19
həmin ildə hesablama maşınının iş prinsipi barədə ətraflı məruzə hazırlayır. Məruzə
bu işlə məşğul olan digər alimlərə də göndərilir və hamı tərəfindən bəyənilir. Buna
əsas səbəb fon Neymanın təklif etdiyi hesablama maşınının iş prinsipinin sadəliyi və
universallığı idi.
Con fon Neyman prinsipi əsasında işləyən ilk hesablama maşını 1949-cu ildə
ingilis tədqiqatçısı Moris Uilksin tərəfindən düzəldilir.
İstər həmin ərəfədə, istərsə də sonrakı dövrlərdə təkmilləşərək düzəldilmiş
bütün hesablama maşınlarının iş prinsipi fon Neymanın təklif etdiyi prinsipə
əsaslanırdı.
Con fon Neymanın hesablama maşınının iş prinsipində əsas İdeya bundan
ibarət idi: informasiyanı təhlil edəcək hesablama maşını effektif işləməsi ilə yanaşı
universal olmalıdır.
Dostları ilə paylaş: