Q Ə T N A M Ə
Azərbaycan Respublikası Adından
14 oktyabr 2016-cı il İş № 2(106)1845/2016 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala
oğlu, (sədrlik edən, məruzəçi) Kərimov Qəzənfər Babaxan oğlu və Eyvazov Rafael Əmir oğlundan
ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçı “Bank Respublika” ASC-nin
nümayəndəsi Şamilov Əliabbas Yadigar oğlunun iştirakı ilə,
İddiaçı “Bank Respublika” ASC-nin cavabdehlər Xəlilov Aris Əflatun oğluna və Atayeva
İlhamə Əlisamid qızına qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi
tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2(032)-
1740/2015 saylı qətnaməsindən cavabdeh Xəlilov Aris Əflatun oğlu tərəfindən verilmiş
apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq
MÜƏYYƏN ETDİ:
Şirvan Şəhər Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2(032)-1740/2015 saylı
qətnaməsi ilə (sədrlik edən Z.Əliyev) iddia qismən təmin edilərək cavabdeh Xəlilov Aris Əflatun
oğlu ilə “Bank Respublika” ASC arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 14033-1/436422
saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Xəlilov Aris Əflatun oğlundan və Atayeva
İlhamə Əlisamid qızından 2709,67 (iki min yeddi yüz doqquz dollar altımış yeddi sent) ABŞ
dolları əsas kredit borcu 434,88 (dörd yüz otuz dörd dollar səksən səkkiz sent) ABŞ dolları
məbləğində kreditdən istifadəyə görə faiz borcu və 500 (beş yüz) ABŞ dolları borc üzrə cərimə
borcu cəmi 3644,55 (üç min altı yüz qırx dörd dollar əlli beş sent) ABŞ dolları pul məbləğinin
qətnamənin icra olunduğu gün üçün bank faizlərinin ucot dərəcəsi nəzərə alınmaqla manatla
müştərək qaydada alınaraq “Bank Respublika” ASC-yə verilməsi, 30 (otuz) manat cavabdehlər
Xəlilov Aris Əflatun oğlundan və Atayeva İlhamə Əlisamid qızından müştərək qaydada alinaraq
iddiaçi “Bank Respublika” ASC-yə verilməsi qət edilmişdir.
Cavabdeh Xəlilov Aris Əflatun oğlu tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir.
İŞİN HALLARI:
İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Bank Respublika” ASC-nin Şirvan filialı
ilə cavabdeh Xəlilov Aris Əflatun oğlu arasında 13 fevral 2014-cü il tarixli, 14033-1/436422 saylı
kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə 18 ay müddətinə illik
faiz dərəcəsi 29 faiz olmaqla 3800 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin icrasının
təmini məqsədi ilə həmin tarixdə “Bank Respublika” ASC-nin Şirvan filialı ilə Atayeva İlhamə
Əlisamid qızı arasında 14033-1/436425 Z saylı zaminlik müqaviləsi bağlanmış, cavabdeh krediti
və kreditlə hesablanmış faizləri müvafiq surətdə vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüş,
müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə cavabdehin 09.07.2015-ci il tarixə banka
2709,67 ABŞ dolları məbləğində əsas kredit borcu, 434,57 ABŞ dolları kreditdən istifadəyə görə
faiz borcu, 3718,57 ABŞ dolları əsas borc üzrə cərimə borcu cəmi 6863,12 ABŞ dolları borcu
yaranmışdır, bundan əlavə hazırki ərizənin verilməsi ilə bağlı 30 manat məbələğində dövlət
rüsumu ödənilmişdir, cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, kreditin və
kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmillər.
2
İddia tələbində Xəlilov Aris Əflatun oğlu ilə “Bank Respublika” ASC arasında bağlanmış
13 fevral 2014-cü il tarixli 14033-1/436422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər
Xəlilov Aris Əflatun oğlundan və Atayeva İlhamə Əlisamid qızından 2709,67 (iki min yeddi yüz
doqquz dollar altımış yeddi sent) ABŞ dolları əsas kredit borcu 434,88 (dörd yüz otuz dörd dollar
səksən səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu və 3718.57 ABŞ
dolları borc üzrə cərimə borcu cəmi 3718,57 ABŞ dolları pul məbləğinin, 30 (otuz) manat dövlət
rüsumunun müştərək qaydada alınaraq iddiaçı “Bank Respublika” ASC-yə verilməsi xahiş
edilmişdir.
Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Cavabdeh Xəlilov Aris Əflatun oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci
instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla
məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fatkiki halların araşdırılmaması və
sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir.
Apellyasiya şikayətində Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2(032)-
1740/2015 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş
edilmişdir.
TƏRƏFLƏRİN İZAHATLARI:
Cavabdeh Xəlilov Aris Əflatun oğluna məhkəmə iclasının yeri və vaxtı barədə qanunla
müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının
iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə bildirməmişdir.
Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci
maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə
əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd
olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Məhkəmə kollegiyasının iclasında iddiaçı “Bank Respublika” ASC-nin nümayəndəsi
Şamilov Əliabbas Yadigar oğlu izahatında apellyasiya şikayətinin təmin edilmədən Şirvan şəhər
Məhkəməsinin 1 sentyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə
kollegiyasından xahiş etdi.
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını, məruzəçi hakimin məruzəsini
dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir
ki, cavabdeh Xəlilov Aris Əflatun oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən,
Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2(032)-1740/2015 saylı qətnaməsi
dəyişdirilmədən saxlanılmalıdır.
İŞİN HÜQUQİ MƏSƏLƏLƏRİ:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən
apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə olunmuş
sübutlar əsasında mahiyyəti üzrə baxır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini
yoxlayır.
Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı
olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş
üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən
3
maddi və prosessual hüquq normalarına düzgün riayət edib etməməsinə hüquqi qiymət
verilməlidir.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
2005-ci il 24 noyabr tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, kassasiya və apellyasiya
instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda,
qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək
hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq
normaları düzgün tətbiq və təfsir edilmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına
və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdur.
İş materiallarında olan “Bank Respublika” ASC-nin Şirvan filialı ilə cavabdeh Xəlilov Aris
Əflatun oğlu arasında 13 fevral 2014-cü il tarixli, 14033-1/436422 saylı kredit müqaviləsindən
görünür ki, bank borc alana illik faiz dərəcəsi 29 faiz olmaqla 18 ay müddətinə 3800 ABŞ dolları
məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və
kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
İş materiallarında olan “Bank Respublika” ASC-nin Şirvan filialı ilə cavabdeh Atayeva
İlhamə Əlisamid qızı arasında 13 fevral 2014-cü il tarixli, 14033-1/0436425 Z saylı Zaminlik
müqaviləsinin surətindən məlum olur ki, Atayeva İlhamə Əlisamid qızı borcalan Xəlilov Aris
Əflatun oğlunun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərınə
götürmüşdür.
İş materiallarında olan 13.03.2014-cü il tarixli kreditin odəmə cədvəlindən görünür ki,
borclu hər ay 262,95 ABŞ dolları ödəməklə borcunu və ona hesablanmış faizləri 13.08.2015-ci il
tarixə kimi ödəməli idi.
İşdə olan 13.02.2014-cü il tarixli qəbzdən görünür ki, Xəlilov Aris Əflatun oğlu 3800 ABŞ
dolları pulu bankdan almışdır.
Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Xəlilov Aris Əflatun oğlu kredit
müqaviləsinə əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, kredit
müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla
göstərilən ödənilməli olan aylıq məbləği kreditor “Bank Respublika” ASC-yə ödəmədiyi üçün
müqavilə şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən
tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan
başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və
başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla,
ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri
ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq
o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və
hallarla əlaqədardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə
iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş
üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra
edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,
mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər
şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir
şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli,
əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir,
kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
4
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul
vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər
şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya
toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını
həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,
yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin
tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən
irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun
pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və
xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla
icra edilməsi) başa düşülür.
Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə
nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra
mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Həmin
Məcəllənin
445.2-ci
maddəsinə
əsasən
öhdəliyin
onun
icrası
üçün
müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi
xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə
təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya
zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu
kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra
etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin
ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin
hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb
müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə
alınır.Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir
ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə
düzgün nəticəyə gəlmişdir, ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə
razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir.
Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi
maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm
əhəmiyyəti olan bütün fatkiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi
ilə qəbul edilmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki,
birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq
edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün
mühüm əhəmiyyəti olan bütün fatkiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət
verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
Apellyasiya şikayətində Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2(032)-
1740/2015 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş
edilmişdir.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb əsassız
olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə
qəbul edilməsi baxımından qanuni əsaslar müəyyən etməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən
məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
5
Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının
əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdeh öz
etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə
sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli
hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan
müəyyən edilmiş qüvvəsi yoxdur.
Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı
olmalıdır.
Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi
hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız
məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər
üzrə qətnamə çıxarır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci
instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə
düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Məhkəmə kollegiyası işin tədqiq edilən hallarına əsasən nəticəyə ki, cavabdeh Xəlilov Aris
Əflatun oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan şəhər Məhkəməsinin
01 sentyabr 2015-ci il tarixli 2(032)-1740/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən
apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin
etmədən saxlaya bilər.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci,
384.0.1-ci, 392-393-cü, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh Xəlilov Aris Əflatun oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Şirvan şəhər Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2(032)-1740/2015 saylı qətnaməsi
dəyişdirilmədən saxlanılsın.
Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində
Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi
gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən:İmza var.
Hakimlər:İmzalar var.
Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov
Dostları ilə paylaş: |