söylenmesi, bir birinden farklı olması bu dillerin çok eski dönemde değişikliye uğradığını
göstermektedir. Örneğin; Oğuz grubundaki kurtga, kırınça, yıldırım, kapug, kurt, dudag, eksük,
bagırsak, kandü, sogan, örtüklü, yarın, evdaş, sökal, yogurt, sakış,çerik, kamug, kadaşkavramları
Kıpçak gruplarındakarı, kumırska, nayzagay, esik, böri, erin, naşar, iş, öz, juva, jasırın, erten,
ayel, avruv, ayran, oy, asker, barşa, tuvısşeklinde söylenmektedir. Bu tür kelimelerin sayısını özel
araştırmalar sayesinde belirlemek mümkündür.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
66
Oğuz grubundaki bazı leksikolojik kavramlar diğer Türk lehçelerinde bulunmamaktadır.
Bunun gibi olayları diğer dil gruplarında da görmek mümkündür. Sadece Kıpçak grubuna ait
kavramlar da mevcuttur. Sagındıkoğlu bu konuyla ilgili özel araştırmalar yapmış Türk lehçelerinin
sözlüklerini karşılaştırmıştır. Dolaysıyla eserlerdeki bazı kelimelerin sadece bir dilde mevcut olup
diğer dillerde bulunmadığı o kavramın değişik ifade edildiğini açıklamıştır. Araştırmacıya göre
Oğuz gruplarında bulunan kelimeler: alın (маңдай), bağırsak (іш), kendü (өз), kölke (көлеңке),
örtüklü (жасырын), sogan (жуа), utan (ұялу), çog (көп), karınça ( құмырсқа), kurt (бөрі),
yarın (ертең), yıldırım (найзағай)vs.Aksine bu kelimeler ise sadece Kıpçak grubunda
bulunmaktadır: basın (басыну), baklan (бағлан), bakır (жез), bayagı (баяғы), bolmaçı
(болмашы), entik (ентігу), em (ем), erik (ерігу), en (ену), enra (еңіре), irkil (іркілу), yimen
(имену), kün (күң), keri (кері), süngi (сүңгі), çık (шық), sal (салу), tansuk (таңсық), tıy
(тыю), tabran (тебірен), talpı (талпыну), tanırka (таңырқау), tun (тұну), ürk (үрку),
kavrut ( қауырт) [5. 44-45 s.] т.б.
Bu kavramlar Oğuz, Karluk-Uygur dillerinde geçmezse de Kıpçak gruplarında ayrıca Kazak
dilinde mevcuttur.
Yukarıdaki saydığımız fonetik ve leksikolojik özellikler üç dört bin yıllık değişim değildir.
Böylesine değişimin ortaya çıkması binlerce yılı geçirebilir. Oğuz, Kıpçak, Karluk- Uygur dillerinin
bir birinden ayrılması ve sınıflandırılması eski Altay devrinin ilk dönemine denk gelme ihtimali
vardır. Dil araştırmalarında benzerliklerle beraber aynı zamanda farklılıkları da çok iyi
sınıflandırmak gerekir. Her dilin sadece o dile has özelliklerini araştırarak belirlemek Türkologların
önemli görevlerinden biridir.
Kullanılan edebiyatlar:
1.
Baskakov N. A. “Вvedenyie v izucenye turkskih iazikov”. Moskva, 1962.
2.
“Kazak tilinin tusindirme sozdigi. 1-10 tomdar/Jalpi redaktsiasin baskargan А.Y.
Yskakov. – Аlmati: Gylym, 1974-1986.
3.
Sagındıkoğlu. B. “Kazak tilinin tarihi.” Kazak Üniversiteti Baspası, Almatı, 2011
4.
Kiyekbaev. Dj. G. “Bvedeniye v uralo-altaiskiye iazikoznaniye” Ufa, 1972.
5.
Sagındıkoğlu. B. “Altyn Orda jazba eskertkishterinin tili”. Kazak Üniversiteti Baspası,
Almatı, 2006.
Dürdanə Əliyeva, fil.ü.f.d., dos.
Bakı Slavyan Universiteti,Türkologiya kafedrası
durdana_a@mail.ru
OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ TAPMACALARININ ONOMASTİK SAHƏSİ
Oğuz qrupu türk dillərinin şifahi xalq ƏDƏBIYYATının ən qədim və maraqlı janrlarından
biri olan tapmaca əsrlərdən bəri nəsildən-nəslə keçərək müxtəlif dəyişikliklərə uğramış, bəzən
forma və məzmununu dəyişdirmiş, yeni məna, məzmun kəsb edərək bu günə qədər gəlib çıxmışdır.
Həm quruluş, həm məzmun, həm də leksik tərkibinə görə digər folklor janrlarından fərqlənən
tapmacalar folklorşünaslar tərəfindən tədqiq edilsə də, linqvistik baxımdan öyrənilməmişdir.
Tapmacalarda insanların cəmiyyət haqqındakı fikirləri, həyat təcrübəsi, təbiət üzərindəki
müşahidələri, təsərrüfat, məişət məsələləri və sairə bədii formada, obrazlı şəkildə ifadə edilmişdir.
Tapmacaların onomastik sahəsinin əsas hissəsini antroponimlər təşkil edir: Qutu qutu içində
\Sandıq qutu içində \Fatmanın ağ yaylığı (antroponim)\ O da qutu içində (şabalıdı)(Azərbaycan);
Dağda dalaymanı gördüm, Suwda Süleymanı gördüm, Duzsuz bişen aşı gördüm, Gawşap duran
daşı gördüm. (Gannçga, gami, süyt, değirmen)(türkmən); Bir oğlum var adı Beşir bulduğunu bana
taşır (kaşık)(türk);Avaşmnein enşesi\ Vanikenin kemençesi.(Sivrisinek)(qaqauz)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
67
Oğuz qrupu türk dilləri tapmacalarının tərkibindəki toponim və hidronimlər həm çox
məşhurlaşmış mərkəz şəhərlərin, böyük çayların adlarını, həm də kiçik rayonların, şəhərlərin və su
hövzələrinin da adlarını da əks etdirir. Bu adların bir qismi onlarla bağlı olan tarixi faktları və
hadisələri özlərində əks etdirdikləri halda, bəziləri isə özlərinə məxsus regional əlamətləri əks
etdirirlər:
Balta vurdum nimçəyə Səsi gəldi Gəncəyə (göy gurultusu) (toponim); Burada vurdum kılıcı
Halep’te çıktı ucu (şimşek) (türk); İki uç, iki halka, Bağdadda mıhı var. (Makas) (türkmən).
Nümunələrdən gördüyümüz kimi Oğuz qrupu türk dilləri tapmacalarının müxtəlid xarakterli
onomastik vahidlərlə zəngindir. Bu onomastik vahidlərin linqvistik baxımdan təhlili maraqlı dil
faktlarının aşkarlanmasına səbəb ola bilər.
Elçin Məmmədov, fil.ü.f.d., dos.
AMEA
Nəsimi
adına
Dilçilik
İnstitutu,
Türk
dilləri
şöbəsinin
aparıcı
elmi
işçisi
elchin197613@mail.ru
İŞĞAL EDİLMİŞ QARABAĞIN ANTROPOTOPONİMLƏRİ VƏ ONLARIN
QRAMMATİK-MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim və zəngin ərazilərindən biridir. Əlverişli
təbii-coğrafi şəraitin, təbii mağaraların olması qədim dövrlərdən burada ibtidai insanların məskən
salmasına şərait yaratmışdır. Haqqında bəhs etdiyimiz Qarabağ bölgəsinə Şuşa, Xankəndi, Xocalı,
Ağdərə, Xocavənd, o cümlədən Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonları daxildir.
Hazırda Qarabağ Ermənistan silahlı qüvvələri tarəfindən işğal edilib və bütün maddi-
mədəniyyət abidələri talan olunub. Eyni zamanda, ərazinin toponimləri erməni “müəllifləri”
tərəfindən saxtalaşdırılmış və yaşayış məntəqələrinin adları dəyişdirilərək erməniləşdirilmişdir. Bu
mənada bölgənin antropotoponimlərini tədqiq etmək olduqca vacib və əhəmiyyətlidir. Bu araşdırma
nəticəsində biz bölgənin antropotoponimlərinin erməni işğalına qədərki mənzərəsini bərpa etməyə
çalışacağıq.
Məlum olduğu kimi Azərbaycan toponimlər sistemindəki ayrı-ayrı coğrafi adlar uzun bir
tarixi inkişaf yolu keçməklə yanaşı, həm də aid olduğu xalqın və mövcud olduğu ərazinin, tarixən
bu ərazidə baş vermiş ictimai, iqtisadi və siyasi hadisələrin bir sıra spesifik cəhətlərini də özündə
əks etdirmiş və bunlar da bir çox toponimlərin yaranma və formalaşmasını şərtləndirmişdir.
Toponimlərin hansı tarixi dövrlərin məhsulu olduğunu, hansı ekstralinqvistik faktorlarla
bağlı yaranmasını müəyyən etmək çətindir. Bu mənada xüsusi mülkiyyətin hakim olduğu dövrlərin
toponimiyada qalıqları hesab olunan antropotoponimlər də diqqəti cəlb edir.
Antropotoponimlər şəxs adları əsasında yaranan yaşayış məskənlərini əhatə edir. İşğal
edilmiş Qarabağ ərazisi də antropotoponimlərlə zəngindir. Demək olar ki, Qarabağ ərazisində şəxs
adları əsasında formalaşan toponimlərin hamısının izahı Azərbaycan dili ilə bağlıdır.
Ümumiyyətlə, antroponim əsaslı toponimlərin əksəriyyəti sovet işğalına qədər yaranıb
formalaşmışdır və “onların ilkin formada birinci komponentlərinin ellipsiyası nəticəsində isə həmin
adlar toponimik səviyyədə sadə adlar kimi sabitləşmişdir. Belə antropotoponimlərin də
əksəriyyətini məntəqənin əsasını qoyduqları və mənsub olduqları ayrı-ayrı şəxslərin adları təşkil
edir” (2, s. 166). Bu antroponimlərin coğrafi ada çevrilməsi ona qoşulan nomenlərin köməyi ilə baş
verir. Belə ki, “toponimik status qazanmış antroponimlər əslində toponim yaradan müəyyən
ünsürlərin (coğrafi nomenlərin) əlavəsi ilə reallaşmış (İsi kəndi, Əliqulu kəndi, Əliyar kəndi və s.)
və ikinci tərəfin ellipsiyası nəticəsində şəxs adı ilə ifadə olunmuş birinci tərəf (aparıcı komponent)
coğrafi adın semantik yükünü öz üzərinə götürərək sadə oykonim kimi də sabitləşmişdir” (2, s.
166).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
68
İşğal edilmiş Qarabağ ərazisinin antropotoponimləri leksik-semantik və qrammatik-
morfoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir və Azərbaycan dilinin qanunauyğunluqları ilə öz
izahını tapır. Haqqında bəhs etdiyimiz ərazinin antropotoponimlərinin qrammatik-morfoloji
xüsusiyyətlərini aşağıdakı kimi təsnif etmək olar:
1.
-lar, -lər şəkilçiləri ilə formalaşanlar:
a)
Bu şəkilçilər bir sıra şəxs adlarına qoşularaq müəyyən qrupun, zümrənin həmin şəxsin
törəmələri olduğunu bildirən yer adları yaradır. Məsələn: Nəbilər, Məmişlər (Şuşa); Hətəmlər
(Laçın); Dadaşlar, İsalar, Rzalar (Ağdam); Alırzalar, Alolar, Babaşlar, Həsənlər (Kəlbəcər);
Əhmədalılar (Füzuli); Əfəndilər, Hüseynalılar (Cəbrayıl); Nəcəflər, Yusiflər (Zəngilan); Cavadlar
(Xankəndi);
b) Bəy, xan, paşa, kosa tipli sözlərə qoşularaq yer adları yaradır. Məsələn: Paşalar (Şuşa);
Kosalar (Ağdam);
c) -lar, -lər şəkilçiləri müəyyən zahiri əlamət və ləqəb, ayama və s. bildirən sözlərə əlavə
olunaraq, həmin əlamət, ləqəb, ayama və s. ilə tanınmış nəslə və ya nəsil başçısına mənsub kokret
qrup mənası ifadə edən oykonimlər yaradır. Məsələn: Ağakişilər (Zəngilan); Əmiralılar
(Xocavənd);
ç) -lar, -lər şəkilçiləri müəyyən sənət, peşə, dini mənsəb və s. məşğuliyyət növlərini bildirən
sözlərə əlavə edilməklə konkret qrupun vaxtilə göstərilən sənət, peşə və s. ilə məşğul olmuş nəslə
və ya nəsil başçısına mənsubluğunu, aidliyini ifadə edən yer adları əmələ gətirir. Məsələn: Hacılar,
Seyidlər, Mollalar (Laçın);
d) Birinci və ya ikinci tərəfi bəy, xan, qul sözlərindən, digər tərəfi isə şəxs adlarından əmələ
gələn antropotoponimlər. Məsələn: Allahqulular, Səfixanlar, İmamqulular, Səfixanlar (Şuşa);
Niyazqullar (Cəbrayıl);
2. Şəxs adları əsasında formalaşan oykonimlər.
a) Sadə şəxs adlarının oykonimləşməsi nəticəsində əmələ gələn toponimlər: Məsələn:
Nurəddin (Laçın); Sədi (Cəbrayıl); Aladin (Zəngilan); Fərrux (Xankəndi); Xətai (Xocavənd);
Bayandur (Ağdərə).
b) Mürəkkəb quruluşlu şəxs adlarının oykonimləşməsi nəticəsində əmələ gələn toponimlər:
Məsələn: Xanməmməd-Bünaən, Məmmədsəfi, Nəcəfalı (Kəlbəcər); Mollavəli (Füzuli);
Mollabürhan (Qubadlı); Pircamal (Xankəndi);
c) Tərkibində bəy, xan, qul tipli sözlərin olduğu şəxs adlarının oykonimləşməsi: Məsələn:
Alıqulu, Əliqulu (Laçın);
ç) İkinci tərəfi kənd, oba, abad sözündən ibarət olan şəxs adlarından əmələ gələn: Məsələn:
Salatınkənd (Şuşa); Cəfərabad (Cəbrayıl); Xəliloba (Qubadlı); Həsənabad, Mədətkənd
(Xankəndi);
d) İkinci tərəfi pəyə, təpə, dərə, qaya sözündən ibarət olan şəxs adlarından əmələ gələn:
Məsələn: Fətəlipəyə, Məlikpəyə (Laçın); Qurbantəpə (Cəbrayıl); Məmməddərə (Xocavənd);
Həsənqaya (Ağdərə).
3. -lı, -li şəkilçisinin köməyi ilə formalaşanlar. Bu şəkilçi müxtəlif şəxs adlarına – tayfa,
nəsil, tirə başçılarının adlarına qoşularaq, onlara mənsub mənası ifdə edən yer adları əmələ gətirir.
A.İ.Popov göstərir ki, “belə adları bəzən patronimik və ya eponimik adlar adlandırırlar” (4, s. 7).
Əslində “Azərbaycan toponimlər sistemində patronimik adların mühafizə olunmasının şərtləndirən
əsas amil Azərbaycanda XIX əsrin 80-ci illərinə qədər feodal-patriarxal cəmiyyət qalıqlarının hökm
sürməsi olmuşdur” (2, s. 163).
a) Sadə və ya mürəkkəb quruluşlu şəxs adlarına qoşularaq. Məsələn: Əhmədli (Laçın);
Səfərli, Eyvazlı, Qasımlı, Qiyaslı, Maqsudlu, Məmmədbağırlı, Həsənçobanlı, Usublu, Yusifcanlı,
Yusifli (Ağdam); Cəmilli, Kərəmli, Zülfüqarlı (Kəlbəcər); Bəhmənli, Əbdürrəhmanlı,
Kürmahmudlu, Veysəlli, Mahmudlu, Ələskərli, Qaraməmmədli, Qoçəhmədli, Pirəhmədli (Füzuli);
Hasanlı, Xudayarlı, Xudaverdili, İsaqlı, Mehdili, Soltanlı, Süleymanlı, Yarəhmədli (Cəbrayıl);
Balahəsənli, Bəxtiyarlı, Davudlu, Həmzəli, Qiyaslı, Məlikəhmədli, Mərdanlı (Qubadlı); Mikayıllı,
Xəlilli (Xankəndi); Məlikcanlı, Zakirli (Xocavənd); Bayandurlu, Rəcəbli (Ağdərə).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
69
b) Birinci və ya ikinci tərəfi şah, bəy, xan, ağa, hacı, kəlba, molla, mirzə, seyid, qul
sözlərindən formalaşan antroponimlərə qoşularaq. Məsələn: Hacıxanlı, Qarabəyli, Vəlibəyli
(Laçın); Birinci və İkinci Alıbəyli, İmamqulubəyli, Qasımbəyli, Ağalarbəyli, Adıgözəlbəyli,
Böyükbəyli, Əhmədağalı, Əliağalı, Hacıməmmədli, Həsənxanlı, İsmayılbəyli, Kəlbahüseynli,
Qəhrəmanbəyli, Muradbəyli, Paşabəyli, Şükürbəyli, Tağıbəyli (Ağdam); Mollabayramlı,
Nadirxanlı, Şahmansurlu (Kəlbəcər); Alıxanlı, Hüseynbəyli, Kərimbəyli, Qaraxanbəyli,
Mirzəcamallı, Mirzənağılı, Mollaməhərrəmli, Musabəyli, Seyidmahmudlu, Şükürbəyli, Seyidəhmədli
(Füzuli); Əsgərxanlı, Hacılı, Hacı İsaqlı, Məstalıbəyli, Mollahəsənli, Şahvələdli, Şıxalıağalı
(Cəbrayıl); Muradxanlı, Yusifbəyli (Qubadlı); Alıbəyli, Cahangirbəyli, Əmirxanlı, İsgəndərbəyli,
Məmmədbəyli, Şəfibəyli, Məşədi İsmayıllı, Mirzə Həsənli (Zəngilan); Mehdibəyli, Seyidbəyli
(Xankəndi); İsmayılbəyli (Ağdərə).
Fikir versək, tərkibində bəy, xan, ağa və s. sözlər olan oykonimlər sayca üstünlük təşkil
edir. İlk baxışda düşünülə bilər ki, bu oykonimlərdə əks olunmuş şəxs adı ilə həmin kənd əhalisinin
(tayfa, nəsil və tirənin) hansısa qohumluq əlaqəsi var. Əslində isə “antroponimlərə əlavə edilən –lı, -
li, -lu, -lü şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxslərin törəmələri olduğunu deyil,
onların həmin şəxslərdən asılılığını, onlara inzibati mənsubluğunu bildirir. Ağdam rayonundakı
İmamqulubəyli oykonimi keçmişdə Qarabağ düzündə yaşamış kəngərlilərə mənsub qaradolaq
tayfasının eyniadlı tirəsinin adını əks etdirir. 1823-cü ilə aid arxiv sənədlərinin birində qeyd
olunmuşdur ki, 104 ailədən ibarət bir köç çar hökuməti tərəfindən 5 il müddətinə İmamqulu adlı bir
bəyə bağışlanmış və onlar bəyin adı ilə bağlı İmamqulubəyli adlanmışdır”(2, s. 164).
Eyni fikri Zəngilan rayonunda kənd və inzibati ərazi vahidi olan Cahangirbəyli kəndi
haqqında da demək olar. Oxçu çayının sahilində yerləşir. “Azərbaycan toponimlərinin ensiklopedik
lüğəti”ndə verilən məlumata görə “yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli)
kəndindən köçüb gəlmiş Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanmışdır.
Oykonim “Cahangirbəyə məxsus kənd” deməkdir”(1, s. 117).
Bu antropotoponimdə əksini tapmış şəxs ilə (Cahangirbəylə) həmin kənd əhalisinin heç bir
qohumluq əlaqəsi yoxdur. Antroponimə əlavə edilən –li şəkilçisi heç də kənd əhalisinin mənşəcə
həmin şəxsin törəməsi olduğunu deyil, onların sözügedən şəxsdən asılılığını, ona inzibati
mənsubluğunu bildirir.
Çox guman ki, Cahangirbəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə
ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi
mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir.
4. -an şəkilçisinin köməyi ilə formalaşanlar. Məsələn: Fərəcan, Səfiyan (Laçın); Şərifan
(Zəngilan);
5. Sintaktik yolla yaranan antropotoponimlər: Məsələn: Ağalaruşağı (Laçın);
Abdullauşağı, Məmməduşağı (Kəlbəcər); Əliquluuşağı, Hüseynuşağı (Qubadlı).
Maraqlıdır ki, bu yolla yaranan oykonimlər ilkinliyini-orijinallığını müəyyən qədər
saxlayıb. Bu coğrafi adlarda uşaq və -ı mənsubiyyət şəkilçisi tayfa, tirə və ya nəsli əks etdirir.
Tədqiqatçılar qeyd edirlər ki, belə oykonimlərin bir çoxunda axırıncı komponentlər düşə bilər (2, s.
166). Fikrimizcə, tədqiqatçı burada müəyyən səhvlərə yol vermişdi. Belə ki, onun fakt kimi irəli
sürdüyü Qubadlı rayonunun Əliquluuşağı kəndindəki uşaq+ı komponentləri heç də düşməyib, ilkin
variantını qoruyub saxlayıb. Çox güman ki, müəllif bu oykonimlərdən sonra işlənən kənd sözünü
nəzərdə tutub.
Ümumiyyətlə, Qarabağ ərazisində mövcud olan antropotoponimlərin tarixi bir neçə əsr
əvvələ gedib çıxır. Belə ki, onların bir hissəsinin adlarına hələ XVIII əsrin əvvəllərində tərtib
olunmuş siyahılarda (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri) rast gəlinir (3, s. 3 - 576). Həmin
antropotoponimlərin əmələ gəlmə yolları Azərbaycan dilinin qanunları ilə öz izahını tapır. Halbuki
tarixşünaslıqda hələ də belə bir fikir dolaşır ki, “guya Şuşa və onun ətraf yerlərinə türk
(azərbaycanlı) əhali Pənah xan tərəfindən Şuşa şəhərinin əsası qoyulandan sonra gəlib
yerləşmişdilər. Və yenə nədənsə Qarabağın etnodemoqrafik məsələlərinə və əhalinin yerləşməsinə
toxunduqda mütləq şəkildə qeyd edilir ki, türklər (yəni azərbaycanlılar - E.M) Qarabağın aranında,
ermənilər isə dağlıq hissəsində yaşamışlar. “Müfəssəl dəftər”in məlumatları bu fikirlərin əsassız
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
70
olduğunu göstərir. Pənahabadın əsası qoyulmazdan xeyli əvvəl nəinki bu bölgədə, eləcə də
Qarabağın digər dağlıq bölgələrində türklər (azərbaycanlılar) kompakt şəkildə yaşamış, ermənilərin
xeyli hissəsi isə türklərin tərk etdiyi yaşayış məskənlərinə yerləşmişdilər” (3, s. 17). Bunu sübut
etmək üçün nəinki ermənilərin yaşadıqları kəndlərin, bütövlükdə Qarabağın kəndlərinin
Azərbaycan-türk mənşəli olması faktına diqqət yetirmək yetərlidir.
ƏDƏBIYYAT
1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild, Bakı, 2007.
2. Əhmədov T. Azərbaycan toponimikasının əsasları, Bakı, 1991.
3. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, 2000.
4. Попов А. И. Названия народов СССР. Введение в этнонимику. Л., 1973.
Elchin Mahammad oglu Mamedov
Antropotoponyms of the occupied Karabakh and their
grammatical-morphological features
SUMMARY
This paper examines all antropotoponyms of Karabakh before the occupation, taking into account the area to
which they relate. Author also classified the antropotoponyms according to the method of their formation.
Keywords: antropotoponyms, classification, Karabakh, grammatical- morphological features, oykonyms
Elnarə Əliyeva, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Türk dilləri şöbəsinin aparıcı elmi işçisi
dok.elnare_e@mail.ru
TÜRK DİLLƏRİNDƏ ƏVƏZLİK KATEQORİYASI: ƏNƏNƏ VƏ MÜASİRLİK
Əvəzlik isim, sifət, say, zərf və felin yerində işlənən sözlərə
əvəzlik
deyilir. Əvəzlik hansı
nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur. Bunlar ənənəvi qrammatikalardan
məlum olan qaydalardır. Lakin əvəzlik ətrafında bir-birindən xeyli fərqlənən, hətta bir-birinin
əksini təşkil edən mülahizələr də diqqəti cəlb edir.
Əvəzliklər gah “boş sözlər”, gah da “ən sirli sözlər” adlandırılır. Gah bir nitq hissəsi kimi
inkar edilir, gah da ona daxil olan sözlər başqa nitq hissələri arasında paylaşdırılır, gah da köməkçi
nitq hissəsi kimi təqdim edilir. Bəzən əvəzliyin əhatə dairəsi xeyli məhdudlaşdırılır, əvəzliklərin
yalnız bir qismi bu nitq hissəsinə aid edilir [1.S.285]. Azərbaycan dilində tədricən bölgü prinsipində
dəyişikliklər aparılmış, vaxtilə qəbul olunmuş bəzi növlər ixtisara salınmışdır. Y.Seyidov
Azərbaycan dilində cəmi 27 sözü əvəzlik kimi qəbul etmiş və onları 5 növə aid etmişdir.
“İsimləri əvəz etdiyi üçün əvəzliklərin xeyli hissəsi bir vaxtlar “ismi-zəmir” (əvəzlik-isim)
adı altında isimlər sırasına daxil edilmiş, işarə əvəzlikləri isə “təyini sifət” adı ilə sifətlərlə birgə
verilmişdir” [2. S.138].
Azərbaycan dilində H.Mirzəzadə tarixən əvəzliyin şəxs, qayıdış, işarə, sual, təyin, qeyri-
müəyyən kimi növlərinin olduğunu bildirmişdir. O, inkar əvəzliklərini qeyri-müəyyən əvəzliklərinə
daxil etmişdir. Digər bir məqamda isə müəllif qayıdış əvəzliyini şəxs əvəzliyinin bir növü
adlandırmışdır. [3. S.175].
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
71
F.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası” kitabında əvəzliyin 6 növünü
göstərmişdir: şəxs, işarə, sual, təyini və qayıdış, qeyri-müəyyən, inkar [4. S.113]. F.Zeynalov
mənimki, bizimki ifadələrini şəxs əvəzliklərinə daxil etmiş, ora, bura ifadələrini zərf hesab etmişdir.
Qayıdış əvəzliklərini isə təyini əvəzlikləri ilə birləşdirərək təyin-qayıdış əvəzlikləri adı altında
verilməsinin daha doğru olması fikrini irəli sürmüşdür.
Q.Kazımov əvəzliyi “leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik
vəzifəsinə görə fərqlənən orijinal bir kateqoriya, xüsusi söz qrupu” kimi səciyyələndirmişdir
[2.S.135]. O, əvəzliyin aşağıdakı 7 növünü göstərmişdir: şəxs, qayıdış, sual, qeyr-müəyyənlik
bildirən, inkar, nisbi və işarə əvəzlikləri.
Ümumiyyətlə, müasir Azərbaycan dilində əvəzliyin aşağıdakı növləri qəbul olunur: şəxs,
Dostları ilə paylaş: |