Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə100/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Təxirəsalınmaz yardım
- Yüngül donmada zərərçəkmiş isti yerə gətirilir, bükülür, isidilir. 
İçməyə isti çay, qəhvə verilir. Ən yaxşısı isti vanna qəbuludur (tədricən suyun hərarətini 36°C-dək 
çatdırmaqla). Ürək fəaliyyəti və tənəffüsün dayanması hallarında ürək-ağ ciyər reanimasiyası aparılır. 
Xəstəyə ürək-damar dərmanları, analeptiklər yeridilir (1,0 ml-0,05%-li strofantin, 2,0 ml kordiamin, 
2ml sulfokamfokain, 5ml -0,5%-li bemgerid və s.). 
Orta ağırlıqlı və ağır ümumi donmalar zamanı xəstənin ürək qaraciyər nahiyələrinə və iri 
damarların üzərinə istiğac qoyulur, vena daxilinə bir qədər qızdırılmış 40-60 ml 40%-li qlükoza, 10ml 
10%-li kalsium-xlorid, 200-300 ml 5%-li natrium-bikarbonat və ürək-damar dərmanları vurulur. 
Qıcolmalar olarsa 10ml 20%-li natrium oksibutiriat yeridilir. 
Yerli donma
- Soyuq havanın, suyun, qarın, buzun, soyumuş metalların və digər amillərin 
orqanizmə yerli təsirləri nəticəsində yerli donmalar baş verir. 
Donmaların klinik gedişində iki dövr ayırd edilir: 
1. Reaktivliyəqədərki (gizli dövr) 
2. Reaktivlik dövrü 
Reaktivliyəqədərki dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar. Bu dövrdə klinik 
əlamətlər nəzərə çarpacaq dərəcədə aydın olmur. 
Donmuş nahiyənin istiləşməsilə reaktivlik dövrü başlayır. Bu dövrdə donmuş nahiyə istiləşir, 
dərisi qızarır, göynətmə, iynəbatırma kimi hissiyatlar və ağrı baş verir. Sonradan donmuş nahiyənin 
dərisi öz rəngini dəyişir (tünd qırmızı rəng, göyümtül rəng, mərmər çalarlı və s.) və toxumaların ödemi 
artır. 
Toxumaların zədələnmə dərinliyinə görə donmanın dörd dərəcəsi ayırd edilir. 
I dərəcəli donma 
– soyuğun qısa müddətli təsirindən baş verdiyindən toxumalarıdakı 
dəyişikliklər funksional xarakter daşıyır. Bu zaman dəri hiperemiyalaşır, sianotik olur, ödem inkişaf 
edir və yandırıcı ağrılar meydana çıxır. Bu əlamətlər 3-7 gündən sonra keçib gedir. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin