Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə107/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Aralıq mərhələsi-endogen intoksikasiyanın artması və kəskin böyrək çatmamazlığının inkişafı 
ilə xarakterizə olunur. Beldə ağrılar meydana çıxır, hərarət yüksəlir, ifraz olunan sidiyin miqdarı 
getdikcə azalır və kəskin böyrək çatmamazlığı meydana çıxır. Xəstəliyin qənaətbəxş formalı gedişində 
uzaq, yaxud bərpa (sağalma) mərhələsi sıxılmadan 3-4 həftə sonra başlayır. Xəstənin ümumi vəziyyəti 
tədricən yaxşılaşır, hərarəti enir, ifraz olunan sidiyin miqdarı tədricən artır, sidikdə olan silindr, 
eritrositlərin sayı və qandakı azotemiya azalır. Ətrafda olan ödem azalır, yandırıcı ağrılar meydana 
çıxır, hissiyat bərpa olmağa başlayır. 
Təxirəsalınmaz yardım: 
1. Zədələnmiş ətraf sıxılmadan azad edilir; 
2. Açıq zədələnmə və qanaxma olarsa, dərhal qanaxmanın müvəqqəti dayandırılması aparılır və 
yaraya aseptik sarğı qoyulur; 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
86
3. Xəstəyə kompressiya və dekompressiya dövrlərində ağrıkəsicilər ( 2 ml 2% promedol, yaxud 
pantopan, 2 ml oksadol, 2-4 ml 50% analgin ) yeridilir; 
4. Sıxılmış ətraf azad olan kimi dərhal həmin yerə barmaqların ucundan başlayaraq sıxılan yerindən 
bir qədər yuxarı olmaqla dairəvi sıxıcı sarğı qoyulur, əgər sıxıcı dairəvi sarğı qoymağa imkan olmazsa, 
ətrafa həmin səviyyədə qansaxlayıcı kəmər qoyulur. Lakin kəmər elə qoyulur ki, yalnız dərialtı venalar 
sıxılsın; 
5. Sıxılmış ətraf boyu buz qovuqları qoyulur; 
6. Ətrafa qoyulmuş sarğıdan, yaxud kəmərdən yuxarı ətrafın 0,25% novokainlə dairəvi blokadası 
aparılır; 
7. Sınıqlar olmadıqda belə ətrafın şinalanması aparılır. 
Bütün bu tədbirlərdən sonra digər yardımlar da göstərilir: 
Xəsarət alan şəxsə antihistamin dərmanlar (2ml 2% dimedrol, yaxud 2ml 2% suprastin), 
antibiotiklər, 0,5ml tetanus əleyhinə zərdab, venaya 400 ml poliqlükin, 1 ml 10% kalsium-xlorid, 4-5% 
200 ml natrium-bikarbonat, 400 ml 5% qlükoza, ürək-damar dərmanları (2,0 ml kordiamin, 0,5-1,0 ml 
0,05% strofantin) yeridilir. 
0,25% novokainlə ikitərəfli paranefral blokada aparılır. Lazımi hallarda yuxarı tənəffüs 
yollarının sanasiyası aparılır, süni tənəffüs və oksigen inhalyasiyası verilir. İçməyə duzlu-qələvi 
məhlullar (1litr suya 1 çay qaşığı xörək duzu və çay sodası tökülür). 
Xəstə təcili stasionara göndərilir. Stasionarda ümumi və yerli olmaqla müalicə aparılır. 
Ümumi müalicənin əsas məqsədi ümumi hemostazın tənziminə yönəlmiş adekvat infuzion 
terapiyanın aparılmasıdır. Həmçinin dezintoksikasion, antibakterial, şokəleyhinə və simptomatik 
terapiya aparılır. Ağır hallarda ekstrakorbonal detoksikasiya üsulları tətbiq edilir. 
Yerli müalicə isə işemiyanın dərəcəsindən asılı olaraq aparılır. Fassiotomiya ilə birgə ətrafda 
çoxsaylı lampas kəsiklərin aparılması, nekroktomiya (ölü toxumaların kəsilib atılması) və ağır hallarda 
ətrafın amputasiyası aparılır. 
Torpaq altda qaldıqda insanın döş qəfəsinin sıxılması yuxarı boş vena sistemində qan axınına, 
ürəyin fəaliyyətinə və tənəffüsə böyük maneə törədir, venoz təzyiq artdığından sifətdə və boyunda 
kiçik venalar partlayır. Bu şəxslərdə sınıqlar, çıxıqlar, açıq zədələnmələr, donmalar fonunda travmatik 
toksikoz da inkişaf edir. Ona görə də bu şəxslər terminal halda torpaq altdan çıxarılan kimi yuxarı 
tənəffüs yollarının keçiriciliyi bərpa olunaraq süni tənəffüs və ürəyin qapalı massajı aparılır. 
Xəstə bu vəziyyətdən çıxdıqdan sonra yuxarıda qeyd etdiyimiz yardımlar kompleksi göstərilir: 
1. hipotermiyaya məruz qalmış ətraf spirt, araq, kamfora və naşatır spirti ilə massaj edilməklə 
qızdırılır. 
2. bütövlükdə orqanizmi qızdırmaq üçün venaya 30-40 dərəcə temperaturlu qan əvəzedicilər 
yeridilir. 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin