Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə103/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   99   100   101   102   103   104   105   106   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
207 
amortizasiya materialı, transport statu code-daşıma statusunun 
kodu; 
2. Dörd sözdən ibarət tərcümə termin söz birləşmələr: 
inland waterway bill of loading- daxili su nəqliyyatı qayiməsi, 
aggregate inventory management- ehtiyatların aqreqasiya 
olunmuş menecmenti; 
3. Beş sözdən ibarət tərcümə termin söz birləşmələr: 
launch sequence scheduling-əməliyyat ardıcıllığının qrafikinin 
tərtib edilməsi 
4. Altı sözdən ibarət tərcümə termin söz birləşmələr: 
capable to promise- hazır məhsulun müəyyən müddətə 
hazırlanması imkanı, period batch control- dövri sifarişlərin 
verilməsi yolu ilə idarəetmə; 
5. Yeddi sözdən ibarət tərcümə termin söz birləşmələr: 
convention Internationale concernant le transport -dəmir yolu 
ilə yük daşımaları haqda konvensiya; 
6. İfadə şəkilli termin: son girən, ilk çıxır (SGİÇ), 
yararlıdır, yararlı deyil; 
Tərcümə 
üsulu 
ilə 
alınma 
terminlərin 
mənimsənilənməsinin digər bir növü hərfi tərcümə, yəni 
kalkalardır. Fransız dilinə məxsus “calque” sözünün yeni məna 
kəsb etməsi dilçilikdə kalka termininin meydana gəlməsinə 
səbəb olmuşdur. Müəyyən müddət ərzində bu söz beynəlmiləl 
terminə çevrilmiş və hər bir dildə qəbul edilmişdir. “Calque” 
fransız dilində çertyojlardan surət çıxarmaq üçün istifadə 
edilən yüksək keyfiyyətli şəffaf kağıza, yaxud şəffaflığı 
vermək üçün yağlar məhlulu ilə, qətranla, mumla, 
doyuzdurulmuş nazik pambıq parçaya deyilir. “Kalka” termini 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
208 
dilçilikdə ilk dəfə Şarl Balli tərəfindən işlədilmişdir.s.Ball kimi 
M.İ.Steblan da kalkaları alınma hesab edərək onları alınmaların 
bir qolu kimi göstərirdi. Onların əksi olaraq N.M.Şanski və 
N.K.Dmitriyev isə kalkaları alınma kimi qəbul etmir, onları 
dilin daxili imkanları əsasında yaranan sözlər adlandırırlar. 
R.A.Budaqov isə kalkanı sözalmanın xüsusi növü kimi izah 
edərək belə bir fikir irəli sürür: “Kalkalar alınmaların xüsusi bir 
növüdür. Bu, müvafiq əcnəbi sözlərin quruluşu kimi 
formalaşan, lakin onların maddi əsasını götürməyən 
sözlərdir”[13,s.88]. 
Fikrimizcə, kalkalar sözalmanın tərcümə üsulu ilə 
alınmasıdır. V.M.Jirimunski yazır: “Əcnəbi sözün leksik 
cəhətdən mənimsənilməsinin daha tam formasını tərcümə üsulu 
ilə alınmalar (kalkalar) təşkil edir. Tərcümə yolu ilə sözlər 
alınan zaman dil materialının köməyi ilə əcnəbi sözün mənası, 
sözyaratma prinsipləri, semantik quruluş, necə deyərlər, “daxili 
forması” mənimsənilir [112,s.15]. V.M.Jirumunskinin verdiyi 
təyinat əcnəbi sözün real mənasının mənimsənilməsinin 
müxtəlif üsulları olan kalkaetmə ilə sözalma arasındakı həddi 
aradan götürür. Kalka üsulu ilə yaranan terminlərlə alınma 
cəhət yalnız kalkaların “surəti çıxarılan” modellərinin onlardan 
kənarda, yəni başqa bir dildə olmasıdır. Başqa sözlə desək, 
kalkalar milli dildə əcnəbi sözlərin quruluşu kimi forma alan 
sözlərdir. Onlar müvafiq əcnəbi sözlərin quruluşu kimi 
formalaşırlar. Kalka sözün hissəsi üzrə tərcümə edilib, sonra 
həmin 
hissələrin 
mexaniki 
surətdə birləşdirilməsidir. 
A.Qurbanov yazır: “Başqa dillərin söz və ifadələrinin eyni ilə 
deyil, tərcümə edilərək alınmasına kalka yolu ilə alınma 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin