55
-şərti və ya məntiqi blok;
-
Dövr bloku;
-
alt proqram bloku;
-
çap bloku.
Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş oxlarla
prosesin gedişatı istiqamətində birləşdirilir.
Alqoritmin üç əsas növü vardır. Bunlar xətti strukturalı, budaqlanan strukturalı
və dövri strukturalı alqoritmlərdir. Xətti strukturalı alqoritm elə alqoritmə deyilir ki,
ondakı yazılışların ardıcıllığı ilə yerinə yetirmə ardıcıllığı qarşılıqlı birqiymətli uyğun
olur.
Əgər alqoritmin yerinə yetirilməsi hər hansı şərtdən asılı olaraq şaxələnirsə,
onda belə alqoritm budaqlanan alqoritm adlanır.
Bir çox proseslərin yerinə yetirilməsində eyni parametrin müəyyən qaydada
təyin edilmiş müxtəlif qiymətlərdə hesablanması tələb olunur. Buna görə də dövrü
proses əmələ gəlir. Dövrlər sadə və ya mürəkkəb olur. Yəni, yalnız bir parametrdən
asılı və bir neçə parametrlərdən asılı olan bir-birinə daxil olan dövrlər ola bilərlər.
Belə proseslərə uyğun olan alqoritmlər dövri alqoritmlər adlanırlar.
Dostları ilə paylaş: