəyirik ki, Pir Sultanı yerli
əhalinin çox cüzi bir hissəsi şair-ozan kimi bilir). Əksəriyyət
əhali onun məşhur din xadimi kimi tanıyır və qəbul edirlər.
Bəzi versiyalarda ziyarətgah haqqında bir çox versiyalar
söylənilməkdədir. Pir Sultanın ərəb mənşəli, islamiyyəti yayan
bir şəxs olduğunu, digər bir versiyada isə onun üç qardaş olduğu
və hər birinin Güney Qafqazda böyük kəramət sahibi olduğu
söylənir. Ancaq təkrarən söyləyirik ki, elm sübut etmişdir ki,
xalq etimologiyası dəqiq mənbə hesab edilmir. Qəbrin üzərində
məzar daşı olmadığına görə (kim bilir, bəlkə də olmuşdur, ola
bilsin ki, Sovet təbliğatının qadağasından dolayı yox edilmiş
və ya başqa bir səbəb üzündənmi götürülmüşdür, dəqiq deyə
bilmərik) onun dəqiq tarixini deməkdə çətinlik yaranır.
Yerli yaşlı sakinlərin öz gözləriylə gördükləri belədir ki, Sovet
hökumətinin yarandığı ilk illərdə qəbrin üzərində kümbəz
olmuşdur. Şahidlərin söylədiklərinə görə, kümbəz o zaman
rayonda rəhbər vəzifəsində çalışan kommunistlər tərəfindən
dağıdılmışdır. Ötən yüz illiyin 80-ci illərində yaxın kəndlərin
əhalisi tərəfindən qəbrin ətrafına hərəm (hasar) çəkilərkən,
(qəbrin ətrafında tikintini Marneuli rayonunun Keşəli kənd
sakini Nizam Qurbanov apartdırırmış) xəbər rayon icraiyyə
komitəsinin sədrinə çatır. Rayon mərkəzindən təxminən 4 ki-
lometr aralıda yerləşən ziyarətgaha dərhal adam göndərilir
və hasarın nəzərdə tutulan hündürlüyü yarıbayarıda yarımçıq
saxladılır. Bu prosesin baş verdiyi həmin gün çox qəribə bir
hadisə olur. Ölkəyə Azərbaycandan gəlmiş rəsmi qonaqları ray-
on icraiyyə komitəsi sədrinin maşını paytaxta – Tbilisiyə aparır
və geri rayona dönərkən sürücü yolda böyük qəza törədir.
Ola bilsin ki, bu hadisələrin üst-üstə düşməsi tamamilə bir
təsadüf idi. Ancaq yerli əhalidə bu hər iki hadisənin eyni gündə
baş verməsi məhz ziyarətgaha
edilən çox böyük haqsızlıq,
hörmətsizlik kimi qəbul edilmiş
və onun nəticəsi olaraq günahkar-
lar cəzalarını almışlar.
Görünür, zaman-zaman buna
bənzər hadisələrin baş verməsi
xalq arasında ziyarətgaha olan
inamın günbəgün artmasına sə-
bəb olmuşdur. Sovet höküməti
dağıldıqdan sonra qəbrin ətrafında yenidən, həm də daha
hündür, böyük ölçüdə Alget (keçmiş Alget üzümçülük sovxozu)
kənd sakini İsmayıl Cəlilov tərəfindən daş hasara alındı.
Ətraf Qarapapaq kəndlərinin əhalisi Pir Sultan ziyarətgahına
o qədər böyük inam bəsləmiş və onun kəramətinə çox möhkəm
inandıqları üçün ona sidq-ürəklə bağlı olan insanlar dünyasını
dəyişərkən hətta vəsiyyət edirdilər ki, onları məhz həmin
ziyarətgahda dəfn etsinlər. Təbii ki, əməlisaleh insanların
vəsiyyətlərinə əməl olunurdu. Pir Sultanın qəbrinin yanında,
ötən yüz illiyin əvvəllərində 3 nəfər şəxs də dəfn olunmuşdur.
Onlar Borçalının Dəmirçihasannı nahiyyəsindəki Ağkeşəli kənd
sakinləri Qıllözdü Anaqız nənə, Əfəndiöyündən Fatmanisə qarı
və onun həyat yoldaşı Məmməd əfəndinin məzarlarıdır.
