Mövzu 1: İnformatika fənni, predmeti və onun tərkib hissəLƏRI



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə73/94
tarix27.01.2023
ölçüsü1,09 Mb.
#81127
1   ...   69   70   71   72   73   74   75   76   ...   94
Informatika-Muhazireler-2

Fayllarin arxivləşdirilməsi. Kompüterin istismarı zamanı müxtəlif səbəblərdən
maqnit diskində informasiyaların korranması və silinməsi (itməsi) baş verir. Bu
bilavasitə maqnit diskiin fiziki korranması, fayllar üzərində korretirovkaların (düzəliş-
lərin) düzgün aparılmaması və ya təsadüfi silinməsi, informasiyaların virus vasitəsi ilə
məhv edilməsi və s. ilə əlaqədar olur. Belə vəziyyətlərdə itkilərin sayını azaltmaq üçün
istifadə olunan faylların arxivləşmiş surətini çıxarmaq və fayllar dəyişdikcə, onların
surətini təzələmək lazım olur. Arxivləşdirmə zamanı istifadə olunan bəzi proqramlar
vasitəsi ilə faylın tutumu nə qədərdirsə surətində də bir o qədər yer tələb olunur. Bu da
müəyyən bir fayl üçün bir neçə disket lazım olması probleminə (xüsusi ilə fayl


 168
həddindən böyük olanda) gətirib çıxarır. Ona görə də faylları arxivləşdirmək üçün
elə xususi proqramlardan istifadə etmək lazımdır ki, həmin proqramlar həm arxiv
disketlərinin tutumuna qənaət etməyə, həm də qrup şəkilində istifadə olunan faylları
bir fayl kimi arxivləşdirməyə imkan versin.
Bu proqramların bəzilərini pullu, bəzilərini isə pulsuz ( “Shareware” və s.) əldə
etmək mümkündür. Arxivləşdirmə zamanı fayllar sıxılmış vəziyyətdə saxlanılır.
Arxivləşmə proqramına misal olaraq WinRAR–32 tərtibli proqramını göstər-
mək olar. Bu proqram informasiyanı yüksək dərəcəli sıxmaq, digər arxiv faylları
(CAB, ARC, LZN) ilə işləmə, özü açılan - SFX və çoxcilidli arxivlərin yaradılması,
xarab olmuş arxivlərin bərpası kimi keyfiyyətlərə malikdir.
Proqram baş menyunun Proqramlar bölməsindən eyni adlı WinRAR əmrini
yerinə yetirməklə yüklənir. Proqramın menyu sətri 6 ədəd menyudan ibarətdir.
Fayl menyusu aşağıdakı əmrlərdən ibarətdir:
Arxivi açmaq (Открыть архив). Bu əmri yerinə yetirdikdə açılmış pəncərədə
tələb olunan arxivi və qovluğu seçmək olar. Bundan sonra arxivin və qovluğun tərkibi
fayl pəncərəsində əks olunacaq.
Diskin seçilməsi (Выбрать диск). Bu əmrlə menyudan cari diski seçmək
mümkündür.
Qovluğun seçilməsi (Выбрат папку). Bu əmrlə açılmış pəncərədə kompüterin
ağacvari qovluq strukturundan cari qovluğu seçmək olar.
Porol (Пороль).Əmr arxivləşmə porolunu müəyyən etməyə imkan verir.
Hamısııını qeyd etmək (Выделить все). Əmr cari diskin və ya qovluğun fayl
siyahısındakı bütün faylları qeyd edir.
Qrunu qeyd etmək (Выделить группу)- Əmr müəyyən şablona uyğun olaraq
qovluğu və faylları qeyd edir. Məsələn: açılan pəncərədə verilmiş *. DOC şablonu
qovluqdakı bütün MS Word sənədlərini qeyd edəcək.
Qeyd olunmadan imtina (Снять выделение)- Bu əmr müəyyən şablona uyğun
qeyd olunmuş fayl və qovluqlardan qeyd olunmanı ləğv edir.
Qeyd olunmanın inversiyası (Инвертиравать выделение)- Müəyyən şablona
uyğun qeyd olunmuş fayllar və qovluqlarda qeyd olunmanı ləğv edir və əksinə
digərlərini qeyd edir.
Əmrlər (Команды) menyusu. Menyu aşağıdakı əmrlərdən ibarətdir:
Fayılın arxivə əlavə edilməsi (Дабавить файл в архив). Bu əmr qeyd olunmuş
faylların və ya qovluqların arxivləşməsini həyata keçirir. Əmri yerinə yetirdikdə açıl-
mış pəncərədə arxivə ad, arxivin formatını (RAR və ya ZIP), sıxılma və yeniləşmə
üsulunu, lüğətin ölçüsünü, çoxcilidli arxivlər üçün cildin həcmini (1457500 və avto-


