Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə17/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   13   14   15   16   17   18   19   20   ...   94
Informatika-Muhazireler-2

Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir:
Sistem proqramları aşağıdakılardır:
1. Əməliyyat sistemləri;
2. Şəbəkə sistemləri;
3. Xidməti proqramlar və s.
Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan
xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən
keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edib, onun vacib
elementlərindən biridir. Əməliyyatlar sistemi kompüter işə düşərkən yerinə
yetirilməyə başlayır. Kompüterin bütün hissələrinin işləməsini təmin edir,
informasiyanı idarə edir. Əməliyyat sistemi məlumatların saxlanması və onun
emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə ƏS lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar
istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin resurslarını idarə edir.
Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və
s., şəbəkə proqram təminatına isə Windows 2000, Windows NT Server, Netware,
Windows for Workgroup və s. aiddir.
ƏS-nin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu
proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını yaxşılaşdırır.
Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət etməyə, nasazlıqları
aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirməyə, ƏS-nin nüvəsinə
müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və
viçesterdən) əməli yaddaşa yükləməyə, iş zamanı səhvləri düzəltməyə, proqram
modulları arasında əlaqə yaratmağa, diskləri formatlaşdırmağa və s. imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:
-antiviruslar;


 31
-interfeys proqramları;
-fayl, kataloq və qovluqlarla işləmə proqramları;
- arxivləşdirmə proqramları;
- proqram örtükləri;
- qurğuların iş qabliyyətini yoxlayan proqramlar;
-qurğuları idarə edən proqramlar- drayverlər;
-köməkçi proqramlar.
Xidməti proqramlar aşağıdakı köməkçi funksiyaları yerinə yetirə bilir:
-kompüteri diaqnostika edərək, nasazlıqları aşkar edir və imkan daxilində onları
aradan qaldırır;
-arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP,
WINZIP, WINRAR);
-antivirus proqramlar kompüterin viruslarla yoluxmasının qarşısını alır və əmələ
gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin