M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təhsil sisteminin quruluşu



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə13/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təhsil sisteminin quruluşu təhsil qanununda öz əksini 
tapmışdır. Qanunda təhsil müəssisələrinin tipləri, hər tipin 
növləri müəyyən edilmişdir: 
1. Məktəbəqədər təhsil müəssisələri: körpələr evi, körpə-
lər evi – uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası. Mək-
təbəqədər təhsil 3 yaşdan başlayır. 5 yaşından uşaqların məktə-
bə hazırlığı zəruri sayılır. Belə hazırlıq uşaq bağçalarında, mək-
təbdə və ailədə həyata keçirilə bilər. 
2. Ümumtəhsil məktəbləri: ibtidai (I-IV siniflər); ümumi 
orta (V-IX siniflər) və tam orta təhsil (X-XI siniflər) ümumi 


24 
təhsil pillələrini əhatə edir. Buraya habelə ümumtəhsil internat 
və xüsusi internat məktəbləri, istedadlı uşaqlar üçün məktəblər, 
gimnaziyalar, liseylər və digər ümumtəhsil müəssisələri daxil-
dir. Gimnaziya, əsasən, humanitar təmayüllü orta ümumtəhsil 
məktəbidir. Lisey istedadlı şagirdlər üçün müvafiq təmayüllər 
üzrə təhsil xidməti göstərən ümumtəhsil müəssisəsidir. 
Respublikamızda ümumi orta təhsil (I-IX siniflər) icba-
ridir. Tam orta təhsil (X-XI siniflər) təmayüllər üzrə qurulur 
(humanitar, texniki, təbiət və s.). 
3. Məktəbdənkanar təhsil müəssisələri: uşaq-gənclər 
məktəbləri (idman, şahmat və s.), uşaq yaradıcılıq mərkəzləri 
(texniki, bədii yaradıcılıq, ekoloji tərbiyə, turizm və diyarşü-
naslıq, estetik tərbiyə mərkəzləri), məktəbdənkənar iş mərkəz-
ləri və s. 
4.  lk peşə-ixtisas təhsili müəssisələri: peşə məktəbləri, 
peşə liseyləri. 
5. Orta ixtisas təhsili müəssisələri: kolleclər. Kollec – 
orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və 
subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil 
müəssisəsidir. 
6. Ali təhsil müəssisələri: universitetlər, akademiyalar, 
institutlar və s. Universitet – geniş spektrli, yüksək ixtisaslı mü-
təxəssislər hazırlayan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. 
Akademiya müəyyən sahə üzrə yüksək ixtisaslı mütəxəssislər 
hazırlayan ali təhsil müəssisəsidir. İnstitut – müstəqil və ya 
universitetin struktur bölməsi kimi konkret ixtisaslar üzrə mü-
təxəssislər hazırlayan ali təhsil müəssisəsidir. 
Ali təhsil müəssisələrində mütəxəssis hazırlığı 3 səviy-
yədə aparılır: 
- Bakalavriat – başa çatmış ali təhsil pilləsi olmaqla 
məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. 
- Magistratura – dərin hazırlıqlı mütəxəssislər yetişdirən ali 
təhsil pilləsidir, məzunlara “magistr” ali peşə-ixtisas dərəcəsi verilir. 
Onun bakalavr pilləsindən fərqi ondadır ki, magistrlər ali təhsil 


25 
müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. 
Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi olmaqla 
məzunlara “doktor” elmi dərəcəsi verilir. Doktorantura iki pil-
lədən ibarətdir: birinci pilləni başa vuranlara “fəlsəfə doktoru” 
(elm sahələri göstərilməklə), ikinci pilləni bitirənlərə “elmlər 
doktoru” (elm sahələri göstərilməklə) elmi dərəcəsi verilir. 
Ali məktəblərdə çalışan professor-müəllim heyətinə elmi-
pedaqoji fəaliyyət sahəsində əldə etdikləri nəticələrə görə mü-
sabiqə və seçki yolu ilə müxtəlif elmi adlar verilir: dosent, pro-
fessor, baş elmi işçi (laboratoriyada elmi-tədqiqat işi aparan-
lara). 
Əlavə təhsil müəssisələri: universitetlər, institutlar, elm-
təhsil mərkəzləri və s. 
Nəzərdən keçirilən təhsil müəssisələri Təhsil Qanunu ba-
zasında hazırlanmış öz Nizamnamələri əsasında fəaliyyət gös-
tərir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin