Yenə də öz qılıncımıza doğrandıq.
AfĢinin əli ilə Babəki məhv etdilər.
Məzyərin Ģahidliyi ilə AfĢinin axırına çıxdılar.
Babəkin həyatının son dövrü haqqında bilərəkdən ətraflı danıĢdıq.
O fikirlə ki, qoy oxucularımız Azərbaycan tarixinin qəhrəmanlıq səhnəsini
bir daha varaqlasınlar; həm yaddaĢ və qürur üçün, həm də görk üçün.
O fikirlə ki, qoy oxucularımız Babəkin əqidə və azadlıq mübarizəsində
qədim Azərbaycan torpağı Zəngəzurun tarixi və əhəmiyyəti haqqında ətraflı
bilgiyə malik olsunlar.
O fikirlə ki, qoy dost da, düĢmən də bilsin ki, Babəkin yurd uğrunda
bitməmiĢ mübarizəsi bu gün də davam edir və bu mübarizənin nəticəsində Babəkin
azad görmək istədiyi bütün torpaqlar kimi Zəngəzur da öz istiqlalını əldə
edəcəkdir.
Yüz illər keçsə də, Zəngəzurdakı Babək qalaları qəhrəmanlıq simvolu
kimi qürurla ucalmaqdadır.
Zəngəzur dağları öz vüqarını saxlamaqdadır.
Zəngəzur dağlarında Babəkin yaralı ruhu sərgərdan-sərgərdan
dolaĢmaqdadır.
Zəngəzurdakı Babək qalalarının divarları arxasından Babəkin ayaq
səsləri eĢidilməkdədir.
Əgər o kökdəniksə, biz Babəkin yanında olmalıyıq, qalalarımıza
qayıtmalı, Vətənin içində olmalıyıq!
BABƏKDƏN SONRAKI ZƏNGƏZUR
Tariximiz zəngindir, eyni zamanda əzab-əziyyətli tarixdir. Xalqımız əsrlər
boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz
dilini itirməmişdir.
Heydər ƏLĠYEV
Babəkin əqidə və azadlıq uğrunda qəhrəmanlıqla dolu mübarizəsi
qəhrəmanın məğlubiyyəti və fiziki süqutu ilə nəticələnsə də, Babəkin adı, həyatı və
mübarizəsi uzun illər unudulmadı, bir çox nəsillərə örnək oldu və bu gün də
yaĢamaqdadır. Xürrəmdinlərin islam dininə və ərəb xilafətinə qarĢı mübarizəsi
müxtəlif baxıĢ nöqtələrindən müxtəlif cür görünə və qiymətləndirilə bilər. Hətta bir
müsəlman ölkəsi olduğundan indiki dövrdə də, ölkəmizdə Babəki dünyanın ən
mükəmməl dini olan islama qarĢı mübarizəsinə görə təqsirləndirənlər də tapıla
bilər. Lakin hər bir fəaliyyətə həmin dövrün meyarlarından çıxıĢ edərək qiymət
vermək daha düzgündür. Bu baxımdan Babəkin mübarizəsi haqq iĢi idi; Babək heç
kimin ölkəsinə hücum etməmiĢdi və heç kəsi öz əqidəsindən döndərmək üçün
86
qılıncdan keçirmirdi, əksinə, o öz əqidəsi və öz torpaqları, öz məmləkəti uğrunda
mübarizə aparırdı. Babək öz xalqının ərəblərə qarĢı ümumi etirazının simvolu idi.
Xürrəmdinlər hərəkatının fəal iĢtirakçısı olan Zəngəzur əhalisi üçün
Babəkin süqutu çox acınacaqlı oldu. Məhz Babəkin süqutundan sonra
Zəngəzurun (eləcə də bütünlükdə Sünikin və Arsağın) milli-etnik tərkibi və dini
zorla dəyiĢdirilməyə baĢladı. Bu proses iki istiqamətdə aparılırdı. Zəngəzurda (və
Arsaqda) yaĢayan aborigen əhalinin (prototürklərin) hər bir hissəsinin baĢqa
yerlərə (xüsusilə, xilafətə daha da yaxın ərazilərə) köçürülməsi bununla da, inqilabi
ruhlu insanların gələcək üsyanlarının qarĢısının alınması ərəblərin Babəkdən
sonrakı siyasətinin bir istiqaməti idisə, ikinci istiqamət oda və günəĢə sitayiĢ edən
insanların, eləcə də onlara qoĢulmuĢ təkallahlılığı -xristianlığın diofizit məhzəbini
(alban kilsəsi) qəbul edən din ayrı qardaĢların köhnə əlaqələrini qırmaq və onları
yadlaĢdırmaq siyasəti idi.
Bu siyasətin həyata keçirilməsi üçün ərəblər xilafətə loyal, bəzi hallarda isə
isti münasibət göstərən ermənilərdən və onların ibadət etdikləri qriqorian kilsəsinin
xidmətlərindən olduqca səmərəli istifadə etdilər. Minlərlə erməni ailəsi
Ərməniyyədən (indiki ġərqi Anadolu və Kilikiya ərazilərindən) Sünikə, yəni
Göyçə gölü ətrafına və Zəngəzura köçürüldü (143, 110).
Bu proses Arsaqdan da yan keçmədi. Qədim alban kilsələrinin əksəriyyəti
qriqorianlaĢdırıldı, bununla yanaĢı, yeni qriqorian kilsələri də tikilməyə
baĢladı. Alban yazısı məhv edildi və qadağan olundu. Kilsədə, dövlət
idarəçiliyində və məiĢətdə albanca danıĢanlar təqib edildi.
Təkallahlılığı qəbul etməyənlər qılıncdan keçirildi. Uzun illər ərəblərə və
islama qarĢı vuruĢmuĢ minlərlə xürrəmdin və onların övladları düĢmənin dinini -
islamı qəbul etməkdənsə, xristianlığı qəbul etməyə üstünlük verirdilər. Çünki
xristianlıq Zəngəzur albanları arasında IV əsrdən baĢlayaraq yayılmıĢdı və ərəblər
"əhli əl-kitab" olanlara toxunmurdular. Zəngəzurun qeyri-müsəlman əhalisinin
bir hissəsi isə ərəb zülmündən və getdikcə fəallaĢmaqda olan erməni qriqorian
kilsələrinin təqibindən baĢ götürərək Bizansa qaçdılar, xristianlığı qəbul
edərək orada yaĢamağa baĢladılar.
BoĢalan münbit torpaqlarda və yaĢayıĢ üçün əlveriĢli ərazilərdə isə
ermənilərin məskunlaĢdırılması davam edirdi. MəskunlaĢmanın təxmini
mexanizmi belə idi: Alban kilsəsi yaxınlığında, ərəb xilafətinin razılığı və dəstəyi
ilə erməni qriqorian kilsəsi tikilir, bu kilsəyə çoxlu imtiyazlar və üstünlüklər
verilirdi (38, X fəsil).
Ətrafdakı kəndlər qriqorian kilsəsinə bağıĢlanır, onların vergisi azaldılır,
yaxud bu kəndlər müəyyən müddətə vergidən tamamilə azad olunurdular.
Bu üstünlüklər fonunda isə erməni din xadimləri kənd-kənd gəzərək xristian
albanları diofizit məzhəbdən imtina edərək qriqorianlığı qəbul etməyə sövq
edirdilər.
87
Kəndlərin qriqorian kilsəsinin tabeçiliyinə verilməsi və kəndlilərin zorla
qriqorianlaĢdırılması bir çox yerlərdə etirazlarla və üsyanlarla qarĢılaĢırdı.
Əvvəl alban kilsəsi kimi nəzərdə tutulan və bir məbədi də bu cür tikilən
Tatev kilsəsi 909-cu ildə erməni-qriqorian kilsəsinə çevrildi. Dvində yerləĢən
erməni-qriqorian kilsəsinin baĢ məbədinin güclü ideoloji və maliyyə, ərəb
xilafətinin isə siyasi dəstəyi ilə Tatev kilsəsi qısa müddət ərzində bölgədə böyük
güc və nüfuz mərkəzinə çevrildi (143, 137). Yeri gəlmiĢkən, "Tatev" sözü türk
mənĢəli sözdür. Qədim türklər baĢqa dinə mənsub olan gəlmə əhalini "tat"
adlandırırdılar (Sonradan bu ifadə müsəlman gəlmələrə də aid edilmiĢdir) (107,
21). Yeri gəlmiĢkən, qeyd edək ki, "monastr" sözü də qədim türklərdən gəlmədir:
"Manas" və "tır" sözlərindən ibarət olub, "Manas" ibadət edən Ģəxs, "tır" isə cəm,
toplum deməkdir.
Xəlifənin xeyir-duası ilə Sünik knyazı Vasak ətrafdakı bütün kəndləri Tatev
monastrına bağıĢladı. Erməni mənbələrində (203, 539) belə kəndlərin sayı 1000-ə
yaxın göstərilir, lakin bu rəqəm inandırıcı deyildir, çünki o dövrdə həmin bölgədə
bu qədər kəndin olması mümkün deyildi. Çox güman ki, Tatev monastrına 1000-ə
yaxın ev, mülk sahibliyi bağıĢlanıb.
Tatev kilsəsi onun tabeliyinə verilən kəndlərin əhalisinin qriqorianlığı qəbul
etməklə yanaĢı, kilsəyə müxtəlif adda vergilər verməsi tələbi ilə çıxıĢ edir. Kilsənin
bu haqsız və ədalətsiz tələbi Sünikin yerli sakinlərinin güclü etirazına səbəb olur.
Ġlk öncə Qalacıq və Qaladərəsi (erməni mənbələrində Tsuraberd), Taməlik,
AveldaĢ kəndləri üsyan etdilər. Üsyançılar qısa müddət ərzində Tatev kilsəsinin
torpaqlarını zəbt edərək, kilsəni ələ keçirdilər. Az sonra Tatev kilsəsinin
yaxınlığındakı Qoroz qalasını (indiki Gorus) tutdular. Bir neçə il Tatevi və Qorozu
öz əllərində saxlayan üsyançı türkləri Sünik hökmdarı Vasak böyük çətinliklə
məğlub edərək Qaladərəsi kəndini bünövrəsinə qədər dağıdır.
Qaladərəlilərin Tatev kilsəsinə qarĢı mübarizəsi əlli ildən artıq davam
etmiĢdir (143, 137).
SƏLCUQDAN BAġLAYAN YOL
Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var.
Heydər ƏLĠYEV
XI əsr Azərbaycan xalqının tarixində ən mühüm mərhələlərdən biridir.
Məhz XI-XII əsrlərdə Qafqaza Ģimaldan hun və qıpçaqların, cənubdan isə Səlcuq
türklərinin axını baĢladı, daha sonra isə bu türk yürüĢü Çingiz xanın və
Teymurləngin basqıları ilə davam etdi. Bu dövr bəlkə də Qafqazın türklə nəfəs
aldığı, türk hayqırtısı, türk qüdrəti, türk hökmranlığı ilə dolub-daĢdığı bir
dövr, Qafqazda nəinki bütün xalqların, eləcə də bütün canlı və cansız aləmin
türk ahənginə kökləndiyi bir dövr idi. Bu dövr min ildən artıq bir zaman
88
kəsiyində Qafqazda yaĢayan prototürklərin böyük türk axını (səlcuqlar, qıpçaqlar,
tatar-moğollar, hunlar, oğuzlar və s.) ilə qaynayıb qarıĢaraq müasir Azərbaycan
türkü etnosunun formalaĢıb qurtardığı tarixi dövrdür. Zəngəzur əhalisi, əski
Zəngəzur türkləri də bu prosesdən kənarda qalmamıĢlar. Səlcuq imperiyasının
böyük hökmdarlarından biri Sultan Alp-Arslan 1065-ci ildə Qapan Ģəhərini
tutaraq Süniki öz hökmranlığı altına aldı. Bu dövrdən sonra Zəngəzurda uzun illər
davam edən türk hökmranlığı baĢladı (199, 33-36).
Səlcuq imperiyasının banisi Səlcuq islamı qəbul etmiĢ Orta Asiya
türklərindən olmuĢdur. O yüz ildən artıq ömür sürmüĢ və islamın qatı
tərəfdarlarından, ardıcıl təbliğatçılarından biri kimi tanınmıĢdır. Səlcuqların gəliĢi
ilə Zəngəzurda islam dininin və adət-ənənələrinin inkiĢafı yeni bir mərhələyə
qədəm qoydu, məscidlər tikilməyə, islamın dini ayinlərinə və qayda-qanuna ardıcıl
və ciddi əməl edilməyə baĢlandı.
Səlcuqlar Zəngəzurda təxminən 150 il hökmranlıq etdilər. Zəngəzurda
yaĢayan xristian dinli məliklərin (albanlar) bir hissəsi öz hakim mövqelərini
saxlamaq naminə islamı qəbul etdilər. Bu faktın baĢ verməsi həm də onunla
əlaqədar idi ki, həmin dövrdə Zəngəzurda alban kilsələri ermənilər tərəfindən artıq
qapadılmıĢdı, qriqorian kilsələri isə o qədər nüfuz qazanmamıĢdı.
1200-ci ilin əvvəllərində iqtisadi və hərbi qüdrəti ilə Qafqazda yeni bir güc
mərkəzi kimi özünü göstərməyə baĢlayan Gürcü çarlığı qonĢu Azərbaycan
torpaqları hesabına öz sərhədlərini geniĢləndirməyə çalıĢırdı.
Gürcü çarı Tamaranın hakimiyyəti illəri (1184-1213) Gürcüstanın ən iĢıqlı
dövrlərindən biridir. Bu zaman gürcü qoĢunlarının böyük bir hissəsinə əslən yezidi
kürdü olan iki qardaĢ Zaxare və Ġvane sərkərdəlik edirdilər.
1203-cü ildə bu qardaĢların baĢçılıq etdiyi gürcü ordusu Ərməniyyənin və
Azərbaycanın bir çox torpaqlarını, o cümlədən Dərələyəzi, Zəngəzuru və Qarabağı
ələ keçirdilər. Qelakuni, Bjni, Ġrəvan, Göyçə, Dərələyəz, Zəngəzur və
Qarabağın dağlıq hissəsi (Arsaq) Ġvane Zəkəriyyənin tabeçiliyinə keçdi. Gürcü
mənĢəli bir çox knyaz ailələri (Donianilər, ProĢianilər, Orbelianilər və s.) gürcü
çarının iradəsini yerlərdə ifadə etmək üçün bu vilayətlərə köçürüldülər (143, 142-
143). Zəngəzurda adlı-sanlı knyaz sülaləsi kimi tanınan və bu diyarın tarixində
əhəmiyyətli rolu olan Orbeliani (erməni qaynaqlarında Orbeliyan) nəsli də bu
dövrdə Gürcüstandan köçürülənlərdən idilər. Əslində araĢdırmalar sübut edir ki,
Orbelianilər türk mənĢəlidirlər. Türk tədqiqatçı alimi Fəxrəddin Kırızoğlu
"Dədə-Qorqud oğuznamələri" kitabında orbelyanların parfiyalıların arĢagünik
sülaləsindən - Ģamsuldin (3 oxlu mənasındadır) xanədanından olduğunu və eradan
öncə Türküstandan Qafqaza gələn Ġç Oğuz elbəyilərindən törəndiklərini qeyd edir
(74, 5). XIII əsr Sünik salnaməçisi Stepanos Orbelian "Sisakan ölkəsinin tarixi"
əsərində öz sülaləsi haqqında belə yazmıĢdır: "Toqqormanın ikinci oğlu Kartlos
(türk sözüdür, "qartal" anlamındadır - M.U) Orta Kür boyunda yerləĢib, bir qala
89
qurdu və qalaya Orpet - qartal yurdu adı verdi. Gürcülərin milli adları da - Kartvel
- qartal sözündən götürülmədir" (74, 27).
S.Orbelianın Ģəhadətinə görə e.ə. IV əsrdə ġərqi Türkmənistandan və Çin
ətrafında gedən hakimiyyət uğrunda mübarizədə məğlub olmuĢ bir türk soyu
Dəryal (türk sözüdür - Daryal, dar boğaz mənasındadır - M.U) keçidini aĢıb,
Qafqaza - Kür çayı sahillərinə gələrək burada məskunlaĢdı. Təbiətcə döyüĢkən
olan bu tayfa yerli gürcü knyazları ilə ittifaqa girərək onları Ġran tərəfindən olan
quldur basqınlarından qorumağı öhdəsinə götürdü. Əvəzində isə gürcülər Orbet
qalasını və onun ətrafındakı əraziləri Çinistandan gəlmiĢ türklərə bağıĢladılar.
Orbet qalasında məskunlaĢan bu tayfanı orbetlilər - orb ellilər adlandırmağa
baĢladılar. Orbetlilər gürcü deyiliĢində "orbelianilər", ermənicə isə "orbelyanlar"
adlanmağa baĢladı (74, 217).
Orbelyanlar on altı əsr ərzində Gürcüstanda hakim sülalə olmuĢlar.
Xristianlığın Pravoslav məzhəbini qəbul etmiĢlər. 1177-ci ildə isə Gürcü çarı III
Georgi Baqrationiyə qarĢı çıxaraq onu devirməyə cəhd göstərmiĢlər. Lakin
qıpçaqlarla birləĢən III Georgi orbelianları məğlub edərək demək olar ki, bu böyük
sülalənin axırına çıxmıĢdır. Böyük qardaĢ Ġvane Orbelianinin gözləri çıxarılmıĢ,
orbelianların bir hissəsi qılıncdan keçirilmiĢ, bir hissəsi Lori qalasında dustaq
edilmiĢ, bir hissəsi isə Gürcüstandan qaçaraq, ġəmsəddin Eldəgizin himayəsinə
sığınaraq Gəncə və Qarabağ torpaqlarına - indiki Qafan və Sisyan rayonlarının
ərazisinə pənah gətirmiĢlər.
1236-cı ildə Zəngəzurda gürcülərin cəmi 33 il davam edən hakimiyyətinə
son qoyuldu. Qədim Altaydan və cənubi Sibir çöllərindən qopan bir qasırğa kimi
üzü qərbə bütün torpaqları atlarının dırnaqları altında yoğurub yeni nəhəng bir türk
imperiyası yapan Çingiz xanın süvariləri Zəngəzura daxil oldu. Gürcü qoĢunları
dəli küləyin ağzında yelqovan kolu kimi yoxa çıxdı, moğol-tatarların Zəngəzurda
düz yüz il davam edən hakimiyyəti baĢladı.
Burada Çingiz xanın və ümumiyyətlə, moğolların mənĢəyi barədə izahat
vermək yerinə düĢərdi.
Moğollar bütün əski türklər kimi Altay və Tibet dağlarının ətəklərində
ġərqi Sibir düzlərində məskunlaĢmıĢ qədim türk tayfalarından biridir.
Onların rus (və oradan da Qərb) ədəbiyyatında monqol adlandırılması və indiki
Monqolustan ərazisində yaĢayan xalqla eyniləĢdirilməsi tamamilə səhvdir.
Çingiz xanın soy-kökü etibarilə tanrıçı - türk olduğu onun bir nitqində
bəyan edilir, 1196-cı ildə Çingiz xan Tibeti və Qara-Tibetin üç əyalətini özünə tabe
etdirdikdən sonra böyük şənlik törəni düzəltmiş, döyüşdə şücaət göstərən
sərkərdələrinə mükafatlar vermiş, xalqa xəzinədən bəxşişlər paylamışdır. Çingiz
xanın salnaməçisi Sanan-Seçenin şəhadətinə görə həmin törəndə xalq qarşısında
çıxış edən Çingiz xan demişdir:
- Ən böyük yaradanın - Tenqri Hörmüzdün - mənim atamın buyruğu ilə, yer
üzərində 12 ölkəni özümə tabe etdirdim, kiçik hakimlərin özbaşınalığına son
90
qoydum, ehtiyac və zülm içərisində çabalayan xalqları birləşdirdim, etməli
olduğum işlərin böyük bir hissəsini yerinə yetirdim. İndi isə mən cismimə və
ruhuma dinclik vermək istəyirəm". ("Ümumdünya Tarixi".)
MəĢhur orta əsr salnaməçisi RəĢid-əd-Din tatarları və moğolları qohum
tayfalar adlandırır və onları köçəri türk xalqlarının sırasına aid edir. RəĢid-əd-Dinə
görə oğuz türklərinin əcdadı Oğuzun atası Qara xan Nuh peyğəmbərin bir oğlu,
tatar və moğolların babası Dib-Yakuy (Bakuy) isə digər oğludur (27, 76).
XVII əsrdə yaĢamıĢ görkəmli özbək-türkmən salnaməçisi Əbdülqazi
Bahadır xanın "ġəcəreyi - Tərakimə" - "Türkmənlərin soy kitabı" adlı o dövrə
qədərki tarixi qaynaqlara və Ģifahi söyləmələrə əsaslanaraq, yazdığı kitab türk
xalqlarının soy-kökünün öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Əbdülqaziyə
görə Nuh peyğəmbərin üç oğlundan biri Yafəsin törəmələri məhz türkdilli
xalqlardır. Yafəsin Ģəcərəsi isə belədir.
Yafəs - Türk - Tütək - Amulca xan - Dib Bakuy - Gök xan - Alınca xan.
Alınca xanın iki oğlu olmuĢdur:
Tatar və Moğol. Ġndiki oğuzlar məhz Moğol xanın törəmələridirlər (54, 50-
51).
Uzun illər moğolları monqollar kimi təqdim edən Sovet tarixĢünaslığı isə
bunu bilərəkdən qədim türkün qüdrətini sarsıtmaq məqsədilə etmiĢdir. Moğollar
Qafqaza gələn zaman bütpərəstliyə sitayiĢ edirdilər və öz hakimiyyətlərinin
təxminən 30-40 ili ərzində onlar tutduqları ərazilərdə bütpərəstliyi yaymağa
çalıĢdılar. Bu məqsədlə birinci növbədə, hakim din olan islam dinini sıxıĢdırmağa
baĢladılar. Bizans, gürcü və xüsusilə erməni kilsəsi islama qarĢı təbliğatda moğol
hakimlərinin fəal məsləhətçilərinə və köməkçilərinə çevrildilər. Bu proses
Zəngəzur türklərinin taleyindən də yan keçmədi. Ġslamın sıxıĢdırılmasından
istifadə edən ermənilər Tatev kilsəsinin fəaliyyətini gücləndirməyə baĢladılar.
Elxanilərin dini siyasəti yerli əhali ilə gəlmələrin arasında ziddiyyətin
artmasına, son nəticədə, baĢqa amillərlə yanaĢı, ölkənin daxili və xarici siyasətinin
gərginləĢməsinə gətirib çıxarırdı. Moğol Ģahzadələri taxt-tac uğrunda apardıqları
mübarizələrində bu və ya digər dindən istifadə edir və bu vasitə ilə öz
məqsədlərinə nail olmağa çalıĢırdılar. Məhz bu baxımdan, ciddi addım atan Qazan
xan (1295-1304) hakimiyyətə yiyələnmək naminə, uĢaqlıqdan itaət etdiyi
bütpərəstlikdən üz döndərib islamı qəbul etdi və onu yenidən dövlət dini elan etdi
(42, 339).
Bu islahat moğol-erməni münasibətlərinə ciddi zərbə vurdu. Ġslam dini
böyük türk ailəsini – moğol-tatar türklərini oğuz türkləri ilə bir daha birləĢdirdi,
yerli türklərlə gəlmə türklər qaynayıb qovuĢaraq, yenidən Qara dənizlə Xəzər
dənizi arasındakı ərazilərin tam səlahiyyətli hökmranlarına çevrildilər.
Ġslamın yüksəliĢi ilə 30 ilə qədər bir müddətdə yarım müstəqil knyazlıq kimi
mövcud olan Kilikiya erməni çarlığı da süqut etdi (116, 49). Bu knyazlıq tarixdə
91
sonuncu erməni dövləti olmuĢdur (təbii ki, 1991-ci ildə yaranmıĢ Ermənistan
Respublikası istisna olmaqla).
Sonra Qafqaza Əmir Teymur gəldi. Bu böyük türk sərkərdəsi 1395-ci
ildə Süniki tutdu və burada yeni islam türk dövləti yarandı (202, 473).
Öz müstəqilliyini və azadlığını həmiĢə qoruyub saxlamaq əzmi ilə seçilən
Sünik və Albaniya xalqları Əmir Teymur kimi qüdrətli bir cahangirə də müqavimət
göstərməyə, vaxtaĢırı üsyan qaldırmağa baĢladılar. Əmir Teymurun göstəriĢi ilə
Sünikdən və Qarabağdan xeyli insan indiki Əfqanıstan ərazisinə köçürüldü.
"Əfqan tarixi" əsərində deyilir ki, Əğfan tayfası Xəzər dənizi sahilində, Dağıstan
yaxınlığındakı ġirvan ölkəsində, yaxud qərbi Babül-Ərbabın (Dərbənd) kənarında
yaĢayan xəzər və ya alanlardan ibarət bir tayfadır. Əfqan (puĢtu) tayfasının adını
albanlar (ağvanlar) ilə əlaqələndirən digər mənbələr də vardır (95, 23).
Albanların Əmir Teymur tərəfindən indiki Əfqanıstan ərazisinə köçürülməsi
faktı Yesai Həsən Cəlalın "Alban ölkəsinin qısa tarixi" əsərində də qeyd olunur.
Müəllif Xorasan və Qəndaharda əfqan tayfalarının yaĢadığını və onların xristian
albanları olduqlarını, Albaniyadan Əmir Teymur tərəfindən bu ərazilərə
köçürüldüklərini vurğulayır (104, 21-22).
Zəngəzurun orta əsrlərdə sonrakı taleyi də türklərlə bağlı olmuĢdur. Bu
qədim diyar 1410-1468-ci illərdə Qaraqoyunluların, 1468-1502-ci illərdə
Ağqoyunluların hakimiyyəti altında olmuĢdur. Bu dövrün yadigarları kimi,
Zəngəzurda onlarla qəbiristanlıqlar son dövrlərə qədər qalmaqda idi. Məhz qoç
heykəli abidələri, öz bayraqlarında qara (Qaraqoyunlu) və ağ (Ağqoyunlu) qoçları
simvol kimi qəbul edən bu türk dövlətlərinin sitayiĢ və inam simvolu idi.
Zəngəzurda üstü ərəb əlifbası ilə türk dilində yazılmıĢ yüzlərlə qoç heykəlli qəbir
daĢları ulu babalarımızdan bizə qalan çox qiymətli yadigarlar idi, lakin təəssüflər
olsun ki, bu abidələri qoruyub saxlaya bilmədik.
Heyif! Min heyif!
... Tarixçilərin şəhadətinə görə Əmir Teymur 1396-cı ilin yazında Dərbəndə
qayıtdı, Kürün sahili boyunca qərbə doğru irəliləməyə başladı.
Ağdama gələrək o, Qarabağda Dərbənddən Bağdada və Həmədandan orta
Asiyaya qədər ərazilərdəki hakimiyyətinin idarə olunmasını oğlu Miranşaha həvalə
etdi. Özü isə Sultaniyyədən keçərək Səmərqəndə qayıtdı... (A. Bakıxanov,
"Gülüstani-Ġrəm").
1502-ci ildə ġah Ġsmayıl Xətai öz qızılbaĢ qoĢunları ilə Zəngəzuru fəth
etdi, Zəngəzurun iri Ģəhər və qalalarında Səfəvi Azərbaycan dövlətinin yerli
nümayəndəlikləri təsis edildi.
1512-ci ildə isə Osmanlı Türkiyəsi ilə Səfəvi xanədanı arasında uzun
sürən qanlı müharibə baĢlandı. Ġki qardaĢ xalq, iki din bir, dil bir, soy-kökü bir olan
millət biri-birinə düĢmən kəsildi. Vətən torpağı dəfələrlə əldən-ələ keçdi. Gah
Osmanlı türkü, əcəmi türkünü, gah da əcəmi türkü osmanlı türkünü məğlubiyyətə
uğratdı. Bu barədə çox kiçicik, lakin ibrətamiz bir sənədin surətini - Urud qalası
92
haqqında Sultan fərmanından çıxarıĢı hörmətli oxucularımızın diqqətinə çatdırmağı
gərəkli hesab edirik:
"Bitlis hakimi ġərəf xan ilə Maku sancaqbəyisi Əvəz bəy Sultana məktub
göndərib, bildirdilər ki, Naxçıvan əyanından Əmir Ziyaülmülkün övladlarından
olan mövlana Məhəmməd bəd əməlli qızılbaĢlardan üz döndərib, öz adamları ilə
gəlib Urud qalasına yerləĢmiĢdir. Urud qalasında olduğu müddət ərzində
qızılbaĢlarla dəfələrlə vuruĢmuĢ və onları məhv etmiĢdir. Qalanın hakimi Urud
qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmiĢdirsə də, döyüĢləri uduzub geri
çəkilmiĢdir. Urud qalasını lazımınca müdafiə etmiĢ mövlana Məhəmməd sultan
üçün də böyük xidmətlər göstərmiĢdir. Deyilənləri nəzərə alaraq, mövlana
Məhəmmədə məxsus və Naxçıvanın Cəhrik, Qıvraq adlı kəndlərindən və Türküt
adlı məzrədən ibarət övlad vəqfinin yenə də onun istifadəsində qalması üçün
Sultandan xahiĢ olunmuĢ, Sultanın cümadüləvvəl ayı 995-ci il tarixində bu barədə
fərmanı (əmri-Ģərif) verilmiĢdir (89, 51-52).
Nəhayət, Osmanlı Türkiyəsi ilə Ġran arasında 1639-cu ildə sülh saziĢi
imzalandı və bu sülh müqaviləsinə görə bir çox Azərbaycan torpaqları kimi,
Zəngəzur da Ġranın hakimiyyəti altına keçdi.
Burada ermənilərin böyük hay-küylə təbliğ etdikləri və milli-azadlıq
hərəkatı adlandırdıqları bir üsyan haqqında - 1722-1728-ci illərdə Zəngəzurda baĢ
verən üsyan haqqında danıĢmaq yerinə düĢərdi.
Qeyd etdiyimiz kimi, Qafqazı öz nüfuz dairəsində saxlamaq uğrunda
Osmanlı və Ġran dövlətləri arasında uzun illər mübarizə getmiĢdir. Bu mübarizədə
gah bir tərəf, gah da digər tərəf üstünlük qazanmıĢdır.
1720-ci ilin əvvəllərində I Təhmasibin Ģahlığı dövründə Ġran dövləti
tənəzzül keçirirdi. Böyük dövlətin zəifliyini görən ermənilər həmiĢə olduğu kimi,
yenə də baĢ qaldırmıĢdılar. Tiflis ermənisi David bəy (erməni mənbələrində
Davidbek) 1722-ci ildə Kapana gələrək orada hərbiləĢdirilmiĢ dəstə yaratdı. Ġran
xanədanının yerli caniĢinlərini qovan ermənilər 1723-cü ildə Kapanda "müstəqil"
erməni knyazlığının yarandığını elan etdilər. David bəy Kapandakı Babək qalasını
istehkama çevirərək orada möhkəmləndi (143, 167).
1723-25-ci illərdə Ġran tərəfindən müqavimət görməyən Davidbek yerli
hakimləri özünə tabe etdirərək, Zəngəzurun bir çox məntəqələrini, o cümlədən
Urud qalasını ələ keçirir (200, 650-651).
Ġran ordusunu Cənubi Qafqazdan sıxıĢdırıb çıxaran Türk qoĢunları 1725-ci
ildə Zəngəzura daxil olaraq David bəyi Urud qalasından vurub çıxarırlar. 1726-cı
ildə isə David bəy Qafandakı iqamətgahından qovularaq Meğri rayonu ərazisindəki
Əlidərə qalasına sığınır (143, 168).
Türk ordusunun qarĢısında davam gətirə bilməyən David bəy yenidən Ģah
Təhmasibə üz tutaraq onun hakimiyyətini qəbul etdiyini bildirir və müttəfiqlik
təklif edir. Lakin bu müttəfiqlik bir nəticə vermir və David bəy 1728-ci ildə
xəstəlikdən ölür. Onun baĢladığı hərəkatı davam etdirən ermənilərin daha bir "milli
93
qəhrəmanı" Mxitar Sparapet isə daha iki il türk qoĢunlarına qarĢı partizan
müharibəsi aparır və 1730-cu ildə öz silahdaĢlarının biri tərəfindən öldürülür.
Bu da ermənilərin Zəngəzurda apardıqları "milli-azadlıq hərəkatı"nın tarixi.
Gürcüstandan gəlmiĢ David bek adlı bir erməninin rəhbərliyi ilə kiçik bir ərazidə
cəmi 8 il davam edən balaca bir üsyanı ermənilər az qala bütün dünyaya milli-
azadlıq hərəkatının simvolu kimi qələmə verirlər: David bek haqqında onlarla
əsərlər yazırlar, filmlər çəkirlər, yalançı tarixlər uydururlar.
Ancaq bir tərəfdən də bu erməniləri də qınamalı deyil. Yazıqların baĢqa
sərkərdələri yoxdur, axı! Ayrı azadlıq hərəkatları olmayıb, axı!
Əgər ermənilərin də 22 il böyük bir xilafətə qarĢı mərdliklə mübarizə
aparan Babəkləri olsa idi, Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm kimi qəhrəmanları
olsa idi, onlar da yəqin ki, Tiflisli David bekin 6 illik mübarizəsinə o qədər də
önəm verməzdilər.
Sonrakı yüz ilə yaxın bir müddətdə Zəngəzur ərazisi Naxçıvan
Dostları ilə paylaş: |