Bəs bu ziyarətgahda uyuyan bu müqəddəs insan – Pir Sul-
tan kimdir? O, nə zaman yaşamışdır? Pir Sultan haqqında
yerli yaşlı əhalinin keçmişlərə dayanaraq söylədiyi (yuxarıda
qeyd etdiyimiz kimi) müxtəlif versiyalar vardır. Əksəriyyəti
xalq etimalogiyasına söykənən həmin versiyalar o qədər də
ağlabatan deyil. Bir də ki, təkrar edirik, xalq etimalogiyası o
qədər də etibarlı mənbə hesab edilmir.
Bəs araşdırmaçı alimlər Pir Sultan haqqında hansı fikirlər
söyləyirlər? Tanınmış Azərbaycan folklorşünas alimlərindən
professor Sədnik Paşayev, professor Azad Nəbiyev və başqaları
onun haqqında xeyli araşdırmalar aparmış, məqalələr çap
etdirmişlər. Əlbəttə, Türkiyədə Pir Sultan araşdırmaçılarının
sayı daha çoxdur. Onlardan professor Şərəf Bayraz, dosent
doktor Ayten Kaplan, İstem Köçər Kələş, professor Gülağ
Öz, Ali Yıldırım və s. onlarca tədqiqatçıların xeyli kitabları
və məqalələri vardır. Bu elm adamlarının araşdırmalarından
məlum olur ki, türk ölkələrində eyni adda bir neçə tanınmış şəxs
olmuşdur. Bilim adamlarının fikirlərincə onların da hamısının
kökünün eyni şəcərə ilə bağlılığı güman edilir.
Mərhum professor Sədnik Paşayevin bu sahədəki araşdırmaları
daha maraqlıdır. Alim-araşdırmaçı hətta özünə Pirsultanlı soy
adını da götürmüşdür. Professor özünün “Pirsultan dağdımı,
kənddimi, şəxsiyyətdimi?” adlı məqaləsində yazır ki, “Pir-
sultan Gəncə yaxınlığında dağdı, Təbriz yaxınlığında kənddi,
Türkiyədə isə şair, aşıqdı. Həmçinin müqəddəs övliyadır. Pir
Sultan Abdal Türkiyənin Sivas vilayətinin Banaz kəndində
dünyaya göz açmış, orada böyümüş, şair olmuşdur...”.
Türkiyəli araşdırmaçıların kitablarında ulu ozan Pir Sultan
Abdalın Sivaeda edam edildiyi yazılır. Onun cənazəsinin dar
ağacından müəmmalı şəkildə yoxa çıxması da söylənilir.
S.Paşayev Pirsultanlı Şəcərəsinin tarixini XVI əsrə Pir Sultan
Abdala gedib çıxdığını söyləyir. Bizim qənaətimizə görə, Pir
Sultan toponiminin müxtəlif məkanlarda eyni cür adlanmaları ilə
onların arasında müəyyən uyğunluq var. Elə Borçalı ərazisində
Pir Sultan ziyarətgahının tarixi də təxminən orta əsrlərə gedib
çıxması ehtimalı da daha ağlabatandır. Bu ziyarətgahdakı qəbrin
Pir Sultan dədəyə aid olub-olmaması haqqında əlimizdə heç bir
tarixi və elmi dəlillər olmasa da, orada uyuyan şəxsin bəlkə də,
dədənin ən yaxın övliyalarından birinə aid olması versiyasına
güman qaçır. Kim bilir, bəlkə də yanılırıq, günaha batırıq, ola
bilsin ki, qəbir elə Pir Sultan dədənin özününküdür. Hər halda,
yerli əhali onu uzun əsrlərdir ki, bu cür qəbul edib və ona tam
əminliklə inanırlar.
Uzun illərdir ki, yeddi ulu ozan haqqında aparılan araşdırmalar
göstərmişdir ki, onların hər biri böyük kəramət sahibi olduqları
üçün sonralar bu ünlülərin qəbirləri xalq tərəfindən ziyarətgaha
çevrilmişdir.
Dostları ilə paylaş: |