 169
matik təyin olma (автоопре-деление)), arxivləşmə parametrlərini, ehtiyat surəti
üçün parametrləri müəyyən etmək lazımdır.
Proqramda 6 sıxılma metodu nəzərdə tutulmuşdur:
1. Tez (Быстро)
2. Surətli (Скоростной)
3. Yaxşı (Хороший)
4. Maksimal (Максимальный)
5. Adi (Обычный)
6. Sıxılmadan (Сжатия)
Maksimal sıxılma üsulu yüksək dərəcəli sıxılmanı təmin edir. Lakin bu zaman
sıxılma sürəti çox kiçik olur. Əksinə, sürətli üsul sürətlə sıxılmanı, lakin pis sıxılmanı
təmin edir. Lüğətin ölçüsü – 64,128,256,512 və 1024 kb ola bilər. Lüğətin ölçüsü nə
qədər böyük olsa sıxılma sürəti aşağı, keyfiyyəti isə yüksək olur. Əgər kompüter 16
mb operativ yaddaşa maliksə, lüğətin ölçüsünü 256 göstərmək olar.
Proqramda aşağıdakı arxivləşmə parametrləri nəzərdə tutulmuşdur:
1. Arxivləşmədən sonra faylı ləğv etmək (Удалить файла после архивации).
Fayl arxivləşdikdən sonra avtomatik ləğv edilir.
2. SFX - arxivi yaratma (Создать SFX). Özüaçılan SFX arxiv faylı yaradılır. Belə
ki, bu tip arxivdə kursoru həmin faylın üzərinə qoyub, siçanın sol düyməsini sıxmaqla fayl
arxivdən azad olur.
3. Bütöv arxiv (Непрерывный архив). Yalnız RAR tipli arxiv bütöv arxivləşməyə
məruz qalır.
4. Elektron imza (Электронный подпись) Bu zaman arxivə elektron imza –
müəllif, axırıncı dəfə yeniləşmə tarixi əlavə olunur.
5. Multimedia sıxılma (Мултимедийная сжатия)
Bu sıxılma parametri səs, 24 tərtibli BMP formatlı rəsmlərin sıxılması zamanı
adi sıxılmadan 30% artıq yüksək tərtibli sıxılma əldə etməyə imkan verir. Bu parametr
yalnız RAR tipli arxivlər üçün nəzərdə tutulmuşdur.
6. Bərpa üçün informasiya (Информация для востановления). Arxivə bərpa
üçün informasiyanı əlavə edir.
Ehtiyat surəti üçün isə aşağıdakı parametrlər müəyyən edilmişdir:
1. Arxivləşmədən əvvəl diski təmizləmək (Очишать сменный диск перед
архивацией на него). Arxiv diskdə yaradılarkən onda olan bütün fayllar və qovluq
ləğv olunur.
2.Yalnız “Arxiv” atributları əlavə etmək (Добавлять только с установленным
атрибутом). Bu zaman arxivə yalnız arxiv atributlu fayllar əlavə edilə bilər.


 170
3. Arxivləşmədən sonra “Arxiv” atributunun ləğv edilməsi (Снимать
атрибут ”Архивный” после архивации). Arxivləşmədən sonra fayllardan arxiv
atributu ləğv olunur.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin